30 aprel 2015-ci il
http://www.amu.edu.az
7
S
ürətlə inkişaf edən farmakologiya elminin bu günkü tələblər səviyyəsində tədrisi, son elmi məlumatları özündə əks etdirən yeni dərsliklər, dərs
vəsaitləri və metodik işləmələrin yazılması və mövcud tədris vəsaitlərinin yeniləşdirilməsini tələb edir. Qəzetimizdə təqdim edilən dərslik və dərs
vəsaitləri də məhz bu məqsədlərə xidmət edir.
Qeyd edək ki, kafedranın
müdiri, professor Musa
Qəniyevin təşəbbüsü ilə
kafedranın tərkibində mini
kitabxana təşkil olunub. Burada
təkcə farmakologiya elmi deyil,
tibbin müxtəlif sahələrindən
bəhs edən 2 minə yaxın dərslik
və dərs vəsaitləri toplanıb. Gün
ərzində iyrimidən artıq tələbənin
istifadə etdiyi bu kitabxanada
eliektron katoloqu da
yaradılmışdır. Bu da kitabxanaya
müraciət edən oxuculara istədiyi
ədəbiyyatın axtarılması işini
asanlaşdırır.
Hazırladı: M.ƏLƏKBƏRLİ
Dərsliyin geniş oxucu auditoriyasına
təqdim olunan hazırki IX nəşrinə farmakolo-
giya elmi, onun məqsəd və vəzifələri, inkişaf
tarixi, farmakologiyanın əsas bölmələri, yeni
dərman maddələrinin alınması, öyrənilməsi,
tibbi praktikaya tətbiqi, dərmanların təsnifat
prinsipi, ümumi və xüsusi farmakologiya-
dan sinir tənziminə təsir göstərən dərman
maddələri bölməsi daxil edilmişdir. Bu
nəşr stereotip nəşr olduğuna görə, dərman
maddələrinin təsnifat və bölgü prinsipləri,
təsir mexanizmi və farmakologiyasını
xarakterizə edən digər əsas məsələlərdə
dəyişikliklər edilməmişdir. Yalnız dərslikdə
verilən orfoqrafik, dil, üslub xətaları
düzəldilmiş, mövzu ardıcıllığı, farmakoloji
terminlər və dərmanların dozalanma və
təyinat prinsiplərində əvəllki nəşrlərdə buraxılmış bəzi nöqsanlar aradan
qaldırılmışdır. Əvvəlki nəşrlərdə oldiğu kimi bu nəşrdə də keçilən mövzu-
ların effektivliyinin artırılması məqsədilə dərslikdə illustriativ materiallara
(şəkil, cədvəl) geniş yer verilmişdir. Bu məqsədlə farmakologiyaya aid
müxtəlif dərslik, dərs vəsaiti və elmi ədəbiyyatlardan istifadə olunmuş-
dur. Bütün hallarda müəlliflik hüququna ciddi əməl olunmuş və istifadə
olunan illustriativ materialların mənbələri dəqiqliklə göstərilmişdir. Əvvəlki
nəşrlərdə oldiğu kimi bu dərslikdə də beynəlxalq adlar terminologiyasın-
dan istifadə edilmişdir.
Müəlliflərin təqdim etdiyi bu
dərs vəsaiti qan sisteminə təsir
göstərən dərman maddələrinin
farmakologiyası haqqında
elmin ən son nailiyyətlərini
daxil etmiş, proqram üzrə
tədris olunan bütün mövzuların
müasir tələblərə cavab verən
geniş, əhatəli və izahlı təhlilini
verməyə çalışmışlar.
Tədris prosesində
tələbələrin qan sisteminə
təsir göstərən dərman
maddələri bölməsi üzrə qa-
zandıqları nəzəri biliklərin
qiymətləndirilməsi, eləcə də
intellektual farmakoloji hazır-
lıqların yoxlanılması üçün dərs
vəsaitinə test sualları da daxil
edilmişdir.
Dərs vəsaiti farmakologiya
fənninin tədrisi proqramına
uyğun yazılmış, müalicə işi və
tibbi- profilaktika fakültələrinin
tələbələri üçün nəzərdə tutul-
muşdur.
Dərs vəsaiti bu fənnin tədrisinin əsas bölmələrindən biri olan hor-
mon preparatlarının farmakologiyasına həsr edilmişdir.
Farmakologiyanın bu sahəsini dərindən bilməyən praktik həkim
apardığı hormonoterapiyanın uğurlu nəticələrinə zəmanət verə
bilməz. Odur ki, gələcək həkim və əczaçılara farmakologiya fənninin
bu bölməsi müasir tələblər səviyyəsində və elmin son nailiyyətlərinə
istinadən yazılan dərs vəsaitlərindən istifadə olunmaqla tədris olun-
malıdır. Bu səbəbdən dərs vəsaitinə hormon preparatları haqqında
farmakologiyanın ən son nailiyyətləri daxil edilmiş, proqram üzrə
tədris olunan bütün mövzuların müasir tələblərə cavab verən geniş,
əhatəli və izahlı təhlili verilmişdir.
Tələbələrin hormon preparatları bölməsi üzrə qazandıqları biliklərin qiymətləndirilməsi, eləcə də
intellektual farmakoloji hazırlıqların yoxlanılması üçün dərs vəsaitinə test sualları da daxil edilmişdir.
Dərs vəsaiti farmakologiya fənninin tədrisi proqramına uyğun yazılmış, müalicə işi və tibbi- profi-
laktika fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Test tapşırıqları farmakologiya fənninin bütün bölmələrini əhatə
edir. Sualların seçimi, tərtibatı və müasirliyi bütün hallarda fənnin
məqsəd və vəzifələrinin açılmasına xidmət edir. Onların düzgün ca-
vablandırılması tələbələrdən təkcə dərin nəzəri farmakoloji biliklərə
yiyələnmək deyil, həm də onlarda müstəqil farmakoloji təfəkkür
tərzinin formalaşmasını tələb edir.
Dərs vəsaitinə ümumi reseptura üzrə 20, ümumi farmakolo-
giya üzrə 58, xüsusi farmakologiya üzrə 662, cəmi 740 test sualları
daxil edilmişdir.
Dərslik Azərbaycan Tibb Universitetində farmakologiya fənninin
proqramı əsasında yazılmış və universitetdə təhsil alan xarici
tələbələr üçün nəzərdə tutulmuşdur.Kitabdan həmçinin fənnin tədrisi
ilə məşğul olan professor- müəllim heyəti, bu elm sahəsilə məşğul
olan tədqiqatçılar, həkimlər və əczaçılar da istifadə edə bilər.
Atlas Azərbaycan Tibb Universitetində
farmakologiya fənninin proqramı
əsasında yazılmış və universitetdə
təhsil alan xarici tələbələr üçün nəzərdə
tutulmuşdur. Kitabdan həmçinin fənnin
tədrisi ilə məşğul olan professor-
müəllim heyəti, bu elm sahəsilə məşğul
olan tədqiqatçılar, həkimlər və əczaçılar
da istifadə edə bilər.
Müasir tibbi təhsilin əsas tələblərindən
biri tədris prosesinin fakültə prinsipi ilə
aparılmasıdır. Bu bir tərəfdən ixtisasyö-
nümlü farmakoloji təfəkkür tərzinin for-
malaşmasına, digər tərəfdən, gələcəkdə
konkret klinik fənlərin ardıcıllıqla tədrisi
prosesində farmakoterapiyanın daha da
yaxşı mənimsənilməsinə və effektivliyi-
nin yüksəldilməsinə təminat verir. Sto-
matologiya fakültəsinin tələbələri üçün
nəzərdə tutulan bu dərslik məhz həmin
məqsədlərə xidmət edir və bu prinsip
əsasında hazırlanmışdır.
Dərslikdə xüsusən, stomatologi-
ya praktikasında çox istifadə olunan
dərman qrupları və fərdi preparatların
farmakokinetika və farmokodinamikasına geniş yer verilmiş, istifadə
olunduqları konkret stomatoloji xəstəliklərin farmakoloji korreksiya
üsulları hərtərəfli təhlil olunmuşdur. Dərsliyə bilavasitə stomatologiya
fakültəsində farmakologiyanın tədrisi kursunun əsasları daxil edilmişdir.
Kitabın I hissəsində olduğu kimi II
hissəsində də dərman preparatlarının
təsnifat və bölgü prinsiplərində, əsasən,
beynəlxalq adlar terminologiyasından
istifadə edilmişdir. Bu hissədə də müəllifin
qarşıya qoyduğu əsas vəzifə tələbələrdə
farmakoloji təfəkkür tərzinin formalaşdırıl-
ması, bu sahədə bilik və elmi vərdişlərin
onlara daha asan yolla çatdırılması
olmuşdur. Müasir dərman maddələrinin
farmokokinetkasına və farmokodinami-
kasına düzgün, elmi əsaslarla yanaşma,
eləcə də farmakologiyanın ən son elmi
uğurlarının tədris prosesinə gətirilməsi də
qarşıya qoyulan əsas məsələlərdəndir.
Dərsliyə bilavasitə farmakologiya
kursunun əsasları daxil edilmişdir. Bununla yanaşı, müasir farmakologi-
yanın ayrılmaz tərkib hissəsi olduğundan bu elmin zəruri və vacib bilinən
sahələrinə də kitabda müvafiq bölmə və bəhslər üzrə geniş yer verilmiş-
dir.
Nəfis tərtibatda təqdim olunan hər iki dərsliyin dili sadə, aydın və oxu-
naqlıdır.
Dərsliklər ATU- nun tələbələri, rezidentura və magistratura pilləsində
təhsil alan gənc həkim və əczaçılar üçün nəzərdə tutulmuşdur.
Kafedranın kitab rəfi
M.Qəniyev “Farmakologiya” Elmi redaktorlar: professor
V.Əsmətov, dosent G.Hüseynova; Rəyçilər: ə.e.x., professor
D.Hüseynov
, ə.e.x., professor S.Əliyev, professor Z.İsmayılova,
professor R. Axundov, dosent F. İslamzadə. (Dərslik, I hissə) Bakı
– “Təbib” nəşriyyatı, 2013.-500 səh.
M.Qəniyev, V.Əsmətov, X.Aydın qızı, K.Yaqubov; “Qan
sisteminə təsir göstərən dərman maddələrinin farmakologiyası”
Elmi redaktor: dosent G.Hüseynova; Rəyçilər: M. Vəliyeva,
professor R.Axundov, dosent Q. Qurbanov, dosent F.Hüseynova;
(Dərs vəsaiti) Bakı – “Təbib” nəşriyyatı, 2015.- 203səh.
M.Qəniyev, V. Əsmətov, S. Babayeva; “Hormon sisteminə
təsir göstərən dərman maddələrinin farmakologiyası” Elmi
redaktor: dosent Q. Qurbanov; Rəyçilər: ə.e.x., professor Q.
Qarayev, professor F. İslamzadə, dosent A.Əliyev, dosent X.
Mirzəyev; (Dərs vəsaiti) Bakı – “Təbib” nəşriyyatı, 2015.- 218
səh.
“Farmakologiyadan test sualları” (Dərs vəsaiti) Bakı-
“Təbib” nəşriyyatı, 2011, 190səh. professor Musa Qəniyevin
redaktorluğu ilə farmakologiya kafedrasının əməkdaşları
tərəfindən hazırlanmışdır.
M.Qəniyev, A. Mirzəyeva; “Farmakologiya” (ingilis dilində)
Elmi redaktorlar: professor G. Hüseynova, S. Babayeva;
Rəyçilər: ə.e.x., professor S. Əliyev, professor V. Əsmətov,
dosent N. Mikayılzadə, professor F. İslamzadə; (Dərslik, I
hissə) Bakı – “İSBN” nəşriyyatı, 2010.-384 səh.
M.Qəniyev, A.Mirzəyeva; “Farmakologiyaya dair
atlas” (ingiliscə) Elmi redaktor:
A.Mirzəyeva; Rəyçilər: ə.e.x.,
professor S.Əliyev, professor
V.Əsmətov; Bakı – “İSBN”
nəşriyyatı, 2011.-238 səh.
M. Qəniyev, V. Əsmətov. “Farmakologiya” Elmi redaktor:
dosent Q. Qurbanov; Rəyçilər: ə.e.x., professor Q. Qarayev,
professor Z. Qarayev, professor M. Vəliyeva, dosent A. Əliyev,
A. Bağırov; (Dərslik) Bakı – “Təbib” nəşriyyatı, 2015.-575 səh.
M.Qəniyev “Farmakologiya” Elmi redaktorlar:
professor V. Əsmətov, dosent G. Hüseynova; Rəyçilər: ə.e.x.,
professor
D.Hüseynov,
ə.e.x., professor S. Əliyev, professor
Z. İsmayılova, professor R. Axundov, dosent F. İslamzadə.
(Dərslik, II hissə) Bakı – “Təbib” nəşriyyatı, 2014.-837 səh.
http://www.amu.edu.az
30 aprel 2015-ci il
u
Mayın 4-5-də Bakıda
“Uroloji xəstəliklərin
müalicəsində müasir texnologiyala-
rın tətbiqi” mövzusunda Azərbaycan
uroloqlarının konqresi keçiriləcək.
Azərbaycan Uroloqlar Assosiasi-
yası, Əziz Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutu və Milli Onkologiya
Mərkəzinin təşkilatı dəstəyi ilə
reallaşacaq konqresdə Almaniya,
Avstriya, Gürcüstan, Rusiya, Qa-
zaxıstan və Türkiyənin uroloqları
iştirak edəcək.
Konqresdə Avropa Uroloqlar As-
sosiasiyasının urotexnoloji bölümü-
nün sədri, professor Yens Rassva-
iler urologiyada minimal invaziv
əməliyyatların tətbiqinə dair məruzə
ilə çıxış edəcək. Eyni zamanda, uro-
logiyanın ən aktual problemlərinə
dair məruzələr dinləniləcək və
müzakirələr aparılacaq. Bundan
başqa, konqres çərçivəsində qabaq-
cıl uroloqlar tərəfindən “ustad dərsi”
(canlı cərrahiyyə) keçirilməsi nəzərə
tutulur.
Əliyeva Lalə Elxan qızına 2010-
cu ildə Azərbaycan Tibb Universiteti
tərəfindən oftalmoloq ixtisası üzrə ve-
rilmiş internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin
V kurs, 162
a
qrup tələbəsi Əlizadə
Novruz Kamil oğlunun adına verilmiş
tələbə bileti itdiyi üçün etibarsız sayı-
lır.
Stomatologiya
fakültəsinin
IV
kurs,795b qrup tələbəsi Nabaz Hasan
Alinin adına verilmiş tələbə bileti it-
diyi üçün etibarsız sayılır.
Rəhimova Yeganə Sabir qızına
1988-ci ildə Azərbaycan Tibb Univer-
siteti tərəfindən pediatr ixtisası üzrə
verilmiş internatura vəsiqəsi itdiyi
üçün etibarsız sayılır.
Stomatologiya fakültəsinin V kurs,
705
b
qrup tələbəsi Həbibov Natiq
Ədalət oğlunun adına verilmiş qiymət
kitabçası itdiyi üçün etibarsız sayılır.
Stomatologiya fakültəsinin III kurs,
763
a
qrup tələbəsi Nəzirli Qoşqar Azər
oğlunun adına verilmiş tələbə bileti it-
diyi üçün etibarsız sayılır.
Əliyeva Mehriban Oqtay qızına
1994-cü ildə Azərbaycan Tibb Univer-
siteti tərəfindən terapiya ixtisası üzrə
verilmiş internatura vəsiqəsi itdiyi
üçün etibarsız sayılır.
Qasımova Aynur Davud qızına
1999-cu ildə Azərbaycan Tibb Univer-
siteti tərəfindən epidemioloq ixtisası
üzrə verilmiş internatura vəsiqəsi itdi-
yi üçün etibarsız sayılır.
Ağayeva Təranə Məmmədhəsən
qızına 1996-cı ildə Azərbaycan Tibb
Universiteti tərəfindən terapevt ixti-
sası üzrə verilmiş internatura vəsiqəsi
itdiyi üçün etibarsız sayılır.
II müalicə-profilaktika fakültəsinin
IV kurs, 370
c
qrup tələbəsi Hiba Nua-
iminin adına verilmiş tələbə bileti itdi-
yi üçün etibarsız sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 4000
Sifariş: 226
Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların
tətbiqi” mövzusunda beynəlxalq konqres keçiriləcək
u
Valideynlər uşaqlara
peyvəndin vurulması
barədə “Elektron sağlam-
lıq kartı”nda əks olunan məlumatları
asanlıqla əldə edə biləcək.
Süd məhsullarının tərkibində bol miq-
darda kalbu fikir aprelin 23-də Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzində (İSİM) immunoprofilaktika
pasportlarının yeni sisteminin istifadəsinə
dair keçirilən təlimdə səslənib.
Vaksinlər və İmmunlaşdırma üzrə
Qlobal Alyansın (VİQA) “Azərbaycanda
səhiyyə sisteminin gücləndirilməsi”
layihəsi çərçivəsində keçirilən təlimdə
bildirilib ki, immunoprofilaktika pas-
portlarının yeni sisteminin istifadəyə
verilməsində məqsəd uşaqlara vuru-
lan peyvəndlərlə bağlı məlumatların
mərkəzləşdirilmiş formada daxil
edilməsidir.
Qeyd olunub ki, immunoprofilaktika
pasportlarının yeni sistemi valideynlərə
uşaqlara peyvəndin vurulması barədə
“Elektron sağlamlıq kartı”nda əks olunan
məlumatları asanlıqla əldə etməyə imkan
yaradacaq. Hazırlanmış “İmmunizasiya
pasportu” kartları da valideynlər üçün
məlumat kitabçası rolunu oynayacaq.
Müzakirələrdə uşaq poliklinikalarında
peyvəndlə bağlı məlumatın daxil edilməsi
zamanı rast gəlinən çətinliklərdən söhbət
açıldı, Problemin həlli məqsədilə təklif və
tövsiyələr dinlənildi.
Təlimdə ilkin səhiyyə müəssisələrinin,
statistika xidmətlərinin kompyuter opera-
torları, Respublika Gigiyena və Epidemi-
ologiya Mərkəzinin nümayəndələri iştirak
ediblər.
Azərbaycanda immunoprofilaktika
pasportlarının yeni sistemi istifadəyə veriləcək
u
Aprel
ayının
13-16
tarixlərində Azərbaycan
Texniki
Universitetı-
nın idman zalında həndbol idman
növü üzrə kişilər arasında keçirilən
XII Respublika Universiadasında
Azərbaycan Tibb Universitetinin
komandası iştirak etmişdir.
Azərbaycan Tibb Universitetinin koman-
dası bütün Universitetlərin komandaları-
nı məğlubiyyətə uğradaraq finala vəsiqə
qazandı. Ötən ilin çempionu-Milli Aviasi-
ya Akademiyasının komandasına gərgin
mübarizədə 21 : 11 hesabı ilə qalib gələrək I
yerə layıq görüldü.
Komandanın üzvlərini və məşqçi, professor
Kamal Kəbirlinskini təbrik edirik!
Bunlardan əlavə, aprel ayının 20–23 tarix-
lə rində Azərbaycan Tibb Universitetinin id-
man zalında voleybol idman növü üzrə qızlar
ara sında keçirilən XII Respublika Universiada-
sında Azərbaycan Tibb Universitetinin koman-
dası 3 fəxri yer tutmuşdur.
Komandanın üzvlərini və məşqçi Yana Kuz-
netsovanı da təbrik edirik!
SEVINC İSAYEVA,
İdman klubunun sədri
BİZ SİZİNLƏ FƏXR EDİRİK!
u
Azərbaycan Tibb Uni-
versitetinin Əsaslı Kitabxa-
nası 2003-cü ildən fəaliyyət
göstərən Azərbaycan Kitab-
xana Konsorsiumunun (Az-
KiK)
yaradıcılarındandır.
Kon sorsiumun
fəaliyyəti
döv ründə Əsaslı Kitabxana
bütün proqram və layihələrdə
yaxından iştirak etmişdir.
Bu sahədə Azərbaycan Tibb
Universitetinin rəhbərliyi də
layihələrin həyata keçiril-
məsində maliyyə dəstəyini
əsirgəməmişdir.
AzKiK
Tür kiyənin Anadolu Uni-
versitet Kitabxanaları Kon-
sorsiumu (ANKOS) ilə ya-
xından əməkdaşlıq edir. Konsorsium vaxta-
şırı beynəlxalq səviyyəli konfranslar təşkil
edərək, kitabxana informasiya sahəsində
yeni layihələrin təqdimatını təşkil edir.
ANKOS 2000-ci ildə, 92 beynəlxalq məlumat
bazaları ilə 2.005 müqavilələri olan və 171 uni-
versitet və elmi - tədqiqat institutlarının üzv ol-
ması ilə yaradılmışdır . ANKOS 2001-ci ildən
kitabxanaçılar, elmi-tədqiqatçılar, tələbə və
müəllimlər, arxiv işçiləri üçün beynəlxalq konf-
ranslar keçirir. Türkiyə konsorsiumunun keçir-
diyi konfranslarda Amerika Birləşmiş Ştatların-
dan, Avropadan, Cənubi Afrikadan, Orta Şərq və
Türk dilli ölkələrdən 1000-dən artıq nümayəndə
iştirak etmişdir.
ANKOS-un növbəti beynəl xalq konfransı 9-11
aprel 2015-ci il tarixində Türkiyənin Antalya
şəhərində, Karvansaray Konfrans mərkəzində
keçirildi. Əsasən, “Mobil gələcək, kitabxanalar
və resurslar”-elektron resursların işlədilməsi,
mobil kitabxana xidmətləri və gələcək akademik
kitabxanalar kimi mövzular proqrama daxil edil-
mişdir. Azərbaycanın bir çox Ali Təhsil Kitabxa-
nalarının qatıldığı tədbirdə Əsaslı Kitabxananın
direktoru kimi mən də iştirak etdim. Geniş proq-
ramı olan bu tədbirdə müasir dövrdə kitabxana-
ların tam avtomatlaşdırılması və elektron resurs
bazalarının işi və əhəmiyyəti barədə geniş fikir
mübadilələri aparıldı.
Azərbaycan Tibb Unibersitetinin Əsaslı Kitab-
xanasında virtual olaraq oxucuların da istifadə
etdiyi bəzi nəşriyyatlar daxil olmaqla, Elsevier,
EBSCO, Clinical Key, Wiley, Tomson Reuters,
Springer, Bio Med Central, JSTORP, ProQuest,
Oxford Universitet nəşriyyatları kimi beynəlxalq
nəşriyyatların nü mayəndələrinin keçirdikləri
təq dimatlar və OCLC, EndNote, HiperLink kimi
elmi işçiləri ma arifləndirmək istiqamətində bu
sistemlərin rolundan bəhs olunan təqdimatlar
dinlənildi.
Konfransda informasiya xid mətlərində, mobil
əməliyyatların inkişafı və açıq resurslar (Open
Access) istiqamətində təşəbbüskarlıq kimi möv-
zular və ANKOS-un işçi qrupun üzvlərinin
fəaliyyəti dinlənildi. Konfransın bölmə iclasla-
rında səmərəli müzakirələr aparıldı və bundan
sonra da əməkdaşlıq üçün yeni layihələrdə birgə
iştirak etmək nəzərdə tutuldu (kitabxanalarara-
sı abonoment, açıq resurslardan–qaynaqlardan
birgə istifadə və s.).
Konfransın sonunda 15 ilini qeyd edən ANKOS
prezidenti hörmətli Sami Çukadar təşkilatçılar və
öz adından tədbirdə iştirak edən bütün qonaqlara
təşəkkürünü bildirdi.
Z.EMINOVA,
Əsaslı Kitabxananın direktoru, tarix. e.
ü. f. d
“Mobil gələcək, kitabxanalar və resurslar”