S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə30/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

120
getdilər. Orada valideynləri nə qədər çalışsalar da, göy qals-
tuk taxmış Səlim adlı yekəqarın, eynəkli kişi bunun heç cür 
mümkün  olmadığını  bildirirdi.  Otaqdan  çıxanda  Samir 
valideynlərindən bir az dəhlizdə gözləməyi xahiş edib yeni-
dən otağa qayıtdı. Səlim Samiri görən kimi sifətini turşutdu:
-Adama neçə dəfə deyərlər? Mümkün deyil, qurtardı 
getdi.
-Xahiş edirəm, iki dəqiqə mənə qulaq asasınız. Cəmi 
ikicə dəqiqə.
-Yaxşı, keç otur görüm. Amma çox uzatma.
Samir stulda oturaraq sözə başladı:
-Bizim binanın arxasında futbol oynamaq üçün bir sta-
dion var. Sən mənim hər dəfə orada futbol oynayan cavan-
lara baxanda nə hisslər keçirdiyimi bilirsən? Yox, bilmirsən. 
Sən hər gün əylənməyə gedən insanların dalınca baxmağın 
nə demək olduğunu bilirsən? Bəs şəhərin hər hansısa bir 
yerində  aparılan  dəyişiklik  haqqında  həmişə  başqaların-
dan  eşitməyin  nə  demək  olduğunu  necə,  bilirsən?  Yox, 
bunu da bilmirsən. Səncə, mən nə üçün təqaüdümün artı-
rılmasını istəyirəm? Rahat yaşayış üçün? Yox. Özümə təzə 
telefon  almaq  üçün?  Yox.  Bəlkə  fikirləşirsən  ki,  kasıbam, 
acından ölməmək üçün istəyirəm? Yox. Bu pul mənə təsəlli 
üçün lazımdır. Futbolu oynaya bilməsəm belə, ona kabel 
televiziyasından baxmaq üçün lazımdır. Bu pul mənə hər 
gün olmasa belə, həftədə cəmi bir gün taksiylə parka, ya-
xud  dənizkənarına  getmək  üçün  lazımdır.  Bu  pul  evdən 
çıxa  bilmədiyimə  görə  dünya  görüşümün  artmasında 
yeganə vasitə olan internetin aylıq ödənişi üçün lazımdır. 
Axı mən də insanam! Axı mənim də bunlara ehtiyacım var. 
Sənə görə mənim təqaüdümün artırılmağı mümkün deyil. 
Bilirsən nəyə görə? Ona görə ki, sən təqaüdün əlil insan 
üçün nə demək olduğunu bilmirsən!


121
Samir otaqdan çıxandan düz bir ay sonra təqaüdünü 
alanda  biləcəkdi  ki,  Səlim  göz  yaşları  içərisində  onun 
təqaüdünü artırmaq haqqında sənəd imzalıyıb. Yol bələd-
çisinin səsinə yuxudan ayıldı. 
-Hörmətli  sərnişinlər!  Bir  neçə  dəqiqədən  sonra  yerə 
enirik! Xahiş olunur, kəmərləri bağlayasınız.
 
Madrid. İspaniya
Təyyarə  Madrid  hava  limanına  enəndə,  hava  artıq 
qaralırdı.  Sərnişinlərlə  birlikdə  təyyarədən  düşüb  hava 
limanının binasına girdikdə, kostyum geyinmiş bir nəfər 
yaxınlaşıb Azərbaycan dilində özünü təqdim etdi:
-Salam. Mənim adım Pablodur. Necə gəldiniz? 
-Yalandan nə deyim. Yol məni əməlli-başlı yorub. 
-İspaniyada  olduğunuz  müddətdə  sizin  və  kömək-
çilərinizin  bütün  problemlərinizin  həlli  ilə  mən  məşğul 
olacağam. Xahiş edirəm, nəsə bir ehtiyacınız olarsa, müt-
ləq mənə xəbər verin. İndi isə buyurun maşına. Oteldə ye-
riniz hazırdır. Samir və üç nəfər heyət üzvləri onlar üçün 
ayrılmış maşına mindilər. Otelin qapısına çatanda Pablo 
dedi:
-Sabah saat 10-da sizi burada gözləyəcəyəm. Hər ehti-
mala qarşı, buyurun bu mənim vizit kartımdır. 
Samir  ona  təşəkkür  edib  maşından  düşdü  və  hamı 
yorğun olduğundan tez otaqlarına qalxdılar. Samir onun 
üçün ayrılmış otağa girər-girməz, dolabın üstündəki saa-
tın zəngini saat 9-a qoşub, paltarlarını soyunmadan çar-
payıya uzandı. 


122
Karabük. Türkiyə
Türkiyənin Karabük kəndindəki Yenice İlçe meşəsində 
qeyri-qanuni  olaraq,  ağacları  kəsib  qaçaqmalçılıq  yoluyla 
Argentinaya göndərən iyirmi nəfərlik işçi heyəti çalışırdı. 
İlk iş günündən sonra fəhlələr ağaclardan asılan, genera-
torla yanan elektrik lampalarının altında dincəlirdilər. Kimi 
günorta yığdığı meşə giləmeyvələrindən yeyir, kimi sakitcə 
uzanıb  mədəsini  şam  yeməyinin  ağırlığından  qurtarma-
ğa çalışır, kimisi də qulaqcıqlarını taxıb musiqi dinləyirdi. 
Aralarında söhbət edən, şahmat oynayanlar da vardı. 
Qustavo  şahmatda  uduzaraq  yerini  başqasına  verib, 
bir kənarda fikrə dalan Pedronun yanına gəldi:
-Nə olub? Qara dənizdə gəmilərin batıb?
Pedro üzünü Qustavoya çevirib dedi:
-Evə  məktub  yazmaq  istəyirəm.  Amma  bilmirəm  nə 
yazım. Bu şirkət niyə belə etdi axı? Düz iki aya yaxındır ki, 
bizi burada ləngidir.
-Hə, haqlısan. Amma onları da qınama. Polis düz iki 
də  fə avadanlıqları ələ keçirib. Bunları da güc-bəla ilə bura 
yer ləşdiriblər. Elə bilirsən, bu qədər avadanlıqları, bu ma-
şınları polisin gözündən yayındırıb bura gətirmək asan iş-
dir?
-Nə üçün mənə əvvəlcədən deməmişdin ki, bu qeyri-
qanuni işdir?
-Desəydim, gəlməzdin. Bir də ki, qanuni, ya qeyri-qa-
nuni, bizə nə. Biz adi fəhləyik.
-Nə olsun fəhləyik? Əsas odur ki, ağacları biz kəsirik.
-Sən mənə inan, Pedro. O qədər pul qazanacaqsan ki, 
mənə çox sağ ol deyəcəksən. İndi isə gedək yataq. Səhərə 
işimiz çoxdur.
Qustavo bunu deyib yatmaq üçün ayağa qalxdı və ça-
dıra getdi.


123
Bakı. Azərbaycan
Maşın yola düşəndə Asif həmişə olduğu kimi çanta-
dan ingilis dili lüğətini götürüb oxumağa başladı:
-Deyəsən, adətintən əl çəkmək istəmirsən? – atası Akif 
soruşdu.
-Keçmişdə bir nəfər musiqi dərsini tələbələrinə öyrət-
mək üçün faytonla bir evdən başqa bir evə gedərkən yolda 
keçirdiyi vaxt ərzində italyan dilin öyrənib.
-Faytonda?
-Bəli,  faytonda.  Bir  neçə  dəfə  saatla  yoxlamışam. 
«Ümid» mərkəzinə gedərkən, hər gün yolda bir saatla-saat 
yarım arasında vaxt itiririk. Bu vaxtı sadəcə yola baxmaqla 
keçirtməkdənsə, nə isə öyrənməyi üstün tuturam.
-Heç olmasa, bir şey öyrənə bilirsən?
-Əlbəttə. Bu iki ay ərzində xeyli söz ehtiyatı yığmışam.
- Afərin. Mərkəzdə işlər necə gedir? On gündür yanıma 
o qədər adam gəlir ki, vaxt tapıb sənə baş çəkə bilmirəm.
-Hər şey qaydasındadır. Bir də ki, nə çətin işim var? 
Mərkəzdə  yazılan  və  ya  qəbul  edilən  əlyazmaları  kom-
püterdə yazıb ya printerdə çıxardıram, ya da elektron baza-
ya köçürdürəm. Bir neçə dəfə də sənin yazdığın reseptləri 
kompda yazmışam. Xəttin çətin oxunur.
-Belə yazmaq biz həkimlərin adətidir. Sənə nə qədər 
deyirdik,  «Ümid»  mərkəzinə  üzv  olmaq  istəmirdin.  İndi 
ora dan əl çəkmək istəmirsən. Sənin işindən də baş açmaq 
olmur.
Akif oğlunun diqqətinin kitaba yönəldiyini görüb söh-
bəti yarımçıq kəsərək gülümsünüb fikrini yola yönəltdi.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə