30 aprel 2015-ci il
http://www.amu.edu.az
5
u
Akademik Zərifə Əliyevanın adını daşıyan Milli Of-
talmologiya Mərkəzinin (MOM) mütəxəssisləri son
illərdə Afrika ölkələrində 300-dək göz əməliyyatı aparıblar.
Zərifə xanımın təşəbbüsü ilə tikilən bu mərkəzə indi müalicə
almaq üçün xarici ölkələrdən də gəlirlər.
Bu
sözləri
mərkəzin
di-
rektoru Elmar
Qasımov aka-
demik Zərifə xa-
nım Əliyevanın
anadan
ol-
masının 92-ci
i l d ö n ü m ü n ə
həsr edilmiş el-
mi konfransda
çıxışı zamanı
deyib.
Direktor indiyədək MOM-un səyyar klinikası
tərəfindən 3 mindən artıq pasiyentin müayinə edildi-
yini də bildirib.
Milli Oftalmologiya Mərkəzinin
mütəxəssisləri Afrika ölkələrində
300-dək göz əməliyyatı aparıblar
B
u günlərdə Azərbaycan
Tibb Universitetinin
Tələbə Gənclər
Təşkilatının nəzdində
«First klub»un açılışı
olub. Tədbirdə təşkilatın
sədri Tural Əzizov ATU-
nun Tələbə Gənclər
Təşkilatının fəaliyyəti
haqqında ətraflı məlumat
verib
.
Daha sonra “First klub”un sədri
Məhəmməd Məmmədov klubun
yaradılmasının məqsədi, nəzərdə
tutulan işlər, gələcək planları
barədə çıxış edib. Tələbə Gənclər
Təşkilatının nəzdindəki “Sağlam
Həyat” mərkəzinin rəhbəri Tür-
kan Nəsibova da mövzunu davam
etdirərək yeni klubun tələbələrə
verəcəyi imkanlardan söz açıb.
Qeyd olunub ki, Azərbaycan Tibb
Universitetinin Tələbə Gənclər
Təşkilatı nəzdində fəaliyyətə
başlamış “First klub” tələbələrin
universitetin ictimai həyatında
fəallığını artırmaq, asudə vaxtları-
nın səmərəli təşkili, habelə qruplar
və fakültələr arasında sıx əlaqələr
yaratmaq məqsədi ilə təsis edil-
mişdir.
Klubun başlıca yaradılma
səbəbi Azərbaycan Tibb Univer-
siteti tələbələrinin gərgin dərs
günündən sonra tələbəlik həyatını
maraqlı keçirməsi üçün bir sıra
seminarlar, təlimlər, festivallar,
müxtəlif görkəmli şəxsiyyətlərlə
görüşlər təşkil etməkdir. Bir
sözlə, tələbələrin asudə vaxtları-
nı və tələbəlik illərinin səmərəli,
maraqlı keçirməsinə yardımçı
olmaqdır. Eyni zamanda klu-
bun digər fəaliyyət istiqaməti
ATU-nun tələbələri arasından
təlim deyə biləcək tələbələrin
yetişdirilməsidir.
Rəsmi hissədən sonra tələbələr
üçün ilk təlimə start verilib.
ATU-nun V kurs tələbəsi Yusif
Seyidov “İlk addım” mövzusunda
fikirlərini tədbir iştirakçıları ilə
bölüşüb. Qeyd olunub ki, gənclər
müstəqil həyata qədəm qoyduqda
ilk addımı atmazdan öncə yax-
şı düşünməlidir. Çünki hər bir
qərar insan həyatını kökündən
dəyişdirəcək dərəcədə təsirli
ola bilər. Sonra psixoloq İzzət
Rəhimova “Gənclərdə liderlik
xüsusiyyətinin formalaşdırılması”
mövzusunda çıxış edib. O, kar-
yera qurulmasında insanın şəxsi
keyfiyyətləri və bacarıqlarının
xüsusi rol oynadığını vurğula-
yıb. Məhz buna görə də, daim
öz bilik və bacarıqlarını inkişaf
etdirməyə ehtiyac olduğunu bildi-
rib. Psixoloq qeyd edib ki, gənclər
güclü idarəetmə qabiliyyətinə,
uzaqgörənlik, yaradıcılıq, motiva-
siya və s. kimi xüsusiyyətləri inki-
şaf etdirməyə həvəsli olmalıdırlar.
Tədbirin yekununda tələbələri
maraqlandıran suallara ekspertlər
tərəfindən cavab verilib.
Tibb Universitetinin tələbələri «First klub» açdılar
ATU-nun mətbuat xidməti
u
Azərbaycan Tibb Uni-
ver site tində
ali
məktəb
rəhbərliyinin imtahanlara
nəzarət edəcək heyət üzvləri
ilə görüşü keçirildi. Tədbirdə
iştirak edən tədris işləri üzrə
prorektor, professor Sabir
Əliyev bu görüşlərin ənənə
halını aldığını, mütəmadi
olaraq keçirildiyini qeyd
etdi.
S.Əliyev imtahana hazır-
lıq işlərinin gedişatı ilə ma-
raqlandı. O, gələcəkdə han-
sısa
problemlərin
yaran-
maması naminə imtahan
nəzarətçilərinin seçiminə daha
diqqətlə yanaşmağı tövsiyə
etdi.
Daha sonra imtahana nəzarət
qrupunun rəhbəri Kamandar
müəllim yaz imtahan sessiyası
haqqında ətraflı məlumatı qrup
üzvlərinin diqqətinə çatdırdı.
Bu zaman imtahan cədvəlləri,
nəzarətçilərin bölüşdürülməsi
haqqında informasiya səs-
ləndirildi.
Virtual Test Mərkəzinin (VTM)
direktoru Şahin Bayramov im-
tahanlar zamanı şəffaflığın
təmin olunması baxımından
bəzi tədbirlərin görülməsinin
zəruriliyindən danışdı. O, tələ-
bə lərin imtahan zalına bu-
raxılarkən telefonlarının olub-
olmamasına xüsusi diqqət
yetirilməsi, zalda səssizliyə
riayət edilməsinin vacibliyindən
söz açdı.
Qeyd edək ki, ATU-nun
rəhbərliyi ilə keçirilən görüşdə
imtahanlara nəzarət qrupu-
nun 151 üzvü də iştirak edirdi.
Tədbirdə imtahanların təşkili,
qaydaları, məzunların hazır-
lıq dərəcəsinin təhsil stan-
dartının tələblərinə uyğun-
luğunun kompleks şəkildə
qiymətləndirilməsinə dair mü-
za kirələr aparıldı.
u
Görüşdə Argentinadan gələn qonaqlara
Azər baycan Tibb Universiteti haqqında ətraflı
məlumat verilib. Qeyd edilib ki, ATU ölkəmizdə
tibb təhsili verən yeganə ali məktəbdir. Hazır-
da universitetdə 7000-dən çox tələbə, rezident
və 1000-dən çox xarici ölkə vətəndaşları olan
tələbələr təhsil alır.
Tibb Universitetinin professor-müəllim heyəti
haqqında məlumatda qeyd edildi ki,hazırda bu ali
təhsil ocağında 160-dan çox professor, 320 do-
sent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə
1300 nəfər akademik personal çalışır.
Öz növbəsində qonaqlar da Quilmes Milli Uni-
versiteti haqqında ətraflı məlumatı görüş iştirak-
çılarının diqqətinə çatdırdılar. Görüş zamanı Qu-
ilmes Milli Universitetinin rektoru Mario Lozano
həmçinin son illər Argentina ilə Qafqaz regionu,
xüsusilə Azərbaycan,Gürcüstan və Türkiyə ilə
münasibətlərin dərinləşməsinin müşahidə olun-
duğunu bildirdi. Bu baxımdan, hər üç ölkə ali
təhsil müəssisələri arasında da əməkdaşlığın
genişlənməsinə ehtiyac olduğunu vurğuladı.
Görüşdən sonra Argentina nümayəndə heyəti
ATU-nun tədris binaları, klinikaları ilə tanış oldu-
lar. Onlar Tibb Universitetində tələbə-rezidentlər,
həmçinin əhalinin müayinə və müalicəsi üçün
yaradılan şəraitdən, modern texnoloji avadanlıq-
la təchiz olunmuş klinikalardakı durumdan son
dərəcə məmnun qaldıqlarını bildirdilər.
Tibb Universitetində olan görüşdə rektor Ma-
rio Lozano ilə birgə Argentinanın beynəlxalq
məsələlər üzrə müşaviri Marselo Tobin, Argen-
tinanın Azərbaycandakı səfirinin müavini Gabriel
Jorquera, Argentinanın Azərbaycandakı təhsil
müəssisələri üzrə agenti Tutu Yunusova da işti-
rak edib.
ATU rəhbərliyi imtahanlara nəzarət
edəcək heyət üzvləri ilə görüşüb
Aprelin 24 Argentinanın Quilmes Milli
Universitetinin rektoru Azərbaycan
Tibb Universitetində olub
u
Aprelin 25-də dünyanın bir çox ölkələrində
qeyri-adi bir bayramı – Beynəlxalq DNT
Gününü qeyd edirlər. Bu tarixin seçilməsi 1953-cü
il aprelin 25-də “Nature” jurnalında Ceyms Uotson,
Frensis Krikin, Moris Uilkins, Rozalind Franklin və
onların həmkarlarının molekulun DNT strukturunun
tədqiqinin nəticələri barədə elmi məqalələrini dərc
etmələri ilə bağlıdır. Həmin hadisədən 50 il sonra –
2003-cü il aprelin 25-də “İnsan genomu” layihəsinin
tezliklə başa çatacağı bildirilib. Genom üzərində
araşdırma davam etsə də, layihə ilə bağlı əsas iş sona
çatıb. İnsan genlərinin quruluşunun müəyyən edilməsi
səhiyyənin inkişafında mühüm amildir.
ABŞ-ın Milli İnsan Genomu Araşdırma İnsti-
tutu (Merilend ştatının Betesda şəhərinin Milli
Səhiyyə İnstitutunun bölməsi) 2003-cü ildən etibarən
Beynəlxalq DNT Gününə həsr edilən tədbirlərin təşkili
ilə məşğul olur.
Aprelin 25-i Beynəlxalq
DNT Günüdür