S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə47/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

188
Saray. Azərbaycan
Gecənin  qaranlığında  üçotaqlı  həyət  evinə  bayırdan 
benzin çiləyən dörd nəfərin tək bir məqsədi vardı: Samirə 
göz dağı vermək üçün Əlini öldürmək! İçəri girməyə cəhd 
etsələr də, pəncərələrin dəmir nəfəsliklərlə örtülü olması 
və qapının möhkəmliyi onlara mane olmuşdu. Ona görə 
də  əllərini  nəfəslikdən  içəri  salaraq  almazla  pəncərənin 
şüşəsini kəsib içəri benzin tökürdülər. Pəncərəsi olan bü-
tün otaqlara benzin tökdükdən sonra qapıdan çıxmasınlar 
deyə, qapını arxadan qıfılla bağladılar və kömək çağrılma-
ması üçün telefon xəttini kəsdilər. 
İşlərini qurtardıqdan sonra benzin tökdükləri yerlərə 
od vurub cəld oradan uzaqlaşdılar.
Rəna  sevimli  teleserialından  ayrılmaq  istəməsə  də, 
aramsız gələn telefon zəngi onu ayağa qalxmağa məcbur 
etdi.  Dəstyi  götürüb  acıqlı–acıqlı,  alo,  dedikdə  dəstəkdə 
rəfiqəsinin təlaşlı səsini eşitdi:
 -Bu vaxta qədər haradasan ay qız? Mobil telefonu da 
söndürmüsən. Az qalmışdım taksiyə minib gəlim sizə. Bir 
hadisə olmayıb ki?
-Yox ay qız, nə olasıdır ki? Sadəcə serialdan ayrıla bil-
mirdim.
-Mən  də  dedim  görəsən  nə  olub.  Bəs  telefonu  niyə 
söndürmüsən?
-Mən söndürməmişəm. Yəqin zaryadka qurtarıb.
-Yaxşı, get serialına bax. Sonra zəng vuraram.
-Narahat olma reklam fasiləsidir. Rahatca sözünü deyə 
bilərsən.
-Sabah  tezdən  həkimə  getməliyəm,  mənimlə  ge dər-
sən?


189
-Bağışla, gələ bilməyəcəyəm. Bu gün Əlinin nənəsi yı-
xılıb,  ayağını  zədələyib.  Ona  görə  də  bir  neçə  gün  Əliyə 
mən baxmalı olacağam.
-Əli sizdədir? Sabah həkimdən çıxan kimi gələcəyəm 
sizə, Əlini görməyə. Çox şirin uşaqdır.
-Bayaqan bəri məni o qədər güldürüb ki. Çox şən uşaq-
dı.  Onun  oyanma  qorxusu  olmasaydı  heç  telefona  cavab 
verməyəcəkdim.
-Nə əcəb belə tez yatıb?
-Bu gün Lunaparka aparmışdım. O qədər oynadı ki, 
yorğunluqdan yolda əsnəyirdi.
-Day bağışla da, səni serialdan ayırdım.
-İnnən beləsinə baxmağa imkan versən bağışlayaram.
-Hələlik. Sabah görüşərik.
Rəna  dəstəyi  yerinə  qoyan  kimi  cəld  qaçıb  divanda 
oturaraq gözlərini televizora zillədi.
Hadisədən 1 gün sonra
Karabük. Türkiyə
Samir  özünə  gələndə  bədəni  hələ  də  ağrayırdı.  Göz-
lərini  ağır-ağır  açaraq  ətrafa  baxdı.  Hər  tərəf  ağaclar  və 
kollarla dolu idi. Ayaq tərəfdə bir nəfər fit çala-çala bıçaqla 
əlindəki ağac budağını yonurdu. Ətrafı dumanlı və xəyal 
kimi görürdü. Buna görə də əliylə gözlərini sildi. 
Pedro  Samirin  tərpəndiyini  görərək  əlindəkiləri  bir 
kənara qoyub onun yanına gəldi. Diz üstə Samirin yanında 
oturaraq diqqətlə onu süzdü: 
-Necəsiniz cənab? Özünüzü necə hiss edirsiniz? Sizə 
necə kömək edə bilərəm? -Sonra gülümsəyərək, öz-özünə 
astadan  dedi:  -Mən  nə  danışıram?  Bu  yazıq  türk  mənim 
dediklərimi necə başa düşsün.


190
Samirin  qalxıb  oturmaq  istədiyini  görən  Pedro  ona 
kömək etdi. Samir dikəlib qoluna baxdı. Qan qurumuşdu, 
demək daha qanaxma olmurdu. Artıq qabırğası da əvvəlki 
qədər bərk ağramırdı. Əlini ciblərinə salıb bir-bir yoxladı. 
Əl dəsmalından başqa hər şeyini götürmüşdülər. Üzünü 
bayaqdan maraqla ona tamaşa edən Pedroya çevirib ispan 
dilində dedi:
-Əgər mənə kömək etmək istəyirsənsə, bir az su ver. 
Bərk susamışam.
Pedro:
 -Bu dəqiqə! – deyərək, çantasından su butulkasını çı-
xardıb Samirə uzadanda qəfil geri çəkib təəccüblə soruşdu:
-Sənin su istədiyini mən haradan bildim? Axı mən türk 
dilini bilmirəm.
-Su istədiyimi bildin, çünki mən ispan dilini bilirəm.
Pedro butulkanı Samirə uzadıb dedi:
-Bu yaxşı oldu.
Samir doyunca su içəndən sonra soruşdu: 
-Mən haradayam? Bura necə düşmüşəm? Bəs sən kim-
sən?
-Bura Tükiyədir. Biz hazırda meşədəyik. Bura necə düş-
düyünü bilmirəm. Sənin düşdüyün yerin ətrafında helikop-
ter  uçurdu.  Ya  səni  helikopterdən  tullayıblar,  ya  da  özün 
yıxılmısan. Görünüşündən belə görünür ki, səni burada tul-
layıb gediblər. Bəxtin gətirib ki, səni tapdım. Yoxsa indi han-
sısa canavar mədəsində həzm edə-edə özünü günə verirdi.
Samir gülümsəyərək:
-Bəs sən kimsən? Meşəbəyi?
-Yox, tam əksinə. 
Pedro bura necə düşdüyünü Samirə danışıb soruşdu:
-Bəs sən kimsən? Sifətin mənə tanış gəlir, amma yadı-
ma sala bilmirəm.


191
-Mənim adım Samirdir. Əlillər üçün yaradılan mərkə-
zin rəhbəriyəm. Azər...
Pedro onun sözünü yarımçıq kəsdi:
-Hə, düzdür, Samirsən. Dedim axı tanış gəlirsən. Hə-
min mərkəzin Argentinada da filialı var. Oğlum uşaq vaxtı 
bir qolunu itirdiyindən onu da götürüb həmin filiala get-
mişdm. Bizi çox yaxşı qarşıladılar. Üstəlik oğluma da hər 
cür köməklik etdilər. Bəs yaxşı səni bu günə kim qoyub?
Samir başına gələnləri qısa olaraq Pedroya danışıb dedi:
-Sən  mənə  buradan  çıxmağa  kömək  et,  mən  də  səni 
maneəsiz öz ölkənə, ailənin yanına yola salım. Sənə mər-
kəzin Argentinadakı filialında iş də verərəm.
-Sən məni vətənimə yola salmasan belə, mən səni bu-
rada atıb getməyəcəkdim. -Əlini Samirə uzadaraq, -Amma 
yenə də mən razı.
-Çox güman ki, quldurlar məni axtarmağa gələcəklər. 
Bu rada çox dayanmaq olmaz. Kömək et, ayağa qalxım, ge-
dək.
-Tapa bilməzlər. Səni atdıqları yer buradan iki saatlıq 
uzaqdır.
-Məni  iki  saat  qucağında  daşımısan?  Bu  yaxşılığının 
əvəzini heç cür ödəyə bilmərəm.
-Sən əlillər üçün bu qədər əziyyət çəkirsən. Onlardan 
öt rü belə çətinliyə düşmüsən. Oğlum «Ümid» mərkəzinin 
sa yəsində özünü bu həyatın bir parçası hiss edir. Mənim sə-
ni iki saat qucağıma daşımağım bunların yanında nədir ki?
Pedro Samiri ayağa qaldıraraq qoluna girdi və hər ikisi 
yavaş-yavaş meşənin içiylə getməyə başladılar.
Sumqayıt. Azərbaycan
Rəna mətbəxdə qazı yandırıb tavanı qazın üstünə qo-
yaraq içinə yağ atdı. Yağ əriyən kimi tavaya iki yumurta çır-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə