Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə126/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   122   123   124   125   126   127   128   129   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi  

ƏLAVƏ 8A 

 

Dekabr 2011                                                                                                                                                            8A/8 



Yekun variant

 

 



Sual (icma üzvü): 

Tikinti işlәri әrzindә sәs-küy vә toz dözülmәz dәrәcәdә olur. Bәzi hallarda toz buludları әmәlә 

gәlir. 

Cavab (BP nümayәndәsi): 

Biz tәsirin miqyasını başa düşürük vә onu minimuma endirmәk üçün әlimizdәn gәlәni edirik. 

Bizim tәsirazaltma tәdbirlәrimizә  iş görülәn sahәyә su çilәnmәsi vә tozu azaldacaq digәr 

nәzarәt tәdbirlәri daxildir vә biz işlәr aparılan zaman yaranan tozun sәviyyәlәrinә  nәzarәt 

edirik. 

 

Sual (icma üzvü): 

Bizә mәktәblәrimizin vәziyyәtinin yaxşılaşdırılmasında kömәk edә bilәrsinizmi? 

Cavab (BP nümayәndәsi): 

Mәktәb Tәhsil Nazirliyinin balansındadır vә onunla bağlı görülmәli olan işlәrә  hәmin nazirlik 

cavabdehlik daşıyır. Әgәr xatırlayırsınızsa, biz mәktәb әtrafında çınqıl örtüyün döşәnmәsini vә 

onun hasara alınmasını tәklif etmişdik. Siz bildirdiniz ki, bu tәşәbbüsün hәyata keçirilmәsinә 

ehtiyacınız yoxdur, çünki İcra Hakimiyyәti yeni mәktәb tikmәyi vәd edib. Lakin biz indi dә 

tәklif etdiyimiz işlәri yerinә yetirә bilәrik. İstәnilәn halda, bu mәsәlәni hәll etmәyin әn yaxşı 

yolu  İcra Hakimiyyәtinә getmәk vә orada öz problemlәrinizi qaldırmaqdır. BP şirkәtinin 

gördüyü bütün işlәr yalnız sizә könüllü kömәk etmәkdir vә bizim bu işlәri yerinә yetirmәk üçün 

mәcburi cavabdehliyimiz yoxdur. 

 

İcma üzvünün fikri: Mәn düşünürәm ki, Azәrbaycanın hәr hansı digәr yerindә buraya oxşar 

yer yoxdur. Bizim hamam-tualetlәrimizdә kran suyu sistemi belә yoxdur. Yağış yağanda palçıq 

ucbatından uşaqlar mәktәbә gedә bilmirlәr. Mәktәbin tavanından su damır. Hәr halda, bir 

maşın çınqılın da bizim üçün dәyәri var. Bacardığınız kömәyi әsirgәmәmәyinizi xahiş edirik vә 

tәşәbbüslәrinizә görә sizә minnәtdarıq. 

 

BP nümayәndәsi görüşdә  iştirak etdiklәrinә görә  iştirakçılara öz tәşәkkürünü 

bildirdi vә görüşü bağlı elan etdi. Yekunda bir daha ӘMSSTQ sәnәdinin qısa xülasәsinin, 

elәcә  dә  rәy vә  şәrhlәr yazmaq üçün formaların  İcma Mәlumat Mәrkәzindә qoyulacağı 

xatırladıldı. 

 

Sәngәçal icması ilә görüş (“AzFen” şirkәtinin nümayәndәsi, elәcә dә Sәngәçal terminalının 

yerli podratçıları olan “Rövşәn-Oğuz” vә “Barama” şirkәtlәrinin nümayәndәlәri iştirak edib) 

İ

ŞTIRAKÇILARIN 

S

AYI 

:

 

35 

G

IRIŞ HISSӘSI 

-

  

Y

UXARIDA QEYD EDILDIYI KIMI 



(

SӘH


.

 

1-2) 



 

Suallar (icma üzvlәri)

Buraya yaxın әrazidә qazın yandırılması nәticәsindә әmәlә gәlәn alov ötәn aydan bәri artıb. 

Biz bunu müşahidә etmişik vә sәbәbini bilmәk istәrdik. 

Cavab (BP nümayәndәsi): 

Qaz boru xәtti terminala iki platformadan gәlir. Son vaxtlar biz qaz stansiyasında tәmir işlәri 

aparırıq. Bu hәr hansı  qәza ilә bağlı  tәmir deyil, sadәcә,  әvvәldәn planlaşdırılaraq bütün 

qurğuları normal işlәk vәziyyәtdә saxlamaq üçün hәyata keçirilәn texniki xidmәt işlәridir. Biz 

qazın nәqlini dayandırdığımız zaman borularda çoxlu hәcmdә qaz qalır ki, bunu da yandırmalı 

oluruq. Qazın mәşәl qurğusunda yandırılması zәruridir, әks tәqdirdә bu, partlayışa sәbәb ola 

bilәr. Biz başa düşürük ki, alovun artması, qazın mәşәldә yandırılması әlavә sәs-küy demәkdir. 

Biz sәs-küyün ölçülmәsini hәyata keçirmişik vә onun sәviyyәlәri yolverilәn hәdlәrdәn artıq 

deyil. 

 

 



 

 

 



 

 



Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi  

ƏLAVƏ 8A 

 

Dekabr 2011                                                                                                                                                            8A/9 



Yekun variant

 

Sual (icma üzvü): 

Bizә hәr hansı dәyişikliklәri vә mәlumatları bildirmәk üçün bizimlә әlaqә saxlayan şәxs var idi. 

Onu adı  Şәfa Rәhimovdur.  İndi hәmin  şәxs yoxdur. Alovun artması  vә  әtraf mühitdә baş 

verәn digәr dәyişikliklәr barәdә bizә mәlumat verilmәlidir 

Cavab (BP nümayәndәsi): 

Biz Sәngәçal vә Ümid qәsәbәlәrindәki yerli hakimiyyәt orqanlarına vә  bәlәdiyyәlәrә, icma 

rәhbәrlәrinә vә elәcә dә Әzimkәnd mәktәbinә mәşәldә yandırılma ilә bağlı lazımi mәlumatları 

vermişik. Hal-hazırda Sәngәçal icma rәhbәri buradadır vә o, tәsdiqlәyir ki, qazın mәşәldә 

yandırılmasının artması barәdә  mәlumat almaq istәyәn bütün şәxslәri mәlumatlandırıb. Eyni 

zamanda biz burada cari vәziyyәtә  vә  gәlәcәk planlarımıza dair әn son mәlumatları  tәqdim 

etmәk üçün toplaşmışıq vә biz bunu müntәzәm olaraq hәyata keçiririk. Qazın mәşәl 

qurğusunda yandırılması tәzyiqә nәzarәt etmәk vә partlayışlara yol vermәmәk üçün lazım olan 

texniki tәhlükәsizlik tәdbiridir. Faktiki olaraq biz neftdәn ayrılan qazın cüzi bir hissәsini 

yandırırıq. Biz hәr il Dövlәt Neft Şirkәtinә 10 milyon m

3

-dәn çox qaz tәhvil veririk. 



 

Sual (icma üzvü): 

Siz deyirsiniz ki, “Rövşәn-Oğuz”  şirkәtinin işçilәrinin 1/3 hissәsi yerli sakinlәrdir, lakin bu, 

hәqiqәt deyil. Onlar işçilәri kәnardan gәtirir vә burada qeydiyyata aldırır, sonra isә onları yerli 

sakin kimi işә götürürlәr. Faktiki olaraq, burada yaşayan yerli sakinlәrin özlәri terminalda iş 

әldә edә bilmirlәr. Düzdür, bizim tәklif edә bilәcәyimiz işçi qüvvәsinin  әksәr hissәsinin peşә 

ixtisası yoxdur, lakin bizdә peşә ixtisasına malik işçilәr dә var. Siz qaynaqçıları, sürücülәri vә 

digәr işçilәri kәnardan gәtirirsiniz, halbuki bütün bu potensiallar bizdә var... 

Cavab (BP nümayәndәsi): 

Biz yerli sakinlәri işә götürәrkәn yalnız onların şәxsiyyәt vәsiqәlәrinә vә ya pasportlarına baxa 

bilәrik. Biz görәndә ki, iş üçün müraciәt etmiş şәxsin yerli qeydiyyatı var, onun ixtisası bizә 

lazım olan işә uyğundur, hәmin insanı  işә götürürük. Xahiş edirik bizә öz işçi qüvvәnizin 

siyahısını tәqdim edin. Siyahıda onları peşә ixtisası olanlara vә peşә ixtisası olmayanlara ayırın 

vә ixtisaslarını tәsvir edin. Bizә belә bir siyahı tәqdim edin vә bununla әmin olacaqsınız ki, biz 

kәnardan gәlәn hәr hansı şәxslәri deyil, yerli sakinlәri nәzәrә alırıq. 

 

Sual (icma üzvü): 

Bizim balıq ovu ilә bağlı problemlәrimiz var. BP şirkәti bizә öz ilkin balıqtutma yerlәrimizdә 

balıq tutmağa imkan vermir. Sizin adamlarınız gәlir vә bizim balıqçı torlarımızı 700 metr 

kәnara aparır. Şübhәsiz ki, biz BP şirkәtinә bütün tәşәbbüslәrinә görә minnәtdarıq, lakin bizim 

öz әvvәlki balıq tutduğumuz yerlәrә qayıtmağa ehtiyacımız var. 



Cavab (BP nümayәndәsi): 

Biz gәlәcәk işlәrin planlaşdırılması zamanı sizdә narahatlıq doğuran mәsәlәlәri nәzәrdәn 

keçirәcәyik. Biz әvvәllәr sizinlә  әmәkdaşlıq etmişik vә balıq ovu üçün icazәlәrin alınması 

mәsәlәsindә sizә yardım etmişik. 



 

Sual (icma üzvü): 

Düşünürәm ki, sizә,  әslindә, hәr hansı ixtisaslaşmış  işçi qüvvәsi lazım deyil. BP bizә hiylә 

işlәdәrәk işçi qüvvәsini kәnardan gәtirir, onları burada qeydiyyata aldırır vә onlara iş verir. 

Cavab (BP nümayәndәsi): 

1-ci Sәngәçal layihәsindә biz terminalda işlәmәk üçün işә  tәxminәn 5000 işçi götürmüşdük. 

İnfrastruktur layihәsi әrzindә “Azfen” şirkәtinin işçi qüvvәsinin ümumi sayı 800 – 1000 nәfәr 

arasında olacaq ki, buraya ixtisaslaşmış  vә ixtisaslaşmamış  işçi qüvvәsi daxildir. Әgәr yerli 

sakinlәr müvafiq peşә ixtisaslarına vә  sәriştәlәrә malikdirsә, daimi qeydiyyat yerlәri 

tәsdiqlәndiyi halda, onlar, şübhәsiz ki, işә götürülmәk üçün nәzәrdәn keçirilәcәk.  Әgәr biz 

terminal  әtrafındakı icmalardan müvafiq sahәlәrә aid ixtisaslaşmış  işçilәr tapa bilmәsәk, o 

zaman terminaldan kәnardakı әrazilәrdә yaşayan ixtisaslı insanları işә götürmәli olacağıq. Biz 

podratçıların  әksәriyyәtinin yerli şirkәtlәr olmasını  vә yerli icma üzvlәrinin işә götürülmәsini 

tәmin edәcәyik.  İndiyәdәk sizin qohumlarınız, dostlarınız vә qonşularınız artıq terminalda 

işlәmәyiblәr vә  hәlә  dә  işlәyirlәr, siz özünüz dә bilirsiniz ki, biz yerli sakinlәrin işә  cәlb 

olunması üçün әlimizdәn gәlәni edirik. 

 

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə