S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə33/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

132
işi  həll  etməyə  gedirəm.  Mən  gələnə  qədər  buradan  heç 
yerə çıxma. Nəsə bir şey lazım olsa, çantadakı köynəyimin 
cibində  Pablo  adlı  bir  nəfərə  məxsus  vizit  kart  var.  Ora-
dakı telefon nömrəsinə zəng vur. Qardaşını mütləq sənə 
gətirəcəyəm. Söz verirəm.
Telefon kitabçasını götürüb oradan Devidin nömrəsini 
taparaq ona zəng vurdu:
-Ooo, gör kim zəng vurub. Səhər-səhər nə olub? Gecə 
kimi yuxuda görmüsən?
-Gecəni  deyə  bilmərəm,  amma  indi  elə  bir  yuxu 
görürəm ki, yatsan yuxuna da girməz. İstəyirəm sənə də 
danışım.
Devid  gülərək:  -Eşitmişəm  Azərbaycanda  yuxunu 
suya danışırlar.
-Bizim dostluğumuz sudan da şəffafdır. Get mərkəzə. 
Bir saata oradayam.
-Oldu dost. Görüşərik.
Samir  yoldaşlarına  vəziyyəti  danışıb  otelin  qarşısın-
da  taksiyə  oturaraq  Devidin  yanına  getdilər.  Devid  Sa-
miri  Abanico  küçəsində  tikilmiş  beşmərtəbəli  mərkəzin 
həyətində dostca qarşılayıb dedi:
-Elə  bilmə  ki,  ancaq  bura  ilə  kifayətlənirəm.  Bu  gün 
mənim  qonağımsınız.  Şadam  ki,  Azərbaycanda  mənə 
göstərilən  qonaqpərvərliyin  və  hörmətin  qarşılığını  bir 
az da olsa verə biləcəyəm. Onsuz da bura təmirə bağlıdır 
deyə, 7 -8 fəhlədən başqa heç kim yoxdur. 
-Hər şeyə görə çox sağ ol Devid. Amma mən bura baş-
qa şeyə görə gəlmişəm. Xahiş edirəm mənə kömək et.
-Xahiş nədir? Əmr elə.
Devid  vəziyyəti  öyrənən  kimi  polislə  əlaqə  saxladı. 
Samir  mərkəzin  həhyətindəki  oturacaqda  oturub,  bir  az 
Devidlə söhbət etdikdən sonra diski ona verib dedi:


133
-Buradakı bütün məlumatların surətini kağızda çıxart.
Devid  diski  götürüb  getmək  istəyəndə  mərkəzin 
həyətinə çoxlu sayda polis maşını daxil oldu. Devid mülki 
geyimdə olan polisi Samirə təqdim etdi: 
-Bu İspaniya Təhlükəsizlik Nazirliyinin Cinayətkarlıqla 
Mübarizə Şöbəsinin leytenantı Xuan Almeydadır. (Samiri 
göstərərək) Bu isə ......
Almeyda onun sözünü yarımçıq kəsib: -Ehtiyac yox-
dur.  Salam  cənab  Samir.  Sizi  ölkəmdə  görməyə  şadam. 
Bu əhvalata görə isə təəssüf edirəm. Nə tədbir lazımdırsa 
görəcəyik.
-Cinayətkarlar hər yerdə var.
-Devid telefonda mənə vəziyyəti qısaca danışdı. Müm-
kündürsə, ətraflı izah edərdiniz.
Samir bu gün başına gələnləri Xuana danışandan son-
ra Xuan soruşdu:
-Disk yanınızdadır?
-Bəli. İstəyirsinizsə, Devid məlumatları çap etsin? 
-Yox. Bu gec olar. Mən yolda baxaram. Siz ünvanı mə-
nə verin.
-Biz də sizinlə gedirik.
-Siz burada qalsanız yaxşıdır. Ora sizin üçün təhlükəli 
ola bilər.
Polislər  getdikdən  bir  neçə  dəqiqə  sonra  Samir  Pab-
lonun maşınını həyətdə görəndə təəccübləndi və gülüm-
sünərək soruşdu:
-Bu haradan xəbər tutdu?
-Oteldən  çıxarkən  mən  xəbər  verdim.  –  Eldar  cavab 
verdi. 
Polislər  Samirin  verdiyi  ünvana  çatıb  içəri  girəndə 
gördükləri  dəhşətli  mənzərədən  yerlərində  donub  qaldı-
lar. Otağın içində öldürülmüş uşaq meyidlərindən SAMİR 


134
sözü yazılmışdı. Rus qızı Annanın başını kəsib bədənindən 
bir  az  aralı  qoyaraq  nida  düzəltmişdilər.  Bu  mənzərəni 
gördükdə  hətta  həmişə  zəhmli  hərəkətləriylə  ad  qazan-
mış  Silva  adlı  zabit  belə  göz  yaşlarını  saxlaya  bilmədi. 
Xuan  Silvaya  cəld  mərkəzə  gedib  Samirlə  yoldaşlarının 
təhlükəsizliyini təmin etməsini tapşırdı. Özü isə onlara eh-
tiyatlı olmalarını bildirmək üçün Devidə zəng vurdu.
Lusiya bir az televizora baxdıqdan sonra hər ehtimala 
qarşı vizit kartını əlində hazır saxlamaq üçün Samirin çan-
tasını açdı. Köynəyi çantadan çıxardanda Samirin telefon 
kitabçası yerə düşdü. Bu kitabçanı Eldar xüsusi olaraq Sa-
mirin ad günü üçün hazırlatmışdı və digər kitabçalardan 
fərqi hər bir vərəqdə ad, familiya, ünvan, elektron ünvan 
və  beş  telefon  nömrəsini  yazmaq  üçün  ayrılmış  yerdən 
əlavə həmin şəxsin şəklini də yapışdırmaq üçün yer var-
dı.  Samir  də  imkan  olduqca  kitabçada  adlarını  yazdığı 
adamların şəklini telefonla çəkib çap edir, kitabçaya yapış-
dırırdı. Lusiya vizit kartı götürüb cibinə qoyduqdan son-
ra maraq üçün kitabçanı vərəqləməyə başladı və növbəti 
vərəqi çevirəndə qorxudan kitabçanı əlindən saldı. Sonra 
tez  özünü  toparlayaraq  cəld  kitabçanı  yerdən  götürərək 
tələsik vərəqləməyə başladı. Həmin yerə çatanda əmin ol-
maq üçün bir neçə dəqiqə şəkilə diqqətlə baxıb kitabçanı 
yerə tullayaraq telefona tərəf qaçdı.
Samir bir az həyətdə oturandan sonra Devidin təkidiylə 
onun kabinetində gözləmək üçün binaya girdilər. Otaqda 
hamı sakitcə oturaraq həyəcanla xəbər gözləyirdilər. Pab-
lo  bu  cansıxıcı  sükutdan  qurtulmaq  üçün  artıq  soyumuş 
kofedən bir qurtum içərək Devidə dedi:
-Dünən vəkil məni yanına çağırıb dedi ki, bəs Mala-
qada yaşayan bibindən sənə ev miras qalıb. Soruşdum ki, 
axı onun özü Malaqada kirayə yaşayırdı. Hətta o öləndə 


135
dəfn  xərcini  mən  çəkmişəm.  Bu  necə  ola  bilər?  Dedi  ki, 
inanmırsan get özün bax, Abalos küçəsi 111-ci ev. Amma 
əvvəlcə sənədlərə qol çək, evi təhvil al. Sənədləri imzala-
yıb sevinə-sevinə həmin ünvana getdim ki, bəs oturduğum 
yerdə qabağa düşmüşəm. Çatanda bildim ki, bibim niyə 
öz evində yox, Malaqada kirayə yaşayırmış. Bir otaqdan 
və mətbəxdən ibarət olan evi köhnə əşyaları ilə görəndə 
qayıtdım geri.
Devid gülümsünərək soruşdu: 
-Çox bərbad gündəydi?
-Divarda çox yerdən suvaq tökülmüşdü. Heç kim ya-
şamadığından  hər  tərəf  toz-torpağıydı.  Amma  içindəki 
əşyalar  köhnə  olsa  da,  istifadə  etmək  olardı.  Bilmirəm, 
məncə təmizləyib yaşamaq olar.
Samir pəncərənin yanında oturduğundan həyətə baxa-
baxa Devidlə Pabloya qulaq assa da, fikrində mərkəzdəki 
işçiləri saf-çürük edirdi: “Görəsən, bu kim ola bilər? Bəlkə 
yanımdakı üç nəfərdən biridir? Yox, bunları da xəbərlərdə 
göstəriblər, belə olsaydı Lusiya yanıma gəlməzdi. Bəs onda 
kim?” 
Zaurla Eldar Ayxanın boynuna təzə doğulan körpəsinə 
görə qonaqlıq qoyurdular. Pablo Devidin - bəs indi həmin 
evi nə edəcəksən? sualına cavab vermək istəyirdi ki, tele-
fonu zəng çaldı.
-Alo.  Eşidirəm.  Samir?  Bəli,  yanımdadır.  Bir  saniyə 
gözləyin.
Samir  öz  adını  eşidən  kimi  Pabloya  tərəfə  döndü  və 
telefonu ondan alıb danışmağa başlayanda hamı gözünü 
ona zillədi.
- Eşidirəm.
-Samir,  mənəm  Lusiya.  Mən  həmin  adamın  şəklini 
sənin telefon kitabçanda gördüm.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə