S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə52/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

207
-Əlbəttə.  Yoxsa  elə  bilirsən  bütün  günü  çay  içə-içə 
musiqiyə  qulaq  asıram?  Sonra  sənə  deyəcəyim  planlar 
əsasında  Almeydanı,  Silvanı,  birdə  zəiflədiyimizi  düşü-
nərək  limandakı  dörd  gəmimizi  özününküləşdirən  rusi-
yalı Aleksandrı da aradan götürərsən. Sən bizim qarşımı-
zı kəsməyə çalışanları məhv et ki, hamı bizim kim oldu-
ğumuzu  bilsin.  Əgər  bu  işləri  bacarsan,  biz  yeni  təşkilat 
qura  biləcəyik.  Yox,  bu  işlərdən  başıuca  çıxa  bilməsək, 
on da  heç  kim  bizi  saymayacaq.  Ya  cinayət  aləmindəki 
düşmənlərimiz axırımıza çıxacaq, ya da ki polislər.
-Biz hər kəsə kim olduğumuzu göstərərik.
-Bəs yeni işimizin nə olacağını bilmək istəmirsən?
-Əlbəttə istəyirəm.
- Özümüzə yerin altında zavod açaraq orada müxtəlif 
silahlar istehsal edəcəyik. Dünyanın bütün ölkələrinə sata-
cağıq. Ancaq dediyim kimi, gərək bu işlə məşğul olan in-
sanlar bizim rəhbərliyimiz altında işləməyə razı olsunlar.
- Arxayın ol boss. “Söyüd yarpağı” təşkilatını dağıdan-
lara elə dəhşətli dərs verəcəyəm ki, cinayət aləmində hamı 
bizdən danışacaq.
-Afərin. Mən sənə inanıram.
-Boss, bəs Burakla bağlı nə etməyimi istəyirsən?
-Onunla  işin  olmasın,  o  nə  edəcəyini  yaxşı  bilir.  Sən 
Samirlə maraqlan.
Con Muradla sağollaşandan sonra telefonu söndürüb 
yenidən corabının içinə qoydu və cəld oradan uzaqlaşdı.
Kastamonu. Türkiyə
Kastamonu hava limanında hər şey yolunda getsə də, 
Erkan çox təlaşlı idi. Bacardığı qədər maksimum diqqətli 


208
olmağa çalışırdı. Təyyarəni təmir edən mühəndislər, ara-
dabir ona və adamlarına çay gətirən aeroptun işçiləri, bir 
sözlə, hər kəs Erkanın gözünə Conun adamı kimi görünür-
dü. Ona elə gəlirdi ki, quldurlar bu saat hara dansa peyda 
olacaqlar. Bu səbəbdən də Burakın olduğu avtomobildən 
bir addım da uzaqlaşmadan diq qətlə ətrafı nəzərdən keçi-
rirdi. Okan gəlib Erkanın yanına çatan kimi dedi:
-Problem həll olundu əfəndim. Artıq yola düşə bilər-
siniz.
Erkan üzünü adamlarına tutub dedi:
-Həbs olunanları təyyarəyə aparın. Bir az tez olun, on-
suz da kifayət qədər vaxt itirmişik.
Adamlar  Burakı  təyyarəyə  aparandan  sonra  Erkan 
ra hat  nəfəs  aldı.  Digər  cinayətkarlar  da  təyyarəyə  daşı-
nandan sonra mühafizə dəstəsi təyyarəyə mindi və pilot 
mühərriki işə saldı.
Ankara. Türkiyə
Səlcuk kabinetə girərək, içi yeməklə dolu sinini masa-
nın üstünə qoyub dedi:
-Artıq  rahatca  nahar  edə  bilərik.  Təyyarə  on  dəqiqə 
bundan  qabaq  Kastamonu  hava  limanından  yola  düşüb. 
Buyurun, yaxın əyləşin.
Almeydanın yeməyə iştahı olmasa da, Səlcuqun sözü-
nü yerə salmamaqdan ötəri masaya yaxın oturdu. Əslində, 
Səlcuqun  da  yeməyə  həvəsi  yox  idi.  Karabükdə  iyirmi 
nəfərin ölümü onu əməlli-başlı dilxor etmişdi. Bu yemək 
məsələsini  də  “birdən Almeyda  ac  olar,  yemək  istəməyə 
utanar” deyə fikirləşərək ortaya atmışdı.
Təyyarə Ankaradakı  hava  limanında  yerə  enən  kimi 
onları mərkəzə aparacaq maşın karvanı cəld yanlarına ya-


209
xınlaşdı. Erkanın göstərişi ilə adamlar vaxt itirmidən Bu-
rakı və helikopterdə həbs olunan digər iki nəfəri bir ma-
şına, meşədə təslim olanları isə başqa bir maşına mindirib 
yola  düşdülər.  Yolboyu  bir  neçə  dəfə  tıxaca  düşsələr  də, 
nəhayət təyin olunan yerə gəlib çıxa bildilər.
Telefonun  zəng  çalmasından  sonra  Səlcuq  kiminləsə 
danışıb dəstəyi yerə qoyan kimi Almeydaya dedi:
-Gözün aydın! Axır ki, Burakı və o birilərini gətirdilər. 
Maşın karvanı beş dəqiqədən sonra binanın həyətinə giriş 
edəcək. Buyurun getdik.
Səlcuqla Almeyda həyətə çıxanda maşınlar hasarın qa-
pısından həyətə girirdilər.  Maşınlar dayanan  kimi  Erkan 
aşağı  düşərək  Səlcuqla Almeydanın  yanına  gəldi  və  yol-
boyu  baş  verən  hadisələrlə  bağlı  onlara  məlumat  verdi. 
Səlcuq Erkanın dediklərini bircə-bircə Almeydaya tərcümə 
edirdi. Erkan sözünü qurtaran kimi hər üçü Buraka baxma-
ğa getdilər. Erkangil Burakın olduğu maşına yaxınlaşanda, 
maşının yanındakı adamlar Səlcukun işarəsiylə qapını aç-
dılar. Hər ikisi maraqla içəri boylananda yerlərində donub 
qaldılar. Təəccübdən Almeydanın gözlərinin böyüməsini 
və Səlcuqun -Aman Allah - deyərək geri çəkilməsini görən 
Erkan  içəri  baxanda  dəhşətə  gəldi.  İçi  qan  gölməçəsinə 
dönmüş maşında hərəkətsiz halda uzanan adamların di-
dilib -dağıdılmış biləklərini görəndə nə baş verdiyini an-
lamasa da, sonradan Burakın qanlı ağzını görüb hər şeyi 
başa düşdü. Səlcuq gördüyü mənzərədən çaşıb qalmışdı. 
Ona görə də səsi titrəyə-titrəyə soruşdu:
-Burada nə baş verib?
-Hər şey aydındır. – Erkan dilləndi. – Burak fiziki cə-
hət dən çox möhkəm adam olduğundan yuxudan tez ayı-
lıb, həm öz biləyini dişləyərək damarını qopardıb, həm də 
bu iki nəfərin.


210
Səlcuq:  -Yolboyu  bu  qədər  ləngimələri  gərək  nəzərə 
alaydıq. Təbii ki, bir müddətdən sonra iynənin təsiri keç-
məliydi. – Cəsədləri diqqətlə nəzərdən keçirib dedi: -Əgər 
intihar  edibsə,  mütləq  mühüm  bir  şey  bilirmiş.  Gedək 
Karabükdə ələ keçirilənlərə baxaq. Görək orada vəziyyət 
necədir.
Onlar digər maşının qapısını açanda içəridəkilərin sağ 
olduğunu görüb sevinən vaxt, Almeyda səkinin kənarında 
oturub dərin fikrə getmişdi.
Karabük. Türkiyə
Meşənin içi ilə bir az getdikdən sonra Samir yoru laraq 
dedi:
-Yorulmuşam. Gəl bir az istirahət edək.
Hər ikisi ağacın dibində oturdular. Pedro çantadan bu-
tulkanı çıxardıb çalxalayaraq, nəyi isə ölçürmüş kimi dedi: 
-Suyumuz qurtarır. Bizə qalan bircə bu yarım butulka 
sudur. Tezliklə, su tapmasaq vəziyyət çətin olacaq.
-Yağış suyu içə bilirsən?
-İçə bilirəm. Amma biz butulkanı yağışın altına qoyub 
dolmasını gözləsək, gərək ən az iki gün yağış yağa.
-Sən onu mənim öhdəmə burax, rahatca suyunu iç. Bu-
tulkanı doldurmaq mənim boynuma.
-Qabırğan yenə ağrıyır?
-Hə. Amma dünənkinə baxanda ağrı bir xeyli azalıb.
-Axşam yadıma sal, qolunun yarasını yenə açım təmiz-
ləyim. Yoxsa infeksiya keçər. 
-Oldu, deyərəm.
Pedro sudan bir az içib butulkanı Samirə uzadaraq so-
ruşdu:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə