S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə42/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   38   39   40   41   42   43   44   45   ...   78

168
Con Markezlə birlikdə gözətçi kabinəsinə girəndə sto-
lun üstündəki tapançanı göstərib soruşdu:
-Bu nədir? Uşaqlarla bununla oynayırsan?
Markez kofe dəmləyə-dəmləyə dedi:
-Uşaq ikən sabah nələr oynaya bilərik deyə düşünərdik. 
İndi isə sabah həyat bizə hansı oyunu oynayacaq deyə dü-
şünürük. Yəni o silah ilə uşaqlarla yox, həyatla oynayıram. 
Kofeni gətirib stolun üstünə qoyaraq soruşdu: 
-Polerdən bir xəbər var?
-Mən də bunun üçün buradayam. Sənə verdiyim əma-
nəti bura gətir.
Markez çarpayının altında gizlətdiyi çamadanı gətirib 
stolun  üstünə  qoydu.  Con  cibindən  açar  çıxardaraq  ça-
madanı  açdı  və  içindəkiləri  bir-bir  çıxarıb  stolun  üstünə 
qoydu. Datakart, qalın qovluq, qələm və dəftərdən sonra 
notebooku  da  çamadandan  çıxardardandan  sonra  çama-
danı kənara tulladı. Markez kofe içə-içə maraqla Conun nə 
edəcəyinə  tamaşa  edirdi.  Con  kompüteri  yandıraraq  da-
takartı ona taxıb Polerin göndərdiyi elektron məktubdakı 
rəqəmləri  dəftərə  köçürtməyə  başladı.  İşini  bitirən  kimi 
notebooku söndürüb kənara qoydu və qovluğu açıb ora-
dakı  rəqəmlərlə  işarələnmiş  sözləri  Polerin  göndərdiyi 
rəqəmlərə tutuşdurmağa başladı. Təxminən, iki saata ya-
xın çəkən yorucu əməkdən sonra Con Polerin göndərdiyi 
şifrələrin açılmış mətnini yazdığı kağızdan oxuyurdu: 
“Salam.  Vəziyyət  pisdir.  Çalış  Samiri  İspaniyadan  çı-
xardıb Türkiyəyə gətirəsən. Kastamonuya qədər təyyarə ilə, 
oradan Karabükə isə vertalyotla gətir. Helikopterin nömrəsi 
YKU566,  sürücünün  adı  isə  Burakdır.  Mənim  Türkiyədə 
ən yaxın adamımdır. Orada bir problem çıxsa, yalnız ona 
müraciət et. Elə et ki, Samirin Türkiyəyə gətirilməsini səndən 
və üç–dörd yaxın adamından başqa heç kim bilməsin. Hətta 


169
Markez  də  bilməsin.  Mən  Türkiyəyə  bir  həftədən  sonra 
gələcəyəm.  O  o  vaxta  qədər  Samiri  Türkiyəyə  gətirərsən. 
Karabükdə görüşərik. Uğurlar”.
Con  şifrələnmiş  məktubu  oxuyub  qurtarandan  son-
ra  gödəkcəsinin  altından  tapançanı  çıxararaq,  -  Polerin 
sözündən çıxa bilmərəm. – deyib, bayaqdan bəri maraqla 
onu izləyən Markezə iki güllə vurdu. Sonra onun ölmədiyini 
görərək, yaxınlaşıb başından daha iki güllə vurdu. Cibində 
gəzdirdiyi maskanı başına taxıb baxçadan çıxdı. 
Təqribən,  iki  saatdan  sonra  taksi  sürücüsü  tamahını 
saxlaya bilməyib maşını yolun kənarına verərək saxladı və 
arxa oturacaqdan bayaqkı səxavətli müştərisindən qalma 
kiçik çantanı götürərək açdı. Çantanın içində saxta daş -qa-
şın altında dibə bərkidilmiş beş əl qumbarasının ilgəkləri 
çantanın qapağı ilə birləşdirildiyindən sürücünün onu aç-
masıyla arada yaranan dörd–beş saniyə sonra baş vermiş 
partlayış qızılları gördüyü üçün gözləri sevincdən parla-
yan taksi sürücüsünün tikə-tikə edib xoşbəxtlik qığılcımla-
rını gözlərində dondurdu.
Hadisədən 3 gün əvvəl
Madrid. İspaniya
Almeyda Prado muzeyinin qarşısına gələndə Silvanın 
artıq orada olduğunu gördü. Yaxınlaşıb onun yanında otu-
raraq soruşdu:
-Məni belə təcili çağırmağının səbəbi nədir?
-Sənə üç xəbərim var. İkisi yaxşıdır, biri pis. Hansın-
dan başlayım?
-Elə et ki, ardıcıl olsun.


170
-Yaxşı  xəbər  odur  ki,  qızın  kimliyini  müəyyən ləş-
dirmişəm. – Əlindəki qovluğu Almeydaya uzadaraq, – Lu-
siya  Qonzales.  23  yaşı  var.  Argentina  vətəndaşıdır.  Onu 
bura çox güman ki, əlillərə qulluq etmək üçün gətiriblərmiş. 
Qaldıqları yerə hücum olunanda anası öldürülüb. Atasın-
dan isə bir xəbər yoxdur. Deyəsən, hansısa qaçaqmalçılara 
qoşulub. Bunu araşdırıram. Pis xəbər isə budur ki, hələ də 
onun harada olduğunu bilmirəm.
Almeyda qovluqdakı kağızlara baxa-baxa köks ötürdü:
-Hə. Bu həqiqətən pis xəbərdir. Bəs məndən nə istəyir-
sən?
-İstəyirəm həmin gün Samirin yanında olanların hamı-
sının telefon zənglərinin siyasını mənim üçün çıxartdıra-
san.
-Səncə bir şey çıxacaq?
-Bilmirəm. Yoxlamaq lazımdır. O gün otelin bütün sis-
temi qarışıb bir-birinə, oradan heç nə çıxmadı.
-Yaxşı.  Sabah  siyahını  sənə  verərəm.  Bəs  ikinci  şad 
xəbə rin nədir?
- Karlosun məkanında öldürülən uşaqlardan sağ qalan 
iki  nəfərdən  biri  Lusiyanın  qardaşıdır.  Səndə  təzə  xəbər 
yoxdur?
-Məndəki xəbərlərin hamısı bəddir. Sergeylə Markez 
də öldürülüb. Con dünyanın bu başından vurub, o başın-
dan çıxır. Mən isə heç nə edə bilmirəm. Bir yandan Conun 
hərəkətləri,  bir  yandan  Samirin  izsiz-tozsuz  yoxa  çıxma-
sı,  bir  yandan  da  öldürülən  günahsız  əlillər.  Lap  başımı 
itirmişəm. 
Almeyda danışdıqca, səsində gah mülayimlik hiss olu-
nurdu, gah da kəskinlik.
-Sən gərək, o qızı mütləq tapasan. Əminəm ki, o bizim 
bilmədiyimiz nələrisə bilir.


171
Silva: - Baş üstə - deyib, getmək istəyəndə dayanaraq 
əliylə muzeyi göstərib soruşdu:
-Bu muzeydə olmusan?
-Yox, olmamışam. – Almeyda fikirli halda cavab verdi.
-Girib  baxmağın  məsləhətdir.  Möhtəşəm  muzeydir. 
Həm fikrin də dağılar. Mənim ən çox xoşuma gələn əsər 
“Las meninas”dır.
Silva gedəndən sonra bir az da parkda oturan Almey-
da ayağa qalxaraq iti addımlarla muzeyin qapısına doğru 
getdi.
Karabük. Türkiyə
Pedro bir az meşədə gəzişəndən sonra maşının yanı-
na  qayıdıb  furqona  girdi.  Içəri  alaqaranlıq  olduğundan 
gözlərinin qaranlığa öyrəşməsi üçün bir az gözləyib, son-
ra furqonun içini axtarmağa başladı. İçəridə bir neçə dəst 
fəhlə  paltarı,  qab-qacaq,  dörd  dənə  drijba  və  bir  günlük 
yemək  eytiyatı  vardı.  Meşədə  gəzərkən  əynindəki  fəhlə 
gödəkcəsinin qolu ağaca ilişib cırıldığından Pedro onu çı-
xardıb kənara tulladı. Yenisini götürmək istəyəndə paltar-
ların arasında ağzı iplə bağlanmış köhnə bir torba gördü. 
Paltarları  kənara  çəkib  maraqla  torbanı  açmağa  başladı. 
Torbanın içində bir tüfəng, iki tapança, iki ov bıçağı və pat-
ronları gördükdəəndə heyrətindən astaca qışqırdı: 
 -Aman Allah. 
Bu tərəflərdə ayı və canavar çox olduğundan hər eh-
ti mala  qarşı  tüfəngi  götürərək  doldurub  maşının  divarı-
na  dirədi.  Bıçaqlardan  birini  kəmərinə  taxıb  qalanlarını 
bükərək  yerinə  qoydu.  Furqonun  içində  oturub  nə  edə-
cəyini  fikirləşməyə  başladı.  “Artıq  beş  gündür  ki,  bura-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə