S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə60/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   56   57   58   59   60   61   62   63   ...   78

239
-Təbii  ki,  tapşırığına  əməl  edəcəyəm.  Ancaq  bunu 
niyə istədiyin mənə maraqlı gəldi. Bu iki ildə bizim bütün 
işlərimizi Con görürdü, vəziyyət pisləşəndə isə dördlüyü 
Con aradan götürdü.
- Con bizimlə birgə gizlənmək istəmir. O ölsə də, qalsa 
da, tutulsa da, işinə davam etmək istəyir. Mən isə yığdığım 
650 milyon dollarla birgə xəlvətə çəkilib bu gündən sonra 
rahat yaşamaq istəyirəm. Con bizim haqqımızda çox şey 
bilir, əgər onu öldürməsən bunları edə bilməyəcəyik.
Murad Tahirlə danışıb qurtarandan sonra mesajla Co-
na göndərdiyi ünvanı eyni üsulla Tahirə göndərdi. Tahir 
Muradın göndərdiyi mesajı oxuyub qartaran kimi telefo-
nun batareyasını çıxardaraq, hər ikisini yanındakı içi suyla 
dolu çəlləyə atdı.
Hadisədən 6 gün sonra
Madrid. İspaniya
Silva  kabinetə  girəndə  Almeyda  həyacanla  otaqda  o 
baş-bu başa gedirdi. Silvanı görüb dedi:
-İki  saatdır  haradasan?  Bayaqdan  səni  gözləyirəm. 
Sənin ən xoşbəxt günün hansıdır?
Silva heç nə anlamayaraq dedi:
-Doğum günüm, bir də evlilik ildönümüm.
- Elə mənim də. Ancaq mənim üçün o günlərə daha 
biri də əlavə olundu. Mən hər il bu günü böyük təmtəraqla 
qeyd edəcəyəm.
-Yenidən doğula bilməyəcəyinə görə, yəqin ki, yenidən 
evlənirsən.
-Yox. Tapa bilmədin. Onda bunu tap görüm, iki saat 
bundan qabaq telefonda kiminlə danışmışam?


240
-Yeni sevgilinlə?
-Bəsdir Silva, mən ciddiyəm. İki saat əvvəl telefonda 
Samirlə danışmışam.
Silva stulda oturaraq dedi:
-Gah ciddiyəm deyirsən, gah da zarafat edirsən. Bunu 
necə başa düşək?
-Mən  düzünü  deyirəm  Silva.  Oturmuşdum  kabine-
timdə, sənədləri gözdən keçirdirdim. Birdən telefon zəng 
çaldı. Türkiyədən Səlcuq idi. Samirin tapıldığını deyəndə 
ilk  öncə  inanmadım,  sonra  hər  şeyi  mənə  başa  saldı.  Bu 
gün türk polisi onu Karabükün Nice meşəsində sənin qızı-
nın atasıyla bir yerdə tapıb.
-Burada nə isə bir anlaşılmamazlıq var.
-Nə anlaşılmamazlıq?
-Qızımın  atası  mən  özüməm.  Mən  isə  ömrümdə  bir 
dəfə də olsun, Türkiyədə olmamışam.
Almeyda qəh-qəhə çəkib gülərək:
-Mən  sənin  neçə  gündür  axtardığın  argentinalı  qızı 
nəzərdə tuturam. Samirgil artıq təyyarəylə yola düşüblər, 
bir azdan Madriddə olacaqlar.
-Atası qızını soruşsa, nə deyəcəyik? Bir qızı da tapıb 
ortaya çıxarda bilmədik.
-Səbr elə əzizim, səbr elə. Dünən Samirlə Pedro da yox 
idi. Qızı da tapacağıq, hələ üstəlik Conu da.
-Gedim aeroportda təhlükəsizlik tədbirləri görüm.
-Get, amma ehtiyatlı ol. Samir Səlcuqa deyib ki, bu işdə 
başqalarının da əli var. Əgər mənim tapılmağımı eşitsələr 
aradan çıxacaqlar. Ona görə də çalış, hər şeyi sakitcə həll 
edəsən. Qoy hələlik Samirin tapılmağını heç kim bilməsin. 
Sən demə “Hoja de sauce” təşkilatının əsl başçısı Con yox, 
Samirin «Ümid» mərkəzindəki ən yaxın köməkçisi imiş.


241
-Ola bilməz! – Silva yumruğunu sıxdı. – Bu lap buğda 
anbarına girmiş toyuğun nağlına bənzədi ki.
-Bəli  Silva,  məhz  belədir.  Bu  vaxt  ərzində  «Ümid» 
mərkəzinə üzv olan bütün əlillər onun nəzarətində olub.
-O  da  istədiyi  kimi  istifadə  edib.  Bəs  onu  həbs  edə 
biliblər?
-Hələlik yox. Azərbaycan polisi onu axtarır, yəqin tez-
liklə tutacaqlar. Sən burada ləngimə. Get hava limanına, nə 
lazımdırsa elə.
Silva  kabinetdən  çıxanda  Almeyda  özünə  pitza  sifa-
riş edirdi. Bu onun adəti idi. Hər dəfə əməliyyatı uğurla 
yerinə yetirdikdən sonra oturub pitza yeyə-yeyə televizor-
da filmə baxırdı.
Türkiyədən gələn təyyarə Madrid hava limanında yerə 
enəndə Samirə yaxınlaşan Silva özünü təqdim etdi:
-Salam cənab Samir. Mənim adım Silvadır. “Hoja de 
sauce”  cinayətkar  təşkilatıyla  bağlı  işlərdə  cənab Almey-
daya kömək edirəm.
-Bilirəm. Türkiyədə mənə hər şeyi danışıblar. “Hoja de 
sauce” təşkilatının etdiyi cinayətlər barədə və mənim itkin 
düşdüyüm  gündən  bu  günə  qədər  İspaniya  polisinin  və 
Təhlükəsizlik Nazirliyinin gördüyü işlər barədə xəbərdar 
ediblər. Çəkdiyiniz bütün zəhmətə görə «Ümid» mərkəzi 
adından və şəxsən öz adımdan hər birinizə ayrı-ayrılıqda 
təşəkkürümü bildirirəm.
-Dəyməz cənab. Bu bizim vəzifə borcumuzdur.
-Mən  İspaniyaya  gəldiyim  gündən  bu  günə  qədər 
başıma  gələn  bütün  hadisələri  ən  incə  detallarına  qədər 
Türkiyədəki həmkarlarınıza danışmışam. Orada mənə söz 
verdilər  ki,  dediklərimi  bir  neçə  dəfə  təkrar  etməməyim 
üçün tərcümə edib İspaniyaya göndərəcəklər.


242
-Artıq  göndəriblər  cənab.  Yarım  saat  bundan  qabaq 
Almeyda zəng vurub xəbər verdi.
-Bəs mənim qızım? – Pedro söhbətə qarışdı. – Onu hələ 
tapmamısınız?
-Təəssüf ki, yox. Ancaq siz narahat olmayın, biz onu 
hər yerdə axtarırıq. Tezliklə, qızınızı tapıb sizi qovuşdura-
cağıq. Ancaq “Hoja de sauce” təşkilatının qurbanı olmuş 
bütün  cəsədlər  kimi  sizin  arvadınızın  da  meyidini  Ar-
gen tinadan gətizdirib İspaniya hökümətinin ayırdığı xü-
susi  qəbiristanlıqda  dəfn  etmişik.  Bu  “Hoja  de  sauce” 
təşkilatı  tərəfindən  öldürülən  insanların  xatirəsinin  əbə-
diləşdirilməsi  üçündür.  Əgər  istəsəniz  gedib  ziyarət  edə 
bilərsiniz.
-Qızına görə mən də çox təəssüf edirəm Pedro. Ancaq 
unutma ki, oğlunun da sənə böyük ehtiyacı var. Qızın tapı-
lana qədər çalış oğlunun qeydinə qalasan.
-Oğlunuzun və sizin rahatlığınız üçün Madrid bələdiy-
yəsi nə lazımdırsa, edəcək. – Silva əlavə etdi. 
-Pedro qəbiristanlığa gedəndə mənə də xəbər et, bir-
likdə gedək.
-Oldu.
-Sizin həmyerliniz olan iş yoldaşlarınızın cənazələrini 
vətəninizə göndərmişik.
-Əziz Silva, həmin məzarlıqda dəfn olunan bütün əlil 
insanlar mənim dostum, yoldaşım idi. Orada dəfn olunan 
bütün əlillərə görə ağır təəssüf hissi keçirdirəm.
Silva  polislərdən  birinə  Pedronu  Xosenin  müalicə 
olun duğu xəstəxanaya aparmağı tapşırıb özü Samirlə bir-
gə maşına əyləşərək altı polis maşınının müşayəti ilə qə-
rargaha  tərəf  istiqamət  aldı.  10-15  dəqiqə  yol  gedəndən 
sonra Samir soruşdu:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə