Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Orta qrupda ölçü anlayışı



Yüklə 2,56 Mb.
səhifə30/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   26   27   28   29   30   31   32   33   ...   106
SRTFM

2. Orta qrupda ölçü anlayışı.

Əşyaların ölçülərinin müqayisə edilməsinin öyrədilməsi. I rüb və II rübün əvvəli məşğələlərin az hissəsinə əşyaların ölçülərinin müqayısəsinə aid çalışmalar salınır, əsas yer sayma təlimi üzrə işə verilir. Çalışmaların məqsədi bir-birindən ölçüsünə görə (uzunluq, en, hündürlük, qalınlıq və ümumi həcm) kəskin fərqlənən və bərabər olan 2 əşyanı yaninaqoyma , üstəqoyma və gözəyarı ölçmə yolu ilə müqayısə etmək bacarığını möhkəmləndirməkdir.

Tərbiyəçi tədriclə əşyaların ölçülərindəki fərqi azaldır: nümayişetdirici vəsaitlərdə 5-4 sm, paylama vəsaitində 3-2 sm-ə qədər. Uşaqların həmişə təmasda olduqları və onlara tanış olan əşyalardan istifadə edilir: şərflər, lentlər, qüllələr, matryoşkalar və s. Tərbiyəçi müztəlif ölçüləri müqayisə etmək üçün yanınaqoyma və üstəqoyma priyomlarından necə istifadə etmək qaydasını uşaqların yadına salır. Onlar əşyaların ölçülərini gözəyarı müqayisə edərkən öz mülahızələrinin düzgünlüyünü yanına qoyma priyomu ilə yoxlayırlar. Bundan əlavə gözəyarı ölçməni öyrətmək məqsədilə təcrübi xarakterli oyun-çalışmalardan istifadə edilir. Məs. hündür və alçaq evləri bir-biri ilə xətlə birləşdir.

Uşaqların nitqlərində təkcə əşyaların ölçülərinə görə münasibətlər deyil, həm də həmin münasibətləri təyin etmək üsulları öz əksini tapmalıdır. Belə suallar vermək olar: “Necə bilmək olar, hansı lent enlidir?” və ya bunları necə bir-birinin yanına qoymaq olar.

II rübdə ilk dəfə uşaqlara iki ölçünü-uzunluq və eni eyni vaxtda nəzərdən keçirməklə əşyaların ölçülərini müqayisə və təhlil etməyi öyrətməyə başlayırlar. Həmin işi yerinə yetirərkən mütləq hərəkətetdirici analizatorlardan geniş istifadə etmək lazımdır., məs., uşaqlara təklif etmək olarki, əşyaların uzunluqlarını müqayisə etdikdə barmaqlarını onların uzunu boyunca, enlərini müqayisə etdikdə isə eni boyunca , hündürlüklərini müqayisə etdikdə oturacaqlarından başlamış yuxarı kənarlarına qədər gəzdirsinlər. Uşaqların diqqəti buna cəlb edilir ki, barmaq hansı əşya boyunca “çox gəzir”-uzun, yoxsa qısa? Hərəkətverici analizatorun işə cəlb edilməsi əşyaların ölçülərini uşaqların daha aydın qavramaları üçündür.




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə