S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə45/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   41   42   43   44   45   46   47   48   ...   78

180
Daniel  fikrli  halda  telefonu  götürüb  polisə  zəng  vu-
randa  Conun  bütün  adamlarının  telefonunu  dinlət diyini 
bilmirdi.  Ona  görə  də,  telefonlara  qulaq  asan  Conun  ən 
yaxın  adamı,  gözündən  gün  eynəyini  heç  vaxt  çıxartma-
yan  Viktor  Danielin  polisə  zəng  vurduğunu  görüb  tez 
əmrindəki adamlardan birini onun arxasınca göndərdi. Heç 
nədən xəbəri olmayan Daniel isə polislərə hadisə ilə bağlı 
məlumat verirdi. Samirin aparıldığı ünvanı tam dəqiqliyi 
ilə  polislərə  bildirən  Daniel  telefonü  söndürəndən  sonra 
içində bir rahatlıq hiss etdi. Bu vaxt qapı zərblə açıldı. Da-
niel diksinib səs gələn tərəfə çevrildi. Qapının ağzında da-
yanan adam əlindəki silahla təəccüblə ona baxan Danieli 
alından vuraraq səssizcə çıxıb getdi. 
Madrid. İspaniya
Almeyda kabinetində oturub sənədlərə baxırdı ki, qa-
pı astadan döyüldü.
-Buyurun. 
-Cənab, Samir barədə məlumat almışıq.
Xuan cəld oturduğu kreslodan qalxıb soruşdu:
-Nə məlumat almısınız?
-Özünü  Daniel  adlandıran  bir  nəfər  polis  idarəsinə 
zəng vurub Samirin bu vaxtlar ərzində Toledo şəhə rin dəki 
restoranlardan birinin zirzəmisində saxlanıl dığını, bu gün 
səhər isə Türkiyəyə aparıldığını deyib.
-Elə bunları deyib? Başqa heç nə deməyib?
-Deyib  cənab.  Zəng  vuran  şəxs  Toledo  şəhərindəki 
dəqiq ünvanı, Samirin Türkiyədə hansı şəhərə aparıldığını 
və hətta onu hava limanından saxlanılacağı məkana qədər 
aparacaq helikopterin nömrəsini də deyib.


181
-Siz polislərə xəbər verin, Toledo şəhərindəki ünvana 
baş çəksinlər. Türkiyəylə bağlı bütün məlumatları isə yox-
layıb tezliklə, mənə məlumat verin. 
Fikirli–fikirli, astadan öz-özünə soruşdu:
-Görəsən onu ölkədən necə çıxardıblar?
-Tabutda çıxardıblar cənab. Güya ki, avtomobil qəza-
sında  həlak  olan  Türkiyə  vətəndaşıdır.  –  deyə  leytenant 
ca vab  verdi. Almeydanın  təəccüblə  ona  baxdığını  görüb 
əlavə etdi:
- Zəng vuran şəxs polislərə belə deyib.
Leytenant gedəndən sonra onun geri dönməsini göz-
ləyən  Almeyda  həyəcandan  gah  kabinetində  o  tərəf-bu 
tərəfə  gəzişdi,  gah  da  kresloda  oturaraq  gözünü  tavana 
zillədi. Nəhayət, on dəqiqədən sonra geri dönən leytenant 
qapıdan içəri girən kimi onu sual atəşinə tutdu:
-Hə, leytenant nə oldu? Məlumatları yoxladınız? Düz-
dür, ya yox? Samirin izinə düşə bilmisiniz?
-Bəli, cənab düşmüşük. Verilən bütün məlumatlar doğ-
rudur. Bu gün İspaniyadan Türkiyəyə kişi meyidi aparılıb. 
Üstəlik, nömrələrini qeyd etdiyimiz helikopter məlumatda 
verildiyi hava limanından yola düşüb. Hazırda səmadadır, 
məlum istiqamətdə gedir.
-Tez  Türkiyə  ilə  əlaqə  saxlayın.  Qoy  onlar  helikop-
ter yerə enənə qədər heç bir şey etməsinlər. Yalnız uzaq-
dan  izləsinlər.  Helikopterin  enəcəyi  yerdə  pusqu  qurub, 
əməliyyatı orada keçirtsinlər.
-Baş üstə, cənab.
Kastamonu. Türkiyə
Con yeməyini bitirdikdən sonra hesabı ödəyib kafedən 
çıxanda telefonu zəng çaldı. Bir kənara çəkilib telefona ca-
vab verdi:


182
-Alo
-Boss, problem var.
-Nə olub ki?
-Daniel bizi polislərə satdı.
Con təəccübdən qışqırdı:
-Nə?
-Hə  boss.  Telefonda  hər  şeyi  polislərə  danışdı.  Hətta 
Samirin  Türkiyəyə  aparılmasını  da.  Yəqin  indi  Almey-
da  bütün  İspan  polisini  üzərimizə  göndərəcək.  Nə  əmr 
edirsən? Nə edək?
Əsəbdən Conun sifəti qızarmışdı:
-B  planını  həyata  keçirin.  Almeyda  isə  lap  zəhləmi 
tök dü.  Madriddəki  uşaqlara  xəbər  elə  qarabaşın  xətrinə 
dəysinlər, bəlkə onda ağıllandı.
Con danışığını bitirib, Buraka zəng vurdu:
-Burak mənə yaxşı-yaxşı qulaq as. Türkiyə polisi Sami-
rin helikopterdə olduğunu bilir. Və çox güman ki, sürdü-
yün helikopteri nəzarətə götürəcəklər. Buna görə də, ba-
cardığın qədər alçaqdan sürüb Samiri meşəyə at. O ayılana 
qədər mən onu götürəcəyəm. Siz isə polislərə müqavimət 
göstərməyin. Elə bilsinlər, doğrudan da meyid aparırsınız
-Axı  bura  vəhşi  heyvanlarla  doludur.  Bəlkə  tabutda 
ataq?
-Yox olmaz. Polislərin əlinə keçməkdənsə qoy ayılara 
yem olsun. Polislər tabutdakı meyidin kimliyini araşdırıb 
onun  İspaniyadan  gətirilmədiyini  öyrənənə  qədər,  mən 
Samiri  tapıb  gizlədəcəyəm.  Sonra  sizin  üçün  də  bir  şey 
fikirləşərəm.
Burak  Conla  əlaqəni  kəsib  diqqətlə  ətrafa  baxaraq 
hündürlüyü  azaltmaq  üçün  münasib  yer  axtarmağa  baş-
ladı. Hava getdikcə qaraldığından qarşısına çıxan ilk tala-
da helikopteri bir az aşağı endirb Samiri meşəyə atdı və 
yenidən yüksəkliyə qalxıb oradan uzaqlaşdı.


183
Madrid. İspaniya
Vəziyyətlə bağlı mütəmadi olaraq, Almeydaya məlu-
mat verən leytenant növbəti dəfə otağa girəndə Almeyda 
onun üzünə baxıb pis xəbərlə gəldiyini və bu xəbəri ona 
deməyə çətinlik çəkdiyini hiss etdi.
-Yaxşı çəkinmə, den görüm nə xəbər gətirmisən. 
-Xəbərlər pisdir cənab. Türkiyədən bizə məlumat gə-
lib. Polislər helikopterə baxış keçiriblər, amma Samir ora-
da olmayıb. Türkiyə tərəfi tabutdakı meyidlə onu aparan 
şəxslərin kimliyini araşdırıb bizə məlumat verəcək. 
-Hə, bu həqiqətən pis xəbərdir. Bəs Toledo şəhərin dən 
nə xəbər var?
-Mən də elə indi sizə onu demək istəyirdim. Polislər 
restoranı mühasirəyə alıb təslim olmaları üçün içəri də ki-
lərə xəbərdarlıq ediblər. Ancaq heç bir səs gəlmə diyini gö-
rüb əməliyyata başlayıblar. Onlar içəri girəndən bir dəqiqə 
sonra restoranda güclü partlayış olub.
Almeyda  əsəbindən  bağıraraq,  əliylə  vurub  masanın 
üstündəkiləri yerə səpələdi:
-Mən türkiyəyə gedirəm. - (Kinayəli şəkildə) - Heliko-
pterdəkilərə  başsağlığı  vermək  lazımdır.  Siz  isə  restora-
nın  ətrafındakı  bütün  telefon  siqnallarını  toplayıb  tam 
dəqiqliklə  yoxlayın.  Həmin  ərazidə  olan  bütün  kamera 
görüntülərinə də baxın. “Hoja de sauce” qruplaşması haq-
qında bütün məlumatları yığıb mənə təqdim edin. 
Cibindən vərəq çıxardaraq:
-Bunu isə Silvaya verin.
Karabük. Türkiyə
Pedro bir xeyli getdikdən sonra yorulub dincini almaq 
üçün ağacın dibində oturdu. Bir az istirahət etdikdən son-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə