Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Uşaqların həndəsi fiqurlarla tanış edilməsi



Yüklə 2,56 Mb.
səhifə32/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   28   29   30   31   32   33   34   35   ...   106
SRTFM

3. Uşaqların həndəsi fiqurlarla tanış edilməsi.

Orta qrup uşaqlarlna hər şeydən əvvəl dairə, kvadrat və üçbucağı düzgün adlandırmaq və fərqləndirməyi bacarığını möhkəmləndirmək lazımdır. Bu məqsədlə uşaqların müxtəlif rəngdə və ölçüdə formaları qruplaşdırmağa aid oyun-çalışmalar keçirilir.Məs. “Bu cür fiquru göstər!”, “Bəs sizdə?”. Rəng və ölçü dəyişilir forma isə olduğu kimi qalır.

Forma haqqında təçəvvürlərin inkişafına aid işlər saymanın öyrədilməsi ilə və əşyaların ölçülərinin müqayisəsinə aid çalışmalarla paralel aparılır və onlarla üzvi surətdə bağlıdır. Tərbiyəçi uşaqlara saymanı öyrədərkən müxtəlif rəngdə və ölçülərdə formalardan istifadə edir. Bu vaxt uşaqların həmin həndəsi fiqurlar haqqında təsəvvürləri möhkəmləndirilir. O. uşaqlara “Nələr çoxdur: kvadratlar, yoxsa üçbucaqlar?”, “Böyük üçbucaqlar, yoxsa kiçik üçbucaqlar çoxdur?”

Uşaqları yeni həndəsi fiqurlarla tanış etmək üçün modelləri artıq onların tanıdıqlar fiqurlarla və ya bir-biri ilə müqayisə edirlər: düzbucaqlını kvadratla, kürəni əvvəlcə dairə ilə sonra isə kubla, kubu əvvəl kvadratla sonra kürə ilə, silindri əvvəl düzbucaqlı və dairə ilə sonra isə kürə və kubla. Əvvəlcə onları iki-iki müqayisə edirlər, bundan sonra isə fiqurlar qruplarını tutuşdururlar. Fiqurları aşağıdakı ardıcıllıqla tutuşdurur və müqayisə edirlər:

*fiqurları üstəqoyma və yanınaqoyma priyomları ilə müqayisə etmək; bu priyom fiqurların xüsusiyyətlərini dəqiq anlamaq, elementlərini ayırmaq, oxşar və səhv cəhətlərini görmək;

*fiqurların elementlərini və əlamətlərini toxunma-hərəkət hissilə tədqiq etmək.Uşaqlar barmaqlarının ucu ilə modelləri yoxlayırlar, onların konturu boyunca barmaqlarını gəzdirirlər, hər bir fiqurun xüsusiyyətini daha dəqiq qavrayırlar;

*fiqurlarla müxtəlif hərəkətləri təşkil etmək (diyirlətmək, düz qoymaq, müxtəlif vəziyyətdə qoymaq); uşaqlar modellərlə işləyərək onların dayanıqlı vəyaxud dayanıqsız olmasını a.kar edir. Məs. Uşaqlar kürə və silindri müxtəlif cür qoyur və onlara aydın olur ki, silindr həm dik, həm də yanı üstə dayanır vədiyirlənir, kub isə “həmişə diyirlənir.” Beləliklə, uşaqlar həndəsi fiqurların və modellərin xarakter xüsusiyyətlərini öyrənirlər.

*fiqurların ölşüsünə görə artan və azalan sıra ilə qruplaşdırılması üzrə çalışmalar təşkil etmək (“Formasına görə seç”, “Rənginə görə seç”, “Sıra ilə düz” və s)

*uşaqlarda fiqurları fərqləndirmək və adlandırmaq bacarığını möhkəmləndirmək məqsədilə didaktik oyunlar və oyun – çalışmalar təşkil etmək (“nə çatmır?”, “Nə dəyişildi?”, “Qəribə torba”, “Formalarla domino”, “Mağaza”, “Tayını tap” və s.)


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə