Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
44 
 
Ayabı tozunda ol sərvi-rəvanın, ey könül, 
Vermək üçün can mühəyya qıldıbın yəni ki, nə? 
 
Sidpə birlən müntəhayə qəddini təşbeh edib
Qədpini "Vətturi-Sina" qıldıbun yəni ki, nə? 
 
Istər idim qurtulam gəldikcə bir-bir qüssədən, 
Günbəgün dərdim müsənna qıldıbın yəni ki, nə? 
 
Eşigində binəvayə iltifatın kəm qılub, 
Hüsn ilən özünü bərra qıldıbun yəni ki, nə? 
 
Ey Xətai, xak ilən yeksan olub, ol mah üçün, 
Əzmi-sevdayi-Sürəyya qıldıbun yəni ki, nə? 
 
 
* * * 
 
Ol - Əlif qəddinə münzəl gəldi xətti-üstiva, 
Be - Bulundu qamətin vəsli vüsali-müntəha 
 
Te - təbarək söylədi hər kim ki, gördü hüsnini, 
Se - səyaqətlə yazılmış alnınızda Gafü ha. 
 
Pe - pak et nəfsini ta kim bulasan nurini, 
Çim - çək cürmini hər nə gəldi isə ver riza. 
 
Ce - cəmalin mənisin hər kim sorarsa bir nəfəs, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
45 
Hə - həyat axar ləbindən, ya Məhəmməd Mustəfa. 
 
Xe - xəbər ver gəl nə yüzdən oxunur ismin sənin? 
Dal - dəlili-övliyasən, ya Əliyül-Mürtəza. 
 
Zal - zakirdir şular kim, daima zikrün edər, 
Re - rəqiblər zəhrin içmiş ol Həsən, xülqi-Riza. 
 
Ze - zəminin Kəbəsin hər kim görərsə bir nəfəs, 
Sin - sənsən aləm içrə, ey Hüseyni-Kərbəla. 
 
Şin - şəhid et canını 3eynəl-Ibadin eşqinə, 
Sad - səfayi-Baqirə irmək dilərsən taliba. 
 
Zad - zadin mənisin Cəfər bulubdur bil tamam
Te - təriqət içrə sənsən, ya imami-rəhnüma. 
 
Zay - zalimdir şular kim, zalimə zülm etdilər, 
Eyn - inad edəndilər şunlara der ruzi-cəza. 
 
Beyn - beyri biləməm mən, hər nə kim, görsəm bu gün, 
Fa - fəzlüllah sənsən, ya Əli Musa Riza. 
 
Qaf - qiyamət məhşərində şah Təqiyü ba Nəqi, 
Kaf - kəramət mədənində ol Həsən Əskər liqa. 
 
Lam - ləlin cəm edibdir ləşgəri-aşiqləri
Mim - Mehdi sancabıdır sancabi-sahibləva. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
46 
Nun - nüzuli-qaşlarına qılmayan candan sücud, 
Vav - vüsalin firqətindən ablaram mən dəmbəda. 
 
He - həva dövranların taətləri külli-riya, 
Lam - əlifladən göründü dərdinə çün kim, dəva. 
 
Ya -yüzün nurin görəldən bu Xətai xəstədir
Xanədani-Müstəfani mədh edər sübhü məsa. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
47 
 
RÜBAI, QITƏ VƏ TƏK BEYT 
 
 
Ta badeyi xoşgüvar var, ey saqi, 
Ta vardır əlində ixtiyar, ey saqi, 
Bir dövr elə ki, dövpü dolanmış dövran 
Nə badə qoyar, nə badəsar, ey saqi! 
 
* * * 
 
Bu Xətai bəndənin gör halını, 
Kim, yolunda qoydu başü malını, 
Pürgünahəm, tənə qılma zahida 
Bəndəsinün həq bilür əmalını. 
 
* * * 
 
Eşq dəryasında qəvvas olmasan mərdanəvar, 
Keçmə namərd körpüsündən, qoy aparsın su səni. 
Dün bənövşə seyr edə göpdüm nihani gəşt edər 
Dilbərim əgninə göymiş bip qəbayi-sysəni. 
 
* * * 
 
Gələn birdir, gedən birdir, qalan bir, 
Haman birdir, haman birdir, haman bir. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
48 
 
ƏLAVƏLƏR 
 
Ey müsəlmanlar, əsiri-zülfi yarəm dobrusi, 
Bu siyahkarın əlində biqərarəm dobrusi. 
 
Derdim, ol dilbər yanında etibarım var mənim, 
Yoxladım etdim yəqin, bietibarəm dobpusi. 
 
Bir quru candan nolur, qurban edim cananimə, 
Ol pəriruxsaridən, çox şərmisarəm dobrusi. 
 
Şah Xətai seyrə çıxdı, açdı hürrün qəbrini, 
Bar-ilahi, əfv qıl kim, tövbəkarəm dobrusi. 
 
 
* * * 
 
Qatı müştaq idim sən məhliqayə, 
Gözüm gördü, könül düşdü xətayə. 
 
Şu dəmdən kim, sənin gördüm cəmalın, 
Giriftar olmuşam yüz min bəlayə. 
 
Düşübdür ənbər-əfşan kakilindən, 
Sənin ta ol güli-həmrayə sayə. 
 
Mənim vayəmi ta verməzsən, ey dust, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
49 
Salıbsan aşiqi ah ilə vayə. 
 
Xətali qulunam, rəhm eylə ey yar, 
Xətaini buraxmagil xətayə. 
 
 
* * * 
 
Sübhdəm gülzar içində çaldı bülbül ərbənun, 
"Əyyühəlüşşaq, qumu innəküm layəsməun" 
 
Ərbəvan tutmuş piyalə, nəstərən doldurdu cam
Mütriba, çal nəbməni, "La əyyiküm müstəbfipun" 
 
Hüsn ruyun, hər görəndə afərin təslim edər, 
"La bişeyin əhsənün inna qəlilən təşkürun" 
 
Gözlərün sərxoş olanda badələrlə qan içər, 
Ziri-ləb saqi deyər həm dəm "Vəlahüm yəhzənun". 
 
Şah Xətai dust yolunda təslim etdi canını, 
Sən görərsən hər olan "Inna ileyhi raciun". 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
50 
 
DƏHNAMƏ 
"SIFƏTI-GÜLŞƏNI-BAHAR" 
 
(Baharın tərifi) 
 
Qış getdi, yenə bahar gəldi, 
Gül bitdivü laləzar gəldi. 
Quşlar qamüsu fəbanə düşdü, 
Eşq odu yenə bu canə düşdü. 
Yer geydi qəbayi-xizrpuşan, 
Cümlə dilə gəldi ləbxəmuşan. 
Sərvin yenə dutdu damənin su, 
Su üstə oxudu faxtə gu-gu. 
Qönçə dəhəni çəməndə xəndan, 
Gülməkdən ənar açıldı dəndan. 
Bülbül oxudu süfati-hicran
Dəryadə dür oldu əbri-neysan. 
Durna uçuban həvayə düşdü, 
Laçın aluban ovayə düşdü. 
Alma abacı dibində sayə, 
Tən eyləridi bulud da ayə. 
Yaşın yepə tökdü əbri-neysan, 
Bülbüllər oxudu səd həzaran. 
Mey bəslədi calə hər vərəqdə, 
Turac kitab oxup təbəqdə 
Qum-qum, der idi abacda qumri. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə