http://www.amu.edu.az
30 aprel 2015-ci il
4
u 22 iyun 1941-ci il faşist Almani-
yasının xaincəsinə hücumu nəticəsində
müharibənin qəflətən başlanması SSRİ
xalqlarının dinc və yaradıcı əməyini poz-
du. Ölkə tarixində ən ağır və uzun sürən
müharibələrdən biri olan bu müharibədə
xalq bəşər tarixində misli görünməyən
qəhrəmanlıq göstərdi. Müharibənin ilk
günlərindən Azərbaycanın oğul və qız-
ları cəbhələrdə, partizan dəstələrində
vuruşur, arxada fədakarcasına çalışır-
dılar. Bu illəri ulu öndərimiz Heydər
Əliyev belə xarakterizə edirdi: “Bakı-
da bombalar partlamamışdır, ancaq o
cəbhə şəhəri və qüdrətli silah anbarı
idi”.
Müharibə Azərbaycan səhiyyəsi və
tibb elmi qarşısında məsul vəzifələr
qoymuşdu. Mühüm problemlərdən
biri cəbhə və arxanın ehtiyaclarını
ödəmək üçün səhiyyə orqanlarının,
müəssisələrinin, həmçinin ali və orta
tibb məktəblərinin, elmi-tədqiqat
müəssisələrinin fəaliyyətini yenidən
qurmaq idi. Müharibənin əvvəlindən
başlayaraq Azərbaycan Səhiyyə Ko-
missarlığı ilə birgə Azərbaycan Tibb
Universiteti çox mühüm təşkilati
tədbirlər görmüşdür.
Azərbaycan Tibb Universitetinin
professor-müəllim kollektivi, yardım-
çı heyəti və tələbələri tərəfindən bu
müharibə şəraitində mürəkkəb və
çoxcəhətli məsələlər müvəffəqiyyətlə
həll edilmişdir. Müharibənin başlan-
ğıcına qədər institut 3813 həkim və
müharibə illərində 2246 həkim və pro-
vizor hazırlamışdı. Onların çoxu ordu
sıralarında xidmət etmiş və ya respub-
lika Səhiyyə Komissarlığının hospital-
larında çalışmışlar. Müharibə başla-
yan kimi 680 V kurs tələbəsi dövlət
imtahanını verməmiş cəbhəyə yola
salınmışdı. Universitetin professor-
müəllim heyəti və əməkdaşlarının
çoxu döyüşən orduya göndərilmişdi.
Onlardan bəziləri cəbhə ordu və
korpuslarında, həmçinin hospitallar-
da baş mütəxəssis kimi işləmişdir
(sonralar professorlar N.Bünyatov,
X.Hacıyev, Q.Səlimxanov, H.İsazadə,
dosentlərdən C.Axundov, M.Qarayev
və b). O cümlədən 45-ci Ordunun
baş cərrahı A.Tahirov (sonralar insti-
tutun professoru), Leninqradın hos-
pital bazalarından birində baş cərrah
kimi çalışan tibb xidmətinin polkovniki
B.Mahmudbəyov (eyni zamanda o,
Leniqrad Hərbi-Tibb Akademiyası-
nın professoru idi), 47-ci Ordunun
tibbi-sanitar batalyonunun tibb ro-
tasının komandiri, cərrahi əməliyyat
apardığı zaman mərmi qəlpəsindən
həlak olmuş M.Qəmbərov (Bakıda
5 saylı uşaq poliklinikası onun adını
daşıyır) və bir çox başqalarını misal
göstərmək olar. İnstitutun yetişdir-
diyi həkimlərdən (A.Rüstəmbəyova,
Abdullayev, İbrahimov və başqaları)
partizan dəstə və birləşmələrinin tibb
hissələrində işləmişlər.
Azərbaycan müharibə illərində
ən böyük arxa hospitalı bazaların-
dan birinə çevrilmişdi. 1942-ci ildə
respublikada hospitalların sayı 41-
ə, çarpayıların sayı isə 31400 çat-
mışdı. Yaralı və xəstə döyüşçülərin
müalicəsinin ən yaxşı nəticəsini təmin
etmək məqsədi ilə 1941-ci ilin iyulun-
da ATU-nun cərrahlıq kafedrasının
müdiri, professor M.Topçubaşov Xalq
Səhiyyə Komissarlığı təhliyə hospi-
talları idarəsinin baş cərrahı, profes-
sor M.Mirqasımov isə Azərbaycan
Həmkarlar İttifaqı Şurası təhliyə hos-
pitallarının baş cərrahı təyin olundu-
lar.
Təhliyə hospitallarına ağır vəziyyətli
və uzun müddət ixtisaslı müalicəyə
ehtiyacı olan xəstələr daxil olurdu.
Tibb işçilərinin, o cümlədən yüksək
ixtisaslı mütəxəssislərin çoxunun
döyüşən orduya getdiklərinə görə,
yüksək ixtisaslı mütəxəssislərin çatış-
maması böyük çərinliklər yaratmışdı.
İnstitutun
yüksək
ixtisaslı
əməkdaşları məsləhətlər verməklə
yanaşı, cərrahi əməliyyatlar aparır-
dılar, praktik həkimlərin ixtisasının
və hospitalların işinin keyfiyyətinin
və
səmərəliliyinin
yüksəldilməsi
sahəsindədə xeyli iş görmüşdülər.
Bunlar 1941-1945-ci illərdə yaralıla-
rın 72, xəstələrin 90%-dən çoxunun
yenidən ordu sıralarına qayıtmasını
təmin etdi.
İnstitutun alimləri hərbi-tibb prob-
lem lərinə həsr olunmuş hospital,
hospitallararası, şəhər və respublika
əhəmiyyətli elmi-praktik konfranslar
keçirirdilər.
Tarix göstərir ki, müharibələr za-
manı odlu silahlarla zədələnmələrə
nisbətən kəskin infeksion xəstəliklər
nəticəsində sanitariya itkiləri daha
çox olmuşdu. Tibb Universitetinin
əməkdaşları respublikanın digər tibb
işçiləri ilə birgə epidemioloji sala-
matlığın təmin edilməsi sahəsində
çox böyük işlər görmüşlər. Onlar
epidemik və parazitar xəstəliklərlə
mübarizədə professor Şirokoqovun
(patoloji anatomiya kafedrası) hələ
I Dünya müharibəsi zamanı Qaf-
qaz cəbhəsində topladığı böyük
təcrübədən, eləcə də respublikada
epidemiologiya, mikrobiologiya, gi-
giyena və digər sahələrdə aparılmış
elmi-tədqiqatların
nəticələrindən
istifadə etmişlər. Məsələn, 1942-
ci ildə C.Hüseynov Sibir xorasının
ədəbiyyatda təsvir olunmamış əzələ
formasını aşkara çıxarmışdı ki, bu da,
o xəstəliyin yayılmasının qarşısını al-
mağa imkan vermişdi.
1942-ci il iyulun 11-də SSR-i Xalq
Səhiyyə Komissarlığının kollegiya-
sında Azərbaycan Səhiyyə Komissar-
lığının işi müzakirə olundu və SSR-i
Xalq komissarı Q.Miterev qeyd etdi ki,
ilk dəfədir ki, müharibə dövründə işin
və şəbəkənin nəinki zəifləmədiyi və
azalmadığı, əksinə, işin keyfiyyətinin
daha da yüksəldiyinin və epidemiolo-
ji mənzərənin yaxşı olmasının şahidi
olduq.
Azərbaycan Tibb Universitetinin
tələbələri də təhliyə hospitallarına
böyük yardım göstərirdilər. I və II kurs
tələbələri bu hospitallarda sanitar, III
və IV kurs tələbələri-tibb bacısı və
qardaşları, V kurs tələbələri isə su-
bordinator kimi çalışırdılar. 1944-cü
ildə bircə N.A.Semaşko adına klinik
xəstəxanada ştat üzrə 300-dən çox
III, IV, V kursların tələbələri işləyirdi.
Tibb
Universitetinin
alimləri
tərəfindən aparılan elmi-tədqiqat
işlərinin çoxusu müdafiə əhəmiyyətli
idi. Onların nəticəsi təhliyə hospital-
larında geniş tətbiq edilirdi. Məsələn,
naftalandan nəinki irinli yaraların,
travmatik osteomiyelitlərin, yanıqla-
rın, donmaların müalicəzi zamanı,
hətta Qafqaz uğrunda gedən vu-
ruşmalar dövründə təzə travmaların
müalicəsi zamanı da istifadə olunur-
du. Mərkəzi və periferik sinir siste-
minin travmatik zədələnmələrində
(professor
M.Topçubaşov),
döş
qəfəsinin zədələnmələrində (pro-
fessor F.Əfəndiyev) yeni cərrahi və
digər metodlar tətbiq edilirdi. Nəzəri
kafedralar da qıraqda qalmamış-
lar. Çətin tapılan ürək dərmanlarının
və qanaxmanın qarşısını alan
vasitələri əvəz edə bilən bəzi yabanı
bitkilər toplanır və öyrənilir (dosent
H.Allahverdibəyov və b.), bir çox
dərmanların istehsalı təşkil olunurdu.
Hospitallarda biokimyəvi analizləri
biokimya kafedrasının əməkdaşları
həyata keçirirdilər. Azərbaycanda
yerli xammaldan alınmış dərman pre-
paratları, dezinfeksiya vasitələri və
konservləşdirilmiş qan həm respubli-
kanın özündə, həm də digər respubli-
kalara istifadə üçün göndərilirdi. Pro-
fessor F.Əfəndiyev tərəfindən təklif
olunmuş qanın konservləşdirilməsi
üsulu, onun 35-40 gün müddətində
saxlanmasına imkan verirdi. Nevro-
logiya və psixiatriya kafedraları (pro-
fessorlar M.Ammosov və M.Məlikov)
tərəfindən nevroloji və psixiatrik eks-
pertizanın əhəmiyyətli məsələləri
işlənib, istifadə üçün irəli sürülmüşdü.
1942/1943-cü tədris ilində institu-
ta 36 müharibə əlili qəbul edilmişdi.
Ona baxmayaraq ki, institutun bazası
600 tələbə üçün nəzərdə tutulmuşdu,
müharibənin tələbatını nəzərə alaraq,
hər il 1000 və ondan da çox tələbə
qəbul edilirdi.
1943-cü ildə Tibb Universiteti yük-
sək göstəricilərinə görə SSRİ Sə-
hiyyə komissarlığının keçici Qırmızı
Bayrağı ilə, əməkdaşları isə orden və
medallarla təltif olunmuşdular.
Müharibə illərində Tibb Univer-
sitetində 52 dissertasiya müdafiə
edilmişdir ki, bu da cəbhəyə getmiş
elmi-pedaqoji kadrları əvəz etmək
üçün çox vacib idi.
Beləliklə, Böyük Vətən mühari-
bəsinin ağır illərində Azərbaycan
səhiyyəsinin və elminin qarşısında
qoyulan vəzifələrin şərəflə yerinə
yetirilməsində Azərbaycan Tibb uni-
versitetinin rolu çox böyükdür.
S.MEHDİYEVA,
İctimai sağlamlıq və
səhiyyənin təşkili kafedrasının
baş müəllimi, t.ü.f.d
Faşizm üzərində qələbənin 70 illiyi
Böyük Vətən müharibəsi illərində
səhiyyənin və tibb elminin
inkişafında Azərbaycan Tibb
Universitetinin rolu
u
Son illərdə bütün dünyada immundefisitli
xəstələrin sayı artır. Bu xəstələrin araşdırıl-
ması ilə bağlı 30 ölkədə 76 xüsusi immundefi-
sitli xəstələrin mərkəzi yaradılmış və xüsusi proqramlar
hazırlanmışdır.
Bu xəstəliklərin
yaranma səbəbləri
müxtəlifdir.
Genetik amillər,
ananın hamiləlik
müddətində
keçirdiyi infeksion
xəstəliklər, bəzi
mikrob və virusla-
rın titrinin yüksək
olması, yaxın
qohum nikahlar və
s. bu patologiyanın
yaranmasına səbəb
olur. Azərbaycan
populyasiyasın-
da yaxın qohum
nikahların daha
çox yayıldığını
nəzərə ala-
raq ATU-nun İmmunologiya kursu tərəfindən 2011-ci ildən
etibarən bu xəstəliklərin araşdırılmasına başlanılmışdır. Nəticə
etibarilə immun patologiyaya şübhəli 300 xəstə yoxlanılmış və
onlardan 64-nə Birincili (anadangəlmə) İmmun Çatışmazlıq
(BİÇ) diaqnozu qoyularaq qeydiyyata alınmışdır. Qeydiyyata
alınan xəstələrə Amerika BİÇ mərkəzi və European Society for
İmmunodeficiency (ESİD) proqramlarına əsasən müayinə və
müalicə aparılır. Daimi olaraq dünyada olan belə mərkəzlərlə
əlaqələr yaradılır, keçirilən bir sıra elmi konfranslara bu
xəstələrin vəziyyətini əks etdirən materiallar təqdim edilir və
kursun əməkdaşları bu işdə fəal iştirak edərək əllərindən gələn
köməkliyi göstərirlər. 2014-cü ildən başlayaraq hər il kursun
rəhbəri, professor Gülnarə xanım Nəsrullayevanın təşəbbüsü
ilə aprel ayının 23-də bu xəstələr üçün BİÇ həftəsi adı altın-
da tədbir təşkil edilir. Əsas məqsədimiz BİÇ olan uşaqların
valideynlərini maarifləndirmək, xəstələri bir-biri ilə görüşdü-
rüb onlarda ruh yüksəkliyi yaradaraq yaşamaq hissini artır-
maq, müasir müalicə üsullarını ardıcıl olaraq vaxtında almala-
rını başa salmaqdır.
Aprelin 23-də Azərbaycan Tibb Universitetinində Ümum-
dünya İlkin İmmun Çatışmazlıq günü qeyd olundu. İkinci ildir
ki, keçirilən bu tədbir haqqında hələ iki ay öncə Facebook-da,
xüsusi bülletenlərdə və posterlər vasitəsi ilə məlumat yayılmış-
dır. ATU-nun bir sıra həkim-pediatrları, 2-ci uşaq xəstəlikləri
kafedrasının müdiri, ə.e.x, professor Amalya xanım Əyyubova,
İmmunologiya kursunun müdiri, professor Gülnarə xanım
Nəsrullayeva və t.e.d. Nailə xanım Sultanova tədbirdə iştirak
etmişlər. Bu xəstəliyə duçar olan uşaq və yaşlı pasiyentlərlə bir-
başa diskussiya aparılmış, sonra ötən ilin tədbirindən çəkilmiş
videofilm təqdim edilmişdir. Daha sonra yığıncaq iştirakçıları
LANDMARK otelində xeyriyyə məqsədi ilə verilən nahar
yeməyinə dəvət olunmuşlar. Burada klounların əyləncəli proq-
ramı, yarışmalar, musiqi və rəqs nömrələri təqdim olunmuş,
xəstələrə müxtəlif hədiyyələr verilmişdir. Tədbir zamanı işti-
rakçılar tərəfindən toplanmış vəsait bir xəstənin bank hesabına
köçürülmüşür.
İki saat davam edən görüş rəngbərəng şarların havaya uçu-
rulması və fotoşəkillərin çəkilməsi ilə sona çatmışdır.
Azərbaycanda bu ilin Ümumdünya İlkin İmmun Çatışmaz-
lıq günü ABŞ-ın Jeffrey Modell Foundation və İspaniyanın
Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənmiş, İctimai
Televiziyada işıqlandırılmışdır.
Nailə QULIYEVA,
Vəfa MƏMMƏDOVA,
kursun əməkdaşları
İmmundefisitli xəstələrin
araşdırılmasına başlanılıb