Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə125/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   121   122   123   124   125   126   127   128   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi  

ƏLAVƏ 8A 

 

Dekabr 2011                                                                                                                                                            8A/6 



Yekun variant

 

 



ŞAHDӘNİZ2 İNFRASTRUKTUR LAYİHӘSİ ÜZRӘ  

Әtraf Mühit vә Sosial Sahәyә Tәsirin Qiymәtlәndirilmәsi (ӘMSSTQ)   

İCMALAR İLӘ GÖRÜŞLӘR 

GÖRÜŞÜN

 

PROTOKOLU

  

 

 

Görüşü 



keçirәn 

şәxs: 

Qivami Rәhimli 

 

Yeri: 

Sәngәçal terminalı 

әtrafındakı icmalar  

Әzimkәnd -26 oktyabr 

2011 

Sәngәçal - 26 oktyabr 



2011 

Ümid - 28 oktyabr 2011 

  

Tәşkilatçı:   BP Azәrbaycan, Әlaqәlәr vә 

Xarici İşlәr departamenti 

 

 

 

Protokolu 



hazırladı: 

Bill Boulton, Әli Әliyev  



Görüşün 

tarixi: 

 

26, 28  oktyabr 2011 



İştirakçılar 

BP 

nümayәndә-

lәri: 

 

1.    Qivami Rәhimli, Davamlı Inkişaf Departamenti  

2.    Bil Bolton, ŞD2 әtraf mühit vә әmәyin tәhlükәsizliyi üzrә menecer  

3.    Hәbibә Bağırova, ST-nin әtraf mühit mәsәlәlәri üzrә baş mәslәhәtçisi

4.    Rüstәm Hacıyev, ST-nin sağlamlıq mәsәlәlәri üzrә mәslәhәtçisi  

5.    Әli Qәmbәrçayev, ST-nin Tәhlükәsizlik Xidmәtinin meneceri 

6.    Әli Әliyev, Xarici işlәr üzrә mәslәhәtçi 

7.    Şәhla Seyidova, Sağlamlıq mәsәlәlәri üzrә mәslәhәtçi 

 

 

Podratçılar:   

    QHT: Rasim Cәfәrquliyev, “Ümid” QHT 

 

1.  İlqar Yarmәmmәdov (Azfen) 



2.  Fәxrәddin Әlimәrdanov, “Rovşәn-Oğuz” şirkәtinin insan ehtiyatları 

üzrә direktoru 

3.  Cavidan Әsgәrov, “Rovşәn-Oğuz” şirkәtinin SӘTӘM üzrә mәslәhәtçisi

4.  Yusif Hacıyev, “Barama” inşaat xidmәtlәri şirkәtinin baş meneceri 

 

 

 

Әzimkәnd icmasında görüş (“AzFen” şirkәtinin nümayәndәsi iştirak edib) 

İ

ŞTIRAKÇILARIN 

S

AYI 

:

 

15 

 

GİRİŞ 

QİVAMİ RӘHİMLİ TӘRӘFİNDӘN TӘQDİMAT 

 

BP  şirkәtinin nümayәndәsi görüşü açıq elan etdi vә BP-nin Sәngәçal terminalı (ST) layihәsi, 

onun faydaları vә әtraf mühitә tәsiri barәdә mәlumat verdi. O, hәmçinin ST-nin Azәrbaycan 

Respublikası üçün vә BP-nin Azәrbaycandakı  fәaliyyәti üçün strateji әhәmiyyәtini izah etdi. 

Sonra BP nümayәndәsi icma üzvlәrinә  Şahdәniz yatağının tammiqyaslı  işlәnmәsi layihәsi vә 

onunla bağlı Sәngәçal terminalı әtrafında aparılacaq genişlәndirmә işlәri barәdә qısa mәlumat 

verdi. O, iştirakçıları  ŞD2 infrastruktur layihәsi üzrә  ӘMSSTQ layihәsi vә 2012-ci ilin yanvar 

ayından başlayaraq 18 ay әrzindә  hәyata keçirilmәsi planlaşdırılan infrastruktur fәaliyyәtlәri 

barәdә  mәlumatlandırdı. Sonra, o, ŞD2 infrastruktur layihәsi üzrә  ӘMSSTQ sәnәdinin 

nüsxәlәrini, elәcә  dә icma üzvlәrinin öz rәy vә  şәrhlәrini bildirmәlәri üçün hazırlanmış 

formaları nümayiş etdirdi. Vurğuladı ki, 30 noyabr 2011-ci il tarixinә qәdәr ӘMSSTQ sәnәdinin 

qısa xülasәsi vә rәy vә şәrhlәr üçün formalar İcma Mәlumat Mәrkәzindә qoyulacaq. Görüşün 




Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi  

ƏLAVƏ 8A 

 

Dekabr 2011                                                                                                                                                            8A/7 



Yekun variant

 

aparıcısı onu da xatırlatdı ki, görüşdә podratçıların – “



AzFen”, “Rövşәn-Oğuz” vә “Barama” 

şirkәtlәrinin dә nümayәndәlәri iştirak edir. 

 

Sonra icma üzvlәri  әtraf mühitlә bağlı onlarda narahatlıq doğuran mәsәlәlәr vә  şirkәtdәn 



gözlәdiklәri mümkün dәstәk barәdә suallar vermәyә başladılar. 

 

Suallar (icma üzvlәri)

Qazın yandırılmasından meydana çıxan alov yaxınlıqda yaşayan insanları narahat edir vә ötәn 

aydan etibarәn alov daha da artıb. Bunun sәbәbi nәdir? 



Cavab (BP nümayәndәsi): 

Hazırda biz “Mәrkәzi Azәri”dә qaz boru xәttindә sualtı texniki xidmәt işlәrini hәyata keçiririk. 

Bu, bütün qurğuları normal işlәk vәziyyәtdә saxlamaq üçün aparılan planlı texniki xidmәtdir. 

Biz qazın nәqlini dayandırdığımız zaman borularda çoxlu hәcmdә qaz qalır ki, bunu da mәşәl 

qurğusunda yandırmalı oluruq. Ona görә dә mәşәldә alovun artması zәruridir, әgәr qaz 

mәşәldә yandırılmasa,  texniki tәhlükәsizlik problemlәrin meydana gәlmәsinә vә potensial 

olaraq partlayış baş vermәsinә sәbәb ola bilәr. Biz insanların sağlamlığına potensial tәsiri 

müәyyәnlәşdirmәk üçün icma әrazilәrindә gündüz vә gecә vaxtları sәs-küyün monitorinqini 

aparmışıq. Nәticәlәr göstәrir ki, gecә vaxtı sәs-küy sәviyyәsi tәkcә Ümid qәsәbәsindә azca 

artmışdır vә buna sәbәb magistral yoldakı (Bakı-İran) nәqliyyatın hәrәkәtinin yaratdığı daimi 

sәs-küy, havadan keçәn elektrik xәtlәri vә yolun yoxlanılması zamanı qatarlardan gәlәn siqnal 

sәsidir. 

 

Sual (icma üzvü): 

Mәn hesab edirәm ki, alovun tәsirinә görә yerli әhaliyә kompensasiya verilmәlidir. Biz nәfәs 

alarkәn hәmin havanı uduruq. Әgәr siz bizim qәbul etdiyimiz qidaları  vә ekoloji vәziyyәti 

müqayisә etsәniz, mәruz qaldığımız sağlamlıq risklәrini başa düşә bilәrsiniz. 



Cavab (BP nümayәndәsi): 

Biz mәşәldә yandırılan qazın hәcmini azaltmağa çalışırıq. Adәtәn, ARDNŞ-ә  tәxminәn 

10000000m

3

  hәcmindә qaz tәchiz olunur ki, bu da Qaradağ  vә digәr rayonları qazla tәchiz 



etmәk üçün qaz şәbәkәsinә paylanılır. Biz sistemli şәkildә  Sәngәçal terminalı  әtrafında 

havanın keyfiyyәtinin vә  sәs-küyün monitorinqini hәyata keçiririk. Nәticәlәr göstәrir ki, 

havadakı çirklәndirici maddәlәrin miqdarı vә sәs-küyün sәviyyәsi yolverilәn beynәlxalq vә milli 

standart göstәricilәrdәn artıq deyil. Hәmçinin Ekologiya vә  Tәbii Sәrvәtlәr Nazirliyi dә bizim 

fәaliyyәtlәrimizә  nәzarәt edir vә biz bu standartlardan kәnara çıxdığımız tәqdirdә, onlar 

şübhәsiz ki, bu barәdә bizi xәbәrdar edәrlәr. 

 

Sual (icma üzvü): 

BP şirkәtinin әvvәlki görüşlәrdә yerli sakinlәri işlә tәmin edәcәyini vәd etdiyinә baxmayaraq, 

bizim әksәriyyәtimiz terminalda iş әldә edә bilmәmişik. 

Cavab (BP nümayәndәsi): 

1-ci Sәngәçal layihәsindә terminalda işlәmәk üçün işә  tәxminәn 5000 işçi götürmüşdük. 

İnfrastruktur layihәsi әrzindә “Azfen” şirkәtinin işçi qüvvәsinin ümumi sayı 800 – 1000 nәfәr 

arasında olacaq ki, buraya hәm ixtisaslaşmış, hәm dә peşә ixtisası olmayan işçi qüvvәsi 

daxildir.  Әgәr yerli sakinlәr müvafiq ixtisaslaşmalara vә  sәriştәyә malikdirsә,  şübhәsiz ki, 

onların işә götürülmәk mәsәlәsi nәzәrdәn keçirilәcәk vә onların daimi qeydiyyat yerlәri 

yoxlanıb tәsdiqlәnәcәk.  Әgәr biz terminal әtrafındakı icmalardan müvafiq sahәlәrә aid 

ixtisaslaşmış işçilәr tapa bilmәsәk, o zaman terminaldan kәnardakı әrazilәrdә yaşayan ixtisaslı 

insanları işә götürmәli olacağıq. Biz podratçıların әksәriyyәtinin yerli şirkәtlәr olmasını vә yerli 

icma üzvlәrinin işә götürülmәsini tәmin edәcәyik. İndiyәdәk sizin qohumlarınız, dostlarınız vә 

qonşularınız artıq terminalda işlәmәyiblәr vә hәlә dә işlәyirlәr, siz özünüz dә bilirsiniz ki, biz 

yerli sakinlәrin işә cәlb olunması üçün әlimizdәn gәlәni edirik. 

 

 

 

 

 

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə