Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   ...   20   21   22   23   24   25   26   27   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
152
Bir vəchilə nəzmin eyləsin, der, 
Dürtək qulabımda eyləsin yer. 
Bu sözləri çün eşitdi guşim, 
Qalmadı qərarü səbrü huşim. 
Daldım gözüm içrə həmçu bəvvas, 
Aldım düri-pakü gövhəri-xas. 
Yaşımdan alıb əqiqi-gülgün, 
Yüzüm təbəqin pür etdim əz-xun. 
Nəzm etdim o dəmdə neçə əbyat, 
Fikr etdim ana həzar kərrat. 
 
 
ŞER ƏZ ZƏBANI-AŞIQ VƏ  
NƏHC TƏLƏBI-MƏŞUQ 
 
(Aşiqin Məşuqəyə şer hədiyyəsi) 
 
Xoş dəm ki, bu cismü can qavışdı, 
Canan ilə həm cahan qavışdı. 
 
Bu gün durur ol ki, xəstə Yəqub, 
Yusifdən azub, rəvan qavışdı. 
 
Bu gecədir ol ki, təşnə Xızrə, 
Heyvan suyu nagəhan qavışdı. 
 
Bu dün odurur ki, fəxri-aləm, 
Ba-həzrəti-laməkan qavışdı. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
153
Adəmlə bugün buluşdu Həvva, 
Yüz cəhdilə dər-cəhan qavışdı. 
 
Oldur bu gecə ki, əhli-iman, 
Uçmaqilə cavidan qavışdı. 
 
Fərxəndə zaman ki, dilbərinə, 
Ölmüş tənilə çü-can qavışdı. 
 
Şükr eylə, Xətai, kim səninlə, 
Ol şahidi-mehriban qavışdı. 
 
 
TƏVƏCCOH KƏRDƏNI-AŞIQ 
BƏSUYI-VƏSLI-MƏŞUQ 
 
(Aşiqin vüsala yetişməsi) 
 
Qıldım yazuban sözü vərəqpuş, 
Biəql yeridim onda bihuş. 
Şad idi, vücudim oynar idi, 
Can həsrət odunda göynər idi. 
Səbr etməz idi tənimdə canım, 
Axmazdı həvəslə rəkdə qanım. 
Bapmazdı ayaqlarım zi-həsrət, 
Görməzdi gözüm yolu zi-heyrət
Xoş yoldur o, kim, ulaşa ba-yar, 
Mənzur ola anə ruyi-dildar. 
Xoş varə qədəm bə-suyi-dilbər. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
154
Mənzil ona bula kuyi-dilbər. 
Bixud yerir idim edib əfban. 
Əz-buyi-şərabi-vəsli-canan. 
Tən cani yetirdi hər necük var, 
Gördüm çü pəri bə-səhni-gülzar. 
Bir şəkl göründü bir şəmayil, 
Əqlim ilə huşum oldu zayil. 
Bi-səbrü qərarü huş düşdüm, 
Qıldım meyi-vəsli nuş, düşdüm. 
Dilbər yanıma gəlib oturmuş, 
Nazik dizinə başım götürmüş. 
Vermiş ləbin abzıma çü-sordum, 
Açdım gözümü yüzünü gördüm. 
Başdan yenə getdi, ah edib, əql, 
Həm huş yerindən eylədi nəql. 
Əmzirdi ləbi-pür əz-həyati, 
Tapdı yenə dil pür əz-nicati. 
Şirin dodaqilə toxdadı can, 
Ölərmi içənlər abi-heyvan? 
Açdım yenə çün gözümnü nagah
Göpəndə dedim ki, həmdülillah. 
Bu, sənmisən, ey nigari-məhru?! 
Ta xeyli-xəyalım olmasın bu! 
Vəslin anuban ola könül xoş, 
Mənidə xəyal ola əlim boş. 
Bihuş könül çü gəldi bahuş, 
Aldım onu can kimi dərabuş. 
Kam aldı bu dil bə-buseyi-çənd, 
Ləlindən əmirdi şəkkərü qənd. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
155
Gəh yüzün öpüb, gəhi ləbanın, 
Gəh ləlin əmib, gəhi zəbanın. 
Gəh zülfin edirdim əldə dəstə
Gəh said olub, gəhi xocəstə. 
Gəh abzım ilə dutub dilini, 
Gəh qolum ilən qucub belini. 
Gəh hüsni təki vüsalə məbrur, 
Gəh çeşmi misali məstü məxmur. 
Gəh payinə döşüyüb yüzümnü, 
Gəh heyrətilən görüb özümnü. 
Gəh sinə qoyub bu sinəsinə
Ikram edər idi sinə-sinə. 
Gəh zülfi təki öpüb əyabın, 
Dişlib çü-məkəs gəhi dodabın. 
Gəh qucar idim belin kəmərvar, 
Gəh dişlər idim dilin səmərvar. 
Gəh kəfşinə can olurdu qurban, 
Gəh yaşım ona gedirdi bəltan. 
Gah boynuna qollarım edib piç, 
Ləlin qıc edib dəhaniyi miç. 
Gəh qaşına can olurdu qurban, 
Gəh oxuna cism olurdu qalxan. 
Gəh tökər idi du didə Ceyhun
Dişlib dodabın, olurdu pürxun. 
Gəh ruzi-fəraqi fikr edərdim, 
Gəh vəsli gününə şükr edərdim 
Gəh zülfi təki boyundan aslı, 
Gəh kəfşi təki ayaqda yaslı. 
Gəh hali-dilim qılıb təfəkkür, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
156
Derdim neçə beyt dər-təhəyyür. 
 
 
ŞER ƏZ ZƏBANI-AŞIQ BƏR 
VƏCHI-TƏHƏYYORI MƏQAMI-VƏSLƏT 
 
(Aşiqin vüsal zamanı heyran olması) 
 
Can xoşdur əgər buluna canan
Qul xoşdur əgər yetər be-sultan. 
 
Aşiq, nə xoş ola hicr əlindən, 
Qurtulavü yara ola mehman. 
 
Gər, dönsə fəraqə vəslət, eyvay! 
Xoşdur ki, vüsalə dönsə hicran. 
 
Xoşdur qəm içində piri-məhzun, 
Taki yetə ona xub-Kənan. 
 
Xoş bula qaranbu gecələrdə, 
Gözünə tülui-mahi-taban. 
 
Ya zülmət əra qalan Sikəndər, 
Xoş buldu zülali-abi-heyvan. 
 
Bəm yemə, Xətai, şad bol kim, 
Mehrilə vüsalə döndü hicran! 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
157
 
MƏSNƏVI 
 
Ol gül kim, ona dil oldu bülbül, 
Gülzari-rüxündə varə nür gül. 
Ol şuxə ki, can olurdu Fərhad, 
Şirin dodabından aldı yüz dad. 
Ol yarə ki, əql olurdu Məcnun
Uş Leyli saçına oldu məqrun. 
Pərvanə idi o şəmə bu can, 
Bir tab rüxündən oldu büryan. 
Ol mahə ki, can müştəridi, 
Vəslət gecəsində xoştər idi. 
 
 
TƏHSIN KƏRDƏNI-MƏŞUQ 
SƏBRI-AŞIQRA HICRAN VƏ FƏRAQ 
 
(Məşuqənin Aşiq səbrini tərif  
etməsi, hicran və fəraq) 
 
Təhsinim edirdi ol pəriru, 
Çəkdinmi fəraq dərdi, qaybu? 
Zar etdi səni bu ruyi-çün gül
Gül görməsə səbr edərmi bülbül? 
Bir babda qurur zitabi-hicran, 
Gər, içməsə səbzə abi-bapan. 
Halın nə ləbimdən ayru, miskin? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə