S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə68/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

271
-Bu  gündən  etibarən,  Teymur  mənim  müavinim  və 
köməkçim olacaq. Bunu rəsmi olaraq qeydə alarsan. Sabah 
buraya Pedro adlı bir nəfərlə gələcəyəm, onu sürücü kimi 
mərkəzdə  qeydiyyata  sal.  Yolları  tanıyana  qədər  mənim 
sürücümün yanında köməkçi işləyəcək, sonrasına baxarıq. 
Hələlik isə evə gedə bilərsiniz, işimiz 1–2 günə ancaq qay-
dasına düşəcək.
Şöbə müdirləri getdikdən yarım saat sonra Xarici İşlər 
Departamentinin  rəhbərinin  gətirdiyi  bildirişləri  imzala-
yıb Teymuru yanına çağırdı:
-  Sürücüyə denən hazır olsun. On dəqiqəyə çıxıram.
Samir şəhərdəki qızıl mağazalarından birinə gedərək 
brilliant qaşlı gözəl bir qadın üzüyü alıb geri qayıtdı. Ka-
binetə girdikdən sonra aldığı üzüyü masanın üstünə qo-
yaraq,  ona  tamaşa  edə-edə  bir  xeyli  fikirləşdikdən  sonra 
Lusiyaya zəng vurdu:
-Salam əzizim. Evdə vəziyyət necədir?
-Hər şey qaydasındadır. Atamla Xose şahmat oynayır-
lar, Əli isə cizgi filminə baxır.
-Pedroya denən onu işə düzəltdim. Sabahdan sürücü 
kimi işə çıxacaq. Özün isə hazırlaş, gedək dəniz kənarında 
təmiz hava qəbul edək.
-Bəs evdən necə çıxacağam?
-Deyərsən,  Samirlə  kitab  almağa  gedirəm.  Azərbay-
canca-İspanca lüğət kitabı.
Samir Lusiyayla sağollaşıb üzüyü götürərək otaqdan 
çıxdı. 
Sumqayıt. Azərbaycan
Lusiyayla  birgə  dəniz  kənarında  maşından  düşəndə 
sürücüyə dedi:


272
-Buralarda ol. Bir saatdan sonra lazım olacaqsan.
Sahilboyu,  qumların  üstü  ilə  bir  az  gəzdikdən  sonra 
oturacaqların birində oturub söhbətə başladılar. Samir so-
ruşdu:
-Mənə özün haqqında danış. Keçmişin, Argentinadakı 
həyatın, gələcək haqqındakı arzuların, xoşladığın və xoşla-
madığın şeylər.
-Yaxşı danışaram. Ancaq sonra növbə sənindir.
-Oldu. Mən razı.
-Mən  paytaxt  Buones-Ayresdə  doğulmuşam.  Uşaqlı-
ğım da orada keçib. Atam həmişə.......
Lusiya özü haqqında məlumatları, keçmişdəki xatirə-
lərini, gələcək xəyallarını, mənfi və müsbət xasiy yətlərini 
danışdıqca, sakitcə ona qulaq asan Samir qarşısındakı bu 
mehriban, şirindil və gülərüz qızı sanki özü üçün yenidən 
kəşf edirdi. Lusiya danışdıqca Samir bütün varlığı ilə ona 
diqqət kəsilirdi. Ona elə gəlirdi ki, diqqətini bir anlıq da 
olsa dağıtsa, bu qızın həyatından hansısa parçanı birdəfəlik 
itirə bilər. O isə bunu istəmirdi. Lusiya ona bütöv lazım idi, 
keçmişiylə və gələcəyi ilə.
-Bax belə. İndi sən mənim haqqımda hər şeyi bilirsən. 
Növbə sənindir.
-Mən bu şəhərdə doğulmuşam. Uşaqlığımda çox şey 
deyə  bilmərəm,  fiziki  vəziyyətimlə  əlaqədar  olaraq  bü-
tün  günüm  evdə  keçdiyindən  uşaqlığımla  bağlı  elə  də 
çox xatirəm yoxdur. Orta məktəbi evdə bitirmişəm, xüsu-
si  məktəbin  göndərdiyi  müəllimlər  mənə  evimizdə  dərs 
deyirdilər. Bir riyaziyyat müəllimim vardı. Həmişə məni...
Samir öz xatirələrindən, ailə üzvlərinin həlak olmasın-
dan,  «Ümid»  mərkəzini  yaratmasından,  qurmaq  istədiyi 
və həmişə xəyalında yaşatdığı basketbol komandasından 
və  gələcək  ailəsinin  necə  olmasını  istəməyindən  danışıb 
sözünü bitirdi.


273
-Bu qədər. 
Bir az ara verərək üzüyü cibindən çıxardıb Lusiyaya 
dedi:
-Mənim həyatımda heç vaxt romantika olmayıb, mən 
qızlarla  necə  davranmağı  bilmirəm,  mən  romantik  evli-
lik təklifinin necə ediləcəyini də bilmirəm. Bu üzüyü sə-
nə  qeyri-adi  şəkildə  vermək  istərdim.  Ancaq  bunu  necə 
edəcəyimi bilmədim. – Bir-iki saniyə dayandıqdan sonra: 
- Lusi, mənə ərə gələrsən?
Lusiya başını aşağı salıb astadan soruşdu:
-  Axı sən məni hələ yaxşı tanımırsan, niyə tələsirsən?
-Bizim bir yerdə olduğumuz müddətdə heç vaxt fikir 
ayrılığımız olmayıb, həmişə sözlərimiz də, fikirlərimizdə, 
dünya görüşümüz də üst-üstə düşüb. Biz eyni dünyanın 
adamlarıyıq Lusi, biz mütləq bir yerdə olmalıyıq.
-Hə.
-Necə?
-Hə. Cavabım hədir.
-Hə?
-Hə!
-Hə?
-Hə, hə, bir daha hə.
Samir sevinc içində Lusiyanı qucaqlayıb dedi: 
-Mərkəzdəki işləri yoluna qoyum, Xosenin üzünü gül-
dürəcəyəm.
-Xosenin?
-Hə də, Xosenin. Həmişə demirdi ki, bu qız ərə də get-
mir canımız qurtara?
Hər ikisi bir xeyli güldükdən sonra Lusiya soruşdu:
-Bəs kitab məsələsini nə edək? 
-Almışam, maşındadır.
-Bəs üzük?


274
-Onu hələlik gizlət. İşləri yoluna qoyandan sonra ha-
mıya deyərik.
Dənizin  təmiz  havasını  uda-uda  bir  xeyli  söhbət 
etdikdən sonra evə qayıtdılar.
Hadisədən 10 gün sonra
Bakı. Azərbaycan
Samir  işə  gələndə  Teymur  onu  mərkəzin  həyətində 
qarşılayıb dedi:
-Sabahınız xeyir müəllim. Sosial müdafiə naziri gəlib, 
iclas zalında sizi gözləyir. 
-İclas zalında?
-Bəli. Hamını oraya yığıb. Deyir ki, vacib məsələ haq-
qında danışacaq.
Samir mərkəzə tərəf gedə-gedə soruşdu: 
-Teymur,  sənin  vəzifəni  artırmaq  istəyirəm.  Mənim 
yerimə keçmək istəyirsən?
-Xeyr, müəllim.
-Ağıllı  adamsan.  Bu  mərkəzin  dərdi  qurtarmır  ki, 
əlillərin dərdləri ilə də məşğul olaq.
Samir iclas zalına girəndə hamı təəccüb içində nazirin 
nə deyəcəyini gözləyirdi. Samir yaxınlaşanda nazir ayağa 
qalxıb onunla görüşdü və hər ikisi oturduqdan sonra nazir 
sözə başladı:
Başına gələn bəlalara görə keçmiş olsun. İndi necəsən? 
Özünü necə hiss edirsən?
-Çox sağ olun. Get-gedə hər şey qaydasına düşür.
-Sənə görə hamımız çox narahat idik. İspaniyada həlak 
olan mərkəzin işçilərinə görə də başsağlığımı qəbul edin.
-«Ümid»  mərkəzinə  olan  diqqətinizə  və  mənə  olan 
hörmətinizə  görə  sizə  dərin  təşəkkürümü  bildirirəm.  İs-


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə