Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
85 
"Əteyni" dedimvü "bilxitabi". 
Qıldım aluban nəzər beməktub
Gördüm yazılu kəlam beməhbub. 
Yaş ilən onun donu nəm olmuş, 
Qan ilən onun yüzi dəm olmuş. 
Çəkmişdi bəsi rəhi-bəid ol, 
Çıxmış zezəbani-müstəid ol. 
Nəzm ilə sözü bəhəm müqabil, 
Göftarı cəmi yerdə qabil. 
Yazılmış, əya əmiri-xuban, 
Dərd ilə ölür - mən, eylə dərman. 
Oldu qəmilən belim xəmidə, 
Rəhm eylə mənə, a nuri-didə. 
Ol dəm ki, mən ol cəmalı gördüm, 
Özümdən özümü xali gördüm. 
Biəqlü kəmalü huş buldum, 
Yüz dərdü bəlayə tuş buldum. 
Ol dəm ki, mən ol pəriyə baxdım, 
Canü dilimi ocaba yaxdım. 
Ol dəm ki, yüzünü gördüm anın, 
Qalmadı dəxi qərarı canın. 
Rəna bəzənib çü babə düşdi, 
Dil eşqilə dərdü dabə düşdi. 
Nomidi buluban əzdilü can, 
Məcnun kimi kuhlərdə üryan. 
Yox dəxi cahanda qəmküsarım, 
Səhradə geyiklər oldu yarım. 
Çox oldu könüldə fikr fasid, 
Qıldım bu yola Səbanı qasid. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
86 
Öz halımı ərzü faş qıldım, 
Yaşımla bitigni yaş qıldım. 
Bu vəchilə halım etdim elam, 
Şahlardan olur gədayə ənam. 
Göydən yer üzə yabır yabışlar, 
Qullar günah etsə şah babışlap. 
 
 
SÜXƏN ŞƏNIDƏNI-MƏŞUQ VƏ ITAB 
 KƏRDƏNI BABBAN VƏ SƏBARA 
 
(Məşuqənin Səbanı və Babbanı danlaması) 
 
Eşitdi bu sözü çün pəriru, 
Aydır, nə söz idi söylədin bu? 
Sən bilməmisən nə vəhşiyəm mən, 
Bihudə sözə nə yaxşıyam mən? 
Sən bilməmisən ki, mən nə nazəm, 
Söz əhliyəmü nə əhli sazəm. 
Sən bilməmisən gözüm nə gözlər
Könlüm dilər, eşidim nə sözlər? 
Sən bilməmisən ki, mən nə şahəm, 
Huri həşəmü mələk süpahəm? 
Sən bilməmisən ki, mən nə şuxəm, 
Kippigi-qaşı, yay ilə öxəm. 
Ol bilməz isə də sən bilürsan, 
Bu həsrəti bəs nədən qılursən? 
Vargil, degil ol, rəsulə gəlsin, 
Ol sözləri ta qəbulə gəlsin. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
87 
Kimdir görəyim gəlir buradan, 
Vaqif olayım bu məcaradan. 
Bir xoş, qulabını burayım mən, 
Yüzünə tapanca urayım mən. 
Ta görə əzabi-kuşimali, 
Başdan çıxara çürük xəyali. 
Öz naməsi tək qılam siyəh ru, 
Ta getməyə hərzə yerə hər su. 
Qayıtdı çu babibani-miskin, 
Yardan naümid, könlü bəmgin. 
Çün bu xəbəri səbayə verdi
Ol miskini yüz bəlayə verdi. 
Aydır: dedi, ol nigari-bədxu, 
Hey, hey, nə dedin, nə sözdürür bu? 
Mən xəndanu ol gəday xandan, 
Gün zərrə məqami ay xandan? 
Gəlsin dedi ol özü burayə,  
Şayəd ki, sözün ana yarayə. 
Hala yeri var özün qatına, 
Ərz eylə pəyami xadmətinə. 
Şayəd oxuya ki, namən ol yar, 
Bir vədəyi-vəslə qıla iqrar. 
Kim, namədə xoş kəlam vardır, 
Söz yaxşılıbı tamam vardır. 
Bir müstəidin şüarıdır ol, 
Rəhm edib apara könlünə yol. 
Allaha Səba qılıb təvəkkül, 
Yeridi rəvanı bitəəllül. 
Görsətdi səlamü izzü ikram


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
88 
Istərdi kəlamın edə elam. 
Öpdü ədəbilə bu səfani, 
Ol sərvi səhi çü gördi oni, 
Sordu, nə gərək, ey hərzə mərzə, 
Kim dedi sana ki, gəl bu mərzə? 
Ayıdır ki, əya şəhi-zəmanə, 
Yüz sürməyə gəldim asitanə, 
Nəvvabü qapuçuvu süpəhdar, 
Qəsd etdi Səbayə cümlə yekbar. 
Kim öldürübən həlak edərlər, 
Xəncərlə tənini çak edərlər
Qaxıdı Sənəm oları, varın, 
Der, mən verəyim cəzayi-karın. 
Məcnun çanabın uşatdi Leyli, 
Bil kim, var idi onunla meyli. 
Gər aşiq olursa eşqə sadiq, 
Məşuqi qılır özünə aşiq. 
Əlqissə, sözüni guş qıldı, 
Bəs cami-itabi nuş qıldı. 
Yırtdı əlidən alıb kitabın, 
Saydı yüzünə üyubi babın. 
Eybini varın şümar qıldı, 
Gül yüzlü Səbani xar qıldı. 
 
 
 
 
 
 
 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
89 
 
 
BAIB ŞOMORDƏNI-MƏŞUQ SƏBARA BEDƏŞT 
 
(Məşuqənin Səbanı qovması) 
 
Aydır, niyə gəldin, ey qədəmsiz! 
Bisəbtü səbat, kal, ədəmsiz. 
Ol sən ki, məkanü millətin yox, 
Biçarələr üstə heybətin yox. 
Yox səndə vüqarü qeyrətü ar, 
Tü, yüzünədir, nə yerdə kim var. 
Kim qarşuna varsa gözün örtər, 
Ancaq nə gözün ki, üzün örtər. 
Şaxlar çiçəyin yerə tökərsən, 
Abac budabın iki bükərsən. 
Saru qıluban nihal bənzin
Süst etdi dəmin hilal bənzin. 
Yol kəsmək işin bu zirvələrdə, 
Qoparma könülnü kirvələrdə. 
Məsturələrin açıb hicabın, 
Əldən Sənəmin qapan kitabın. 
Girən çü dilənçi hər qapudən, 
Görməz gözün əmatək səbudən. 
Yüzündə savux, qoxunda nikbət, 
Hər dəmdə sözün yalanü qeybət. 
Bir para abacları yıxırsan, 
Mərdüm gözünə tütün taxırsan. 
Damular odunu yandıransan, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
90 
Sirlərin açıb utandıransan. 
Yaman gün olur dəm ol qiyamət, 
Sən olasısan ona əlamət. 
Əzziri zəmin qılasısan cuş, 
Aləmni qılıb xərabü mənquş. 
Çox eyləmə hərzə yepə kəf-küf, 
Şəm ilə çırabı qılma püf-püf. 
Savux toxunub, səbük qaçırsan, 
Örtüklü eyibləri açırsan. 
Gah məbrəz ara qəbih olursan, 
Gah məqəd içində rih olursan. 
Gah saiqələr turur tozundan, 
Gah fəlsəfə dersən öz-özündən. 
Hərzə yerə laflər urarsan, 
Topraq ilə küli savurarsan. 
Yüz eyblə kim, bu şöhrətin var. 
Yüz şöhrətilən nə hörmətin var. 
Tez yeri, var, ol gədayə söylə, 
Məndən təmə etmə, vayə, söylə! 
Ol göndərənin sana durur xas, 
Kim, əmiyə əma, xas ba xas. 
Yoxsa səni mən bir işə saləm, 
Fəryadın üniylə dola aləm. 
Məndən yeri var qılma çox toz, 
Sorgil işinivü satmagil qoz. 
Bir zərrə odu salıb cahana, 
Odlarsan ulusu yana-yana. 
Dəryadə gəmilər azıdarsan, 
Görər gözə tozu tozudapsan. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə