118
dərin zəka bəxş elə.Allahım,sən mənim bütün düşmənlərimi
dosta çevir”...Son diləyim kiməsə qəribə görünə bilər:necə
yəni,düşmənlərimi dosta çevir?..Biz görmüşük ki,hamı öz düşmə
-ninin məhv olmasını istəyir,ümumi axının tərsinə üzən Ərşad
Əzimzadə isə Allaha yalvarır ki,düşmənlərinin canını almasın,
sadəcə,onu dosta çevirsin.Düşməndən dost olar?Kiçicik bir şərh
verim.Məsələ bundadır ki,mənim bircə nəfər də olsun şəxsi
düşmənim yoxdur.Potensial düşmənim isə... Oy,oy,oooyy!..Mən
deyim,siz sayın:xəstələrə “kliyent” kimi baxan bütün tibb
işçiləri+zəhərli dərmanları icad və istehsal edənlər,satanlar+tibbı
avadanlıqları,cihazları icad və istehsal edənlər,satanlar+təhsil
ocaqlarında dərs deyən təbib alimlər+orqanizmi zəhərliyən çürük
qidaları insanlara sırıyıb varlanan işbazlar+bütün bunları reklam
edərək kalan pul qazanan böyük jurnalistlər ordusu...Yadıma
düşənlər bunlardı.Təkrar edirəm:onlar şəxsən mənim düşmənim
deyil,təbliğ etdiyim sağlam həyat tərzinin düşmənləridi.Əlinin
üstündə əl olmayan qadir Allah bir gecənin içində onları haqq
yoluna qaytarsa,hamısı,avtomatik olaraq,dönüb olacaq mənim
dostum.Bizə çox çətin görünən bu iş böyük Allahın əlində heç
nədir:ya yolunu azmış bəndələri islah edib düz yola qaytarar,ya
da,planetimizi,bütün Kainatı mütəmadi olaraq korlayan, zəhərlə-
yən mutant-insanları bircə anın içində silib Yer üzündən atar
və dünyanı mikrobdan təmizlər.
Sən də mənə qoşul,əziz oxucum,Rəbbimizə yalvar,sənə
və əzizlərinə möhkəm iradə versin ki,özünüzü pis vərdişlərin
caynağından qurtara biləsiniz.
Sonuncu dəfə ölüm yatağına düşəndə(2005-2008-ci illər)
sözün şəfa vermək qüdrətinə bir daha inandım.Həyat yoldaşımın
təsirli sözləri,mənə tez-tez baş çəkən dost-tanışin ürəkdən gələn
“sən xalqımıza lazımsan,səni fayda verdiyin minlərlə insanın
duası yaşadacaq” kəlmələri məni Əzrayilin caynağından qopart-
dı.Dar günümdə mənə dayaq duran,ümid şəmini sönməyə
qoymayan imanlı insanların hamısına minnətdaram!..
119
QAN DÖVRANI HAQQINDA
YENİ FİKİR
Professor K.Nişi bir sıra tibbi məsələlərə tamam başqa
gözlə baxıb.Onun fikirincə,qanı bədənə vuran “baş mühərrik”
ürəkdə deyil, balaca kapilyarlarda qurulub.Bu baxış qan dövranı
haqqında mövcud olan klassik baxışdan köklü şəkildə fərqlənir.
Yeri gəlmişkən, qeyd edək ki,ürəyin funksiyası və fəaliyyəti
haqqında fikirlər zaman-zaman dəyişib.Hələ 1628-ci ildə Vilyam
Harvinin əsəri işıq üzü görəndən sonra hamı ürəyin qanı bədənə
vuran “nasos” olması fikirini,bir növ,mütləq həqiqət kimi qəbul
etmişdi.Tədqiqatçıların çox cuzi bir hissəsi bu nəzəriyənin səhih-
liyinə şək gətirdi.Lakin fakt budur ki,həmin nəzəriyyə qan döv-
ranı mexanizmini və digər oxşar fizioloji hadisələri şərh və izah
etmirdi.Üstəlik,bu nəzəriyyə ürəyin əsl həqiqətdə nə olması
barədə tam aydın təsəvvür yaratmırdı.Bu nəzəriyyə çoxdan,lap
çoxdan köhnəlmişdi!Məhz bu yanlış nəzəriyyənin təqsiri üzün-
dən ürək sirri indiyəcən açılmamış qalıb və indinin özündə də
ürək-tibb aləmində “öz sirrini verməyən” bir orqan kimi tanınır.
Ürək-damar xəstəlikləri isə bir nömrəli qatil kimi, bəşəriyyətə
bu günün özündə də divan tutmaqda davam edir.K.Nişi bu
barədə yazırdı:“Nə qədərki müasir tibb elmi öz ənənəvi baxı-
şından əl götürməyib,o,heç vaxt “sirr” deyilən mətləbi aça
bilmə-yəcək,ürək-damar xəstəliklərinin bəşəriyyətə vurduğu
ağır itkinin qarşısını ala bilməyəcək”.Professor Nişi təklif edir
ki, ürəyə yalnız nəzarətçi çən, yaxud qan axınını tənzimlə- yən
aparat kimi baxmaq lazımdır.Qəbul etməliyik ki, qanı hərəkətə
gətirən mexanizm kapilyarların özündədir.
Nişinin bir çox baxışları və mövqeləri o dövrdə yaşamış
mütərəqqi rus təbiblərinin ideyaları və baxışları ilə üst-üstə düşür.
A.Speranski ilə A.Zalmanov da, Nişi kimi,belə hesab edirdilər ki,
müalicə vaxtı orqanizmi müdafiə edən resursların fəaliyətini
yaxşılaşdırmağa xüsusi fikir vermək çox vacibdir. A.Zalmanov
“İnsan orqanizminin sirli müdrikliyi” adlı dahiyanə əsərində
“kapilyaro-terapiya”,yəni kapilyarlara dərin təsir göstərmək
120
ideyasını irəli sürmüş,bu metodla müalicə apararaq, gözəl
nəticələr əldə etmişdir.
Rusiyada, Almaniyada və İtaliyada 3 dəfə tibb elmləri
doktoru elmi adını müdafiə edən,bolşevik rejiminin dar düşün-
cəli məmurlarının və siyasiləşdirilmiş tibb elminin,onun “baş
qərərgahı” olan “Minzdrav”ı əlində möhkəm saxlayan dayaz
alimlərin təqibinə tab gətirə bilməyib,xaricə köçən və ömrünü
qürbətdə başa vuran bu dəyərli təbibin müalicə metodu haqqında
ayrıca bir fəsil verəcəyik. İndi isə qan dövranı haqqında fikir
tarixinə nəzər salaq.
Qeyd edək ki, qanın hərəkəti problemi ta 1930-cu ilədək,
yəni, tanınmış təbib Laubri Fransa Akademiyasında qan dövranı
mexanizminə dair öz parlaq əsəri barədə məlumat verənə qədər
toxunulmaz,“bağlı” qalmışdı.Laubri təsdiq etdi ki,ürək qanı
hərəkətə gətirən yeganə qüvvə deyil,ürək -qanı yalnız arteriya və
kapilyar sistemində irəli itələyən hərəkətverici qüvvədir.Vena isə
ikinci ürək kimi fəaliyyət göstərir,qanın venoz hərəkətini, yəni
qanın ürəyə qayıtmasını təmin edir.Nişi bu məsələyə öz müna-
sibətini belə bildirmişdir:“Əlbəttə,Laubrinin nəzəriyyəsi-qan
haqqında elmdə irəli atılmış mütərəqqi addımdır.Lakin onun bu
yeni nəzəriyyəsi, nə qədər parlaq olur-olsun, qan dövranı barədə
həqiqətin yalnız yarsını açıqlamışdır. Çox təəssüf ki, o, yalnız
bununla kifayətlənmişdir”.Belə bir qənaətə gələn Nişi tam
müstəqil şəkildə öz qan dövranı nəzəriyəsini hazırlamağa başladı.
Məlumdur ki,arteriya həm quruluşuna görə,həm də funk-
siyasına görə venadan seçilir.Arteriya qalın və elastik daxili
örtüyə(divara) malikdir,dartıla və genişlənə bilir.Venanın isə
nazik divarı və klapanı vardır.Bu klapan ona xidmət edir ki,vena
boyunca üzü yuxarı, bu və ya digər orqandan ürəyə qalxan qan
geri qayıdıb, aşağı tökülə bilməsin (şəkilə bax).
Vena maksimum darala və vakuum (tam boşluq) yarada
bilir.Əgər biz qan dövranı mexanizmini nasosla müqayisə etsək,
deməliyik ki,arteriya sorucu borucuğu xatırladır,çünki sorucu
borucuq,itələyən borucuğa nisbətən,daha yoğun və elastik divara
Dostları ilə paylaş: |