S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə57/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   53   54   55   56   57   58   59   60   ...   78

227
-İki il bundan əvvəl, qış günü rayondan, əmim oğlu-
nun toyundan qayıdırdıq. Qarşıdan gələn yük maşını bi-
zim  olduğumuz  avtobusu  vurub  20  metr  hündürlükdən 
dərəyə  aşırdı.  Hər  kəs,  atam,  anam,  qardaşım,  qardaşım 
arvadı, əmim, bibilərim öz ailələri ilə həmin qəzada həlak 
oldular. Yalnız ikimiz sağ qaldıq. Mən və qardaşım oğlu 
Əli. Bu sadəcə bir möcüzə idi.
-Bəs xalan, dayın yoxdur?
-Yox. Anam evin tək qızı idi.
-Bilirsənmi  Samir.  Məncə  sən  özünlə  fəxr  etməlisən. 
Belə vəziyyətlə bu həyatda tək-tənha qalaraq, bu səviyyəyə 
qalxmaq həqiqətən də hər kəsin bacardığı bir şey deyil.
-Bir az da sən öz ailən haqqında danış.
- Mənim ailəm dörd nəfərdən ibarətdir. Mən, sevimli 
Mariyam və iki uşaq. Dayan şəkillərini sənə göstərim.
Pedro  cibindəki  şəkili  çıxartmaq  istəyəndə  qəfildən 
yaxınlıqda atəş açıldı və güllə Pedroyla yanaşı olan ağaca 
dəydi. Pedro cəld aşağı əyilərək Samirin yanına gəlib onun 
daldalandığı ağacın arxasında gizləndi. Dalbadal bir neçə 
dəfə də güllə atıldıqdan sonra bir nəfərin yoğun səsi eşi-
dildi:
-Sənin  axırın  çatıb  Pedro.  Satqınların  cəzası  yalnız 
ölüm  dür.
-Bu nə danışır? – Samir soruşdu.
Pedro çiynindəki tüfənglə bir dəfə atəş açıb dedi:
-Aydındır. İşlədiyim şirkətdə elə bilirlər ki, adamları 
polisə mən satmışam.
-Bəs niyə fikirləşmirlər ki, adamları polisə sən satmı-
sansa, tək-tənha bu meşədə nə işin var?
-Nə bilim. Yəqin buna da bir məntiq tapıblar.
-Gəl hər şeyi onlara izah edək.


228
-Heç  işə  yarayacağına  inanmıram.  Onları  bura  məni 
öldürmək üçün göndəriblər. Nə deyəcəyimizin onlar üçün 
elə də əhəmiyyəti yoxdur. Görmürsən, necə həvəslə atəş 
açırlar?
-Bəs indi nə edək?
Pedro, -Bax, bunu – deyərək, çantanın ağzını açıb için-
dəkiləri yerə tökdü. Yerə tökülən əşyaların arasından ta-
pança götürərək atəş açmağa başladı və Samirin digər ta-
pançanı götürdüyünü görüb soruşdu:
-Atəş aça bilirsən?
-Yox!  –  deyə,  atəş  açan  Samir  adamlardan  birini  ya-
raladı.  Pedro  təəccüblə  bir  anlıq  Samirin  üzünə  baxıb, 
gülümsünərək döyüşü davam etdirdi. Bir neçə güllə atdıq-
dan sonra dedi:
-Sən bacardığın qədər onların başın qat, mən arxa tə-
rəflərinə keçəcəyəm.
-Bu təhlükəlidir.
-Başqa  çarə  yoxdur.  Nə  qədər  ki,  bu  onların  ağlına 
gəlməyib, bunu biz edək.
Pedro getmək istəyəndə Samir onu saxladı:
-Dayan. Al bunu, özünlə ehtiyat tapança darağı götür.
Pedro  gedəndən  sonra  Samir  onun  yoxluğunu  hiss 
etdirməməkdən  ötrü  daha  çox  atəş  açmağa  başladı.  Bir 
müddətdən sonra Pedronun səsi eşidildi:
-Atəş açma Samir. Mən hər şeyi həll etdim.
Samir Pedronun gəldiyini görüb ağacdan tutaraq aya-
ğa qalxdı. Pedro yaxınlaşıb dedi:
-Üç  nəfər  idilər.  Birini  sən  yaraladın,  ikisini  də  mən 
vurdum.
-Gedək yaralıya kömək edək. Yoxsa qanaxmadan ölə-
cək.
-Kömək edək? Axı o bizi öldürmək istəyirdi?!


229
-Mən özümü müdafiə edərkən istənilən hərəkəti edə 
bilərəm.  Ancaq  yaralı  bir  insanı  meşədə  təkbaşına  atıb 
getmək düzgün hərəkət deyil. Çarəsiz vəziyyətdə olan in-
sanlara kömək etmək hər birimizin borcudur.
-Hətta bu sənin ən qatı düşmənin olsa belə?
-Bilirsənmi  Pedro,  ömrümboyu  həyatda  bu  qədər 
əzab-əziyyət çəksəm də, heç zaman yaxşılıq etməyi ikinci 
plana keçirməmişəm. Gedək görək vəziyyəti necədir.
Pedroyla Samir yaralının yanına çatanda Samir onun 
nəbzini yoxladı. Nəbzinin vurmadığını görüb əlini bir neçə 
saniyəlik yaralının burnuna tutdu. Qulağını onun sinəsinə 
qoyub ürəyinin döyünmədiyini görəndən sonra başını qal-
dırıb dedi:
-Artıq gecdir, ölüb.
-Məncə tezliklə buradan uzaqlaşmalıyıq.
Pedro Samirin qolundan tutub onu ayağa qaldıranda 
arxadan səs eşidildi:
-Durun!  Sakın  kıpırdamayın.  Təslim  olun.  Burda  ne 
ya  pıyonuz?
Hər ikisi ehtiyatla səs gələn tərəfə döndülər. Yaşlı bir 
kişi əlindəki tüfəngi onlara tuşlayıb nə baş verdiyini anla-
mağa çalışırdı.
-Qaldırın əllərinizi!
-Bu nə deyir? Ümumiyyətlə, bu haradan çıxdı? – Pedro 
soruşdu.
-Deyəsən meşəbəyidir. Deyir əllərinizi qaldırın.
-Orada nə pıçıldaşırsınız? – Meşəbəyi qəzəblə soruşdu.
-Qulaq as, əmi. – Samir sözə başladı. – Mənim adım 
Samirdir,  ”Samir”  mərkəzinin  rəhbəriyəm.  –  yerdəkiləri 
göstərərək: Bunlar bizə hücum etmişdilər. Bi....
-Dayan görüm. – Meşəbəyi Samirin sözünü kəsdi. – Ki-
mi aldadırsan? Mən heç bir mərkəz, filan tanımıram. Əgər 


230
bunlar sizə hücum etmiş olsaydılar, gərək indi yerləriniz 
dəyişik olardı.
-Başa düşürəm əmi. Bizim ikimizin də burada olmağı-
mızı, yerdəki cəsədləri, ümumiyyətlə, burada baş verənləri 
izah etmək hazırda çox çətindir. Ancaq xahiş edirəm, bizi 
ən  yaxın  polis  məntəqəsinə  apar.  Ya  da  ki,  telefonu  ver 
zəng vurum.
-Sizə heç nə verən deyiləm. Ancaq sizi polisə mütləq 
təhvil verəcəm. Düşün qabağıma. Bu tərəfə gəlin.
Meşəbəyi Samirin - əmi, xahiş edirəm telefonu mənə 
ver, mən mütləq zəng vurmalıyam – sözlərini eşidib, -Niyə 
israr  edib  əsəbimi  pozursan?  –  deyə  qəzəblə  soruşaraq 
ona  yaxınlaşdı.  Qəfil  açılan  atəş  səsindən  özünü  saxlaya 
bilməyib Samirin üstünə yıxıldı. 
Gülləsinin Samirə dəymədiyini görən Viktor öz-özünə 
deyindi:
 -Bu qoca haradan çıxdı?
Sonra adamlarına atəş əmrini verdi. Pedro meşəbəyinin 
vurulduğunu görüb – Hektor yerə yat. Bizə atəş açırlar! – 
deyə  qışqırıb  yerə  uzanmaları  ilə  silahların  işə  düşməsi 
bir  oldu.  Güləllərin  ağacdan  qopardığı  yarpaqlar  və  bu-
daqlar yerdə uzanaraq əlləri ilə başlarını tutmuş Samirlə 
Pedronun üstünə tökülürdü. Pedro başına yerdən qaldırıb 
öldürdüyü adamlara tərəf sürünərək silahlardan birini gö-
türdü. Qarşı tərəfi nişan alıb atəş açdı. Cavab atəşi açıla-
cağını  gözləməyən  Viktorun  adamları  cəld  yerə  yatdılar. 
Samir yaranan boşluqdan istifadə edərək Pedronun yanına 
gəldi:
-Nə çox iş yoldaşın var imiş?
-Boş-boş danışmaqdansa, al silahı, məni qoru. Mən də 
yerdə  qalan  silahları  yığım  döyüşə-döyüşə  geri  çəkilək. 
Yoxsa bizi mühasirəyə alacaqlar.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə