S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə54/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

215
masın.  Selofanı  çalanın  içinə  sərmişdilər  ki,  güclü  yağış 
yağmağa  başladı.  Birtəhər  selofanı  səliqə  ilə  hamarlayıb, 
özləri digər selofanın altında yağışdan qorunmağa çalışdı-
lar. Yağış kəsdikdən sonra çalaya baxanda ora xeyli su yı-
ğıldığını gördülər. Su ilə torpağın arasında selofan olduğu 
üçün su təmiz qalmış və içmək üçün yararlı vəziyyətdə idi. 
Pedro butlkanın hər ikisini doldurduqdan sonra klyonkanı 
çaladan çıxardaraq qatlayıb çantaya qoydu. İşlərini qurta-
ran kimi Samir əlini ona tərəf uzadıb dedi:
-  Kömək  elə  qalxım.  Artıq  getməliyik.  Bizlərdə  belə 
bir atalar sözü var: “Yolçu yolda gərək”. Həm yolumuza 
davam edək, həm də sən bayaq yarımçıq qalan söhbətini 
davam edərsən.
Pedro Samiri ayağa qaldırıb qoluna girdi və hər ikisi 
meşənin içi ilə ağır-ağır irəliləməyə başladılar. 
Hadisədən 3 gün sonra
Ankara. Türkiyə
Almeyda  oteldəki  nömrəsində  çarpayının  üstündə 
oturaraq  notebookda  skaype  vasitəsiylə  görüntülü  halda 
Silvayla danışırdı.
-Bax belə Silva! Sonu məhz bu cür qurtardı. Burakdan 
və adamlarından ötrü Türkiyəyə gəldim, bir gün həyacan 
içində onun yolunu gözlədim, Türk polisi iyirmi nəfər itki 
verdi, nəticə isə belə oldu.
-  Fikir  eləmə.  –  Silva Almeydaya  təsəlli  verməyə  ça-
lışırdı. – Sən Conun adamlarından bərk yapış, onlar nə sə 
bilməmiş olmazlar. Mütləq Conla bağlı bir ipucu əldə edə 
bilərsən.


216
 -Dünən hamımız stres içində olduğumuzdan cəmi bi-
rini dindirə bildik. Digərlərini bu gün dindirməyi planlaş-
dırırıq. Ola bilər ki, istintaq bir neçə gün çəksin. Ona görə 
də hələ bir-iki gün buradayam.
-Mən  argentinalı  qızın  atası  ilə  bağlı  məlumat  əldə 
etmişəm.  O  qaçaq  yolla  Türkiyədən  Argentinaya  taxta-
şalban daşımaq istəyən bir firmaya işə düzəlib və o firma-
nın  işçiləri  ilə  birlikdə  Türkiyəyə  gəlib.  Sonra  Türk  poli-
si həmin işçiləri həbs edərək Ankaraya aparıb. Çalış geri 
dönəndə onu da özünlə gətirəsən.
-Oldu. İspaniyada vəziyyət necədir?
-Burada sakitlikdir.
-Samirlə bağlı bir xəbər yoxdur ki?
-Xeyr. Bütün ölkəboyu onu axtarırıq, hələ heç bir izə 
rast gəlməmişik. Conun adamlarının ifadələri bizim üçün 
çox vacibdir. Bir şey öyrənə bilsən dərhal bizə xəbər ver.
-Oldu. Yeni bir məlumat olan kimi sizə deyəcəyəm.
-Görüşənədək.
-Görüşənədək.
Almeyda Silvayla sağollaşaraq əynini dəyişib Türkiyə 
ədliyyəsinə getdi.
Karabük. Türkiyə
Pedro başını qaldırıb səmaya baxaraq dedi:
-Bu  günlük  bəsdir.  Bir  azdan  hava  qaralacaq,  gərək 
tonqal qalayaq.
-Nə deyirəm ki. Sən tonqal yandırmaq üçün quru bu-
daqlar topla, mən də o vaxta qədər ovladığımız dovşanı 
təmizləyim.
-Bacararsan?


217
-Lap dərisini də soyaram.
Pedro tonqal qalayıb Samirin təmizlədiyi dovşanı yaş 
budağa keçirərək bişirməyə başladı.
-Deyəsən, bir ay da yol getsək, bu meşədən kənara çıxa 
bilməyəcəyik. – deyə Samir sükutu pozdu.
-Narahat olma. Bilmirəm niyə, amma ürəyimə damıb 
ki,  bir–iki  günə  yaşayış  məntəqəsinə  rast  gələcəyik.  Sən 
mənə öz ölkən haqqında danış. Görüm necə yerdə yaşa-
yırsan.
 -Bizlərdə belə bir məsəl var: “Heç kim öz ayranına turş 
deməz”. Buna görə də mən ölkəmi tərifləməyəcəyəm. Yal-
nız onun haqqında danışacağam. Özün nəticə çıxardarsan.
-Buyur. Eşidirəm səni.
- Azərbaycan iqlim cəhətdən yaşayış üçün çox əlverişli 
bir  ölkədir.  Təsadüfi  deyil  ki,  on  bir  iqlim  qurşağından 
doqquzu  bu  əraziyə  düşüb.  Əhalisi  müasir  dünyagörüş-
lü,  eyni  zamanda  keçmişinə  bağlı  və  adət-ənənələrə  sa-
diq  qalan  insanlardır.  Hər  bir  azərbaycanlı  üçün  vətəni 
sevmək, böyüklərə hörmət etmək və qonaqpərvərlik əsas 
vəzifələrdəndir. Hər bir şəhəri və rayonu özünəməxsusluğu 
ilə tanınır. Məsələn, Şəki şəhəri ipəyi, piti adlanan yeməyi 
və paxlavası ilə məhşurdur. Lənkəran limonu, Sabirabad 
qarpızı, Quba alması, Göyçay isə narı ilə məhşurdur. Pay-
taxt Bakı şəhəridir. Mənim doğulduğum Sumqayıt şəhərı 
“Sənaye şəhəri” kimi tanınır. Azərbaycanın tarixi abidələri 
və  görməli  yerləri  barədə  danışmıram.  Onları  sadəcə 
görmək lazımdır. Səni dəvət edirəm. Bir gün Azərbaycana 
qonaq gələrsən, o yerləri sənə göstərərəm.
-Eşitmişəm sənin ölkən müharibə şəraitindədir? Mü-
haribə gedən yerlər sizindir, yoxsa qarşı tərəfin?
-Bizim  heç  bir  ölkənin  torpağında  gözümüz  yoxdur. 
O  yerlər  Azərbaycanın  tarixi  torpaqlarıdır.  O  ki,  qaldı 


218
sənin  sualına,  darıxma.  Sənin  sualının  cavabını  tezliklə, 
o yerlərdə dalğalanacaq üçrəngli, ay-ulduzlu Azərbaycan 
bayrağı  verəcək.  O  günə  lap  az  qalıb.  Bizlərdə  belə  bir 
məsəl var: “Oğurluqla pisliyin ömrü ən çox qırx gündür”.
-Ən çox sevdiyiniz bayram hansıdır?
-İslam dininə mənsub olan bayramlar, bir də Novruz 
bayramı.
-Sizin heç bir futbol klubunuzu və ya futbolçunuzu ta-
nımıram. Sizdə futbol zəifdir?
-Düzdür, bizdə futbol hələ təzə-təzə inkşaf edir. Ancaq 
əvəzində ürəklə deyə bilərəm ki, volleybol klublarımız Ar-
gentina klublarını udar.
-Bəs ...
-Dayan-dayan. – Samir onun sözünü kəsdi. – Bir az da 
sən Argentina haqqında danış.
-Danışım  da.  Argentina  Cənubi  Amerika  qitəsində 
yerləşir. Paytaxtı  Buenos Ayres  şəhəridir. Adının  mənası 
ispancadan tərcümədə “gümüş ölkə”dir. Dini xristian, dili 
isə ispan dilidir. 25 May Argentinanın müstəqillik günü, 
ölkənin  milli  bayramı  sayılır.  Ölkə  konstitusiyası  1  may 
1853–cü ildə qəbul edilib. 1994–cü ilin avqust ayında isə 
yenidən düzənlənib. Futbol haqqında danışmıram. Məncə, 
Maradona, Batistuta və Messinin adları Argentina futbolu 
haqqında çox şey deyir. Tanqodan isə uzun-uzadı danış-
mağa ehtiyac yoxdur. Burada bir neçə dəqiqənin içində bü-
töv bir ölkə haqqında ətraflı danışmaq mümkün deyil. Bir 
gün qonaq gələrsən, hər şeyi öz gözlərinlə görərsən.
-Mütləq  gələcəyəm.  Söz  verirəm.  Birinci  kim  keşik 
çəkəcək?
-Sən yat. Mənim hələ yuxum gəlmir.
Samir “gecən xeyirə qalsın” deyib uzandı və yorğun 
olduğundan bir neçə dəqiqədən sonra yuxuya getdi.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə