Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Ölçülərinə görə 3-ə qədər əşya arasındakı münasibətlərin müəyyən edilməsinin öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə31/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   27   28   29   30   31   32   33   34   ...   106
SRTFM

Ölçülərinə görə 3-ə qədər əşya arasındakı münasibətlərin müəyyən edilməsinin öyrədilməsi. Uşaqlar iki əşyanın ölçülərini müqayisə etməyi öyrəndikdən sonra 3-ə qədər əşyanın ölçüləri arasındakı münasibətlərin müəyyən edilməsinə keçirlər. Uşaqlar əşyaları uzunluq, en, hündürlük, qalınlıq və nəhayət bütün həcm ölçülərinin artması və azalması sırasında düzməyi öyrənirlər.

Əvvəlcə uşaqlar nizamlanmış sıra nümunəsinəsinə əsaslanaraq 3 əşyanı bir sırada qayda ilə düzürlər.Məs. Uşaqlar öyrənirlər ki, ən uzunundan başlayaraq, əşyaları qayda ilə bir sırada düzmək olar, bunun üçün hər dəfə qalan əşyalardan ən uzununu seçmək lazımdır. Uşaqlar hər bir əşyanı sırada bilavasitə ondan qabaq və ondan sonra gələn əşyalarla cüt-cüt müqayisə etməlidirlər.

Uşaqlarda gözəyarı ölçməyin inkişaf etdirilməsinə böyük əhəmiyyət verirlər . Məs. Uşaqlara üç ölçüdə kvadrat və dairə formasında düymələr, üç ölçüdə isə qablar verilir. Onlar düymələri ölçülərinə görə fərqləndirərək uyğun qablara qoymalıdır.

Uşaqların riyaziyyat məşğələlərində aldıqları bilikləri və vərdişləri müntəzəm olaraq möhkəmləndirmək və onların fəaliyyətinin müxtəlif növlərində tətbiq etmək lazımdır. Uşaqlar uzunluqları və enləri bərabər olan və bərabər olmayan lentlər, yollar çəkə bilərlər. Kitabları, qutuları tərbiyəçinin köməkliyi ilə təmir etmək üçün lazımi ölçüdə zolaqlar seçə bilərlər. Canlı təbiət guşəsində bitkilərə tərbiyəçi ilə birlikdə qulluq edərkən, tərbiyəçi onların diqqətini gövdənin hündürlüyü, yoğunluğuna və yarpaqların uzunluqlarına, enlərinə cəlb edir və onları müqayısə etməyi uşaqlara təklif edir.

Məşğələlərdən kənar vaxtlarda uşaqların aldıqları bilik və bacarıqları möhkəmləndirmək məqsədilə dövrü olaraq didaktik oyunlardan istifadə etmək olar.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə