S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə56/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

223
yaq. Deyək ki, fiziki cəhətdən zəif bir insan televizorda çox 
güclü və məhşur bir boksçunun döyüşünə baxır və döyüşə 
baxa-baxa qarşısına belə bir məqsəd qoyur: Mən bir ildən 
sonra bu boksçunu rinqdə məğlub edəcəyəm. Və məşqlərə 
başlayır.  Əlbəttə  ki,  sıfırdan  başlayaraq  bir  il  ərzində  o 
səviyyəyə  çatmaq  mümkün  deyil,  bir  il  keçdikdən  son-
ra  həmin  insan  boksçunu  məğlub  edəcək  gücdə  olmur. 
Amma  bir  il  əvvəlki  kimi  zəif  də  olmur.  Etdiyi  məşqlər 
sayəsində  həm  bədəni  fiziki  cəhətdən  xeyli  qüvvətlənir, 
həm də özünü hər cür təhlükədən müdafiə edə bilir.
-İndi başa düşdüm. Deməli, burada əsas məsələ hədəfə 
çatmaq deyil, hədəfə çatmaq üçün çalışarkən qazandıqla-
rındır.
-Tamamilə doğrudur. Həmin insan məqsədinə çatmır, 
ancaq  etdiyi  idman  ömürlük  onunladır.  Deyək  ki,  kasıb 
bir  insan  ikimərtəbəli  böyük  bir  supermarketin  yanından 
keçərkən qarşısına belə bir məqsəd qoyur: Mən gələn il bu 
vaxt bu supermarketin yanında bundan da böyük bir super-
market tikdirəcəyəm və çalışmağa başlayır. Bazar və bayram 
günləri əlavə işlərə gedir. Gündüz bir yerdə işləyib, gecə 
başqa bir yerdə gözətçi qalır. Lazımsız xərclərin üstündən 
xətt çəkir və sairə. Əlbəttə ki, bir il ərzində fəhləliklə o qədər 
pulu yığmaq mümküm deyil və həmin insan xəyalındakı 
supermarketi tikdirə bilmir. Amma bir il əvvəlki kimi ka-
sıb da olmur. Üçmərtəbəli supermarket tikdirə bilməsə də, 
özünə kiçik bir mağaza açaraq fəhləliyin və kasıbçılığın da-
şını atıb, əziyyət çəkmədən dolana bilər.
-Çoxları qarşılarına qoyduqları məqsədə çatmayanda 
ruhdan  düşərək  özlərini  məğlub  sayırlar.  Ancaq  həmin 
məqsədə doğru gedərkən qazandıqlarımız sonradan bizim 
onlarla  hədəfə  çatmağımıza  vəsilə  olurmuş  və  biz  bunu 
hiss etmirmişik.


224
-Əlbəttə. Ancaq burada bir şeyi unutmaq olmaz. Nəyin 
uğrunda mübarizə aparırsan apar, bu hətta çatmayacağı-
nı bildiyin məqsəd olsa belə, gərək məqsədə doğru inam, 
səbr, möhkəm iradə, ağılla və planlı şəkildə irəliləyəsən. 
Yoxsa heç bir faydası olmaz və sən də ömrünün bir ilini 
boşa vermiş olarsan.
-İnamla, səbrlə, möhkəm iradəylə, ağılla və planlı şə-
kildə.
-Əlbəttə.
-Bəs ikinci? Sən dedin iki variant var. Bəs o necədir?
-Onun adı virtual rəqabətdir. Amma onu indi danış-
mayacağam. Bu günlük bəsdir, qoy ikincisi qalsın sabaha. 
Artıq gecdir, get yat.
Akif oğluna, gecən xeyirə qalsın deyib yatmağa getdi. 
Onun ardınca Asif də televizoru söndürərək otağına keçdi.
Karabük. Türkiyə
Pedro  gətirdiyi  ağac  budaqlarını  qucağından  yerə 
tökəndə Samir soruşdu:
-Dünən  axşam  dedin  ki,  kibrit  qurtarıb.  Bəs  tonqalı 
necə  yandıracaqsan?  Yəqin  ki,  odun  parçalarını  saatlarla 
bir-birinə sürtmək fikrində deyilsən.
-Elə  düşünürsən  ki,  hər  şeyi  sən  bilirsən?  Bizim  də 
nədənsə başımız çıxır.
Pedro  ağac  parçalarını  üst-üstə  yığaraq  altında  kiçik 
oyuq  düzəltdikdən  sonra  çantadan  iki  dənə  şüşə  qab  çı-
xartdı.  Əvvəlcə  şüşələrdən  birini  götürərək  düzəltdiyi 
oyuğa  bir  az  maye  tökdükdən  sonra  qabın  ağzını  bağla-
yıb, digər qabdan oyuqdakı mayenin üzərinə nə isə səpdi 
və bir neçə saniyədən sonra oyuqda alov göründü. Tonqal 


225
çırta-çırtla yanmağa başlayanda Pedro özündən razı halda, 
qürurla soruşdu:
-Necədir?
-Bunu necə elədin? – Samir təəccüblə soruşdu.
-Deyim  də.  Özümlə  məzara  aparmayacağam  ki.  Əv-
vəlcə oyuğa tökdüyüm maye antifriz idi. Maşında var idi, 
qaba töküb götürmüşdüm. Üzərinə səpdiyim isə marqan-
sofka idi. Antifrizlə marqansofka reaksiyaya girəndə alışır. 
– Samirə göz vuraraq, - 1000 pesodan mərcə gələrəm ki, 
bu nu bilmirdin.
-Mərcə ehtiyac yoxdur. Həqiqətən bilmirdim.
Ətrafda eşidilən səslərə görə hər ikisi qeyri-ixtiyari su-
sub dinləməyə başladılar. Otların xışıltısı, quru budaqların 
qırılması və digər anlaşılmaz səslər yırtıcı hevanın olması-
na işarə edirdi.
-Təsəvvür  edirəm,  ocaq  olmasaydı  burada  nə  baş 
verərdiş – Samir sükutu pozdu.
-Gərək tonqalı bir az daha gurlaşdıraq, yoxsa bunların 
qarşısında dayanmaq mümkün deyil.
Samir yerdən yoğun bir budaq götürərək onu ortadan 
bir neçə sm kəsdi. Yerdən yığdığı quru otları və kiçik budaq 
qırıntılarını həmin kəsiyə doldurdu. Sonra Pedrodan ayaq-
qabısının dabanından bir parça kəsərək ona verməsini istədi. 
Ayaqqabı dabanını da ora yerləşdirib üstünü köynəyindən 
cırdığı parçayla bərk-bərk sarıyaraq məşəl düzəltdi.
-Hər ehtimala qarşı. Birdən lazım olar.
-Əgər lazım olmasa, bunu səndən yadigar saxlayaca-
ğam. Səndən və bu meşədə keçirdiyim günlər dən.
-Yorğun görsənirsən. Əti çıxart bişirək. Bir az ye, yat.
-Heç iştahım yoxdur. Al özünçün bişir, ye.
-Onda qoy qalsın. Mənim də iştahım yoxdur.


226
Pedro uzandı. Samir isə gözünü ocağa dikərək, İspani-
yaya getdiyi gündən-bu günədək başına gələnlər haqqın-
da fikirləşməyə başladı.
Hadisədən 5 gün sonra
Karabük. Türkiyə
Samir  yuxudan  oyananda  Pedro  tonqalın  üzərinə 
torpaq  tökürdü  ki,  küləyin  təsirindən  alovlanıb  yanğın 
törətməsin. Samir qalxıb oturdu:
-Buenos dias senyor.
-Buenos dias. Bir şey yeyirsən?
-Yox, sadəcə su içəcəyəm. Nə qədər tez yola düşsək, 
bir o qədər yaxşıdır. Tezliklə, bu qorxunc meşədən canımı 
qurtarmaq istəyirəm.
- Mən də. Polislərin qorxusundan bir neçə gün meşədə 
qalsam da, sonradan həbsə düşməyi belə burada qalmaq-
dan üstün tutdum.
-Nə qədər torpağın üstündə yatmaq olar? Hər tərəfim 
ağrıyır. Bütün bədənim müxtəlif cücülərlə, həşəratlarla do-
ludur. Zoologiya parkına oxşayıram. Daim yırtıcı heyvan-
ların iştahlı baxışları altında yaşamaq isə məni lap təngə 
gətirib.
-Yəqin ki, ailə üzvlərin də indi səndən ötrü çox nara-
hatdırlar.
-Mənim altı yaşındakı qardaşım oğlundan başqa heç 
kimim yoxdur. – Samir başını aşağı salaraq kədərli şəkildə 
dedi. – Bütün ailə üzvlərim və yaxın qohumlarım avtomo-
bil qəzasında həlak olublar.
-Bağışla. Mən bilmirdim. – Pedro gəlib onun yanında 
oturdu. – Bu necə ola bilər? Hamısı eyni anda. Bu nə vaxt 
baş verib?


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə