S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə41/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

164
zim  bu  həyatda  qala  bilməmiz  üçün  münbit  şərait  yara-
dır.  Buna  görə,  biz  valideynlərimizi  qınamamalı,  əksinə, 
onlara  təşəkkür  etməliyik.  İndi  isə  keçək  məktəb  illərinə. 
Sən  yəqin  ki,  sivilizasiyadan  qabaq  mövcud  olan  yaşayış 
barədə eşitmisən. İndi də Afrikanın bir çox yerlərində dün-
yadan bixəbər tayfalar yaşayır. Hansı yaxşıdır? Oxuyaraq 
hər şeydən xəbərdar olub yaşamaq, yoxsa videokameranı 
görərkən təəcübdən yıxılmaq? Məktəb bizim sərbəstliyimizi 
əlimizdən almır, əksinə məlumatlı olduğumuz üçün yaşa-
mağı daha da asanlaşdırır. Mənim babam deyərdi ki, hətta 
çoban  işləmək  üçün  belə  riyaziyyatı  bilmək  çox  vacibdir. 
Nə qədər qoyun otardığını və buna görə nə qədər məvacib 
alacağını bilməlisən. Botanikanı bilməsən, zəhərli göbələk 
yeyə bilərsən, fizikanı bilməsən ayağı laxlayan stulda otu-
raraq  yıxıla  bilərsən.  Biologiya,  zoologiya,  kimya,  bunları 
da bilmək çox vacibdir. Qısası, rahat yaşamaq üçün içində 
yaşadığımız  dünyanı  yaxından  tanımalıyıq.  Yəqin  ki, 
müxtəlif səbəblər ucbatından məktəbə getməyən insanlarla 
qarşılaşmısan və ya onlar haqqında eşitmisən. Onlar üçün 
bu həyatda yaşamaq həqiqətən də çox çətindir. İnstitut və 
işləmək  məsələlərində  də  səninlə  razı  deyiləm.  O  qədər 
də məcburi bir şey deyil. İnstitut sadəcə işləmək istədiyin 
sahəni  sənə  daha  yaxından  öyrədir.  Qarşına  hansısa  bir 
sahədə, məsələn, bank sahəsində və yaxud pedaqoji sahədə 
işləməyi məqsəd qoymusansa, bu sahələri daha dərindən 
bilmək üçün bir neçə ilini bunu öyrənməyə sərf etməlisən. 
Bu  da  valideyn  himayəsi  və  məktəb  barəsində  dediyim 
kimi  məcburiyyət  yox,  vacibatdır.  Sən  elə  bir  peşə  seçə 
bilərsən ki, orada instituta ehtiyac olmaz. Bu halda heç kim 
səni məcburi instituta aparıb oxutdurmayacaq. Sən fermer 
ola bilərsən, ya da şəxsi mağazanda satıcılıq edə bilərsən. 
Mən çox adamlar tanıyıram ki, öz həyatlarını elə qurublar, 


165
heç  kimdən  asılı  deyillər.  Biri  öz  torpaq  sahəsində  kartof 
becərir, digəri şəxsi emalatxanasında sıradan çıxmış elekt-
rik avadanlıqlarını təmir edir, bir başqası isə modelyerdir. 
Bütün bu insanlar heç bir işi qrafiki və heç kimin nəzarəti 
olmadan  sərbəst  şəkildə  öz  həyatlarını  yaşayırlar.  Gələk 
əsgərlik məsələsinə. Neçə ildir bu dövlətdə yaşayırsan?
-Doğulandan bəri. Artıq 45 yaşım var.
-45 ildir bu dövlətdə yaşayırsan. Rahat yaşayış, yüksək 
səviyyədə  olan  kommunal  xidmətlər,  təmiz  və  səliqəli 
küçələr, yaşlananda alacağın təqaüd və sairə, və sairə. Bü-
tün bunları sənə verən bu ölkə səndən əvəzində yalnız bir 
şey istəyir -Əsgəri xidmət. Onu bu ölkəyə çox görürsən? 
Terrorizm,  banditizm,  ölkəyə  ziyan  vuran  qaçaqmalçılıq. 
Ölkəni bunlardan qorumaq bütün vətəndaşların borcudur. 
İndi isə evlilik məsələləri haqqında. Sən yaxınlaşdığın qa-
dınların qiçs olmadığına əminsən? Bəs vərəmə və ya başqa 
xəstəliyə tutulmadığına necə? Sən dəqiq bilirsən ki, o qa-
dınlardan sənə heç bir zərər gəlməz? Məsələn, səni şantaj 
etmək və ya sənin puluna tamah salmaq kimi. Həyat yol-
daşın bütün dərdlərinə şərik olur, o qadınlar necə? Bir gün 
yoxsul və xəstə halda onun qapısını döysən, sənə kömək 
edəcəyinə əminsən? Şəxsən mən onlara heç vaxt inanma-
mışam. Həyat yoldaşı isə hər zaman insanın yanında olur. 
İnsan  xəstələnəndə  də,  kasıb  olanda  da,  istənilən  çətin 
günündə də. İndi isə gələk son məsələyə. Həyat və ölüm. 
Sən insanın əslində ölmədiyini bilirsən?
-Ruhun göylərə qalxmasını nəzərdə tutursan?
-Buna  oxşar  bir  şey.  İnsan  daim  yaşayır  ki,  bunun 
da üç mərhələsi var. Dünya həyatı, qəbr həyatı və axirət 
həyatı. İnsan öldükdən sonra qiyamət gününə qədər qəbr 
həyatında, qiyamətdən sonra isə axirət həyatında yaşaya-
caq. Yəqin ki, cənnət və cəhənnəm haqqında eşitmisən?


166
-Hə. Eşitmişəm.
-İnsanın  cənnətə,  yaxud  cəhənnəmə  salınacağı  belə 
onun öz əlindədir. Dünya həyatı insanlara bir növ axirət də 
hara gedəcəklərinə qərar vermələri üçün verilən bir həyatdır. 
Hara  necə  getməyin  mümkün  olduğu  da  peyğəmbərlər 
vasitəsiylə insanlara başa salınıb. Cənnətə düşmək istəyən 
kəs hər cür pislikdən əl çəkib yalnız şərəfli həyat sürməyi 
seçir. İslam dini də bizə məhz, bunu öyrədir. Bir gün gəl 
yanıma, sənə İslam dini haqqında bütün bildiklərimi danı-
şım. İndi get yaxşı-yaxşı fikirləş, gör, necə həyat sürürsən. 
Azərbaycanda Babək adlı bir cəsur sərkərdə və xalq qəh-
ramanı olub. O sənin kimilər haqqında bilirsən nə deyib? 
Bir gün azad yaşamaq - 40 il qul olmaqdan yaxşıdır.
Daniel fikirli-fikirli ayağa qalxıb dedi:
-Bəlkə də haqlısan, amma artıq gecdir. 40 il qul kimi ya-
şamağa məcburam, yoxsa bir gün də azad yaşaya bilmərəm.
-Mənə buradan çıxmağa kömək et, sənə 40 il azad ya-
şamaq şansı verim.
Daniel: - Fikirləşərəm – deyib otaqdan çıxdı.
Meksika
Axşam saat 10-da Meksikanın “Divisadero Barrancas” 
vağzalında qatardan düşən 70-80 yaşlı, əlində kiçik çanta 
tutmuş qoca kişi çəliyinə dirənə-dirənə taksiyə yaxınlaşıb 
əlindəki  kağız  parçasını  sürücüyə  uzadaraq  titrək  səslə 
dedi:
-Oğul, məni bu ünvana apara bilərsən?
Sürücü diqqətlə ünvana baxıb dedi:
-Aparmağına apararam, amma ora buradan çox uzaq-
dır. Xərciniz çox çıxacaq. Məsləhət görərdim avtobusla ge-
də siz. 


167
-Yox  oğul. Avtobus  məni  yorur.  74  yaş  elə  yaşdır  ki, 
adam hər şeydə rahatlıq axtarır. – Gülümsəyərək. – Neçəyə 
başa gəlir-gəlsin.
-O zaman əyləşin gedək.
Qoca kişi taksinin arxa oturacağında oturub soruşdu:
-Biz oraya neçə saata gedib çata bilərik?
-Təxminən 6 saata.
-Mən bir az mürgüləyəcəyəm. Əgər məni dediyin vaxt-
dan bir saat tez çatdırsan, yol haqqını ikiqat ödəyəcəyəm.
Sürücü bu yolun beş saata gedilə biləcəyini çox gözəl 
bilirdi. Sadəcə hər ehtimala qarşı altı saat demişdi. Buna 
görə də, “deyəsən, tilovuma qızıl balıq düşüb” özüylə da-
nışırmış kimi mızıldanaraq, -Çalışaram – deyib yola düş-
dü. Dörd saat yarımlıq yolçuluqdan sonra taksi sürücüsü 
maşını kənddəki uşaq baxçasının qarşısında saxladı. Üzü-
nü arxa oturacaqda oturub, köhnə papağını üzünə qoya-
raq yatmış qocaya tərəf çevirib ucadan dedi:
-Dayıcan dur. Mənə verdiyin ünvana çatmışıq.
Qoca kişi papağını başına qoyub saatına baxdı və sü-
rücünün dediyi məbləğin üç qatını verib taksidən düşdü. 
Sürücü qocanın çantasını maşında unutduğunu görsə də, 
heç nə demədi. 
Qoca baxçanın həyətinə girəndə hasara bağlanmış itin 
səsinə gözətçi kabinəsindən çıxan markez ona tərəf gəldi. 
-Yaxşı  ki,  gələcəyini  əvvəlcədən  bilirdim.  İti  bağla-
masaydım  dostumun  ölümünə  görə  təəssüflə nəcəkdim. 
Bu qrimlə səni heç anan da tanıya bilməz.
Con həyətdəki oturacaqda oturub ətrafa göz gəzdirdi. 
-Sən də yerini pis seçməmisən. Afərin. Ən çətin anda 
belə uşaqlardan istifadə etməyi bacarırsan.
-Gəl gedək içəri, yəqin acsan.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə