96
Bişirilmiş bitki qidaları, eləcə də bütün mürəbbələr,
konservlər və tutmalar orqanizmin düşmənidir:orqanizmdə
quzuqulağı turşusunun duzunu törədir.
MEYVƏLƏRİN TƏQSİRİ YOXDUR!..
Amerikalı Porter qidalar haqqında yazdığı kitabında
belə bir yanlış fikir söyləmişdi ki,meyvələrlə qidalanmaq-dieta
sahəsindəki yanlış vərdişlərdən biridir.Lakin alim elə burdaca
təstiq edirdi ki,ayrılıqda yeyilən meyvə heç bir fəsad vermir.
Digər həkimlər də belə hesab edirlər ki,meyvə həzmolma
prosesinə mənfi təsir göstərir.Lakin bunu deyənlər meyvənin
digər qidalarla necə tənasübdə qəbul edilməsi barədə heç bir
şey bilmirdi.Onlar,sadəcə,belə bir faktı əsas götürürdülər ki,
meyvə-başqa qidalarla birlikdə yeyiləndə müxtəlif fəsadlar
verir, özü də təqsiri təkcə meyvənin üstünə yıxırdılar.
Qida məsələləri ilə yarım əsr məşqul olan H.Şelton bu
yersiz ittihamları meyvələrin üstündən götürdü,onları təmizə
çıxartdı.Alim təkzibolunmaz faktlarla sübut etdi ki,meyvə-
təkcə göz oxşayan,ətirli,dadlı qida növü deyil,həm də çox
dəyərli qida maddələrini,vitamin və duzların faydalı qarışığını
özündə cəmləyən zəngin ərzaqdır.Fəsad məsələsinə gəlincə,
burada meyvənin heç bir təqsiri yoxdur,təqsir-menyuda meyvə-
nin yerini səhv salan insandadır.
Meyvə haqqında hər şeydən öncə onu bilmək lazımdır
ki, başqa qidalardan fərqli olaraq, meyvə-ağızda və mədədə ya
heç həzm olmur,ya da cuzi şəkildə həzm olur və bir neçə
dəqiqədən sonra birbaşa yoğun bağırsağa keçir.Burda da çox
yubanmır,qısa vaxt ərzində yüngülvari həzm olunur və bu da
qana sorulmaq üçün bəs edir.Belə bir qida ətlə (yada salaq ki,
ət 3-6 saat ərzində həzm olunur),yaxud gec həzmə gedən digər
qida növləri ilə eyni vaxtda,ya da onlardan az sonra yeyiləndə
nə baş verir? Tutalım almanı, yanlış təsəvvürlə (həzm olmanı
yaxşılaşdırsın deyə) yağlı qoyun kababının üstündən yediniz.
97
Biz bilirik ki,ətin həzmolma müddəti 3-5-6 saatdır.Mədədəki ət
özü həzm olunana qədər almanı tutub yanında saxlayır, qoymur
bağırsağa keçsin.Alma bakteriyaların təsiri altında çürüyür və
korlanır,çürümüş alma əti də çürüdür.Yoğun bağırsağa korlan-
mış kütlə daxil olur-mikroblar üçün zəngin yem bazası yaranır,
xəstəlik qaçılmaz olur. Bütün sirr bundadır.
İdeal variant belədir-meyvəni bir öynə(ya səhər, ya
axşam) əsas qida növü kimi qəbul etmək.Bunu hər hansı bir
səbəbdən edə bilməyənlər meyvəni əsas qida növü saydığı
xörəkdən 30-60 dəqiqə qabaq yeməlidir.Meyvəni heç bir qida
ilə qarışdırmaq olmaz! Daha bir vacib şərt: turş meyvələri şirin
meyvələrlə qarışdırmayın!Meyvə haqqında çıxardığımız başlı-
ca nəticə budur ki, bütün meyvələr şəfaverici xassəyə malikdir.
Sadəcə,meyvəni yeyərkən yuxarıda deyilən 2 vacib qaydanı
yerinə yetirmək lazımdır.
Şübhə etmirəm ki, “Allah min dərd verib, min bir
dərman” deyən əcdadlarımız dadlı meyvələri də bu dərmanlar
arasında görüblər.Naturopat alimlər tam əmindirlər ki,bu dünya
yarananda və uzun əsrlər boyu meyvə,şülul,zoğlar,yarpaqlar,
çiçəklər insanın yeganə qidası olub.O vaxt insan min il, özü də
azar-bezarsız yaşayıb.
Bütün meyvələrin xassələrini açmaq, onların necə
zəngin tərkibə malik olduğunu göstərmək fikirində deyilik.
Zənnimcə, bir neçəsinin tərkibinə nüfuz etmək kifayyətdir.
Ərik:Tərkibində 20-27 faiz şəkər var,üzvi turşular
(salisilat,alma turşusu,limon turşusu),A vitamini (karotin), S və
B
12
vitaminləri,kalium duzu,dəmir,fosfor,maqnezium və s. ilə
zəngindir.Ərik və qurusu-ürəyi,beyni qidalandırır,onların fəaliy
-yətini xeyli yaxşılaşdırır.
Alma:Tərkibində S, B
1
, B
2
, F, E
vitaminləri,karotin,
kalium,kalsium,dəmir,marqans,pektinlər,şəkər,üzvi turşular ki-
fayət qədərdir.Skleroz əleyhinə çox gözəl vasitədir.Ürək, bağır-
saq,böyrək,hipertoniya,qansızlıq,piylənmə xəstəliklərinə,böy-
rək də daşlara qarşı səmərəli müalicə vasitəsidir.
98
Armud: S və B
1
vitaminləri,şəkər və üzvi turşularla
zəngin olub,sidikqovucu,mikrob əleyhinə təsir göstərir,sidik
yollarının infeksiyası və böyrəkdə daş olan vaxt istifadə olunur.
Üzüm:Kalium,kalsium,marqans,kobalt ilə, S, P, PP, B
1
,
B
6
, B
12
vitaminləri,karotinlə və üzvi turşularla zəngindir. Tərki-
bində 18-20 faiz zülal var.Böyrəklər,ağ və qara ciyər,podaqra,
hipertoniya və s. xəstəliklərin müalicəsində istifadə olunur,
orqanizmi bütövlükdə möhkəmlətmək qabliyyətinə malikdir.
Albalı:Tərkibində qlyukoza,fruktoza,S,B
1
,PP vitamin-
ləri,karotin,üzvi turşular,mis,kalsium,maqnezium,dəmir,pektin
zəngindir.Qan azlığında,ağ ciyərin,böyrəyin müalicəsində,
atereskleroza və qəbzliyə qarşı geniş istifadə olunur.
Nar:Orqanizmi möhkəmlədir,həzmolmanı yaxşılaşdırır,
mədəaltı vəzini sağaldır,qanı təmizləyir,qan azlığını aradan
qaldırır.
Gavalı:Müalicəvi meyvədir.Tərkibində 16 faiz şəkər,
külli miqdarda kalium,pektin, S, B
1
, PP, karotin,üzvi turşular
var.Gavalı(ələlxüsus,qurumuş qara gavalı)yumuşaldıcı və sidik
-qovucu təsirə malikdir,atereskleroz,qara ciyər,ürək,böyrək,
hipertoniya xəstəliklərinə qarşı güclü təsirə malikdir.
Moruq:Tərkibində 9-10 faiz şəkər,çoxlu dəmir,pektin,
mis,kalsium,üzvi turşular, S, B
1
, B
12
, PP vitaminləri və digər
dəyərli maddələr var.Mədə-bağırsaq,atereskleroz,böyrək,hiper-
toniyaya xəstəliklərinə qarşı istifadə olunur.
Qara qarağat:İtburnudan sonra S vitamini ilə zəngin
olan ən qiymətli bitkidir.Tərkibində 300 mq/faizə qədər S
vitamini,çoxlu B
1
,PP vitaminləri,karotin,kalium,dəmir,limon
turşusu,alma turşusu və digər üzvi turşular,pektin,16 faizə
qədər şəkər vardır.Mədə yarasına,qastritə(turşusu az olanda),
atereskleroza,böyrək xəstəliklərinə qarşı,maddələr mübadiləsi
pozulanda və qan azlığı baş verəndə istifadə olunur.
Boranı:Tərkibində kalium,kalsium,maqnezium,dəmir,
şəkər,S,B
1
,B
2
,PP vitaminləri,karotin,zülal və s. vardır,vərəmə
qarşı yaxşı vasitədir.Tumundan qarın qurdunu salmaq üçün
Dostları ilə paylaş: |