S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə62/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   58   59   60   61   62   63   64   65   ...   78

247
Silva  hadisə  yerinə  ekspert  qrupu  çağıraraq  polislər-
dən bir neçəsini keşik çəkmələri üçün orada qoydu. Hər 
üçü evdən çıxıb maşına tərəf getmək istəyəndə birdən Lu-
siya qapının yanında dayandı.
-Dayanın.  Çanta  yadımdan  çıxdı.  Siz  gedin,  mən  bu 
dəqiqə çantanı götürüb qayıdıram.
Samir onu arxayın edərək dedi:
-Mən səni burada gözləyərəm. Dünəndən bəri bacım 
oğluna zəng vururam, heç kim cavab vermir. Yaman na-
rahatam. Sən gələnə qədər Silvanın telefonuyla yenə cəhd 
eləyəcəm.
Silva telefonunu Samirə verib – mən sizi bayırda göz-
ləyirəm – deyərək qapıdan çıxdı. Samir iki dəfə zəng vursa 
da, yenə heç kim telefona cavab vermədi. Lusiya çantanı gö-
türüb qayıdanda Samirin dilxor olduğunu görüb soruşdu:
-Yenə heç kim cavab vermir?
-Mobil  telefon  söndürülüb,  ev  telefonuna  isə  cavab 
verən yoxdur.
-Bəlkə  evdə  heç  kim  yoxdur?  Yəqin  harasa  gediblər, 
gecəni də orada qalıblar.
-Onların getməyə yeri yoxdur.
-Ölkənə nə vaxt qayıdırsan?
-Sabah tezdən.
-Onda sabaha qədər səbr et. Evə gedən kimi məsələnin 
nə yerdə olduğunu öyrənərsən.
-Hə, deyəsən elə olacaq.
Samirlə Lusiya qapıdan çıxanda qəflətən döngədən bu-
rulan Mitsibuşi markalı maşın sürətlə onlara tərəf gəlməyə 
başladı. Maşının açıq yerində oturmuş Tahir əlindəki pu-
lemyotu  atəş  açmaq  üçün  hazır  saxlamışdı.  Maşının  ya-
xınlaşdığını görən Silva – yerə uzanın! – deyə qışqıraraq 
özünü Samirlə Lusiyanın üstünə ataraq onları yerə yıxdı. 


248
Maşın onların dayandığı yerdən keçəndə Tahir pulemyot-
la atəş açmağa başladı. Hamı yerə uzandığından xəsarət 
alan olmasa da, Mitsibuşi sürətlə yolun digər tərəfindəki 
döngəyə  yaxınlaşanda  qəflətən  qarşılarına  çıxan  maşın-
la  toqquşaraq  dayandı.  Maşının  dayandığını  görən  Silva 
polislərə  onu  mühasirəyə  almağı  və  cinayətkarı  tutmağı 
əmr etdi. Samir Lusiyayla birgə sürünərək yaxınlıqdakı zi-
bil qutularının arxasında gizləndilər. Polislərdən biri ma-
şındakı radioqəbuledici vasitəsiylə hadisə yerinə köməkçi 
qüvvə  və  təcili  yardım  çağırdı.  Maşın  toqquşarkən  yük 
yerinə  yıxılan  Tahir  qalxanda  polislərin  onu  mühasirəyə 
aldığını gördü. Bu vəziyyətdə qaçmağın mümkün olmadı-
ğını görərək pulemyotdan yapışaraq atəş açmağa başladı.
Maşının sürücü isə qaça-qaça tapançadan bir neçə dəfə 
polislərə  atəş  açsa  da,  başından  aldığı  güllə  yarasından 
yerdə hərəkətsiz qaldı. Tahir pulemyotu sağa-sola fırlaya-
raq  polislərin  ona  yaxınlaşmasına  mane  olur  və  qaçmaq 
üçün fürsət axtarırdı. Lusiya qorxudan Samirə sığındı:
-Görəsən bütün bunlar nə zaman bitəcək?
-Heç  vaxt  bitməsə  belə,  mən  bu  əclaflarla  mübarizə 
aparacağam.  Neçə  gündür  hardaydın?  Nə  qardaşımdan 
bir xəbər var idi, nə də səndən bir səs-soraq. Gözləməkdən 
az qalırdım dəli olam.
-Bayaq səni öldürmək istəyən adam dostlarımı öldü-
rüb məni əsir götürmüşdü. Bir az İspaniyada saxla yandan 
sonra aparıb Türkiyədəki meşələrin birinə atmış dılar. İs-
paniyaya bir saat olar gəlmişəm.
-Demək  səninlə  danışarkən  eşitdiyim  atəş  səslərinin 
səbəbi bu imiş?
-Hə. Qardaşın isə yaralı olduğu üçün xəstəxanada yatır.
-Görəsən vəziyyəti necədir? – Lusiya həyəcanla soruş-
du.


249
-Eşitdiyimə  görə  yaxşıdır. Atan  da  onun  yanındadır. 
Ona qlluq edir.
-Atam İspaniyadadır?
-Mən Türkiyədə meşədə olarkən, atan mənim həyatı-
mı  xilas  edib.  Sonra  xilaskarımın  sənin  atan  olduğunu 
öyrəndim və biz birlikdə bura gəldik. 
Cibindən silahı çıxardaraq:
-Sən məni burada gözlə.
-Dayan  getmə.  (Lusiya  onun  qolundan  yapışdı)  Ora 
təhlükəlidir. Polislər özləri hər şeyi həll edəcəklər. Bir az-
dan kömək də gələcək.
-Ora  təhlükəlidir  deyirsən?  Oradakı  polislər  hazırda 
bizə görə həmin təhlükənin içindədirlər.
-Bu  sahədə  təlim  görmüş  peşəkar  polislərin  bacar-
madığı  işi  sən  necə  bacaracaqsan?  Özünə  əlavə  prob lem 
yaratma. Bu dəqiqə kömək gələcək və hər şey bitəcək.
-Onlar mənim dalımca gəliblər. Bu işə görə onları peş-
man etmək mənim boynuma.
Samir  bunu  deyərək  gizləndiyi  yerdən  çıxıb  sürünə-
sürünə Silvanın yanına gəldi. Onu görən Silva qışqıraraq:
-Sənin burada nə işin var? Qayıt yerinə.
-Mən qaçırılan gün «Ümid» mərkəzinin İspaniyadakı 
filialında  öldürülən  dörd  dostumun  qisasını  almaq  üçün 
əlimə yaxşı fürsət düşüb. Mənə mane olmağa çalışma.
Onlar  mübahisə  edərkən  birdən  pulemyotun  səsi 
kəsildi.  Polislərdən  birinin-onu  vurdum  –  deməsindən 
sonra digərləri də gizləndikləri yerdən çıxıb yavaş -yavaş 
maşına tərəf getməyə başladılar. Get-gedə polis maşınlarını 
həyəcan siqnalları təcili yardımdan və köməkçi dəstələrdən 
xəbər verirdi. Silva tapançanı qabu raya qoyaraq maşına ya-
xınlaşanda Tahir ağır yaralı ol masına baxmayaraq, qəflətən 
əlindəki silahla ona atəş açdı. Lakin polislərin açdığı gül-
lələr onu əbədi olaraq susdurdu. 


250
Güllə Silvanın sinəsindən dəymişdi. O geriyə 4–5 ad-
dım ataraq düz Samirin qarşısında yerə yıxıldı. Samir cəld 
ona yaxınlıb başını dizi üstünə aldı. Güllə ağciyərini par-
çaladığından  Silva  çox  çətinliklə  nəfəs  alırdı,  yarasından 
isə  dayanmadan  qan  fışqırırdı.  Samir  köynəyini  çıxarda-
raq yaranın üstünə qoyub sıxsa da, qanı kəsmək mümkün 
olmurdu. Polis işçiləri Silvanın ətrafına yığışıb onu hər bir 
vəchlə ölümün pəncəsindən qurtarmağa çalışırdılar. Get-
gedə üzünün rəngi solan Silva son qüvvəsini toplayıb do-
daqlarını ağır-ağır tərpədərək dedi:
-Oğlumun ən böyük arzusu hər il Bunolda kəndində 
keçirilən pomidor döyüşü karnavalını görmək idi. Almey-
daya deyin onu ora aparsın.
Samir barmağını onun dodaqlarına toxundurdu:
-  Şşşş.  Sakit  ol,  özünü  yorma.  Siz  ora  birlikdə  gedə-
cəksiniz. Gedəndə məni də çağırarsınız, yoxsa inci yərəm.
-Argentinalı qız sənə əmanətdir, Samir. Çalış onu sağ-
salamat atasına çatdırasan. Oğluma deyin ki, mən onu ço....
Tibbi  yardım  köməkçi  dəstəylə  birgə  özünü  hadisə 
yerinə  çatdırsa  da,  artıq  gec  idi.  Silva  sözünü  yarımçıq 
kəsib  gözlərini  əbədi  yumdu.  Samir  onun  başını  dizinin 
üstündən götürərək ehmalca yerə qoydu və bir neçə adım 
iməkləyərək kiçik və alçaq daşın üstündə oturub kürəyini 
divara söykədi. Lusiya:
-Necəsən?
-Çox  pisəm.  Son  yarım  ayda  başıma  gələnlər  məni 
əməlli başlı yorub. Özümü nə qədər soyuqqanlı və iradəli 
aparmağa çalışsam da, içimdəki həyat sevgisinin yavaş-ya-
vaş öldüyünü hiss edirəm. Artıq hər şeydən cana doymu-
şam.  Sadəcə  divanda  uzanaraq  çipsi  yeyə-yeyə  gözəl  bir 
futbol matçına baxmaq istəyirəm.
-Kaş ki, bu vəziyyətində sənə kömək edə biləydim.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə