S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə35/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

140
cü  mərtəbəyə  qalxanda Almeydanı  dəhlizdə  görüb  təəc-
cübləndi:
-Elə bilirdim, hamıdan tez mən gələcəyəm.
-Narahat olma. Hamıdan tez sən gəlmisən.
-Yaxşı, de görüm yuxusuz gecənin işə təsiri olub?
-Həm hə, həm də yox.
-Açıq danış, onsuz da yuxuluyam.
-Saat  yarım  sonra  iclas  olacaq,  hamı  orada  olacaq. 
Azər baycanın  buradakı  səfirliyi,  «Ümid»  mərkəzindən 
nü mayəndə,  insan  alveriylə  mübarizə  şöbəsi,  müx təlif 
ölkələrin  təhlükəsizlik  nazirliklərindən  olan  əməkdaş la-
rı mız,  narkomaniya  ilə  mübarizə  şöbəsi  və  daha  kimlər, 
kimlər. Sən də orada olarsan. Hələlik isə gedək kabinetimə 
səni vəziyyətlə tanış edim.
İki  saat  sonra Almeyda  iri  monitorun  qarşısında  da-
yanıb  cərgə  ilə  uzun  stolun  ətrafında  oturmuş  insanla-
ra  hadisə  haqqında,  öyrəndikləri  barədə  və  görəcəkləri 
işlərdən ətraflı məlumat verməyə başladı.
-Beləliklə,  cənablar.  Bildiyiniz  kimi  dünən  paytaxtda 
üst-üstə bir neçə dəhşətli cinayət hadisəsi baş verdi ki, bu-
nun təkcə bizim ölkəyə yox, dünyanın ən az on ölkəsinə 
təsiri oldu. Bir-biriylə sıx əlaqəsi olan bu cinayətlər və on-
ların motivləri haqqında hər birinizə fərdi şəkildə məlumat 
verildiyi üçün bu barədə çox danışmayacağam. Biz dünən 
uşaqları  kimin  öldürdüyünü  və  Samiri  qaçıran  adamın 
kimliyini  aydınlaşdırmışıq.  (Əliylə  monitorda  görünən 
şəkli göstərib), bu Con Şvartsdır. Avstraliya vətəndaşıdır. 
38  yaşı  var,  10  yaşı  olanda  ailə  üzvləri  ilə  birgə  maşın-
da  gedərkən  qəflətən  qarşılarına  əlil  arabalarında  yolu 
keçmək  istəyən  iki  uşaq  çıxır  və  atası  onları  vurmamaq 
üçün sükanı döndərəndə maşın qəzaya uğrayır. İki bacısı 


141
və valideynləri qəza vaxtı həlak olurlar. Yalnız Con salamat 
qala bilib. O gündən sonra Conun əlil insanlara, xüsusilə 
də,  uşaqlara  qarşı  antipatiyası  var.  25  yaşı  olanda  ruhi 
xəstəxanaya salınsa da, üç il sonra oradan qaçıb bura gələ 
bilib  və  bir  çox  ölkələrdə  dəstələri olan  “Hoja  de  sauce” 
cinayətkar qrupuna qoşulur. Dəstənin başçısı azərbaycanlı 
Teymur iki il bundan qabaq müəmmalı şəkildə yoxa çıx-
dıqdan  sonra  “Hoja  de  sauce”  qrupuna  başçılıq  etməyə 
başlayır.  Bu  dəstənin  əsas  işi  əlil  və  kimsəsiz  uşaqları 
oğurlayıb orqanlarını ehtiyacı olan varlılara satmaqdır. Bi-
zim əlimizdə Conun rəhbərlik etdiyi şəxslərin siyahısı var. 
Bunlar Rusiya, Argentina, Meksika və İspaniyada qurulan 
cinayətkar qruplarının rəhbərləridir. Buradakı dəstə başçı-
sı öldürülüb. Mən belə düşünürəm ki, əgər həmin adamla-
həbs edə bilsək, Conu ələ keçirə bilərik. 
Masanın  üstündən  üç  qovluq  götürüb  onları  Rusiya, 
Argentina  və  Meksikadan  olan  həmkarlarına  paylayaraq 
dedi:
-Bu qovluqlarda “Hoja de sauce” dəstəsinin sizin ölkə-
nizəki  qrup  rəhbərləri  haqqında  məlumatlar  var.  Ümid 
edirəm,  tezliklə  sizdən  şad  xəbər  eşidəcəyəm.  Samirin 
oğurlanmasına gəlincə isə, onun hər şeydən xəbər tutdu-
ğunu görüb dalınca əvvəl otelə gəliblər. Orada tapmayan-
da isə çox güman ki, qızı ələ keçirib Samirin hara getdiyini 
öyrəniblər. «Ümid» mərkəzinin buradakı filialına gəliblər 
və onunla birlikdə olanları öldürüb özünü isə mebel maşı-
nına mindiriblər. Təqribən on dəqiqə sonra isə maşını ya-
nacaqdoldurma məntəqəsində xüsusi hazırlanmış tunelin 
qapısının üstündə saxlayaraq, onu maşının altında açılmış 
yerdən tunelə düşürdüblər. Tunelin digər tərəfindəki çıxış-
da isə qara furqona mindirib tanrı bilir, hara aparıblar. 


142
Sonra üzünü «Ümid» mərkəzinin nümayəndəsinə və 
səfirə tutaraq dedi:
-Mən  təklif  edirəm,  «Ümid»  mərkəzinin  işini  qeyri-
müəy  yən vaxta qədər dayandırasınız. Belə olmasa həmin 
mər kəzlə əlaqəsi olan bütün əlillər təhlükədə olacaqlar. Ən 
əsası isə qız Samirə dəstə rəhbərinin məhz «Ümid» mər-
kəzində  işlədiyini  deyib.  Həmin  şəxs  aşkara  çıxarılaraq 
həbs  olunmayınca  mərkəzdəki  bütün  insanlar  təhlükədə 
sayılırlar.
«Ümid» mərkəzinin işinin bir müddətlik dayandırılma-
sı və digər məsələlərlə bağlı dörd saatlıq müzakirələrdən 
sonra  iclas  başa  çatan  kimi  Almeyda  Silvanı  kabinetinə 
çağırıb  ondan  Lusiyanı  tapmağını  istədi.  Silva  otaqdan 
çıxanda Almeyda gözünü üzbəüz divardan asılmış şəkilə 
zilləyib  fikirli-fikirli  öz-özünə  pıçıldadı:  “Görəsən  Samiri 
harada saxlaya bilərlər?”
Toledo. İspaniya
Samir  özünə  gələndə  yarımqaranlıq  otaqda  çarpayı-
da  uzandığını  gördü.  Qalxıb  oturaraq  əliylə  boynunun 
zərbə dəymiş yerini yavaşca ovxalaya-ovxalaya otağa göz 
gəzdirdi. İçərisi yalnız unitazdan və üzərinə çirkli döşəklə 
yastıq  qoyulmuş  çarpayıdan  ibarət  olan  otağın  tavanın-
dan zəif yanan lampa asılmışdı. Çarpayının baş tərəfində 
divarda  iri  qırmızı  hərflərlə  MUERTE  yazılmışdı.  Samir 
dostlarının  ölümünü  xatırladıqca  için-için  ağlamağa  baş-
ladı  və  bir  az  sonra  yaxınlaşmaqda  olan  addım  səslərini 
eşidib gözlərini silərək özünü toparladı. 
Qapı  açıldıqda  içəri  dörd  nəfər  girdi.  Cins  şalvar  və 
qara gödəkcə geyinmiş ortaboy, qısa saqqallı adam gəlib 
Samirin yanında oturdu:


143
-Salam Samir. Mənim adım Condur. İspan dilini yaxşı 
bildiyinə görə, ümid edirəm bir-birimizi yaxşı başa düşə-
cəyik. Əvvəlcə, de görüm, necə istirahət etdin? Otelimizin 
xidmətindən razısan?
-Yox. Narazı qaldım. Unitaz çox çirklidir, onu təmizlə 
ki, burada daha çox qalım.
-Baş  üstə,  indi  təmizlətdirərəm.  Amma  təəssüf  ki, 
özümlə əsgi gətirməmişəm. Köynəyini on dəqiqəlik mənə 
borc verməzsən?
- Köynəyimi yox, amma alt paltarımı verə bilərəm. Qa-
lar səndə, məndən yadigar saxlıyarsan.
-Yaman  hazırcavabsan.  Bir  sualıma  da  cavab  versən 
lap əla olar.
- ...
-De görüm, iş yerindəki otağında seyfin şifrəsi neçədir?
-Bağışla, bu cavabım hazır deyil.
-Sən çox xəsis adamsan, adi suala da cavab vermirsən. 
Yaxşı ki, sənə oxşamamışam. Sənə kiçik bir hədiyyə vermək 
istəyirəm.
Con əlində tutduğu telefonun təsdiq düyməsini basa-
raq, Samirə uzadıb dedi:
-Al, görüntülü danış. 3g fərasəti.
-Sən  lap  Napaleonun  dövründən  qalmasan  ki.  İndi 
hamı 4g işlədir.
Telefonun ekranından ona gülümsəyən Murad dedi:
-Salam əziz müəllim. Necəsən?
- Kül sənin kimi tələbənin başına. – Ciddiləşərək so-
ruşdu. – Nə etdiyindən xəbərin var?
-Əlbəttə. Mən bunu dörd ildir edirəm. Sən özünü ağıllı 
sayırdın Samir, amma bilmirdin ki, neçə aydır özün mənə 
işləyirsən, qurduğun bu təşkilatın səndən çox mənə xey-
ri  var.  İndi  bütün  əlillər  mənim  əlimdədir.  Onsuz  da  nə 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə