200
Con tapançanı silirdi ki, yanına qoyduğu telefon zəng çal-
dı. Telefonu götürərək bir az dinlədikdən sonra - ok - deyib
telefonu söndürərək yaxın lıqdakı içinə yağış suyu dolmuş
kiçik çuxura atdı. Darağı tapançaya taxaraq ayağa durub
qışqırdı:
-Hazır olun. Qarşı tərəfə də xəbər verin hazır olsun-
lar. İki polis və dörd hərbi maşındır. Beş dəqiqədən son-
ra burada olacaqlar. Dediyim kimi hər bir maşın hər iki
tərəfindən raketlə vurulsun.
Con bu yeri təsadüfən seçməmişdi. Yolun hər ik tərəfi
sıx meşəlik idi və yaxınlıqda döngənin olması maşınların
sürətlərinin azalmasına səbəb olurdu. Cona xəbər verən
şəxs yuxudan tam ayılmaq və özünə gəlmək üçün bir az
ləngimək qərarına gəldi və ağaclardan birinə söykənərək
siqaret yandırdı. Bir-iki qüllab vurmuşdu ki, yaxınlaşmaq-
da olan maşın karvanını görüb özünü itirdi. Səhv etdiyini
başa düşərək əlindəki siqareti cəld kənara atıb sifəti qor-
xudan ağarmış halda telefonu cibindən çıxardaraq Cona
zəng vurdu. Bir neçə dəfə cəhd etdikdən sonra Cona zəng
çatmadığını görüb telefonu ataraq pusquda duranlara
tərəf qaçmağa başladı. Bir az qaçdıqdan sonra maşınla-
rı keçə bilməyəcəyini görərək dayandı və Conun öz işini
bacarmayan adamlarına necə dəhşətli işgəncələr verdiyini
bildiyi üçün əli titrəyə-titrəyə silahını çıxardaraq gicgahına
dayayıb atəş açdı. Ərzaq maşınları döngədən keçib lazımi
məsafəyə çatan kimi yolun hər iki tərəfindəki meşədə ağac-
ların arasında gizlənmiş adamlar raketlə hər iki tərəfdən
maşınları vurduqdan sonra baxmaq üçün yanan maşınlara
tərəf getdilər. Conun tapşırığı belə idi. Burakın öldüyünə
əmin olmaq lazım idi. Burakgili Kastamonuya aparan
maşın karvanı ərzaq maşınlarının vurulduğu anda artıq
döngəyə çatmışdılar və dəhşətli partlayış səslərini eşidib
201
cəld dayanaraq maşından düşüb nə baş veriyini anlamaq
üçün baxmaq qərarına gəldilər. Conun adamları hərbiçiləri
və polisləri görən kimi bir birilərinə - ehtiyatlı olun, bizi
tələyə saldılar, tez buradan uzaqlaşaq, - deyə qışqıraraq
atəş aça-aça meşəyə doğru qaçmağa başladılar. Erkan yo-
lun ortasında aşaraq, yanan hərbi maşınları və onlara atəş
açanların xarici dildə danışdıqlarını görüb məsələnin nə
yerdə olduğunu başa düşdü. Xüsusi təyinatlı qüvvələri
Burakgilin yanında saxlayaraq, polis və ordunu götürüb
quldurları tutmaq üçün hücuma keçdi. Conun adamları
meşənin içi ilə bir az qaçdıqdan sonra güclü atəş təzyiqinin
altında dayanıb vuruşmağa məcbur oldular.
Meşədə tərəflər arasında Karabükdə indiyə qədər
görünməmiş və bundan sonra da görünməyəcəyi ehtimal
edilən şiddətli döyüş başladı. Səlcuq zəng gəldiyini görüb
əlindəki kofeni masanın ütünə qoyaraq telefonu götürü.
Bir az dinlədikdən sonra əsəbi halda bir neçə söz deyib te-
lefonu söndürdü.
Almeyda türk dilini bilməsə də, Səlcuqun üzünün ifa-
də sindən və əsəbdən titrəyən səsindən ona verilən xəbərin
pis olduğunu dərhal başa düşdü. O telefonu söndürən
kimi ümidsizliklə soruşdu:
-Burak da əlimizdən çıxdı?
-Yox. Burak bizim əlimizdədir. Bir qrup silahlı dəstə
maşın karvanımıza hücum etmək üçün pusquda daya-
nıbmış. Sonra bizim maşınlardan bir az irəlidə gedən və
hərbi hissəyə ərzaq və digər ləvazimatlar aparan maşın
karvanının bizimki olduğunu zənn edərək raketlərlə atəşə
tutublar. İndi bizim döyüşçülərlə onlar arasında atışma
gedir. Əmr etdim həmin yerə təcili olaraq əlavə qüvvələr
göndərilsin.
202
Almeyda heç nə deməyərək, başını əlləri arasına alıb
həyəcanla hadisələrin sonrakı gedişatını gözləməyə başla-
dı. Döyüşün getdiyi yer ağaclıq olduğundan quldurlar çox
rahat şəkildə müdafiə olunaraq geri çəkilə bilirdilər. Buna
görə də, Erkan adamlarının yarısına 200 metrədək sağ
və sol tərəflərə qaçarıb oradan irəliləmələrini və dəstəni
mühasirəyə almalarını tapşırdı. Yerdə qalanlara isə adam-
larının azalmasını qarşı tərəfə hiss etdirməmək üçün atəşin
şiddətini artırmalarını əmr etdi. 10–15 dəqiqədən sonra
quldurları tam mühasirəyə alan dəstə onları məhv etmək
üçün hücuma keçdi. Con mühasirəyə düşdüklərini görüb
adamlarına bir tərəfə hücum edərək mühasirəni yarmala-
rını tapşırdı. İlk əvvəl güclü müqavimət göstərərək bu nail
olsalar da, sonradan xeyli sayda itki vermələri, patronla-
rının azalması və qarşı tərəfə kömək gəlməsi onları çətinə
saldı. Mühasirə halqasının get-gedə daraldığını və adam-
larının 7–8 nəfər qaldığını görən Con onlara atəşi dayan-
dıraraq, əllərini başlarının ardına qoyub üzü üstə yataraq
polislərin gəlməyini gözləmələrini tapşırdı. Özü isə ağac-
ların arxasına keçərək yaxınlıqdakı palıd ağacına dırmaşdı
və sıx yarpaqların arasında görünməz oldu. Polislər qarşı
tərəfdən atəşin kəsildiyini görüb ehtiyatla irəliləməyə baş-
ladılar. Erkan təslim olanların yanına çatanda yanındakı
leytenanta dedi:
-Siz yaralıları bir yerə yığıb ilk tibbi yardım göstərin ki,
qanaxmadan ölməsinlər. Ölənlərlə işiniz olmasın, qoy on-
larla Ankaradan gələcək müstəntiq və ekspert qrupu ma-
raqlansın. Bizə köməyə gələn dəstənin yarısı burada qalsın.
Bizim isə daha burada bir işimiz qalmadı. Təslim olanları
da götürüb yolumuza davam edirik. – Üzünü yanında da-
yanan polis zabitinə çevirib dedi: -Buradakı əsirləri Burak-
gilin maşınına qoymayın. Bu Burakı öldürmək üçün tələ
Dostları ilə paylaş: |