S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə36/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   32   33   34   35   36   37   38   39   ...   78

144
qədər çalışsaq da onların cəmiyyətə bir xeyri olmayacaq, 
heç olmasa daxili orqanları bir işə yarasın.
-Mən  özümü  ağıllı  saymırdım,  elə  ağıllıydım.  Bunu 
tezliklə görəcəksən. Əlil uşaqları oğrayıb onların orqanla-
rını satmağın sənə həqiqətən baha-başa gələcək.
Murad Samiri yamsılayaraq dedi:
-Dayan görüm, qorxutma məni. Gəl sən mənim kiçik 
bir xahişimi yerinə yetir. Seyfin şifrəsini de, gedim işimə-
gücümə.
-Sənin  özünə  elə  seyf  düzəldəcəyəm  ki,  ömrüboyu 
için dən çıxa bilməyəcəksən.
-Belə olmaz Samir. Sənə bu qədər xidmət etmişəm, in-
di ayda-ildə bir dəfə səndən bir şey istəyirəm. Heç yaralı 
barmağa işəyən deyilsən.
-Başın  yaralananda  müraciət  edərsən.  Çalışaram  kö-
mək edim.
-Az danış görüm. Telefonu ver Cona.
Con telefonu götürüb dedi: 
-Buyur Poler.
-Çalış  kodu  öyrən.  Öyrənən  kimi  bu  nömrəyə  mesaj 
yaz.  Amma  əvvəlcə  qızı  tap.  Samirin  qeydinə  qal,  onda 
öyrəniləsi çox şey var.
Con getmək istəyəndə Samir soruşdu:
-Con,  məni  bura  necə  gətirdin  ki,  polis  izinizə  düşə 
bilmədi?
-Bir gün iki oğru bankı yarıb pulu evə gətirirlər. Evdə 
biri başlayır pulu saymağa. O birisi deyir ki, bəsdir, özünə 
əziyyət vermə. Pul sayan soruşur ki, niyə? Cavab verir ki, 
sabah bir dənə qazet alarıq, orada nə qədər pul oğurladığı-
mızı dəqiq yazacaqlar. Sabah mən də qəzet alaram, oturub 
bir yerdə oxuyarıq.


145
Con gedəndən sonra Samir çarpayıya uzanıb buradan 
necə çıxacağını fikirləşməyə başladı.
Karabük. Türkiyə
Pedro özünə gələndə artıq səhər açılırdı. Gözlərini açsa 
da ətrafı dumanlı görürdü. Oturacağa söykənərək əlləriylə 
başını  tutub  nə  baş  verdiyini  anlamağa  çalışırdı.  Bir  neçə 
dəqiqə  bu  vəziyyətdə  qalandan  sonra  yavaş-yavaş  özünə 
gəlməyə  başladı.  Daha  bir  neçə  dəqiqə  keçdikdən  sonra 
artıq hər şeyi xatırlayırdı. Buna görə də, ilk öncə diqqətlə 
ətrafa  qulaq  asaraq  bir  kimsənin  olub-olmadığınıı  yoxla-
dı. Sonra əliylə alnını ovxalaya-ovxalaya maşından düşüb 
ətrafa göz gəzdirdi. Ətraf yalnız ağaclardan və kiçik kollar-
dan ibarət idi. Dərindən nəfəs alaraq, meşənin təmiz hava-
sını  ciyərlərinə  çəkib  onu  türk  polisinin  əlindən  qurtaran 
xilaskarına baxaraq gülümsündü. Ani olaraq, içinə atlayıb 
sürdüyü maşın ərzaqların və geyimlərin saxlanıldığı furqon 
idi. Maşının sağ tərəfinə keçərək furqonun qapısını açıb içəri 
baxdı. İçəridə demək olar ki, çox cüzi ərzaq qalmışdı. Ped-
ro – bir həftəmə ancaq çatacaq – deyə, öz-özünə mızıldanıb 
furqondan  düşərək,  maşının  qabaq  tərəfinə  getdi.  Ancaq 
heç bir şey görməyib əyilərək altına baxdı. Yoğun bir ağac 
götüyü maşının altına pərçimlənmişdi. Üstəlik benzin bakı-
nı zədələmişdi. Pedro otun üstündə oturub bu vəziyyətdən 
necə çıxacağını fikirləşərək siqaret çəkməyə başladı.
Bakı. Azərbaycan
Mahmudov  «Ümid»  mərkəzinə  girəndə  onu  qapıda 
Əziz qarşıladı. Mahmudov onu görən kimi həyəcanla so-
ruşdu:


146
-Bir xəbər yoxdur ki?
Əziz başını yellədi:
-Təəssüf ki, yox. İspaniyaya göndərdiyimiz adamlar-
dan xəbər gözləyirik. Deyilənə görə orada iclas hələ başa 
çatmayıb.
Mahmudov iclas üçün nəzərdə tutulmuş otağa girəndə 
mərkəzin bütün şöbələrinin rəhbərləri oturub İspaniyadan 
gələcək  xəbəri  gözləyirdilər.  Tribunada  oturmuş  Murad 
Mahmudovu  görən  kimi  qalxıb  yerini  ona  verərək  özü 
adamların arasında əyləşdi. Arabir siqaret çəkməyə gedib-
gələnlərin addım səsi nəzərə alınmasa, otaqda ölü bir sü-
kut var idi. 
Hamıya  hər  dəqiqəsi  bir  gün  kimi  uzun  görünən  bu 
can sıxıcı sükutu Mahmudovun qarşısında olan telefonun 
cingiltili səsi pozdu. Telefonun səsinə diksinən Mahmudov 
özünü itirsə də, tez ələ alıb dəstəyi götürdü. Kədər içində 
gözünü Mahmudovun ağzına dikən insanlar onun “Necə 
yəni hələ tapa bilməyiblər? Orada polis nə işlə məşğuldu? 
Yerini  heç  kim  bilmir  nə  deməkdir?”  sözlərindən  sonra 
baş larını aşağı salıb sadəcə bunun bir yuxu olmasını arzu-
layırdılar. Axşama yaxın Sosial Müdafiə naziri hamını bir 
yerə yığıb dedi:
-Bildiyiniz  kimi,  dünən  cinayətkar  qrup  İspaniyada 
«Ümid» mərkəzinin üç əməkdaşını və mərkəzin İspaniya 
filialının rəhbərini öldürərək, Samiri naməlum istiqamətə 
aparmışdılar. Amma bunu da bilirsiniz ki, həmin dəstənin 
əsas işi bu mərkəzdə qeydiyyatda olan əlil insanları oğurla-
yaraq orqanlarını satmaq olub. Buna görə də, Samir tapılana 
və cinayətkar qrup ifşa olunana qədər mərkəzin işi dayan-
dırılacaqdır. Bu həm mərkəzdə qeydiyyatda olan əlillərin, 
həm  də  bu  mərkəzin  bütün  işçilərinin  təhlükəsizliyini 
təmin etmək üçündür. Mərkəzin bütün filiallarına və onun-


147
la  əməkdaşlıq  edən  təşkilatlara  bu  barədə  rəsmi  bildiriş 
göndərin. – Bir az dayanaraq, səsinə mülayimlik verib da-
vam etdi. – Samiri nə qədər istədiyinizi Mahmudov mənə 
danışıb. Danışmasa belə, bunu sizin üzünüzdən oxumaq o 
qədər də çətin deyil. Hər birimiz hazırda çətin anlar yaşa-
yırıq. Amma xaiş edirəm bacırdığınız qədər soyuqqanlı və 
səbrli olun. Bir də ki, dualarınızda xəsislik etməyin. Sabah 
səhər həlak olan üç nəfərin meyidi Azərbaycana gətiriləcək 
və  burada  onlar  üçün  vida  mərasimi  keçirdib  cənazələri 
ailələrinə göndərəcəyik. Ümid edirəm, saat 11-də hər bi-
riniz əlil kimsələrə dayaq duran o üç nəfərlə vidalaşmaq 
üçün bura gəlməyə tərəddüd etməyəcəksiniz.
Əziz ayağa qalxıb dedi:
-Bu  mərkəz  vasitəsi  ilə  həyatda  öz  yolunu  tapan  bir 
qrup insan bu səhər mənə yaxınlaşıb dəfndə iştirak etmək 
istədiklərini bildirdilər. Düşünürəm ki, sabah bura ən az 
400-500 əlil gələcək.
-Xaricdən də çoxlu zənglər gəlir. – Murad əlavə etdi.
Nazir üzünü Mahmudova tutub soruşdu:
-Səməd müəllim, bu işin öhdəsindən gələ bilərsiniz?
-Əlbəttə. – Mahmudov astadan cavab verdi.
-Onda vida mərasiminə sən nəzarət et. Bir şey lazım 
olsa, o dəqiqə kömək əlimi uzadacağam. – Üzünü Muradla 
Əzizə çevirərək əlavə etdi. – Kim gəlmək istəsə gəlsin.
Nazir getdikdən sonra Mahmudov pəncərənin qarşısı-
na gələrək siqaret yandırıb bir qüllab vurdu. Birdən siqare-
ti pəncərədən ataraq Samirin kabinetinə getdi.
Asif otağa girəndə atasının divanda oturub qəzet oxu-
duğunu görəndə təəccübləndi.
-Ata? Sən nə vaxt gəlmisən? Başım kompüterə o qədər 
qarışıb ki, nə vaxt gəldiyindən xəbərim olmayıb.
-Yarım saat olar.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə