S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə64/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

255
necədir. Əlidən ötrü çox nigaranam. Bir saatdan sonra sənə 
yenidən zəng vuracağam.
-Yenidən  zəng  vurmağına  ehtiyac  yoxdur  Samir.  Əli 
mənim yanımdadır. İndi yatıb. Sabah yuxudan duran kimi 
zəng vuraram danışarsınız.
-Mən özüm zəng vuraram. Vəziyyəti necədir?
-Əlinin  vəziyyəti  çox  yaxşıdır.  Amma  sənə  bir  şey 
deməliyəm.
-Buyur.
Rəna Ələsgərgilin başına gələnləri və Əlinin necə təsa-
düf  nəticəsində  sağ  qalmağını  Samirə  danışdıqdan  son-
ra sağollaşdılar. Samir Əlini qoruduğu üçün tanrıya min-
nətdarlıq  edib  şam  etməyə  xəstəxananın  bufetinə  getdi. 
Yeməyini bitirib yenidən palataya qayıtdı. Nə qədər çalışsa 
da yata bilmədi. Arxası üstə uzanaraq gözünü tavana dikib 
«Ümid»  mərkəznin  gələcək  taleyi  haqqında  fikirləşməyə 
başladı. Bir az bu vəziyyətdə qaldıqdan sonra qapının səsinə 
fikirdən ayıldı. Lusiya Samirin yatdığını zənn edərək, onu 
oyatmamaq  üçün  qapını  ehmalca  örtdü.  Geri  çevriləndə 
onun oyaq olduğunu görüb təəccüblə soruşdu:
-Hələ yatmamısan?
Samir qalxıb oturdu:
-Yuxum gəlmir. Axır ki, qardaşım oğluynan danışa bil-
dim. Bəs Pedro hanı? Onun da yuxusu gəlmir?
-Atam bu gecə Xosenin yanında qalmaq istəyir. Qarda-
şın oğlu necədir?
-Yaxşıdır. Tanışlarımdan biri qonaq aparıbmış.
-Sənə  deyirdim  axı,  hər  şey  üçün  narahat  olma.  Hər 
şey qaydasındadır. 
Gəlib Samirin yanında oturaraq soruşdu: 
-Səndən bir söz soruşmaq olar?
-Əlbəttə olar. Soruş


256
-Sənin  həyatında  bir  neçə  şey  mənə  qəribə  gəlir.  Nə 
qədər  fikirləşirəmsə,  məntiqli  cavab  tapa  bilmirəm.  Sən 
dünyada  onlarla  filialı  olan  bir  mərkəzin  başçısısan,  hər 
yerdə tanıyırlar, sözün qısası, məşhur və lazımlı ada msan. 
Ancaq bununla belə, sənin həyatında elə çatış mamazlıqlar 
var ki, bunu heç cür başa düşə bilmirəm.
-Məsələn?
-Məsələn sənin mobil telefonun yoxdur. Hansı ki, sən 
Azər baycan  gsm  nömrəsini  rominqlə  burada  da  istifadə 
edə bilərdin. İkincisi sənin plastik kartın yoxdur, pulu nağd 
şəkildə xərcləyirsən. Üçüncüsü sənin şəxsi mühafizəçilərin 
yoxdur.  Mən  səni  zirehli  maşında  gəzən  və  ətrafında  on 
can güdəni olan bir adam kimi təsəvvür edirdim. Nə bilim, 
fir ma paltarlar, son model maşın, bahalı saat, daha nələr, 
nələr.
-İndi isə icazə ver izah edim.
Lusiya  əllərini  çənəsinin  altına  qoyub  gözlərini  ona 
dikdi:
-Buyur. İlk əvvəl başlayım telefondan və plastik kart-
dan. Hər ikisi varımdır, sadəcə olaraq, İspaniyaya gələndə 
onları yaddan çıxardıb ofisdə qoymuşam. Nağd pulları isə 
mərkəzdəki iş yoldaşlarım mənə vermişdilər ki, buradan 
onlar  üçün  tapşırdıqları  əşyaları  alım.  Keçək  mühafizəçi 
və  maşın  məsələsinə.  Mən  bura  üç  nəfərin  müşayəti  ilə 
gəlmişdim  ki,  onlar  mənim  həm  dostlarım,  həm  kö mək-
çilərim, həm də mühafizəçilərim idilər. Məni tədbirə dəvət 
edən təşkilat isə burada qalacağım müddət üçün həm xü-
susi maşın, həm də bələdçi vermişdi. İndi isə bahalı pal-
tarlardan,  saatlardan,  maşınlardan,  res toranlardan,  vil-
lalardan  danışaq.  Əgər  mən  özümə  biznes  şirkəti  və  ya-
xud  istehsalat  firması  açsaydım,  sən  dediklərinin  hamısı 
məndə  olardı,  özü  də  artıqlamasıyla. Ancaq  mən  elə  bir 
təşkilata rəhbərlik edirəm ki, orada işləyən hər bir adam 


257
özündən çox oraya müraciət edən əlillər barədə düşünür. 
Bizim büdcəmiz çox böyükdür, ancaq o pullar şəxsi özü-
mün deyil. Bu pullar «Ümid» mərkəzinə üzv olan hər bir 
əlilindir və hər biri üçün bərabər miqdarda xərclənməlidir. 
Əgər  mən  həmin  pulları  şəxsi  həyatım  üçün  xərcləsəm, 
buna  görə  tanrı  məni  bağışlamaz.  Təssəvvür  et  ki,  mən 
özüm həmin mərkəzdən aylıq məvacib alıram. Bir də mə-
nim üçün xidməti maşın ayırıblar.
-Ailə üzvlərinin yoxluğunu əlbəttə ki, hər zaman hiss 
edirsən. Bəs bundan başqa yoxluğuna görə ən çox sıxıntı 
çəkdiyin şey nədir?
-Sevgilimin olmaması. Əngəlli olduğuma görə həmişə 
bu barədə çətinliyim olub.
-Bəs indi necə? Sevgilin var?
-Yox, yoxdur. Sözün düzü hansısa qıza tanışlıq təklif 
etməyə çəkinirəm. Düşünürəm ki, onsuz da yox deyəcəklər.
-Nə bilirsən? Bəlkə hə deyəcəklər.
-İnanmıram. Götürək elə səni. Mənim kimi əngəlli bir 
adamın sevgilisi olarsan?
-Əlbəttə. Niyə olmuram ki?
-Bəsdir  görək.  Ya  mənə  təsəlli  verirsən,  ya  da  ki,  öz 
gözəlliyindən xəbərin yoxdur.
-Heç də yox. Mən düz deyirəm. İstəyirsən sübut edim.
-Elə.
-Onda gözlərini yum və iyirmiyə qədər say.
Samir gözlərini yumub saymağa başladı. 1,2,3.....
Hadisədən 1 həftə sonra
Madrid. İspaniya
Yuxudan ayılanda günorta saat 12 idi. Bir az yerində 
gərnəşdikdən sonra əynini geyinərək Rənaya zəng vurdu:


258
-Eşidirəm.
-Salam Rəna. Mənəm Samir.
-Salam. Əli yanımdadır, gözlə telefonu ona verim.
Əli telefonu qulağına aparan kimi titrək səslə dedi:
-Əmi...-
Salam balaca. Necəsən? 
Samirin səsini eşidən kimi Əlini ağlamaq tutdu.
-Yaxşı bəsdir. Ağlama görüm. Axşam gəlib səni evimi-
zə aparacağam.
-Əmi sən haradasan? (Əli ağlaya-ağlaya soruşdu)
-Mən indi bazarda sənin üçün tutuquşu alıram. Axşam 
gəlib səni Arzu bibigildən götürəcəyəm. Evə gedib tutuqu-
şularla oynayarıq, onlara danışmaq öyrədərsən.
-Danışa bilirlər?-
-Sən öyrətsən danışacaqlar. Telefonu ver Rəna bibiyə.
-Yaxşı.
-Əli.
-Həə əmi.
 Bir neçə saniyə ara verərək:
-Əmi səni çox istəyir.
-Mən də səni çox istəyirəm.
İki saniyə sürən səssizlikdən sonra telefonda Rənanın 
səsi eşidildi:
-Hə Samir. Eşidirəm.
-Əlinin əşyalarını yığarsan. Axşam gəlib aparacağam.
-Niyə tələsirsən? İşlərini yoluna qoy, sonra gəlib apa-
rarsan.
-Əli mənim üçün bütün işlərdən vacibdir.
-Yaxşı. Onun əşyalarını yığaram.
-Oldu  Rəna.  Axşam  görüşərik.  Özündən  və  Əlidən 
muğayat ol.
-Oldu. Hələlik.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə