219
Hadisədən 4 gün sonra
Ankara. Türkiyə
Səlcuq Ədliyə binasına girəndə Almeyda pilləkənlərlə
yuxarı qalxırdı. Arxadan onu səsləyib dedi:
-Almeyda. Dayan, bir yerdə gedək.
Almeyda:
- Mən də sənin kabinetinə gedirdim.
Səlcuq yaxınlaşaraq əl verib görüşdü.
-Bu gün səni belə tezdən görəcəyim ağlıma gəlməzdi.
Dünən hamının ifadəsini aldığımızdan fikirləşirdim ki, bu
gün istirahət edəcəksən. Buyurun getdik.
-Mən yalnız Con həbs olunandan sonra istirahət edə-
cəyəm. Bir aylıq məzuniyyət götürüb Kanar adalarına
gedəcəyəm. Səninlə iki məsələyə görə görüşmək istə yir-
dim. Birincisi, burada alınan ifadələrin İspaniyaya gön də-
rilməsi haqqında, ikincisi isə Türkiyədə həbs olunan ar-
gentinalı ilə bağlıdır.
-İfadələrdən narahat olma. Bütün video və kağız ma-
terialları ən gec sabaha qədər İspaniyaya göndərə cək lər.
Digər məsələ ilə bağlı kiçik bir çətinliyimiz var.
-Nə çətinlik?
-Məsələ burasındadır ki, həbs olunanların arasında
Pedro adlı şəxs yoxdur. Bütün tutulanları dindiriblər, an-
caq hamısı birmənalı şəkildə elə bir adam tanımadıq larını
deyirlər.
-Mən özüm onlarla danışmaq istəyirəm. Bu görüşü
təşkil edə bilərsən?
-Əlbəttə. Nə zaman istəsəniz.
-İndi.
-Buyurun getdik.
220
Hər ikisi gəldikləri yolla geri qayıdaraq küçənin digər
tərəfindəki müvəqqəti saxlama təcridxanasına getdilər. Al-
meyda maşına əyləşmək istəyəndə Səlcuq qoymadı:
-Lazım deyil. Təcridxana yaxında, yolun qarşı tərəfin-
dədir.
Onlar yolu keçib təcridxanaya gələndə Səlcuq Almey-
danı təcridxana rəisinə təqdim edib məsələ ilə bağlı qısa
məlumat verdi. Hər ikisini dustaqların yanına aparması-
nı istədi. Almeyda otağa girərək üzünü dustaq lara tutub
dedi:
-Mən sizi çox yormayacağam. Vaxtınızı cəmi bir neçə
dəqiqə alıb gedəcəyəm. Demək belə. Bilirəm ki, Argen-
tinadan bura gələn işçilərin arasında Pedro adlı bir nə-
fər də olub. Onu satmayaraq müdafiə etməyinizi də başa
düşürəm. Ancaq bilin ki, onun haqqında bildik lərinizi da-
nışsanız onu pis vəziyyətdə qoymaya caqsınız, əksinə, ona
böyük yaxşılıq etmiş olacaqsınız.
-Bu Pedro kimdir? Onu niyə belə bəh-bəhlə axtarırsı-
nız? – dustaqlardan biri soruşdu.
-Çünki onun həyatı təhlükədədir.
-Təhlükədə? – Qustavo həyacanla soruşdu.
-Bəli, təhlükədə. Həyat yoldaşını öldürüblər, oğlu ağır
yaralıdır, qızı isə itkin düşüb. Əgər tezliklə, tapa bilməsək
onu da öldürə bilərlər.
-Düz danışdığını haradan bilək? – Bayaqkı dustaq
yenidən dilləndi.
-Əgər yalan danışırıqsa belə, yenə də susmağınız onu
təhlükə altına qoyur. Səlcuq söhbətə qoşuldu:
-İşlədiyinz meşə yırtıcı heyvanlarla doludur. Təkbaşına
bu qədər yırtıcı heyvandan qurtulub sağ qalmaq müşkül
məsələdir. Əgər tezliklə, onu tapa bilməsək ya aclıqdan
öləcək, ya da vəhşi heyvanlara yem olacaq.
221
-Mən Pedronun dostuyam. – Qustavo bir neçə addım
qabağa çıxdı. – Sizə onun haqqında nə lazımdırsa danışa-
ram.
Qustavo Pedro barədə Almeyda və Səlcuqa bütün mə-
lu matları verib, onun meşədə ola biləcəyi təqribi yeri dedi.
-Polislər gələndə o, maşınla meşənin şərq tərəfinə get-
di və çox güman ki, maşının gedə bilmədiyi yerlərdə belə o
piyada olaraq, yolunu yalnız şərq tərəfə davam etdirəcək.
Biz öz aramızda belə danışmışdıq. Bir hadisə baş verdikdə
yalnız şərq tərəfə gedəcəkdik.
Səlcuq: - Köməyə görə çox sağ ol – deyib ayağa qalxan-
da Qustavo üzünü Almeydaya tutub soruşdu:
-Siz bayaq dediniz ki, Pedronun ailəsi pis vəziyyətə dü-
şüb. Nə baş verib ki? Mən onun ən yaxın dostuyam, bunları
bilməyə haqqım var. Allah xatirinə deyin, nə baş verib?
Səlcuqla Almeyda Pedronun ailəsinin başına gələnləri
Qustavoya danışıb otaqdan çıxanda Qustavo ayaq üstə da-
yana bilməyib yerə oturdu və əlləri ilə başını tutub ağlaya-
ağlaya öz-özünə deyindi:
-Mənim ucbatımdan oldu! Onu bura mən gətirdim,
bütün bunlar mənə görə oldu.
Ədliyyə binasına qayıdıb kabinetinə girəndə Səlcuqun
ilk işi Erkana zəng vurmaq oldu. Onu vəziyyətlə tanış edib
meşəni axtarmağı tapşırdı.
Bakı. Azərbaycan
Akif su içmək mətbəxə gedəndə Asifi televizorun qar-
şısında gördü. Oğlunun gözü ekranda, fikri isə tamam ayrı
yerdə idi. Özünə su töküb otağa qayıdan Akif Asifə yaxın-
laşıb dedi:
222
-Artıq gecə saat birdir. Nə əcəb yatmamısan? Sən ki,
həmişə bu vaxtlar yatardın?
-Yuxum gəlmir. Televizora baxıram.
-Simfonik orkestrin konsertinə? Sən ki, heç günortalar
belə şeyə baxmırsan?!
-Mən.. Mən... Sadəcə...
-Yaxşı görüm. 21 illik oğlumu mənə tanıdacaqsan? De
görüm, səni bu qədər üzən nədir
--...
Akif arabadan tutub onu özünə tərəf çevirdi:
-Üzünü bəri çevir görüm. Danış ki, sənə kömək edə
bilim. Əks halda səni belə gördüyüm üçün səndən də çox
əzab çəkəcəyəm.
-Məni görəcəyim işlərdə uğurlu olub, olmayacağım
narahat edir. «Ümid» mərkəzi bağlandı. Nə vaxt açılacağı
da məlum deyil. Lap açılsa belə, oradakı işim daim deyildi.
Bir gün oradan çıxacaqdım. Sənin gəlirin elə də çox deyil
ki, ömrümün sonunadək mənə bəs edəcək qədər pul yı-
ğasan. Demək istədiyim budur, gələcəkdə kimdənsə asılı
vəziyyətdə yaşamamaq üçün indidən tədbir görməliyəm.
Nə iş görəcəyimdən asılı olmayaraq, o işdə mükəmməl ol-
maq istəyirəm. Bax məni narahat edən məsələ də budur.
Necə edim ki, gördüyüm hər işdə uğur mən tərəfdə olsun?
-Deməli belə! – Akif aramla sözə başladı. – Öz işində ən
yaxşı olmaq və həyatda daim irəli getmək üçün iki variant
var. Bunlardan birincisi odur ki, qarşına çata bilməyəcəyin
bir hədəf qoy. Yəni mümkün olması çox çətin olan bir
məqsəd.
-Əgər əldə edə bilməyəcəyim bir şeyin dalınca düşü-
rəmsə, bunun mənə xeyri nədir?
-Burada əsas məsələ işin gözlə görünən tərəfi yox, arxa
planda qalan nəticəsidir. Gəl ən sadə bir misaldan başla-
Dostları ilə paylaş: |