38
Qoy,gözəl şüarlar, təmtəraqlı məruzələr səni çaşdırmasın.
Sənin can sağlığını səndən başqa heç kəs qorumayacaq, qorusa
da sənin kimi heç kəs qoruya bilməz.Vicdanlı və dərin bilikli
həkimlərin hamısı bir ağızdan deyir:hər kəs özünün həkimi
olmalıdır!
Soruşa bilərsiniz: sağlamlığımı necə qoruyum, onu itir-
mişəmsə, necə qaaytarım? Cavab verirəm
:natural gigiyenanın
köməyi ilə. O nəmənə şeydi?150 ildən çox yaşı olan bir faydalı
hərəkatla tanış deyilsiniz?..Gec deyil,gəlin tanış olaq.
Dərman müalicəsinin uğursuzluğu,bu zəmində baş
verən saysız-hesabsız qurbanlar insanları zaman-zaman yeni
yollar axtarmağa vadar edib.Nəticədə X1X əsrdə yeni bir
müalicə növü meydana çıxdı.Onu qədim Yunan Şəfa Allahı
Asklepeyin (Eskulapın) ikinci qızı Gigiyanın (onun barəsində
axırda) şərəfinə “Natural Gigiyena” adlandırdılar.Dərmanı tam
rədd edən yeni müalicə metodunun əsasını belə bir tezis təşkil
edir: Təbiət Qanunlarını mükəmməl öyrənərək, onlara dəqiq
əməl edərək,bədənin ayrı-ayrı orqan və sistemlərini deyil,
bütövlükdə orqanizmi(cismi və ruhu) elə formalaşdırmaq
lazımdır ki,Təbiətin özü tərəfindən vücudda yerləşdirilmiş
şəfaverici qüvvələr cismi və ruhu xəstəliklərdən qoruya bilsin.
“Natural Gigiyena” termini ilk dəfə 1856-cı ildə
Amerikada təsbit olundu.Bundan bir qədər əvvəl,yəni 1832-ci
ildə,o vaxt kimsəyə bəlli olmayan Silvestr Qrehem Nyu-York
şəhərinin sakinləri qarşısında böyük bir mühazirə ilə çıxış
edərək, bildirdi ki,XIX əsrin əvvəllərində Filodelfiyada çoxlu
insan həyatına son qoyan dəhşətli vəba epidemiyası “Bibliya
xristianları” sektası üzvlərinin birinin də burnunu qanatmadı.
Nə üçün? Yeganə fərq bunda idi ki, həmin sektanın üzvləri
heyvandarlıq məhsullarından istifadə etmirdilər, çay, spirtli içki
içmir, papiros çəkmirdilər.Bu hal Qrehemin iti ağlını çox ciddi
şəkildə məşğul etdi.Onun çıxartdığı nəticə hamı üçün
gözlənilməz oldu:
Natural Qidalar müalicəvi əhəmiyyətə
malikdir! Onu da əlavə edək ki, Qrehemin ardıcıllarından heç