S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə53/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   49   50   51   52   53   54   55   56   ...   78

211
-Nə əcəb indiyə qədər evlənməmisən?
-Azərbaycanda  əngəlli  insanların  evlənməsi  bir  az 
çətindir.
-Niyə ki, qanun yol vermir?
Samir sudan bir neçə qurtum içib dedi:
-Yox. Qanunun gözündə hər kəs bərabərdir. Problem 
yazılmamış qanunlardadır.
-Başa düşmədim?
-Səbr elə, hər şeyi biləcəksən. Təsəvvür et ki, əlil bir 
oğlan gözəl və sağlam bir qızı sevir. Qızın heç bir problemi 
yoxdur. Şəhərdə yaşayır, valideynləri sağ və salamatdırlar, 
maddi vəziyyətləri normaldır. Qızın yaşı da elə çox deyil 
ki, nəyəsə məcbur qala. Təbii ki, belə bir qız heç vaxt əlil 
oğlana ərə getməyə razı olmaz. O yalnız qüvvətli, imkanlı 
və ən əsası sağlam bir oğlan arzusun dadır.
-Qızların ki, hamısı elə deyil? Həyata məntiqlə yana-
şan qızlar da var.
-Dedim axı səbr elə. Deməli belə. Oğlan yaxınlaşır qıza 
və ona evlənmək təklif edir. Qız da xasiyyətindən asılı ola-
raq, ya ağır cavablarla oğlanı təhqir edir, ya da şirin dillə 
başından edir. Deyək ki, qız sənin dediyin kimin məntiqli 
və ağıllı bir qız olur və təklifə müsbət cavab verir.
-Sonda mən deyənə gəldin.
-Bizim tərəflərdə sənin kimisinə altıaylıq deyirlər.
-Altıaylıq nədir?
-Yəni  o  qədər  səbirsizdir  ki,  dünyaya  gəlmək  üçün 
doqquz  ayı  ana  bətnində  gözləməyə  hövsələsi  çatmayıb, 
altıaylığında doğulur. 
Pedro gülümsünərək:
-Yaxşı, davam elə. Qız razı, oğlan razı. Buradan belə 
olan problemlər məni də marağa saldı.


212
-Demək belə. Qız bir gün bu haqda valideynlərinə da-
nışır.  Onlar  da  çığır  -bağır  salırlar  ki,  o  oğlan  sənə  layiq 
deyil. Biz səni böyütmüşük ki, xoşbəxtliyini görək, elə bir 
insana ərə getsən işin-gücün ona qulluq etmək olacaq. O 
özü bu həyatda kimdənsə asılı vəziyyətdədir, səni necə do-
landıracaq və s. Bir sözlə, qızın beynini elə doldururlar ki, 
öz qərarından rahatlıqla imtina edir.
-Bu artıq həqiqətən də problemdir.
-Bu hələ hamısı deyil. Deyək ki, valideynlər qızlarının 
qərarına hörmətlə yanaşdılar və ona heç nə demədilər. Bax 
əsl həngamə bundan sonra başlayır ki, bunun da adına qo-
hum-qonşu təzyiqi deyirlər.
-Qohum-qonşu?
-Bəli.  Qohum,  qonşu,  dost,  iş  yoldaşı,  özünü  həmin 
ailəyə yaxın hiss edən şəxslər. İlk reaksiya qızın rəfiqəsindən 
gəlir:  -Axtara–axtara  bunumu  tapdın?  Mən  48  yaşıma 
qədər evdə qalsaydım da, buna ərə getməzdim. Əgər məni 
məcbur beləsinə versəydilər, utandığımdan evdən bayıra 
çıxmazdım. Heyf deyil yol gedərkən yanımda hündürboy, 
yaraşıqlı bir oğlan olsun?! Yoxsa beləsi? Hətta düşünəndə 
belə tüklərim biz-biz olur! Sonra meydana qızın xalaları, 
bibiləri çıxıb anasına deyirlər: -Az, sənin ağlın harada idi 
ki,  gül  kimi  qızını  beləsinə  ərə  verirsən?  Eşidəndə  ətim 
ürpəşdi və s. Daha nə uzadıme? Bir tərəfdən tikanlı sözlər, 
bir  tərəfdən  lağlağı  atmacalar,  digər  tərəfdən  də  təəccüb 
dolu  kinayəli  baxışlar.  Bir  sözlə,  hər  tərəfdən  o  qədər 
təzyiq  gəlir  ki,  bu  təzyiqin  qabağında  durmaq  hər  kəsə 
nəsib olmur. Mənim «Ümid» mərkəzini yaratmaqda əsas 
məqsədim  budur:  Əlil  insanları  digərlərinin  beyninə  elə 
yeritmək lazımdır ki, onlar əlillərə qeyri-adi bir varlıq, baş-
qalarına  möhtac,  uğursuzluq  simvolu  kimi  baxmasınlar. 
Onların da özləri kimi adi bir insan oluğunu dərk etsinlər.


213
-Bu lap eşitdiyim əhvalata bənzəyir ki.
-O nə əhvalatdır elə?
-Olmuş  hadisədir.  Bir  əngəlli  insanla  sağlam  bir  qız 
bir-birilərini  sevirlərmiş.  Ancaq  atası  qızını  ona  vermək 
istəmirmiş.  Bir  gün  oğlan  gəlir  qızın  atasının  yanına  ki, 
onunla danışa. Ancaq atanı heç cür yola gətirməyin müm-
kün olmadığını görən oğlan deyir: -Yaxşı, mən sənin qızın-
dan uzaq duracağam və bir daha nə sənin, nə də qızının 
gözünə görünməyəcəm. Ancaq əvəzində kiçik bir istəyim 
var. Qızın atası soruşur ki, - O nə istəkdir elə? Oğlan deyir 
ki, mənə bir saat vaxt ayır, gedək sənə iki şey göstərəcəyəm. 
Ata  soruşur:  -Bundan  sonra  qızımdan  uzaq  duracaqsan? 
Oğlan,  əlbəttə  deyir  və  hər  ikisi  taksiyə  minərək  yola 
düşürlər. Yolboyu kişi fikirləşir ki, “görəsən, bu məni hara 
aparır? Mənə nə göstərəcək?” Bir həbsxananın qarşısında 
oğlan deyir ki, çatdıq. Oğlan həbsxana rəisi ilə əvvəlcədən 
danışdığı üçün onları maneəsiz içəri buraxıb dustaqların 
hava  almaq  üçün  gəzdikləri  əraziyə  aparırlar.  Oğlan  hər 
tərəfi  tikanlı  məftillərlə  əhatə  edilmiş  ərazidə  o  tərəf-bu 
tərəfə gəzişən dustaqları göstərib deyir: Bu həbsxanda 500-
dən çox dustaq var. Onlara yaxşı-yaxşı bax. Gör, bu beş yüz 
nəfərdən neçəsi əngəllidir? Ən çox beş nəfəri. Sonra oğlan 
kişini  binası  həbsxananın  binasına  bitişik  olan  narkoma-
niyadan və alkoqolizmdən əziyyət çəkənlər üçün tikilmiş 
xəstəxanaya aparır və yenə deyir: Burada 150-dən çox in-
san müalicə alır. Səncə bunlardan neçəsi əngəlli insanlar-
dır? Cəmi iki nəfər cənab. Bəli mənim bir qolum yoxdur. 
Ancaq əvəzində mən oğru deyiləm, narkotikdən istifadə 
etmirəm,  bu  vaxta  qədər  heç  kimin  xətrinə  dəymədən 
vicdanlı və təmiz həyat sürmüşəm. İndi son söz sənindir. 
Əgər qızının mənimlə evlənməsini istəmirsənsə, mən söz 
verdiyim  kimi  sizin  həyatınızdan  birdəfəlik  çıxacağam. 


214
Kişi nəinki öz qızını həmin oğlana ərə verir, hətta oğluna 
da əngəlli qız alır.
-Həqiqətən də ibrətamiz əhvalatdır. İnsanlar məsə lənin 
yalnız  bir  tərəfinə  baxırlar,  o  da  gözlə  görünən  tərəfidir. 
Əslində isə fiziki qüsuru olanlar öz işlərində sağlam insan-
lardan bir baş üstün olmağa çalışırlar ki, buna görə də öz 
üzərlərində daha çox işləyirlər. Deyək ki, ailənin qızı bir 
oğlanı sevir. Qızın valideynləri oğlanla tanış olduqda onun 
hündürboy, sağlam və yaraşıqlı olduğunu görüb qızları-
nın  doğru  seçim  etdiyini  düşünürlər  və  oğlanı  daha  ya-
xından tanımağa çalışmırlar. Bəlkə bu oğlan narkomandır, 
bəlkə fırıldaqçıdır, bəlkə hansısa cinayətkar qrupun üzvü-
dür. Ya da qumarbazdır. Bəlkə də hansısa daxili xəstəliyi 
var. Valideynlər oğlanlarının seçdiyi qızın gözəlliyinə ba-
xıb övladlarının seçimini araşdırmırlar. Daha demirlər ki, 
bəlkə bu qız fahişədir, indiyədək neçə dəfə evlənib boşa-
nıb, bəlkə fırıldaqçıdır. Bu saydığım problemlər əngəlli oğ-
lanlarda və qızlarda ən az 80 faiz az rast gəlinir. Bəs sənin 
ölkəndə bu barədə ümumi vəziyyət necədir?
-Bizim tərəfdə bu məs...
-Bağışla,  Pedro  sözünü  kəsirəm.  Ancaq  bir  neçə 
dəqiqədən sonra yağış yağacaq. Tez su üçün yer düzəldək, 
onsuz da yağış on dəqiqəyə kəsir. Nə qədər mümkün oldu 
yığarıq.
-Bəs bunu nə edəcəyik?
Samir:  -Yağış  yağarkən  çətir  kimi  başımıza  tutduğu-
muz selofanlardan birini mənə ver. İkimiz birinin altında 
birtəhər yağışdan daldalanarıq. – deyib yeri qazmağa baş-
ladı.  Pedro  selofanı  çantadan  çıxardıb  Samirə  verdikdən 
sonra yeri qazmaqda ona kömək etdi. İkisi bir yerdə ma-
şın  təkəri  dərinliyində  bir  çala  qazaraq  torpağı  çalanın 
kənarlarına yığdılar ki, su torpaqdan süzülüb çalaya dol-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə