http://www.amu.edu.az
30 aprel 2015-ci il
6
u
Pediatriya fakültəsinin Tələbə Elmi
Cəmiyyətinin 41-ci elmi konfransı olub.
Pediatriya bölməsi üzrə konfrans ATU-nin
Tədris Terapevtik Klinikasında, nəzəri təbabət
bölməsi üzrə konfrans isə patoloji fiziologiya
kafedrasında keçirilib.
Pediatriya
bölməsi
üzrə konfransı fakültənin
dekanı,
dosent
Nəriman
Nağıyev açaraq Tələbə Elmi
Cəmiyyətinin
tələbələrin
karyeranızda mühüm rol
oynadığını deyib: “Siz hələ
gənc ikən tədrislə yanaşı,
elmi
tədqiqat
işlərinə
maraq göstərir, Tələbə Elmi
Cəmiyyətinin işində aktiv
iştirak edirsiniz. Müəllimlərinizin, müasir
alimlərin böyük əksəriyyətinin keçdiyi bu
yolu gələcəkdə uğurla davam etdirəcəyinizə
inanırıq”.
Universitetimizdə 1932-ci ildən fəaliyyət
göstərən Tələbə Elmi Cəmiyyətinin işinə
hörmətli rektorumuz akademik Əhliman
Əmiraslanovun xüsusi diqqət ayırdığını
bildirən fakültə dekanı tələbələrimizin uzun
illərdir ki, beynəlxalq konfranslara qatıldığını,
eyni zamanda rektorun qayğısı sayəsində
universitetimizin beynəlxalq konfranslara da
ev sahibliyi etdiyini vurğulayıb. Qeyd edib
ki, keçən il ilk dəfə olaraq universitetimizdə
beynəlxalq tələbə elmi cəmiyyətinin konfransı
keçirilib və bu il də keçirilməsi nəzərdə tutulub.
O, çıxışında uzun illərdir ki, ATU-da Tələbə
Elmi Cəmiyyətinə rəhbərlik edən professor
Amalya xanım Əyyubovanın bu sahədəki
xidmətlərini də yüksək qiymətləndirib və
konfransın işinə uğurlar arzulayıb.
Sonra konfransın işini fakültə üzrə Tələbə
Elmi Cəmiyyətinin sədri, VI kurs tələbəsi
Könül Novruzova davam etdirərək pediatriya
bölməsi üzrə 9 məruzənin dinləniləcəyini,
həmin
məruzələrdən
3-nün
diplomla,
qalanlarının sertifikatla
təltif olunacağını bil-
dirib.
Münsiflər
heyətinin
rəyinə əsasən Fatma
Həsə nova, Adilə Nəbi-
yeva, Aytən Hacıyeva,
Nərmin Zeynalova, Na-
ilə Musayeva və Rza
Xavər dolğun çıxışları
ilə fərqlənərək diplomla
təltif olunublar.
Nəzəri təbabət bölməsinin konfransını isə
Fakültə Tələbə Elmi Cəmiy yətinin rəhbəri,
professor Məmməd Əliyev açıb.
Nəzəri təbabətin aktual problemlərinə
aid maraqlı məruzələr dinlənilib. Məruzəçi
tələbələrdən Aygül Məmmədova, Turanə
Məmmədova,
Fərrux
Sadıxov,
Şəlalə
Osmanlı, Səmra Bağırova, Nərmin İbadlı,
Gözəl Mirzəyeva, Sevinc Əzimova və Esmira
Paşayeva diploma layiq görülüblər.
A.KAMRANOĞLU
u
Tibbi-profilaktika və
tibbi-biologiya
fakültəsi
Tələbə Elmi Cəmiyyətinin
39-cu konfransı keçiri-
lib. Konfrans öz işini 3
bölmədə davam etdirib.
Gigiyena
bölməsində
7
məruzə
dinlənilib.
Münsiflər heyətində 2
professor, 3 dosent iş-
tirak edib. Daha çox
bal toplayan məruzəçi
tələbələrdən
Əzizə
Quluzadə, Hacı Mustafazadə,
Fərdi Dadaşov, Mehriban İsrafi-
lova, Vüqar Əlizadə və Ülviyyə
Abdullayeva
diploma
layiq
görülüblər.
Mikrobiologiya, immuniogiya
və epidemiologiya bölməsi üzrə
5 məruzə dinlənilib. Məruzəçi
tələbələrdən
Aytən
Məm-
mə dova, Fariz Mahmudlu və
Həmzalı Nərminə diplomla təltif
olunublar.
Bu bölmənin münsiflər heyə tində
AMEA-nın müxbir üzvü, profes-
sor Z.Qarayev, ə.e.x., professor
İ.Ağayev, digər 3 professor və 1
dosent fəaliyyət göstərib.
Tibbi-biologiya bölməsi üzrə isə 4
məruzə dinlənilib. Məruzəçilərdən
Lalə
Şabanova,
V.Qurbanov
və A.İsmayılova diploma layiq
görülüblər.
Münsiflər heyətini 3 professor, 1
do sent təmsil edib.
Konfransın açılışını və bağlanı-
şını fakültə dekanı A.Məmmədov
aparıb. Konfransın bütün böl-
mələrində tələbələr sədr kimi
fəaliyyət göstəriblər. Yekunda
müzakirələr zamanı konfran-
sda
dinlənilmiş
mövzu la rın
elmi aktuallığı, təcrübi əhəmiy-
yəti, tələbələrin sərbəst məruzə
etmələri,
müasir
illüstrasiya
təminatı və diskussiyalarda mü əl-
lim və tələbələrin aktiv iştirakı qeyd
edilib.
Hər üç bölmədə digər məruzəçilə-
rə sertifikatlar təqdim edilib.
Q.ABDULLAYEV
u
II müalicə-profilaktika
fa kül təsinin Tələbə Elmi
Cəmiyyətinin konfransı ke-
çirildi.
TEC-ə olan marağı və
elmi işlərin sayını nəzərə
alaraq fakültə elmi konf-
ransı “Terapiya bölməsi” və
“Terapiya və nəzəri biliklər
bölməsi” olmaqla 2 ayrı
tədbir şəklində təşkil edil-
di. Terapiya bölməsi üzrə
fakültə elmi konfransı psi-
xiatriya kafedrasında keçi-
rildi. Konfransı fakültənin
dekanı, dosent Taryel İsma-
yılov açdı. Konfransda 10
elmi iş dinlənildi. Hər elmi iş
münsiflər heyəti tərəfindən
qiymətləndirildi. Münsiflərin
qiymətləndirilməsinə əsa-
sən I yerə II MPF-nin 339
b
qrup tələbəsi Sadəddinli
Nuran, I MPF-nin 141
a
qrup tələbələri İsmayılova
Nərmin və Şirinova Nigar
layiq görüldülər. Onların
hazırladıqları
“Energetik
içkilərin insan psixologiya-
sına təsiri” adlı elmi məruzə
hamı tərəfindən maraqla
dinlənildi. İkinci yerə 341
b
qrup tələbəsi Babayeva
Dinarə, üçüncü yerə 150
a
qrup tələbəsi Mustafaye-
va
Şəbnəm
layiq
görül-
dü. Dərəcəyə
girən tələbələr
diplom
və
k o n f r a n s ı n
təş kilinə dəs -
tək göstərən
Elit Akademiya
kursu
tə rə fin-
dən müx təlif
endirim və ki-
tablarla
təltif
olundular.
Terapiya və
nəzəri biliklər
bölməsi üzrə
elmi konf ransı
ailə
təbabəti
k a f e d r a s ı n -
da
ke çirildi.
Bu
konfran-
sı da fakültə
de kanı
Tar-
yel İsmayılov
açdı. Konfransda 10 elmi
iş
dinlənildikdən
son-
ra
münsiflərin
qiymət-
ləndirməsinə əsasən də-
rə cəyə
girən
tələbələr
müəyyənləşdi. Birinci yerə II
MPF-nin 274
a
qrup tələbəsi
Mahmudov Əli layiq görül-
dü. İkinci və üçüncü yerləri
müvafiq olaraq II MPF-nin
350
c
qrup tələbəsi Hüsey-
nova Leyla və 305
a
qrup
tələbəsi Hacızadə Ülvi tut-
du. Hər üç tələbə diplom və
konfransın təşkilinə dəstək
gös tərən
Edulandiya kursu
tərəfindən müxtəlif endirim
və kitablarla təltif olundu.
Hər iki konfransda iştirak
edən bütün tələbələr sertifi-
katla mükafatlandırıldı.
Ramil HÜSEYNZADƏ
Fotolar Cənnətalı Çingizindir
u
Aprelin 16-da “Tibbi biologiya və genetika” kafedrasında I müalicə-
profilaktika fakültəsinin (I MPF-nin) nəzəri təbabət bölmə si üzrə Tələbə
Elmi Cəmiyyətinin (TEC) konfransı keçirilib.
Fakültənin dekanı, professor Abuzər Qazıyev tədbiri açıq elan
edərək, bu konfransın keçirilməsində əsas məqsədin gələcək
həkimlərdə elmi tədqiqatlara ma rağın artırılması olduğunu bil dirdi:
“Məhz bu konf ranslar zamanı bacarıqlı tələbələr üçün şərait yaradılır
və onlar bu şəra itdən səmərəli istifadə edərək öz bacarıq və şəriş-
tələrini nümayiş etdirirlər. Nəzərə alsaq ki, günümüzün bir çox alimləri
elm sahəsində ilk addımlarını TEC-də atmışdır, onda böyük inamla
demək olar ki, bu gün TEC-də iştirakçı qismində səriştə nümayiş
etdirən tələbələr gələcəyin uzaqğörən alimləri siyahısına öz adları-
nı yazdıra biləcəklər. Hələlik isə, bu ğün onlar öz uğurlu çıxışlarına
ğörə diplom və sertifikatlarla təltif olunacaqlar.” Çıxışının sonunda
dekan A.Qazıyev konfransın işinə uğurlar arzuladı və söz məruzəçi
tələbələrə verildi.
Nəzəri təbabət bölməsi üzrə I MPF-nin I kurs, 45
b
qrup tələbəsi
Rəna Mikayılzadə və II MPF-nin I kurs, 256
a
qrup tələbəsi Mədinə
Mursaqulova I, I MPF-nin I kurs 46
a
qrup tələbəsi İlahə Çərkəzli və II
MPF-nin I kurs 256
a
qrup tələbəsi Fidan Dostuyeva II və I MPF-nin I
kurs, 45
b
qrup tələbəsi Nəzrin Musayeva isə III yerə layiq ğörüldülər.
Konfransın yüksək səviyyədə təşkilinə ğörə I MPF üzrə TEC-in sədri
Ümid Rüstəmliyə tədbir iştirakçıları adından təşəkkürümüzü bildiririk.
L.SÜLEYMANOVA,
“Tibbi biologiya və genetika” kafedrası üzrə TEC-in sədri
FAKÜLTƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTLƏRİNİN KONFRANSLARINDA