109
PAYIZ-QIŞ MENYUSU
Bazar günü
Səhər
yeməyi
Günorta
yeməyi
Şam
yeməyi
Üzüm,
banan
Tərəvəz salatı,
kələm, yaxud
kökümeyvə
Tərəvəz salatı,
boranı,az
bişirilmiş paxlalı
bitki
I gün
Armud,
xurma,
yaxud üzüm
Tərəvəz salatı,
rəngli kələm,
yaxud kartof
Tərəvəz salatı,
kələm, yaxud
paxlalı bitkilər,
qoz-fındıq
II gün
Alma, üzüm,
quru əncir
Tərəvəz salatı,
turp gövdəsi və
yarpağı, yaxud
düyü
Tərəvəz salatı,
kələm, yaxud
boranı, yaxud
kartof
III gün
Armud,
kişmiş,bir
stəkan qatıq
Tərəvəz salatı,
kələm, yaxud
kartof, yaxud
paxlalılar
Tərəvəz salatı,
qoz-fındıq,
yaxud tumlar
IV gün
Portağal,
yaxud başqa
meyvə
Tərəvəz salatı,
boranı, kobud un
çörəyi
Tərəvəz salatı,
boranı, yaxud
pendir
V gün
Xurma, üzüm
Tərəvəz salatı,
kök,bişmiş
kökümeyvə
Tərəvəz salatı,
boranı, yaxud
pendir
VI gün
Kişmiş,
yaxud tut
qurusu
Tərəvəz salatı,
göy noxud,
kələm
Tərəvəz salatı,
qoyun ətindən
bifşteks (kotlet)
110
Düzgün qidalanmanın daha bir forması ilə tanış olun:
gündüz bal şərbəti,yaxud 400-500q təzə meyvə(qışda isə
qurumuş meyvə),axşam 300-400 q tərəvəz salatı,qoz-fındıq
(püstə,badam,fıstıq),yaxud tumlar qəbul edin.Çiy yeyənlərin
tipik rasionu belədir:gün ərzində 400 q alma, 50 q kişmiş, 400 q
tərəvəz,20 q zeytun(yaxud günəbaxan) yağı,50 q qoz(fındıq,
püstə,badam) ləpəsi.Ən sadə menyu isə belədir:səhər-hər hansı
meyvə,günorta-tərəvəz salatı və nişastalı qida(kartof,yaxud
çörək),axşam-tərəvəzlər və zülallı qida bir gün-kəsmik,yaxud
pendir,o biri gün-qoz(fındıq,püstə,badam,tumlar),yaxud yumurta
(yaxud yağsiz dana əti, qara ciyər, ürək, böyrək).
Nəzərə almaq lazımdır ki, insan həzm edə bildiyindən 3-4
qat artıq qida yeyir və qəbul olunan qidanın yalnız 18-20 faizi
həzmə gedir.Bir daha vurğulayıram:bu-həm orqanizmə ziyandır,
həm də israfçılıqdır.Gümrahlığı və xoşbəxtliyi gödən doldur-
maqda görən adamlar,sadəcə,“yemək alkaşları”dır. Belə adamın
özünə vurduğu zərbəni ona heç bir düşmən vura bilməz.
Belələrinin nəsibi mütəmadi halsızlıq, ağrılar,cürbəcür xəstəlik-
lər,şişman qarın,bütün bunların məntiqi nəticəsi olan tez qocal-
maq və tez ölməkdir.Həyatın mənasını çox yeməkdə və çox
içməkdə görən “kefcil” adamlar “harda qırılar-qırılar” prinsipi
ilə yaşayır,öz ömürlərini müntəzəm olaraq qısaldır və bu dünya-
dan tez köçürlər.Həm də həyatdan sürünə-sürünə,daima əzab
çəkə-çəkə köçürlər.Əlbəttə,necə yaşamaq və həyatdan necə
köçmək hər kəsin öz işidir.Bizim tövsüyələrimiz sağlam həyat
tərzi seçərək,yüz illərlə azar-bezarsız,şən və gümrah yaşamaq,
məhsuldar işləmək,sevinmək və ətrafdakıları da sevindirmək
istəyənlər üçündür.Atalar buyurub:sözünü qanana de.Qanan-
ların yadına salıram:çox yeyən-az yaşayır,az yeyən-çox.
111
ZƏNGİN SÜFRƏ NƏ DEMƏKDİR?
Yuxarıda “menyu sadə qidalardan tərtib olunmalıdır”
sözlərini yazanda toy-bayram süfrələrimiz gəlib gözümün
önündə durdu və mən böyük xəcalət hissi ilə düşündüm ki,
dünyanın heç bir ölkəsində süfrəni,xörəklərinin zənginliyi ilə
qürrələnən bizim millət kimi bəzəmirlər-nə var-dövləti başından
aşan super-dövlətlərdə,nə də geri qalmış cəngəllik dövlətlə-
rində.Ən varlı ölkələr də belə toyu bir-iki fujer şərabla başa
vururlar.Çünki toya “vurmaq”,qarınlarını doldurmaq üçün gəl-
mirlər,iki gəncin və qohum olan iki ailənin sevincini bölüş-
mək,bağlanan “ittifaqa” şahidlik etmək,çoxdan görmədikləri
dost-tanışla söhbət etmək üçün təmtaraqdan uzaq bu sadə
məclisə təşrif gətiriblər.Bizdə hər şey bambaşqadır.Bir vaxtlar,
bolşevik rejiminin yaratdığı “qadağanlar məkanında” yaşayar-
kən,billur və farfor qab-qacağı,xarici mebeli,az tapılan kitabı
bəzək predmetinə çevirən şənbazlar indi də,vəzifəsi şəfa vermək
və insanların sağlamlığını qorumaq olan qidaların təyinatını
dəyişiblər-geniş imkanlarını nümayiş etdirmək məqsədilə süfrə-
yə mümkün qədər çox ərzaq düzür,süfrəni “yolka” kimi
bəzəyirlər.Bu gün,əşya bolluğu mühitində,əşya yarışının yerini
“zəngin süfrə” yarışı tutub:”Sən öl,filənkəs bir süfrə açmışdı,quş
südündən başqa hər nə desən varıdı”.Bir quru tərifin naminə
nələr etmirlər!.. Süfrələrimiz günbəgün zənginləşir.Paralel olaraq,
evlərimizə hücum çəkən,bizi girdabına alıb uçuruma sürükləyən
azar-bezar seli də güclənir,ağrı-acımız artır,ömrümüz isə adekvat
sürətlə gödəlir.Çünki zəngin süfrə sağlamlığa xidmət etmir,
Əzrayilin dəyirmanına su tökür.Bu acı həqiqəti dərindən dərk
etmək üçün, gəlin birlikdə araşdıraq:zəngin süfrə nədir?
Zəngin süfrə-insanların dincliyini,qəlb rahatlığını
əlindən alan faydasız və səmərəsiz zəhmətdir.Bəllidir
ki,zəngin süfrə açmaq üçün çoxlu pul qazanmaq lazımdır.Hər
kəs-divar hörən bənnadan tutmuş,rüşvət alan geniş səlahiyyətli
məmuradək hamı öz sahəsində,gecəsini gündüzünə qatıb,çalışma
Dostları ilə paylaş: |