133
-Buradakı bütün məlumatların surətini kağızda çıxart.
Devid diski götürüb getmək istəyəndə mərkəzin
həyətinə çoxlu sayda polis maşını daxil oldu.
Devid mülki
geyimdə olan polisi Samirə təqdim etdi:
-Bu İspaniya Təhlükəsizlik Nazirliyinin Cinayətkarlıqla
Mübarizə Şöbəsinin leytenantı Xuan Almeydadır. (Samiri
göstərərək) Bu isə ......
Almeyda onun sözünü yarımçıq kəsib: -Ehtiyac yox-
dur. Salam cənab Samir. Sizi ölkəmdə görməyə şadam.
Bu əhvalata görə isə təəssüf edirəm. Nə tədbir lazımdırsa
görəcəyik.
-Cinayətkarlar hər yerdə var.
-Devid telefonda mənə vəziyyəti qısaca danışdı. Müm-
kündürsə, ətraflı izah edərdiniz.
Samir bu gün başına gələnləri Xuana danışandan son-
ra Xuan soruşdu:
-Disk yanınızdadır?
-Bəli. İstəyirsinizsə, Devid məlumatları çap etsin?
-Yox. Bu gec olar. Mən yolda baxaram. Siz ünvanı mə-
nə verin.
-Biz də sizinlə gedirik.
-Siz burada qalsanız yaxşıdır. Ora sizin üçün təhlükəli
ola bilər.
Polislər getdikdən bir neçə dəqiqə sonra Samir Pab-
lonun maşınını həyətdə görəndə təəccübləndi və gülüm-
sünərək soruşdu:
-Bu haradan xəbər tutdu?
-Oteldən çıxarkən mən xəbər verdim. – Eldar cavab
verdi.
Polislər Samirin verdiyi ünvana çatıb içəri girəndə
gördükləri dəhşətli mənzərədən yerlərində donub qaldı-
lar. Otağın içində öldürülmüş uşaq meyidlərindən SAMİR