Saatlı və Sabirabad sakinləri pulsuz müayinə olundu 3 atu rəhbərliyi imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşüb Akademik Zərifə xanım Əliyevanın anadan olmasının



Yüklə 280,78 Kb.

səhifə3/6
tarix10.11.2017
ölçüsü280,78 Kb.
1   2   3   4   5   6

http://www.amu.edu.az

30 aprel  2015-ci il

4

u  22 iyun 1941-ci il faşist Almani-



yasının xaincəsinə hücumu nəticəsində 

müharibənin qəflətən başlanması SSRİ 

xalqlarının dinc və yaradıcı əməyini poz-

du. Ölkə tarixində ən ağır və uzun sürən 

müharibələrdən biri olan bu müharibədə 

xalq bəşər tarixində misli görünməyən 

qəhrəmanlıq  göstərdi.  Müharibənin  ilk 

günlərindən Azərbaycanın oğul və qız-

ları  cəbhələrdə,  partizan  dəstələrində 

vuruşur,  arxada  fədakarcasına  çalışır-

dılar.  Bu  illəri  ulu  öndərimiz  Heydər 

Əliyev  belə  xarakterizə  edirdi:  “Bakı-

da  bombalar  partlamamışdır,  ancaq  o 

cəbhə  şəhəri  və  qüdrətli  silah  anbarı 

idi”. 

 

Müharibə  Azərbaycan  səhiyyəsi  və 

tibb  elmi  qarşısında  məsul  vəzifələr 

qoymuşdu.  Mühüm  problemlərdən 

biri  cəbhə  və  arxanın  ehtiyaclarını 

ödəmək  üçün  səhiyyə  orqanlarının, 

müəssisələrinin, həmçinin ali və orta 

tibb  məktəblərinin,  elmi-tədqiqat 

müəssisələrinin  fəaliyyətini  yenidən 

qurmaq  idi.  Müharibənin  əvvəlindən 

başlayaraq  Azərbaycan  Səhiyyə  Ko-

missarlığı  ilə  birgə  Azərbaycan  Tibb 

Universiteti  çox  mühüm  təşkilati 

tədbirlər görmüşdür.

Azərbaycan  Tibb  Universitetinin 

professor-müəllim  kollektivi,  yardım-

çı  heyəti  və  tələbələri  tərəfindən  bu 

müharibə  şəraitində  mürəkkəb  və 

çoxcəhətli məsələlər müvəffəqiyyətlə 

həll  edilmişdir.  Müharibənin  başlan-

ğıcına  qədər  institut  3813  həkim  və 

müharibə illərində 2246 həkim və pro-

vizor hazırlamışdı. Onların çoxu ordu 

sıralarında xidmət etmiş və ya respub-

lika Səhiyyə Komissarlığının hospital-

larında  çalışmışlar.  Müharibə  başla-

yan  kimi  680  V  kurs  tələbəsi  dövlət 

imtahanını  verməmiş  cəbhəyə  yola 

salınmışdı.  Universitetin  professor-

müəllim  heyəti  və  əməkdaşlarının 

çoxu  döyüşən  orduya  göndərilmişdi. 

Onlardan  bəziləri  cəbhə  ordu  və 

korpuslarında,  həmçinin  hospitallar-

da  baş  mütəxəssis  kimi  işləmişdir 

(sonralar  professorlar  N.Bünyatov, 

X.Hacıyev, Q.Səlimxanov, H.İsazadə, 

dosentlərdən C.Axundov, M.Qarayev 

və  b).  O  cümlədən  45-ci  Ordunun 

baş cərrahı A.Tahirov (sonralar insti-

tutun  professoru),  Leninqradın  hos-

pital bazalarından birində baş cərrah 

kimi çalışan tibb xidmətinin polkovniki 

B.Mahmudbəyov  (eyni  zamanda  o, 

Leniqrad  Hərbi-Tibb  Akademiyası-

nın  professoru  idi),  47-ci  Ordunun 

tibbi-sanitar  batalyonunun  tibb  ro-

tasının  komandiri,  cərrahi  əməliyyat 

apardığı  zaman  mərmi  qəlpəsindən 

həlak  olmuş  M.Qəmbərov  (Bakıda 

5  saylı  uşaq  poliklinikası  onun  adını 

daşıyır)  və  bir  çox  başqalarını  misal 

göstərmək  olar.  İnstitutun  yetişdir-

diyi  həkimlərdən  (A.Rüstəmbəyova, 

Abdullayev,  İbrahimov  və  başqaları) 

partizan dəstə və birləşmələrinin tibb 

hissələrində işləmişlər.

Azərbaycan  müharibə  illərində 

ən  böyük  arxa  hospitalı  bazaların-

dan  birinə  çevrilmişdi.  1942-ci  ildə 

respublikada  hospitalların  sayı  41-

ə,  çarpayıların  sayı  isə  31400  çat-

mışdı.  Yaralı  və  xəstə  döyüşçülərin 

müalicəsinin ən yaxşı nəticəsini təmin 

etmək məqsədi ilə 1941-ci ilin iyulun-

da  ATU-nun  cərrahlıq  kafedrasının 

müdiri, professor  M.Topçubaşov Xalq 

Səhiyyə  Komissarlığı  təhliyə  hospi-

talları  idarəsinin  baş  cərrahı,  profes-

sor  M.Mirqasımov  isə  Azərbaycan 

Həmkarlar İttifaqı Şurası təhliyə hos-

pitallarının  baş  cərrahı  təyin  olundu-

lar.


Təhliyə hospitallarına ağır vəziyyətli 

və  uzun  müddət  ixtisaslı  müalicəyə 

ehtiyacı  olan  xəstələr  daxil  olurdu. 

Tibb  işçilərinin,  o  cümlədən  yüksək 

ixtisaslı  mütəxəssislərin  çoxunun 

döyüşən  orduya  getdiklərinə  görə, 

yüksək ixtisaslı mütəxəssislərin çatış-

maması böyük çərinliklər yaratmışdı. 

İnstitutun 

yüksək 


ixtisaslı 

əməkdaşları  məsləhətlər  verməklə 

yanaşı,  cərrahi  əməliyyatlar  aparır-

dılar,  praktik  həkimlərin  ixtisasının 

və  hospitalların  işinin  keyfiyyətinin 

və 


səmərəliliyinin 

yüksəldilməsi 

sahəsindədə  xeyli  iş  görmüşdülər. 

Bunlar  1941-1945-ci  illərdə  yaralıla-

rın  72,  xəstələrin  90%-dən  çoxunun 

yenidən  ordu  sıralarına  qayıtmasını 

təmin etdi.

İnstitutun  alimləri  hərbi-tibb  prob-

lem lərinə  həsr  olunmuş  hospital, 

hospitallararası,  şəhər  və  respublika 

əhəmiyyətli  elmi-praktik  konfranslar 

keçirirdilər.

Tarix  göstərir  ki,  müharibələr  za-

manı  odlu  silahlarla  zədələnmələrə 

nisbətən  kəskin  infeksion  xəstəliklər 

nəticəsində  sanitariya  itkiləri  daha 

çox  olmuşdu.  Tibb  Universitetinin 

əməkdaşları  respublikanın  digər  tibb 

işçiləri  ilə  birgə  epidemioloji  sala-

matlığın  təmin  edilməsi  sahəsində 

çox  böyük  işlər  görmüşlər.  Onlar 

epidemik  və  parazitar  xəstəliklərlə 

mübarizədə  professor  Şirokoqovun 

(patoloji  anatomiya  kafedrası)  hələ 

I  Dünya  müharibəsi  zamanı  Qaf-

qaz  cəbhəsində  topladığı  böyük 

təcrübədən,  eləcə  də  respublikada 

epidemiologiya,  mikrobiologiya,  gi-

giyena  və  digər  sahələrdə  aparılmış 

elmi-tədqiqatların 

nəticələrindən 

istifadə  etmişlər.  Məsələn,  1942-

ci  ildə  C.Hüseynov  Sibir  xorasının 

ədəbiyyatda  təsvir  olunmamış  əzələ 

formasını aşkara çıxarmışdı ki, bu da, 

o xəstəliyin yayılmasının qarşısını al-

mağa imkan vermişdi. 

1942-ci  il  iyulun  11-də  SSR-i  Xalq 

Səhiyyə  Komissarlığının  kollegiya-

sında Azərbaycan Səhiyyə Komissar-

lığının  işi  müzakirə  olundu  və  SSR-i 

Xalq komissarı Q.Miterev qeyd etdi ki, 

ilk dəfədir ki, müharibə dövründə işin 

və  şəbəkənin  nəinki  zəifləmədiyi  və 

azalmadığı,  əksinə,  işin  keyfiyyətinin 

daha da yüksəldiyinin və epidemiolo-

ji mənzərənin yaxşı olmasının şahidi 

olduq.


Azərbaycan  Tibb  Universitetinin 

tələbələri  də  təhliyə  hospitallarına 

böyük yardım göstərirdilər. I və II kurs 

tələbələri bu hospitallarda sanitar, III 

və  IV  kurs  tələbələri-tibb  bacısı  və 

qardaşları,  V  kurs  tələbələri  isə  su-

bordinator  kimi  çalışırdılar.  1944-cü 

ildə  bircə  N.A.Semaşko  adına  klinik 

xəstəxanada  ştat  üzrə  300-dən  çox 

III, IV, V kursların tələbələri işləyirdi.

Tibb 

Universitetinin 



alimləri 

tərəfindən  aparılan  elmi-tədqiqat 

işlərinin  çoxusu  müdafiə  əhəmiyyətli 

idi.  Onların  nəticəsi  təhliyə  hospital-

larında geniş tətbiq edilirdi. Məsələn, 

naftalandan  nəinki  irinli  yaraların, 

travmatik  osteomiyelitlərin,  yanıqla-

rın,  donmaların  müalicəzi  zamanı, 

hətta  Qafqaz  uğrunda  gedən  vu-

ruşmalar  dövründə  təzə  travmaların 

müalicəsi  zamanı  da  istifadə  olunur-

du.  Mərkəzi  və  periferik  sinir  siste-

minin  travmatik  zədələnmələrində 

(professor 

M.Topçubaşov), 

döş 


qəfəsinin  zədələnmələrində  (pro-

fessor  F.Əfəndiyev)  yeni  cərrahi  və 

digər  metodlar  tətbiq  edilirdi.  Nəzəri 

kafedralar  da  qıraqda  qalmamış-

lar.  Çətin  tapılan  ürək  dərmanlarının 

və  qanaxmanın  qarşısını  alan 

vasitələri əvəz edə bilən bəzi yabanı 

bitkilər  toplanır  və  öyrənilir  (dosent 

H.Allahverdibəyov  və  b.),  bir  çox 

dərmanların istehsalı təşkil olunurdu. 

Hospitallarda  biokimyəvi  analizləri 

biokimya  kafedrasının  əməkdaşları 

həyata  keçirirdilər.  Azərbaycanda 

yerli xammaldan alınmış dərman pre-

paratları,  dezinfeksiya  vasitələri  və 

konservləşdirilmiş qan həm respubli-

kanın özündə, həm də digər respubli-

kalara istifadə üçün göndərilirdi. Pro-

fessor  F.Əfəndiyev  tərəfindən  təklif 

olunmuş  qanın  konservləşdirilməsi 

üsulu,  onun  35-40  gün  müddətində 

saxlanmasına  imkan  verirdi.  Nevro-

logiya və psixiatriya kafedraları (pro-

fessorlar  M.Ammosov  və  M.Məlikov) 

tərəfindən nevroloji və psixiatrik eks-

pertizanın  əhəmiyyətli  məsələləri 

işlənib, istifadə üçün irəli sürülmüşdü.

1942/1943-cü  tədris  ilində  institu-

ta  36  müharibə  əlili  qəbul  edilmişdi. 

Ona baxmayaraq ki, institutun bazası 

600 tələbə üçün nəzərdə tutulmuşdu, 

müharibənin tələbatını nəzərə alaraq, 

hər  il  1000  və  ondan  da  çox  tələbə 

qəbul edilirdi.

1943-cü  ildə  Tibb  Universiteti  yük-

sək  göstəricilərinə  görə  SSRİ  Sə-

hiyyə  komissarlığının  keçici  Qırmızı 

Bayrağı ilə, əməkdaşları isə orden və 

medallarla təltif olunmuşdular.

Müharibə  illərində  Tibb  Univer-

sitetində  52  dissertasiya  müdafiə 

edilmişdir  ki,  bu  da  cəbhəyə  getmiş 

elmi-pedaqoji  kadrları  əvəz  etmək 

üçün çox vacib idi.

Beləliklə,  Böyük  Vətən  mühari-

bəsinin  ağır  illərində  Azərbaycan 

səhiyyəsinin  və  elminin  qarşısında 

qoyulan  vəzifələrin  şərəflə  yerinə 

yetirilməsində  Azərbaycan  Tibb  uni-

versitetinin rolu çox böyükdür.



S.MEHDİYEVA,

İctimai sağlamlıq və 

səhiyyənin təşkili kafedrasının 

baş müəllimi, t.ü.f.d

Faşizm üzərində qələbənin 70 illiyi

Böyük Vətən müharibəsi illərində 

səhiyyənin və tibb elminin 

inkişafında Azərbaycan Tibb 

Universitetinin rolu



 



Son illərdə bütün dünyada immundefisitli 

xəstələrin sayı artır. Bu xəstələrin araşdırıl-

ması ilə bağlı 30 ölkədə 76 xüsusi immundefi-

sitli xəstələrin mərkəzi yaradılmış və xüsusi proqramlar 

hazırlanmışdır.

Bu xəstəliklərin 

yaranma səbəbləri 

müxtəlifdir. 

Genetik amillər, 

ananın hamiləlik 

müddətində 

keçirdiyi infeksion 

xəstəliklər, bəzi 

mikrob və virusla-

rın titrinin yüksək 

olması, yaxın 

qohum nikahlar və 

s. bu patologiyanın 

yaranmasına səbəb 

olur. Azərbaycan 

populyasiyasın-

da yaxın qohum 

nikahların daha 

çox yayıldığını 

nəzərə ala-

raq ATU-nun İmmunologiya kursu tərəfindən 2011-ci ildən 

etibarən bu xəstəliklərin araşdırılmasına başlanılmışdır. Nəticə 

etibarilə immun patologiyaya şübhəli 300 xəstə yoxlanılmış və 

onlardan 64-nə Birincili (anadangəlmə) İmmun Çatışmazlıq 

(BİÇ) diaqnozu qoyularaq qeydiyyata alınmışdır. Qeydiyyata 

alınan xəstələrə Amerika BİÇ mərkəzi və European Society for 

İmmunodeficiency (ESİD) proqramlarına əsasən müayinə və 

müalicə aparılır. Daimi olaraq dünyada olan belə mərkəzlərlə 

əlaqələr yaradılır, keçirilən bir sıra elmi konfranslara bu 

xəstələrin vəziyyətini əks etdirən materiallar təqdim edilir və 

kursun əməkdaşları bu işdə fəal iştirak edərək əllərindən gələn 

köməkliyi göstərirlər. 2014-cü ildən başlayaraq hər il kursun 

rəhbəri, professor Gülnarə xanım Nəsrullayevanın təşəbbüsü 

ilə aprel ayının 23-də bu xəstələr üçün BİÇ həftəsi adı altın-

da tədbir təşkil edilir. Əsas məqsədimiz BİÇ olan uşaqların 

valideynlərini maarifləndirmək, xəstələri bir-biri ilə görüşdü-

rüb onlarda ruh yüksəkliyi yaradaraq yaşamaq hissini artır-

maq, müasir müalicə üsullarını ardıcıl olaraq vaxtında almala-

rını başa salmaqdır. 

Aprelin 23-də Azərbaycan Tibb Universitetinində Ümum-

dünya İlkin İmmun Çatışmazlıq günü qeyd olundu. İkinci ildir 

ki, keçirilən bu tədbir haqqında hələ iki ay öncə Facebook-da, 

xüsusi  bülletenlərdə və posterlər vasitəsi ilə məlumat yayılmış-

dır. ATU-nun bir sıra həkim-pediatrları, 2-ci uşaq xəstəlikləri 

kafedrasının müdiri, ə.e.x, professor Amalya xanım Əyyubova, 

İmmunologiya kursunun müdiri, professor Gülnarə xanım 

Nəsrullayeva və t.e.d. Nailə xanım Sultanova tədbirdə iştirak 

etmişlər. Bu xəstəliyə duçar olan uşaq və yaşlı pasiyentlərlə bir-

başa diskussiya aparılmış, sonra ötən ilin tədbirindən çəkilmiş 

videofilm təqdim edilmişdir. Daha sonra yığıncaq iştirakçıları 

LANDMARK otelində xeyriyyə məqsədi ilə verilən nahar 

yeməyinə dəvət olunmuşlar. Burada klounların əyləncəli proq-

ramı, yarışmalar, musiqi və rəqs nömrələri təqdim olunmuş, 

xəstələrə müxtəlif hədiyyələr verilmişdir. Tədbir zamanı işti-

rakçılar tərəfindən toplanmış vəsait bir xəstənin bank hesabına 

köçürülmüşür. 

İki saat davam edən görüş rəngbərəng şarların havaya uçu-

rulması və fotoşəkillərin çəkilməsi ilə sona çatmışdır. 

Azərbaycanda bu ilin Ümumdünya İlkin İmmun Çatışmaz-

lıq günü ABŞ-ın Jeffrey Modell Foundation və  İspaniyanın 

Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənmiş, İctimai 

Televiziyada işıqlandırılmışdır.

Nailə QULIYEVA,

Vəfa MƏMMƏDOVA,

kursun əməkdaşları

İmmundefisitli xəstələrin 

araşdırılmasına başlanılıb





Dostları ilə paylaş:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə