S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə65/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   61   62   63   64   65   66   67   68   ...   78

259
Samir telefonu cibinə qoyub Pedronun yanına getmək 
istəyirdi  ki,  qapı  açıldı.  Lusiya  əlində  buterbrod  və  kola 
içəri girdi.
-Oyanmısan?
-Artıq günorta olub, niyə məni oyatmırdın?
-Elə şirin yatmışdın ki
-On beş günün yorğunluğuydu.
Samirin yanında oturaraq əlindəkiləri ona uzatdı:
-Al, sənin üçün gətirmişəm.
Koladan bir qurtum içərək soruşdu:
-Almeyda maşın göndərməyib?
-Göndərib.  Sürücü  iki  saatdan  çoxdur  xəstəxananın 
həyətində sənin yuxudan oyanmağını gözləyir.
-Onda tələsmək lazımdır. Bir saatdan sonra görüşərik.
Samir əlindəkiləri çarpayının üstünə qoyub Lusiyanın 
üzündən öpərək palatadan çıxdı.
* * *
Samiri qərargahın dəhlizində qarşılayan Almeyda dedi:
-Siz məni kabinetimdə gözləyin, mən Silvanın qərər-
gahda keçirilən vida mərasimində iştirak etməliyəm.
-Mən də o mərasimdə iştirak etmək istəyirəm.
Almeyda əliylə yolu göstərərək dedi:
-Buyurun gedək.
Samirlə Almeyda Silvanın tabutu qoyulmuş otağa gi-
rəndə  artıq  hamı  öz  yerini  tutmuşdu. Almeyda  boş  yer-
lərdən birini göstərərək Samirə oturmaq təklif etdi:
-Siz  burada  əyləşin.  Mən  açılış  nitqindən  sonra  sizin 
yanınıza gələcəyəm.
Samir başıyla təşəkkürünü bildirib əyləşdi. Ardıcıl və 
xoş sözlərlə zəngin olan çıxışlarla davam edən mərasim iki 


260
saata yaxın davam etdi. Mərasim zalından çıxarkən Samir 
ayaqqabısının ipinin açıldığını görüb dəhlizdə qoyulmuş 
oturacaqda oturdu. İpi bağlayıb başını qaldıranda Almey-
danın yanında 6–7 yaşlarında qaradərili oğlan uşağının da-
yanaraq ona baxdığını gördü. 
-Silvanın  oğludur.  –  Almeyda  izah  elədi.  Samir  onu 
yanına çağırıb üzündən öpərək qıvrım saçlarını sığalladı. 
Sonra Silvanın telefonunu cibindən çıxardıb uşağa verdi:
-Atan mənə tapşırmışdı ki, bu telefonu sənə verim. Sən 
gərək bunu ömrünün sonunadək atandan xatirə saxlaya-
san. Həmişə onula fəxr edə bilərsən. Sənin atan əsl polis idi 
və səni çox sevirdi.
Silvanın arvadı yaxınlaşaraq oğlunu səslədi:
-David buradasan? Bayaqdan səni axtarıram.
Oğlan  Samirdən  aralanıb  anasına  tərəf  getdi.  Onun 
əlindən tutub dəhlizlə bir az getdikdən sonra əlindəki tele-
fonu anasına göstərib dedi:
-Ana bayaqkı əmi atamın telefonunu mənə verib dedi 
ki, mən hər zaman atamla fəxr edə bilərəm.
-Əmi düz deyib oğlum. (Qadın kövrək səslə dedi)
Lusiya Xosenin ayaqqabılarını geyindirə-geyindirə de-
yinirdi: 
-Onsuz da ərköyün idin, indi daha da dözülməz olmu-
san. Bir işi də özün gör!
-Yalnız sən ərə gedəndən sonra.
-Az danışın (Pedro dilləndi) onsuz da gecirik. Bir az 
cəld olun.
-Bizi  ləngidən  budur  ata!  Ərə  də  getmir  ki,  canımız 
qurtarsın.
-Az danış. 
Lusiya darağı əlinə götürüb Xoseni yaxına dartdı: 
-Başını bəri gətir.


261
Qəbiristanlığa çatanda Xoseylə Lusiyanın söz atışması 
hələ də davam edirdi:
-Niyə gec gəldiniz? – Qəbiristanlığın girişində onları 
gözləyən Samir Pedrodan soruşduş – Bayaqdan sizi göz-
ləyirəm.
-Bunlarla  harasa  vaxtında  çatmaq  mümkün  deyil!  – 
Pedro uşaqlarını göstərdi.
Xose ətrafda keşik çəkən çoxsaylı polisləri göstərərək, 
Samirdən soruşdu:
-Bu qədər polis səni qoruyur?
-Əslində,  bu  qədər  polis  tanrıya  dua  edirlər  ki,  mən 
tezliklə, bu ölkədən çıxım gedim.
-Nə vaxt yola düşürsən? – Lusiya soruşdu.
-Üç  saatdan  sonra.  Pedro,  istəyirəm  siz  də  mənimlə 
gələsiniz. Əgər razı olsan orada sizin üçün iş və qalmağa 
yer təşkil edərəm. Nə deyirsən?
-Ata,  razı  ol  (Lusiya  diləndi).  Argentinaya  qayıtsaq, 
yenə də eyni problemlərlə qarşılaşacağıq.
-Sənin ölkən Çinə yaxındır? – Xose soruşdu.
-Baxır xəritənin ölçüsünə.
-Yaxşı, fikirləşərəm. 
Pedro qəbiristanlığa tərəf addımladı:
Dördlük  sırayla  düzülmüş  məzar  daşlarına  baxa-ba-
xa  qəbiristanlığın  içi  ilə  ağır-ağır  irəliləyirdi.  Bələdçinin 
köməkliyi  ilə  Mariyanın  qəbrinə  yaxınlaşdılar.  Qəbrin 
yanına çatanda Pedro bayaqdan əlində gəzdirdiyi gülləri 
məzarın üstünə qoydu. Xoseylə Lusiya qəbrin yanında diz 
üstə oturaraq ağlamağa başladılar.
-Başınız sağ olsun. – Samir astadan dilləndi.
Pedro başını aşağı-yuxarı yelləməklə təşəkkürünü bil-
dirdi.


262
-Siz burada qalın. Mən gedib digər məzarları da ziyarət 
edəcəyəm. Çıxışda görüşərik.
Samir  onlardan  ayrılıb  məzarlığı  gəzməyə  başladı. 
Müx təlif  ölkələrdən  və  müxtəlif  yaşlarda  olan  minə  ya-
xın  insanın  bir  qəbiristanlıqda  dəfn  olunduğu  bu  əra-
zini gəzərkən o, öz-özünə düşünürdü: “Beynəlxalq qəbi-
ristanlıq”. Buranın adını məhz belə qoymaq lazımdır. 
Bir xeyli gəzdikdən sonra nəhayət, yorulub geri qayıt-
maq qərarına gəldi. Pedro uşaqlarla birgə onu maşının ya-
nında gözlyirdi. Samirin yaxınlaşdığını görüb dedi:
-Mən sənin təklifini qəbul edirəm.
-Bu ən doğru seçimdir.
-Ancaq həmişəlik yox. Bir az pul qazanıb yenidən və-
tənimə qayıdacağam.
-Sənin istənilən seçiminə hörmətlə yanaşıram.
Samirgili aeroportda Almeyda yola salırdı. Onlar bir – 
birinin əlini sıxdıqlarında Samir dedi:
-Bura gəldiyim gündən sizin işinizi artırmışam. Buna 
görə məni bağışlayın.
-İspaniyaya gəldiyin gündən çox əziyyət çəkdin. An-
caq  Lusiyayla  sən  olmasaydınız,  gələcəkdə  “xatirə”  qə-
biristanlığının ərazisi daha böyük olacaqdı.
-Bir daha hər şey üçün sizə və qərargahın bütün işçi-
lərinə dərin təşəkkürümü bildirirəm.
-Almeyda  cibindən  qatlanmış  kiçik  bir  kağız  parçası 
çıxardaraq Samirə verdi. İstəmirəm buradan yalnız mənfi 
xatirələrlə gedəsiniz. Bu kağızda yazılanları təyyarə hava-
ya qalxdıqdan sonra açıb oxuyarsan. Səni Bakı aeroportun-
da mənə verdiyin siyahıdakı insanlar qarşılayacaq:
-Belə  yaxşıdır.  Adam  çox  olanda  bilmirsən,  kiminlə 
görüşəsən.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə