Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Özünə nəzərən əşyaların fəzada yerləşməsinin təyin edilməsi



Yüklə 2,56 Mb.
səhifə35/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   31   32   33   34   35   36   37   38   ...   106
SRTFM

Özünə nəzərən əşyaların fəzada yerləşməsinin təyin edilməsi.

İrəli, geri və s. istiqaməti göstərməklə uşağa özünə səmtləşməyi öyrədərək, özünə görə əşyaların yerləşməsini müəyyənləşdirən çalışmalara keçmək olar (qabaqda, qabaq, əvvəl, sonra, arxada, solda. sağda, yuxarıda, aşağıda). Əvvəlcə uşağa 2 oyuncağın vəya əşyanın ondan əks istiqamətdə yerləşdiyini müəyyənləşdirməyi təklif edirlər: qabaqda-arxada, sağdan – soldan.Sonra əşyaların sayı 4-ə qədər artırılır. Əşyalar əvvəlcə uşaqdan kiçik məsafədə yerləşdirilir. Tədriclə məsafə artırılır.

Uşaq əşyaların yerləşməsini müəyyən etdikdən sonra ona sola və yaxud sağa, sonralar isə geriyə dönməyi təklif etmək faydalı olar. Gələcəkdə bu, uşaqlara əşyaların onlara görə hansı nisbilikdə yerləşməsini dərk etməyə kömək edəcəkdir. Məs. Uşaq sola döndü, indi Cırtdan onun solunda deyil, qarşısında durub.

Əşyaların fəzada yerləşməsini təyin etməyə aid çalışmaları həm məşğələlərdə, həm də uşaqların gündəlik həyatında aparırlar. Didaktik oyunlardan istifadəyə böyük diqqət verilir. “Tap görək nə haradadır”, “Kim getdi və o harada idi”, “Nə harada yerləşir”şəkil üzrə oyunundan istifadə etmək olar.




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə