S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə38/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   34   35   36   37   38   39   40   41   ...   78

152
Xavyer  cibindən  kiçik  hədiyyə  bağlamasını  çıxardıb 
oğluna verərək dedi: -Sənə hədiyyə alırdım.
Oğlu hədiyyəni aça-aça dedi: 
-Görəsən bu nədir ki, bundan ötrü belə vaxt itirmisən?
Xavyer oğlunun hədiyyə paketinin içindən açar dəstini 
çıxardaraq, sual dolu baxışlarla ona baxdığını görüb dedi:
-Bu açar Havay adasındakı dördmərtəbəli villanın aça-
rıdır. Ad günün mübarək oğlum.
Oğlu  sevincək  onu  qucaqlayıb  bayaqdan  onu  rəqsə 
dəvət edən dostlarının yanına getdi. Xavyer viskidən bir 
qurtum içib saata baxanda arxadan tanış səs eşitdi:
-Görürəm oğlunu yaman çox istəyirsən.
Xavyer ayağa qalxaraq, Conla üz-üzə dayanıb dedi:
-Kim oğlunu çox istəmir ki? Sən burada nə edirsən? 
-Qonaq gəlmişəm.
Xavyer masanı göstərərək dedi:
-Buyur əyləş.
-Oturmağa vaxt yoxtdur. Oğluna ad günü hədiyyəsi ve-
rib gedirəm. Amma əvvəlcə bəzi şeyləri dəqiqləşdirməliyik. 
Gəl sakit bir yerə keçək.
Xavyer başıyla məclisi göstərib soruşdu:
-Başqa vaxt olmaz?
-Yox. Mən bir saata Argentinanı tərk etməliyəm.
Xavyer  Conla  birlikdə  restoranın  ikinci  mərtəbəsinə 
qalxıb eyvana çıxdılar. Con cibindən gümüş qutunu çıxar-
daraq  içindən  iki  siqar  götürdü  və  qutunu  cibinə  qoyub 
alışqanı çıxartdı. Siqarlardan birini burnuna yaxınlaşdırıb 
iyləyərək ağzına qoydu. Digərini isə Xavyerə verərək hər 
ikisini yandırdı.
-Yəqin ki, olanlardan xəbərin var? – Con söhbətə baş-
ladı.
-Əlbəttə var. Tezliklə, vəziyyətdən çıxmaq lazımdır.


153
-Nə tədbirin var?
Xavyer bir qüllab alıb dedi:
-Məncə bu işlərdən əl çəkib bir müddət gizlənməliyik. 
Sonra başqa ad altında yaşamaq olar. Onsuz da yığdığımız 
pullar  bizə  ömrümüzün  sonuna  qədər  bəs  edər.  Amma 
yenə də son söz Polerindir. Onun tapşırıqlarını gözləyirik.
Con əlindəki siqarı tullayaraq, əsəbi-əsəbi dedi:
-  Xəbərin  var  ki,  İnterpolun  axtarışındasan?  Xəbərin 
var  ki,  polislər  artıq  bütün  məkanlarını  aşkara  çıxardıb, 
adamlarını da həbs ediblər? Xəbərin var ki, bankdakı bü-
tün hesabların artıq dondurulub?
Xavyer əlindəki siqarı çölə ataraq stulda əyləşib çarəsiz 
şəkildə soruşdu:
-Bəs indi nə edək?
-İki saatdan sonra təyyarənin yük yerində Argentina-
dan çıxacağam. Sən isə əziz Xavyer, üç dəqiqədən sonra 
boğulub öləcəksən. Sənə verdiyim siqar zəhərli idi. Birbaşa 
ciyərə təsir göstərir.
Xavyer  stuldan  qalxıb  Conun  qarşısında  dayanaraq 
dedi:
-Sən nə danışırsan? Bilirsən ki, ...
Sözünü sona çatdıra bilmədi. Qəfil öskürəkdən boğul-
mağa başladı. Con iti addımlarla restoranın mətbəxinə ke-
çib qapıda onu gözləyən adamının verdiyi qarson paltarını 
geyinərək mətbəxin işçilərinə qarışdı. Con yaxşı bilirdi ki, 
polislərin başı məclisdəki insanlara qarışacaq və restoranın 
işçilərinə sabah vaxt ayıracaqlar. 
Xavyer  isə  səndələyə-səndələyə  məclis  olan  zala  gi-
rib oğluna yaxınlaşdı. Öskürə-öskürə: “Həkim çağır.... Si-
qar....” deyərək, yerə yıxıldı. Onun yerə yıxıldığını görənlər 
cəld başına yığıldılar. Beş ildən çoxdur ki, ailə həkimi olan 
Markos əyilib diqqətlə Xavyeri müayinə etdi. 


154
-Artıq gecdir! – deyə, başını buladı.
Bu vaxt içəri girən polislər məclisdəkilərin yerlərindən 
tərpənməmələrini  əmr  edib,  qandallanmış  halda  hamısı-
nı  xüsusi  avtobuslara  yığmağa  başladılar.  Xavyerin  oğlu 
polislərdən birinin ərinin cəsədindən ayrılmaq istəməyən 
anasını zorla yerə yıxaraq, qandallamaq istədiyini görəndə 
tapança  ilə  onu  başından  vurdu.  Digər  polislərin  açdığı 
atəş isə onun müvazinətini itirən bədənini atasının yanına 
sərdi. İçəridə böyük çaxnaşma düşdü. Bu vurhavurda isə 
Con  səs-küydən  uzaq,  mətbəxdə  qazın  yanında  dayanıb 
aşpazlardan birinə yemək üçün özünə langet qızartdırırdı. 
Qarsonlardan  birinin  digərinə  onu  göstərərək,  -  Bu  kim-
dir? – deyə soruşmasından sonra bir az həyəcanlansa da, 
digərinin -Nə bilim? Gündə birini qovub, yerinə ayrısını 
gətirirlər. Özün bilmirsən? - deməsindən rahatlayıb, lange-
tin üzərinə hansı sousu tökəcəyini seçməyə başladı.
Toledo. İspaniya
Samir  çarpayıda  uzanıb  Murad  barədə  fikirləşirdi. 
Deməli, Murad böyük bir dəstənin başçısı imiş. Əlil uşaq-
lara  yaxın  olmaq  üçün  sosial  mərkəzdə  işə  düzəlibmiş. 
Mənim  qurduğum  mərkəz  isə  onun  üçün  lap  göydən 
düşmə olub. Elə bil toyuğu aparıb buğda anbarına atmı-
san. Yaman tez girdi mən axmağın qəlbinə. Necə olub ki, 
ondan şübhələnməmişəm? Necə şübhələnəydim axı? Hər 
tapşırığıma sözsüz və qüsursuz əməl edirdi. Yaxşı deyiblər: 
“Həddən artıq yaxşının axırı həmişə pis qurtarır”. Görəsən, 
polislər qrupun əsl başçısının kim oluğunu bilirlər? Öküz 
ləqəbli o adamı həbs ediblərsə, mütləq bilirlər. Amma yox. 
Murad dünən mənimlə çox rahat danışırdı. Sanki bu olan-


155
lar onun heç vecinə deyil. Mən gərək mütləq ya mərkəzə, 
ya da polislərə xəbər çatdırım. Eybi yox Murad, biz hələ 
görüşəcəyik!”
Qapının səsinə fikirdən ayılıb qalxaraq oturdu. Əlində 
avtomat  olan  hündürboylu,  əzələli  iki  nəfər  içəri  girərək 
hərəsi bir tərəfdə kürəklərini divara dayayıb silahı Samirə 
tuşladılar. Sonra isə əlində içi yemək dolu sini tutmuş ba-
lacaboy, kök bir kişi içəri girərək sinini çarpayının üstünə 
qoydu:
-Götür ye. Con tapşırıb ki, sənin yanında heç nə qoy-
mayım. Burada gözləyirəm. Ye, götürüm aparım.
-Bəs Con özü hanı?
-Bilmirəm. Dedi ki, iki–üç gün burada olmayacaq.
-Adın nədir?
- Adım Danieldir. Özüm də çox səbirsizəm. Əgər bir az 
da danışmağa davam etsən, hirslənib yeməyi aparacağam. 
Sən də bu gün ac qalacaqsan.
Samir  gülümsünüb  ac  olduğundan  dərhal  yeməyə 
girişdi. Yeyib qurtarandan sonra Daniel bayaqdan əlində 
saxladığı qəzeti çarpayının üstünə atıb dedi:
-Al bunu. Con dedi ki, məndən ötrü darıxsa bunu oxu-
sun.
Daniel  sinini  götürüb  gedəndən  sonra  adamlar  silahı 
Sa mirdən  çəkməyərək  arxa-arxaya  otaqdan  çıxdılar.  On-
lar  gedəndən  sonra  Samir  Danielin  dedikləri  haqqında 
fikirləşməyə başladı. “İki–üç gün burada olmayacaq. Mən-
dən ötrü darıxsa, qəzet oxusun. Con nə isə edəcək. Elə bir 
şey ki, qəzetlər də bundan yazacaq. Bu ölkənin polisləri hara 
baxır, lənət şeytana? Görəsən, Lusiyanın vəziyyəti necədir?”
Samir fikirli-fikirli qəzeti əlinə götürdü və birinci sə hi-
fədə onun qaçırılması ilə bağlı məqaləni görüb oxumağa 
başladı.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə