S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə63/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   59   60   61   62   63   64   65   66   ...   78

251
-Mənə dəstək ol Lusiya, sadəcə yanımda ol. İndi mə-
nim hər şeydən çox buna ehtiyacım var. Ailə üzvlərimi və 
yaxın  qohumlarımın  çoxunu  avtobus  qəzasında  itirdim, 
dostlarımı Con əlimdən aldı, ən çox güvəndiyim adamım 
ən qatı düşmənim oldu, həyatda yeganə təsəllim olan qar-
daşım  oğlundan  heç  bir  səs-soraq  yoxdur.  Neçə  illərdir 
arzusunda olduğum və min bir əzab-əziyyətlə yaradaraq 
yüksək  səviyyəyə  çatdırdığım  «Ümid» mərkəzi indi kim 
bilir  hansı  vəziyyətdədir.  (Dərindən  köks  ötürərək)  Tək 
qalmışam  Lusi,  tək.  İndi  mənim  hər  şeydən  çox  mənəvi 
dəstəyə ehtiyacım var.
Lusiya onun böyrünə söykənərək başını Samirin çiy-
ninə qoydu:
-Nə hiss etdiyini çox gözəl başa düşürəm. Sən İspani-
yaya gələnə qədər mən də bu vəziyyətdə idim. Anamı gö-
zümün qabağında öldürdülər. Neçə ay idi ki, atamdan bir 
xəbər yox idi. Hər gün qardaşımı dilən dirirdilər və mən 
buna  qarşı  heç  nə  edə  bilmirdim.  Çarə siz  vəziyyətdə  nə 
edəcəyimi bilmədən 15 gün bu uçuq-sökük evdə yaşadım. 
Hər  gün  pəncərənin  qarşısında  oturub  qardaşımdan  və 
səndən bir xəbər gözləyirdim.
Samir qolunu onun boynuna saldı:
-Çox sağ ol ki, sözümə qulaq asdın. Əgər polisə və ya 
başqa bir yerə getmək üçün buradan çıxsaydın, quldurlar 
səni gördükləri yerdə öldürəcəkdilər.
-Amma  əvəzində  sənin  pulunun  böyük  bir  hissəsini 
xərcləmişəm.
- Canın sağ olsun.
Hadisə  yerinə  gələn  Almeyda  vəziyyətlə  tanış  ol-
duqdan sonra meyidləri və istifadə edilən bütün əşyaları 
hadisə yerindən götürməyi tapşırıb Samirgilə tərəf getdi. 


252
Bir nəfərin onlara doğru gəldiyini görən Lusiya aya-
ğa  qalxdı.  Almeyda  yaxınlaşanda  Samir  onun  üzrxahlıq 
edəcəyini bilib onu qabaqladı:
-Deyəsən ayaqlarım çox nəhsdir, ispanlara düşmür.
-Əksinə.  Sənin  bura  gəldiyin  ilk  gündən  bəri  böyük 
bir beynəlxalq cinayətkar qrupu çökdürmüşük. Biz bunu 
birgə etmişik, göstərdiyin bütün köməkliklərə görə şəxsən 
öz adımdan sənə dərin təşəkkürümü bildirirəm.
-Çox  sağ  olun.  (Lusiyanı  göstərərək)  Ancaq  fikir-
ləşirəm ki, ən böyük təşəkkür bax bu qıza düşür. “Hoja de 
sauce” təşkilatını məhv etmək üçün ilk addımı Lusiya atıb.
-Bizim ona xüsusi təşəkkürümüz olacaq. İndi isə sen-
yora,  buyurun  gedək,  sizi  xəstəxanaya  ailə  üzvlərinizin 
yanına aparacaqlar. Siz isə cənab Samir, düşünürəm ki, ki-
fayət qədər yorğunsunuz. Sizin üçün beş ulduzlu otel lərin 
birində otaq ayırıblar. Gedin doyunca dincəlin, sabah dalı-
nızca maşın göndərəcəyəm ki, sizi qərərgaha gətirsin. Pro-
sedur qaydalarına görə bir neçə sənədə qol çəkməlisiniz. 
Sonra isə ölkənizə qayıda bilərsiniz.
-Təşəkkür edirəm. Ancaq mən də xəstəxanaya gedirəm. 
Bu vəziyyətdə Pedronun yanında olmaq istəyirəm. (Lusi-
yanın əlindəki çantanı göstərərək) Mümkündürsə, bu çan-
tanı özünüzlə birgə qərargaha aparın. Mən sabah oradan 
götürərəm.
-Necə istəyirsiniz. Tapşıraram hər ikinizi xəstəxanaya 
aparsınlar. Xose 156-cı palatada müalicə olunur, bu pala-
ta  üçüncü  mərtəbədədir.  Dincəlməyiniz  üçün  orada  sizə 
əlavə palata ayırarlar. Çantadan isə narahat olmayın, sa-
bah onu qərargahdan götürə bilərsiniz.
Lusiya içindən köynək və şalvar çıxartdıqan sonra çan-
tanı  Almeydaya  verib  köynəyini  geyinmək  üçün  Samirə 
kömək  etdi.  Sonra  isə  hərəsi  bir  kənara  düşmüş  qoltuq 


253
ağac larını gətirərək ona verdi. Maşında yanaşı otursalar da 
yolboyu heç biri danışmadı. Yalnız xəstəxananın həyətinə 
yaxınlaşanda Samir dedi:
-Bayaq sənə demək yadımdan çıxdı. Ananın meyidini 
də bu ölkəyə gətiriblər. “Hoja de sauce” təşkilatının qur-
banı  olmuş  insanların  xatirəsini  əbədiləşirməkdən  ötrü 
Madriddə  xüsusi  qəbiristanlıq  yaradılıb.  Sənin  ananı  da 
orada dəfn ediblər.
-Artıq neçə gün idi ki, hər gecə yuxuma girirdi. Demək 
buna görə imiş, öldüyü üçün hər gün ağladığım anam sən 
demə lap yaxında imiş.
Liftlə  xəstəxananın  üçüncü  mərtəbəsinə  qalxanda 
Samir  Lusiyanın  həyəcandan  titrədiyini  görsə  də  heç  nə 
demədi.  O,  156-cı  palatanın  qapısını  astadan  döyərək 
açanda Pedro çarpayıda uzanmış Xose üçün kitab oxuyur-
du. Lusiya içəri girən kimi – ata – , Pedro isə - Lusi – deyə 
qışqıraraq bir-birilərinə tərəf qaçıb bərk-bərk qucaqladılar. 
Lusiya üzünü Pedronun sinəsinə sıxaraq ağlayır, Pedro isə 
- əziz qızım, Lusim – deyərək, onun saçlarını öpüb -sığalla-
yırdı. Bir dəqiqədən sonra Xose dözməyərək dedi:
-Bu  nədir?  Deyəsən  yaddan  çıxmışam  axı,  məni  heç 
kim çox istəmir? Yaralı olan mənəm, atam deyil.
Lusiya – heç sənin kimi şirin qardaşı da unutmaq olar? 
– deyib onun yanına getdi. Pedro bayaqdan kənarda daya-
nıb tamaşa edən Samirin yanına gəlib əlini ona uzatdı:
-Çox sağ ol Samir, uşaqlarımı mənə qaytardın. Yaxşı 
yaşamaq  üçün  pul  qazanmaq  həvəsiylə  ailəmi  tərk  edib 
qanunsuz  işlərə  baş  qoşdum.  Səninlə  tanış  olmasaydım, 
kim bilir bu uşaqların axırı necə olacaqdı.
-Mən  sənə  təşəkkür  edirəm  Pedro.  Həyatımı  xilas 
etmisən. Sənə həyat borcluyam. Nə zaman çətinliyin olsa, 
mənə müraciət edə bilərsən.


254
-Yox Samir, sən mənə heç nə borclu deyilsən. O vaxt 
yanımda olmasaydın məni ya şirkətin göndərdiyi adamlar 
öldürəcəkdi, ya da xilas etmək üçün gələn polisləri görüb 
elə biləcəkdim ki, məni tutmağa gəliblər.
-Çoxdandır  görüşmürsünüz.  Yəqin  ki,  bir-birinizə 
deyəcəyiniz sözünüz çoxdur. Mən sizi baş-başa qoyuram. 
Həm  də  ki,  çox  yorğunam.  Əllərimdəki  qanı  yuyandan 
sonra bir az uzanıb istirahət edəcəyəm.
-O nə qandır elə? Şalvarın da bulaşıb.
-Bu aeroportda bizi qarşılayan Silva yadındadır?
-Əlbəttə.
-Bu gün onu öldürdülər. Nə qədər çalışsaq da, həyatını 
xilas edə bilmədik.
Samir  Pedroyla  qucaqlaşıb  ayrıldıqdan  sonra  şalva-
rını Lusiyadan alaraq onlar üçün ayrılmış palataya getdi. 
Çarpayıda  uzansa  da  yorğun  olmasına  baxmayaraq  yata 
bilmədi.  Silvanın  telefonunu  cibindən  çıxardıb  yenidən 
zəng etməyə cəhd etdi. Ancaq heç kim cavab vermirdi. Sa-
mir telefonu çənəsinə dirəyərək bir az fikirləşəndən sonra 
Rənaya zəng vurdu. Bir neçə dəfə çağırdıqdan sonra tele-
fonda Rənanın zərif səsi eşidildi:
-Buyurun. Eşidirəm.
-Salam Rəna, mənəm Samir.
-Samir necəsən? (Rəna həyacanla soruşdu) Şükür. Ha-
mımız səndən ötrü çox narahat idik. İndi haradasan? Sağ-
salamatsan?
-Mən yaxşıyam. Hazırda İspaniyadayam. Azərbaycana 
sabah gələcəyəm. Səndən bir xahişim var.
-Buyur.
-Dünəndən bəri nə qədər zəng vururamsa, Əligildən 
heç kim cavab vermir. Ələsgər əminin cib telefonu da sön-
dürülüb.  Mümkündürsə,  get  onlara,  gör  orada  vəziyyət 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə