S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə55/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   51   52   53   54   55   56   57   58   ...   78

219
Hadisədən 4 gün sonra
Ankara. Türkiyə
Səlcuq Ədliyə binasına girəndə Almeyda pilləkənlərlə 
yuxarı qalxırdı. Arxadan onu səsləyib dedi:
-Almeyda. Dayan, bir yerdə gedək.
Almeyda:
- Mən də sənin kabinetinə gedirdim.
Səlcuq yaxınlaşaraq əl verib görüşdü. 
-Bu gün səni belə tezdən görəcəyim ağlıma gəlməzdi. 
Dünən hamının ifadəsini aldığımızdan fikirləşirdim ki, bu 
gün istirahət edəcəksən. Buyurun getdik.
-Mən yalnız Con həbs olunandan sonra istirahət edə-
cəyəm.  Bir  aylıq  məzuniyyət  götürüb  Kanar  adalarına 
gedəcəyəm.  Səninlə  iki  məsələyə  görə  görüşmək  istə yir-
dim. Birincisi, burada alınan ifadələrin İspaniyaya gön də-
rilməsi  haqqında,  ikincisi  isə  Türkiyədə  həbs  olunan  ar-
gentinalı ilə bağlıdır.
-İfadələrdən narahat olma. Bütün video və kağız ma-
terialları  ən  gec  sabaha  qədər  İspaniyaya  göndərə cək lər. 
Digər məsələ ilə bağlı kiçik bir çətinliyimiz var.
-Nə çətinlik?
-Məsələ  burasındadır  ki,  həbs  olunanların  arasında 
Pedro adlı şəxs yoxdur. Bütün tutulanları dindiriblər, an-
caq hamısı birmənalı şəkildə elə bir adam tanımadıq larını 
deyirlər.
-Mən  özüm  onlarla  danışmaq  istəyirəm.  Bu  görüşü 
təşkil edə bilərsən?
-Əlbəttə. Nə zaman istəsəniz.
-İndi.
-Buyurun getdik.


220
Hər ikisi gəldikləri yolla geri qayıdaraq küçənin digər 
tərəfindəki müvəqqəti saxlama təcridxanasına getdilər. Al-
meyda maşına əyləşmək istəyəndə Səlcuq qoymadı:
-Lazım deyil. Təcridxana yaxında, yolun qarşı tərəfin-
dədir.
Onlar yolu keçib təcridxanaya gələndə Səlcuq Almey-
danı təcridxana rəisinə təqdim edib məsələ ilə bağlı qısa 
məlumat verdi. Hər ikisini dustaqların yanına aparması-
nı istədi. Almeyda otağa girərək üzünü dustaq lara tutub 
dedi:
-Mən sizi çox yormayacağam. Vaxtınızı cəmi bir neçə 
dəqiqə  alıb  gedəcəyəm.  Demək  belə.  Bilirəm  ki,  Argen-
tinadan  bura  gələn  işçilərin  arasında  Pedro  adlı  bir  nə-
fər də olub. Onu satmayaraq müdafiə etməyinizi də başa 
düşürəm. Ancaq bilin ki, onun haqqında bildik lərinizi da-
nışsanız onu pis vəziyyətdə qoymaya caqsınız, əksinə, ona 
böyük yaxşılıq etmiş olacaqsınız.
-Bu Pedro kimdir? Onu niyə belə bəh-bəhlə axtarırsı-
nız? – dustaqlardan biri soruşdu.
-Çünki onun həyatı təhlükədədir.
-Təhlükədə? – Qustavo həyacanla soruşdu.
-Bəli, təhlükədə. Həyat yoldaşını öldürüblər, oğlu ağır 
yaralıdır, qızı isə itkin düşüb. Əgər tezliklə, tapa bilməsək 
onu da öldürə bilərlər.
-Düz  danışdığını  haradan  bilək?  –  Bayaqkı  dustaq 
yenidən dilləndi.
-Əgər yalan danışırıqsa belə, yenə də susmağınız onu 
təhlükə altına qoyur. Səlcuq söhbətə qoşuldu:
-İşlədiyinz meşə yırtıcı heyvanlarla doludur. Təkbaşına 
bu qədər yırtıcı heyvandan qurtulub sağ qalmaq müşkül 
məsələdir.  Əgər  tezliklə,  onu  tapa  bilməsək  ya  aclıqdan 
öləcək, ya da vəhşi heyvanlara yem olacaq.


221
-Mən Pedronun dostuyam. – Qustavo bir neçə addım 
qabağa çıxdı. – Sizə onun haqqında nə lazımdırsa danışa-
ram.
Qustavo Pedro barədə Almeyda və Səlcuqa bütün mə-
lu matları verib, onun meşədə ola biləcəyi təqribi yeri dedi.
-Polislər gələndə o, maşınla meşənin şərq tərəfinə get-
di və çox güman ki, maşının gedə bilmədiyi yerlərdə belə o 
piyada olaraq, yolunu yalnız şərq tərəfə davam etdirəcək. 
Biz öz aramızda belə danışmışdıq. Bir hadisə baş verdikdə 
yalnız şərq tərəfə gedəcəkdik.
Səlcuq: - Köməyə görə çox sağ ol – deyib ayağa qalxan-
da Qustavo üzünü Almeydaya tutub soruşdu:
-Siz bayaq dediniz ki, Pedronun ailəsi pis vəziyyətə dü-
şüb. Nə baş verib ki? Mən onun ən yaxın dostuyam, bunları 
bilməyə haqqım var. Allah xatirinə deyin, nə baş verib?
Səlcuqla Almeyda Pedronun ailəsinin başına gələnləri 
Qustavoya danışıb otaqdan çıxanda Qustavo ayaq üstə da-
yana bilməyib yerə oturdu və əlləri ilə başını tutub ağlaya-
ağlaya öz-özünə deyindi:
-Mənim  ucbatımdan  oldu!  Onu  bura  mən  gətirdim, 
bütün bunlar mənə görə oldu. 
Ədliyyə binasına qayıdıb kabinetinə girəndə Səlcuqun 
ilk işi Erkana zəng vurmaq oldu. Onu vəziyyətlə tanış edib 
meşəni axtarmağı tapşırdı.
Bakı. Azərbaycan
Akif su içmək mətbəxə gedəndə Asifi televizorun qar-
şısında gördü. Oğlunun gözü ekranda, fikri isə tamam ayrı 
yerdə idi. Özünə su töküb otağa qayıdan Akif Asifə yaxın-
laşıb dedi:


222
-Artıq gecə saat birdir. Nə əcəb yatmamısan? Sən ki, 
həmişə bu vaxtlar yatardın?
-Yuxum gəlmir. Televizora baxıram.
-Simfonik orkestrin konsertinə? Sən ki, heç günortalar 
belə şeyə baxmırsan?!
-Mən.. Mən... Sadəcə...
-Yaxşı görüm. 21 illik oğlumu mənə tanıdacaqsan? De 
görüm, səni bu qədər üzən nədir
--...
Akif arabadan tutub onu özünə tərəf çevirdi:
-Üzünü  bəri  çevir  görüm.  Danış  ki,  sənə  kömək  edə 
bilim. Əks halda səni belə gördüyüm üçün səndən də çox 
əzab çəkəcəyəm.
-Məni  görəcəyim  işlərdə  uğurlu  olub,  olmayacağım 
narahat edir. «Ümid» mərkəzi bağlandı. Nə vaxt açılacağı 
da məlum deyil. Lap açılsa belə, oradakı işim daim deyildi. 
Bir gün oradan çıxacaqdım. Sənin gəlirin elə də çox deyil 
ki,  ömrümün  sonunadək  mənə  bəs  edəcək  qədər  pul  yı-
ğasan. Demək istədiyim budur, gələcəkdə kimdənsə asılı 
vəziyyətdə yaşamamaq üçün indidən tədbir görməliyəm. 
Nə iş görəcəyimdən asılı olmayaraq, o işdə mükəmməl ol-
maq istəyirəm. Bax məni narahat edən məsələ də budur. 
Necə edim ki, gördüyüm hər işdə uğur mən tərəfdə olsun?
-Deməli belə! – Akif aramla sözə başladı. – Öz işində ən 
yaxşı olmaq və həyatda daim irəli getmək üçün iki variant 
var. Bunlardan birincisi odur ki, qarşına çata bilməyəcəyin 
bir  hədəf  qoy.  Yəni  mümkün  olması  çox  çətin  olan  bir 
məqsəd.
-Əgər əldə edə bilməyəcəyim bir şeyin dalınca düşü-
rəmsə, bunun mənə xeyri nədir?
-Burada əsas məsələ işin gözlə görünən tərəfi yox, arxa 
planda qalan nəticəsidir. Gəl ən sadə bir misaldan başla-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə