Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
62 
Qulluqda durur mütii-fərman. 
Sərv anun üçün ayaba durmuş, 
Xublar qamu solu saba durmuş. 
Gül yüzü qızarmış infəaldan, 
Bənövşə yerə baxır məlaldan. 
Nərgizlər önündə cam tutmuş, 
Bülbüllər oxur nizam tutmuş. 
Əflak yüzündə kaxü-eyvan, 
Bir təxt-nəcadə bürcü Keyvan. 
Gül yastanuban nigar oturmuş
Qanlardan əli nigar oturmuş. 
Əzbərgi səmən sərir təxti, 
Gül kimi güşadə ruyi-bəxti. 
Məhlər qamusu ayaba durmuş, 
Kimi sola, kimi saba durmuş. 
Çakərlər içində şahnisbət, 
Kövkəblər içində mahnisbət. 
Şahlar qamusu yanında növkər, 
Yusif yüzünə bulami-kəmtər. 
Iskəndər ona bir ayinədar, 
Darab qatında bəndəkirdar. 
Cəmşid onun piyaləgiri, 
Cəm bəzmi-şərabının əsiri. 
Yüz qeysər ona qulami-Rumi, 
Rüxsarı günəşmi yoxsa rumi? 
Əngüştəridar ona Süleyman
Insanü pəri sözünə fərman. 
Bir zərrə yüzi qatında xupşid, 
Bir ləmə camal qatında Nahid. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
63 
Peyvəstə qılır itabü nazi, 
Dəstində inani-səpfərazi. 
Durdu, yeridi çəməndə rəna, 
Başından əyabə candır əza. 
Gül qönçəsitək niqab üzündə, 
Məh kimi həzap tab üzündə. 
Heç kimsə onun yanına varməz, 
Heç mərdüm onun yüzüni görməz. 
Dobru baxanın alırdı canın, 
Gözü görənin tökərdi qanın. 
Çün gördüm onu bu səltənətdə, 
Eyvani-kəmali-mənzələtdə. 
Vəhşət ətəyini tutdu könlüm
Öz halətini unutdu könlüm. 
Dedim ki, dirib, neyləyim ah! 
Mən zərrə ilən nə nisbət ol mah? 
Ol gögdə yerip, bən də bərxak, 
Bu xak necük yetər beəflak? 
Mən bir qulam, ol bir ulu sultan, 
Sultan ilə qul məqami xandan?! 
Bu gücləri mana eşq qıldı, 
Bu vərtəyə canı eşq saldı. 
Fəryad ilə ah eşq əlindən! 
Ömr oldu təbah eşq əlindən! 
Eşqi anuban şikayət etdim, 
Bəm şərhini binihayət etdim. 
 
 
DƏR SIFƏTI-ATƏŞI-EŞQ 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
64 
 
(Eşq atəşi) 
 
Eşq odu yamandır, ey xirədmənd 
Bu bənddə dolaşmagil, eşit pən 
Eşq ubraşır olsa kuhi-Qafə, 
Ənqa ilə Qafi salə lafə. 
Gər eşqi görərsə nöh fələklər
Çərx üzrə fələk yana mələklər, 
Gər eşqin odu düşər zəminə, 
Suzi yetə ərzi-həftüminə. 
Bir zərrəcə eşq canə düşsə, 
Ya rəklər içində qanə düşsə, 
Bir dəm tən içində durmaya can
Həm rəglər içində xuşk ola qan 
Gəp atəşi-eşq başa düşsə, 
Bir zərrəcə suzi daşə düşsə, 
Qatlanmaya ona, çatlaya daş, 
Meydani-həvadə oynaya baş. 
Gər atəşi-eşq dilə düşsə, 
Bir qətrəcə bəhpi-Nilə düşsə. 
Bir ləhzədə oda yana dillər 
Hər qatda quruya bəhri-Nillər. 
Gər eşqin odu düşərsə bəhrə, 
Səbr etməyə bəhr, uş, bu qəhrə. 
Ol oddur odu çıxardı daşdan 
Əqli, gəlicək apardı başdan 
Ol oddur o, kim, Xəlili Nəmrud, 
Ba məncanaq atdı ona çün dud. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
65 
Eylərdi ol od Xəlili möhrəq, 
Yanar günü deməsəydi ya həq. 
Ubraşdı ol od beqəlbi-Məcnun, 
Fərhadi qəm ilə qıldı məhzun. 
Vətfindən onun yetərdi neylər, 
Fərhadə son ucu gör ki, neylər. 
Oldur ki, ona sataşdı həllac, 
Mahmud misalı sahibi-tac. 
Bir darə birini mənzər etdi, 
Bir qula birini çakər etdi. 
Oldur ki, ona yaxıldı Yəqub, 
Həm çəkdi onun bəlasın Əyyub. 
Ablatdı birini kur qıldı, 
Birni bu yola səbur qıldı. 
Bir oda sataşdı Şeyx Sənan, 
Həm cani-3üleyxa Misrə sultan. 
Ol birini kafər etdi bidin. 
Ol biri şah ikən oldu miskin. 
Bu eşqilə kim əsir buldum, 
Dər vəqti-cavani pir buldum. 
Qalmadı dəxi tənimdə taqət, 
Qəsd etdi mənə hücum firqət. 
Eşq oduna bir rəvayət etdim
Adın dutuban şikayət etdim. 
 
 
 
 
 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
66 
ŞER BE RƏSMI ŞIKAYƏT ƏZ EŞQ 
 
(Eşqdən şikayət) 
 
Ey canü dili xərab edən, eşq, 
Üşşaqi kəm əztürab edən, eşq! 
 
Odlara salıb fəpabət əhlin, 
Yaxıb, cigərin kəbab edən, eşq! 
 
Məşuqə müdam içmək üçün, 
Dillər qanını şərab edən, eşq! 
 
Divanələpin tutub təpiqin, 
Tərki vərəü səvab edən, eşq! 
 
Bir zərrə təki vücudə düşsə, 
Məşhur çü afitab edən, eşq! 
 
Dünyadə hər əhli-xani-mani, 
Biməskənü xürdü xab edən, eşq! 
 
Zöhd əhli süal edəndə hər dəm, 
Min höccətə bir cavab edən, eşq! 
 
Məşuqə saruyə baxsa aşiq, 
Bəxti-siyəhin niqab edən, eşq! 
 
Bir dəmdə Xətai xəstəhalə, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
67 
Səd nazilə min itab edən, eşq!.. 
 
 
DIDƏNI-BABBAN AŞIQRA 
VƏ AZAD KƏRDƏN 
 
(Babbanın Aşiqi azad etməsi) 
 
Bu vəhşət ilən ki, baxar idim 
Vəhşətdə könülnü yaxar idim. 
Nomid bulub könül pərişan, 
Giryanü nəzarü sinə büryan. 
Nagəh, yoluxdu babibanı, 
Bab saxlamaba qomuşdu anı. 
Pünhani yeridi gəldi qarşu, 
Aydır, sorayım nə kişidir bu? 
Kim munda əqillü kimsə gəlməz
Bu dəli məgər özünü bilməz? 
Xişm etdi, itabilən yeridi, 
Həddin tanıgil, mana, der idi. 
Çün yetdi mana, səlam qıldım, 
Öz dərdi-dilim tamam qıldım. 
Nə baxdı səlamə, nə kəlamə, 
Nə alqışıma, nə xud duamə. 
Bir yumrub urub qafamə möhkəm, 
Başıma dəxi yetirdi üç bəm. 
Usum yeridi, bulandı beynim, 
Öz yolunu görməz oldu eynim. 
Der: kimsən, aya, xəsisi-bədru? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə