99
istifadə olunur.Boranı əsasən,ürək,böyrək,piylənmə,hipertoni-
ya,qəbzlik xəstəliklərinə qarşı səmərəli vasitədir.
Qarpız:Tərkibində S, PP, B
1
, B
2
vitaminləri,karotin,
pektin,kalium,karbohidrat zəngindir.Böyrək,ürək-damar(o cüm
-lədən,hipertoniya) xəstəlikləri vaxtı istifadə olunur,orqaniz-
mdən zəhərli maddələri çıxaran gözəl vasitədir.
Yemiş:Tərkibində 13 faiz şəkər,bolluca S,PP vitamin-
ləri,karotin,dəmir var.Qəbzlik,ateroskleroz,babasil,ürək-damar
və qan xəstəliklərinin müalicəsində istifadə olunur.Xatırla-
dırıq:yemişi bütün hallarda ayrıca qida kimi qəbul etmək
lazımdır. O, bir saatdan tez həzmə getmir.
QİDALANMAĞIN 20 ŞƏRTİ
Sağlam qidalanmaq qaydalarının ən ümdə tələbi-papi-
rosu və spirtli içkiləri rasiondan çıxartmaqdır.Yalnız bundan
sonra digər qaydalar haqqında danışmağına dəyər.Onlar
aşağıdakılardır.
1.Hər gün 2-3 litr çiy su içməyə vərdiş edin.Diqqət! Bir
ay yarım müddətində hər yarım saatdan bir 30 q çiy su içmək
gözəl müalicə metodu sayılır .
2.Heç vaxt canınız ağrıyarkən,zehni və fiziki halsızlıq
şəraitində,yorğun və hirsli halda,təlatüm içində və qızdırma
yüksək olanda qida qəbul etməyin.Bundansa qidadan imtina
etmək faydalıdır.Xatırladırıq: şüursuz saydığımız heyvanlar
halsız olanda,xəstələnəndə qidadan imtina edirlər.
3.Yalnız aclıq hiss edəndə yeyin.Yeməyə 10-15 dəqiqə
qalmış 200 q çiy suyu ilıq şəkildə qurtum-qurtum için.Bunu
həyat normasına çevirin..
4.Yemək vaxtı və yeməkdən dərhal sonra su içməyin.
Çünki su 10-15 dəqiqədən sonra mədəni tərk edir,özü ilə
bərabər mədə şirəsini də yuyub aparır.Bu da həzmolmanı
pozur.Suyu və şirəni tüpürcəklə islatmaq üçün onları qurtum-
qurtum, ağızda saxlaya-saxlaya için.Suyu meyvələrdən 30
100
dəqiqə,nişastalı qidalardan 2 saat,zülallı qidalardan 4 saat sonra
içmək faydalıdır.
5.Soyuq maye içmək və soyuq xörək yemək mədədə
enzimlərin(həzmedici şirələrin) fəaliyyətini dondurur.Mədə
normal hərarətə çatana qədər enzim ifraz etmir və nəticədə
mədə divarı zədələnir.Dondurma yemək-mədənin zərif toxu-
ması üzərinə buz parçası qoymaq kimi bir şeydir.
6.Çox isti çay içmək və çox isti xörək yemək də enzim-
lərin ifrazını dayandırır və mədənin zədələnməsinə səbəb olur.
7.Purin maddələri və kofe,çay,şokolad,kakao,ekstraktiv
ət bulyonları,hisə verilmiş ətlər toksik təsirə malikdir,mədədə
yüksək dərəcədə sidik turşusu yaradırlar.Rafinadlaşdırılmış şə-
kərdən imtina edin.Pulunuzu bala,qurudulmuş meyvələrə,şirin
meyvələrə verin.
8.Əsasən,çiy və təbii qidaları(meyvə,tərəvəz,şülul, tum-
lar,qoz,fındıq, püstə,badam və s.) yeyin.
9.Xörəkləri qarışdırmayın.Bir neçə növ xörəyin eyni
vaxtda qəbul edilməsi-həzmolmanı çətinləşdirir və qidaların
çürüməsinə gətirib çıxarır.Müxtəlif qidaları eyni vaxtda yemək
həm orqanizmə ziyandır,həm də cibə.Çünki mədə hər qida
növü üçün ayrıca şirə ayırır.Qidalar qarışanda-bir qida növü
həzm olunursa,digər növlər həzm olunmur,çürüyür,o biri qida-
ları da çürüdür.Yaxşı olar ki,səhər turş meyvə,günorta-nişasta,
axşam zülal yeyəsiniz.
10.Səhər yeməyini şirəli meyvələrdən başlayın. 2-3 qoz,
yaxud 5-6 fındıq(badam) əlavə etmək də yerinə düşər.Meyvəni
çiy,qabıqlı və tumları ilə bərabər yemək faydalıdır.Qış vaxtı,
çiy meyvə yoxdursa, quru meyvələrdən gen-bol istifadə edə
bilərsiniz.Bir daha yadınıza salıram:konservləşdirilmiş,duza
qoyulmuş və bişirilmiş meyvələrin,tərəvəzin cana heç bir
faydası yoxdur,əksinə,həm cana,həm də cibə böyük ziyanı var.
11.Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək
lazımdır.Gündə 3 dəfə qida qəbul edirsinizsə,2 dəfə salat yeyin.
Salatı 4-5 növ çiy tərəvəzdən hazırlayın.Onların hamısı fayda-
101
lıdır,ən çox faydalısı isə kök,kələm,kahı,ispanax,kərəviz,
şüyüd,xiyar,turp və yarpağı,göy soğan,pomidor,çuğundur və
yarpağı,cəfəri,sarımsaqdır.Soğanın çox olması zərərlidir.Göy
soğana üstünlük versəniz daha çox fayda alarsınız.
12.Təbii zülalların,yağlarin,vitaminlərin və mineral mad
-dələrin ən etibarlı daşıyıcısı olan qoz-fındıqdan,tumlardan
müntəzəm istifadə edən şəxsin ətə-yağa ehtiyacı qalmır.
13.Yağlardan mümkün qədər az istifadə edin.Yadda sax
-layın:yağların hamısı(kərə yağı,bitki yağı,qaymaq) həzmol-
manı yubadır,mədədə və bağırsaqda çürümə törədir.Evdar
qadınların nəzərinə:xörəyə yağı yalnız xörək tam hazır olan-
da çiy şəkildə əlavə edin.Xörək bişirərkən qazana 1-2 qida
növü tökün, onları mümkün qədər az qaynadın.
14.Bişmiş xörəkdən imtina edə bilmirsinizsə,xörəklə
bərabər salat yemək,təzə şirələr,itburnu,xurma,moruq və qara
qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhətdir.
Yadda saxlayın: çiy qida bişmiş xörəkdən 3 dəfə çox olmalıdır.
15.Bütün yeməkləri mümkün qədər çox çeynəmək və
ağız şirəsi ilə yaxşı-yaxşı islatmaq lazımdır.Onda qida yaxşı
həzm olunur,bu halda orqanizm həzmolma prosesinə az enerji
sərf edir.Bu da qəbul olunan qidanın həcmini və çəkisini 1,5-2
dəfə azaltmağa və az qidadan daha çox fayda götürməyə imkan
verir. Nəzərə alın:tüpürcək faydalı elementlərlə çox zəngindir.
Nişi kimi,P.Breqq də səhər yeməyini ixtisara salmağı,
gün ərzində 2 dəfə qidalanmağı məsləhət görürdü.Nişi yazır ki,
səhər çağı qida qəbul etmək vaxtı deyil, axşam yediyin qidanı
həzm etmək vaxtıdır.Bu elə vaxtdır ki, bədən özünü təmizləyir.
Yoğun bağırsaq axşam qəbul olunmuş qidanı həzm etməyə
təzəcə girişdiyi bir vaxtda,oraya yenidən qida göndərmək
axmaqlıq və israfçılıqdır.Axmaq və israfçı olmayın!..
16.Orqanizmə vaxtaşırı istirahət verin(buna “sanitar
saatı”, “sanitar gün” deyirlər).Çünki bağırsağın divarlarında
gün ərzində 3 kq-dan 25 kq-dək şlak (zir-zibil) toplanır.
Dostları ilə paylaş: |