S. V. Salahov 1946-cı ildə Naxçıvan



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix04.07.2018
ölçüsü1,63 Mb.
#53337
1   ...   9   10   11   12   13   14   15   16   17

inkişafı  və  yerləşdirilməsi  üzrə  perspektiv  proqnozlaşdırma 

sahəsində  apanlan  fundamental tədqiqatlann müəlliflərindən 

biridir.  Bundan  əlavə,  silsilə  xarakterli  elmi-publisistik 

məqalələri  ilə  o,  Azərbaycanm  müstəqilliyi  və  dövlətçiliyi 

yolunda bir iqtisadçı alim kimi çox iş görmüşdür.

O,  neçə-neçə  beynəlxalq  və  respublika  səviyyəli 

simpoziumlarda,  konfranslarda,  elmi  məclislərdə  iştirak 

edərək,  xalqımızı,  Azərbaycan  iqtisad  elmini  məruzə  və 

çıxışları  ilə  layiqincə  təmsil  etmiş  və  bu  sahədə  fəaliyyətini 

davam  etdirir.  Azərbaycan  Dövlət  İqtisad  Universitetində 

fəaliyyət  göstərən  İxtisaslaşdmlmış  Elmi  Şuranm  həmsədri 

olan  İ.Qarayev  bir neçə  doktorluq  dissertasiyası  üzrə  xüsusi 

İxtisaslaşdmlmış  Elmi  Şuranın  sədri  olmuşdur.  Onun  elmi 

rəhbərliyi  altmda  onlarca  elmlər  namizədi  hazırlanmış  və 

hazırlanmaqdadır.  20-dən  çox  namizədlik  və  doktorluq 

dissertasiyalan  üzrə  istər  ölkə  daxilində,  istərsə  də  MDB 

ölkələrində rəsmi  opponent olmuşdur.  Professor İ.Qarayev  6 

ildən  yuxan  Azərbaycan  iqtisad  məktəbinin  mərkəzi  və 

böyük  ali  təhsil  ocağı  olan  Azərbaycan  Dövlət  İqtisad 

İnstitutuna  rəhbərlik  etmiş  və  beynəlxalq  standartlara  cavab 

verən  yüksək  səviyyəli  iqtisadçı  kadr  hazırlığı  sahəsində 

səmərəli fəaliyyət göstərmişdir.

İ.Qarayevin  elmi  fəaliyyəti  təkcə  respublikada  deyil, 

onun  hüdudlarmdan kənarda,  beynəlxalq  səviyyədə tanmmış 

və  yüksək  qiymətləndirilmişdir.  0,1998-ci  ilin  iyul  ayında 

ABŞ-ın  Nyu-York  Elmlər  Akademiyasınm  həqiqi  üzvü 

seçilmişdir.

Professor  İ.Qarayevin  rəhbərliyi  altında  Azərbaycan 

Dövlət  İqtisad  İnstitutu  xarici  əlaqələrini  genişləndirmiş  və

148


beynəlxalq proqramlarda (TASİS, TEMPUS) iştirak etmişdir 

və  bu  gün  də  edir.  Avropa  Birliyinin  TASİS  proqramı 

çərçivəsində  Amsterdam  Universitetinin  köməyilə  institutda 

MVA  (biznesdə  idarəetmə)  ixtisası  üzrə  magistratura 

yaradılmış  və  bu  sahə  üzrə  magistrlərin  ilk  buraxılışı 

olmuşdur,  TEMPUS 

proqramı  çərçivəsində  institutun 

Fransanın,  İspaniyanm,  Almaniyanm  universitetləri  ilə 

əlaqələri 

yaradılmışdır. 

Bu 

universitetlərin 



köməyilə 

institutda 

tədris 

prosesinin 



təkmilləşdirilməsi, 

onun 


beynəlxalq  standartlar  səviyyəsinə  çatdınlması,  maddi- 

texniki  bazanın  möhkəmləndirilməsi,  elmi-pedaqoji  kadrla- 

rın hazırlanması və s.  sahələrdə işlər görülür.

Onun  rəhbərliyi  altında  institutun  kollektivi  1998-ci 

ildə  marketinq  sahəsindəki  tədqiqatlanna  görə  ABŞ-ın  Milli 

Marketinq  institutu  tərəfmdən  ən  yüksək  mükafata  - 

"Qranpri" mükafatına layiq görülmüşdür.

149



Hüseynov Məcid Əli oğlu

Hüseynov Məcid Əli oğlu  1912-ci il noyabr ayının  19-da 

Tovuz  rayonunun  Aşağı  Quşçu  kəndində  anadan  olmuşdur. 

1927-ci  ildə  orta  məktəbi  bitirmiş,  1929-cu  ildə  Ucar 

rayonunun  pambıqtəmizləmə  zavoduna  hesabdar  vəzifəsinə 

işə  qəbul  edilmiş  və  zavodun  kollektivinin  rəyi  ilə  1930-cu 

ildə Bakı şəhərinə oxumağa göndərilmişdir.

1934-cü  ildə  Gürcüstan  Kənd  Təsərrüfatı  İnstitutunun 

meşəçilik  fakültəsinə  daxil  olmuşdur.  İnstitutu  1939-cu  ildə 

bitirmiş  və  Azərbaycan  Meşə  Təsərrüfatı  Nazirliyində  öz 

ixtisası  üzrə  işə  qəbul  olunmuşdur.  1940-cı  ilin  oktyabr 

ayında  hərbi  qulluğa  çağınlmış  və  1947-ci  ilə  kimi 

Almaniyanm  ayn-ayn  şəhərlərində  hərbi  xidmətdə  olmuş, 

mayor rütbəsinə  qədər yüksəlmişdir.  Hərbi  xidmətdə olduğu 

müddətdə  göstərdiyi  igidliyə  görə  2  "Qırmızı  əmək  bayrağı 

ordeni",  "Stalinqrad  uğrunda  vuruşda  xidmətinə  görə", 

"Varşavanm  azad  edilməsi  uğrunda",  "Berlinin  alınması", 

"Almaniya  üzərində  qələbəyə  görə"  medallan  ilə  təltif 

olunmuşdur.  1947-ci  ildə  hərbi  hissədən  tərxis  olunmuş  və 

əw əllər  işlədiyi  Meşə  Təsərrüfatı  Nazirliyində  İstehsalat- 

texniki şöbəyə rəis təyin olunmuşdur.

Elmi  araşdırmalara həvəsi  olduğuna görə o,  1949-cu ildə 

Leninqrad  Meşə  Təsərrüfatı  Elmlər  Akademiyasmda  qiyabi 

aspiranturaya  daxil  olmuş,  apardığı  tədqiqat  işi  üzrə 

dissertasiya  müdafıə  edib  elmlər  namizədi  adına  layiq 

görülmüşdür.  O,  1952-ci  ildən  1956-cı  ilə  kimi  Azərbaycan 

Elmi-Tədqiqat  Meşə  Təsərrüfatı  İnstitutunda  elmi  işçi,  şöbə 

müdiri vəzifələrində çalışmışdır.

150

1956-cı  ildən  1960-cı  ilə  kimi  Azərbaycan  Xalq 



Təsərrüfatı  İnstitutunda  kafedra  müdiri,  müdir  müavini 

vəzifələrində işləmişdir.

O, 

1960-cı  ildə  respublika  rəhbərliyinin  təqdimatına 



əsasən  kənd  təsərrüfatı  nazirinin  müavini,  tədarük  naziri  və 

idarəetmənin  yenidən  təşkil  olunması  ilə  əlaqədar  olaraq 

Kənd 

Təsərrüfatı 



Məhsullan 

İstehsalı 

və 

Tədarükü 



Nazirliyində nazir müavini vəzifələrində işləmişdir.

1963-cü  ildən  ömrünün  axınna  kimi  Azərbaycan  Elmi- 

Tədqiqat  Kənd  Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 

İnstitutunun  baş  elmi  işçisi,  şöbə  müdiri  vəzifələrində 

çalışmışdır.

Məcid  Hüseynov  respublikanın  aqrar  bölməsinin  inkişaf 

etdirilməsi  problemlərinə  müxtəlif  aspektlərdən  yanaşmış, 

hələ  1959-cu ildə dağ kolxozlannın  inkişaf etdirilməsinə dair 

verdiyi təkliflərdə onlara müstəqillik verilməsi  ideyasını  irəli 

sürmüşdür.

M.  Hüseynov  respublikanm  iqtisadiyyatının  inkişaf 

etdirilməsinə  həsr  edilmiş  bir neçə  monoqrafıyanın,  kitabın, 

broşürun  müəllifıdir.  Bundan  əlavə,  respublikada  və  keçmiş 

SSRİ-yə  daxil  olan  respublikalarm  jumallarmda  30-dan 

yuxan məqalənin müəllifıdir.

M.  Hüseynov  iqtisadiyyat  elminin  fəal  təbliğatçısı 

olmuşdur.  O,  ümumittifaq  "Bilik"  cəmiyyətinin  idarə 

heyətinin  üzvü  olmuşdur.  M.Hüseynov  bir  sıra  ümumittifaq 

və  respublika  elmi-praktik  konfranslarm,  simpozium  və 

sessiyalann  çağırılması  və  keçirilməsinin  təşəbbüsçüsü  və 

iştirakçısı olmuşdur.

151



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə