Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9B
Dekabr 2011
9B/8
Yekun
variant
Şəkil 1.4 Daşqından Mühafizə Bəndi olmadan Ssenari 2 üzrə Görünmə Dərəcəsinin
Müəyyənləşdirilməsi (Viewshed) Təhlili
Şəkil 1.5 Daşqından Mühafizə Bəndi olmaqla Ssenari 2 üzrə Görünmə Dərəcəsinin
Müəyyənləşdirilməsi (Viewshed) Təhlili
Qeydlər: Qara = görünməyən Ağ = görünən
Qeydlər: Qara = görünməyən Ağ = görünən
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9B
Dekabr 2011
9B/9
Yekun variant
Ssenari 3
Ssenari 3 üzrə görünmə dərəcəsinin müəyyənləşdirilməsi (viewshed) təhlili Şəkil 1.6-də
göstərilib. Bu Ssenaridə Tikinti Düşərgəsinin və Tikinti Obyektlərinin sahələri boyunca 10m
hündürlüyündə blokların yerləşdiyi güman edilib.
Şəkil 1.6 Görünmə Dərəcəsinin Müəyyənləşdirilməsi (Viewshed) Təhlili - Ssenari 3
Ümid – Görünmə dərəcəsinin müəyyənləşdirilməsi (viewshed) təhlili göstərir ki, 10 m-lik
bloklar Ümid qəsəbəsinin təxminən 80 %-dən görünə bilər. Lakin, 1-ci və 2-ci Ssenaridə
olduğu kimi, mövcud binaların və Səngəçal Terminalın mövcudluğu ŞD2 İnfrastruktur Sahəsi
istiqamətindəki görüntünün qarşısını kəsəcək. Ona görə də, tikinti düşərgəsinin və tikinti
qurğularının sahələri daxilindəki konstruksiyalarının Ümid qəsəbəsindən əhəmiyyətli dərəcədə
görünməyəcəyi ehtimal edilir. Görüntüdə Terminalın mövcud konstruksiyaları üstünlük təşkil
etməkdə davam edəcək.
Səngəçal qəsəbəsi – Görünmə dərəcəsinin müəyyənləşdirilməsi (viewshed) təhlili göstərir ki,
10 m-lik bloklar yalnız Səngəçal qəsəbəsinin şimal və qərb hissəsindən (Səngəçal
qəsəbəsinin ərazisinin təxminən 7 %-i) görünəcək. Lakin, 1-ci və 2-ci Ssenaridə də olduğu
kimi, Səngəçal qəsəbəsindəki mövcud binalar qərb və şimaldan baxdıqda görüntünü
əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Ona görə də, tikinti düşərgəsinin və tikinti
obyektlərinin sahələri daxilindəki konstruksiyaların Səngəçal qəsəbəsinin şimalındakı çox
məhdud ərazilərdən görünəcəyi ehtimal edilir.
Əzimkənd və 3-cü Massiv – Görünmə dərəcəsinin müəyyənləşdirilməsi (viewshed) təhlili
göstərir ki, 10 m-lik bloklar Əzimkəndin və 3-cü Massivin əksər hissəsindən görünəcək. Lakin,
məntəqələrin əksəri hissəsində, mövcud binalar görüntünün qarşısını tam və ya qismən
kəsəcək. Bu icmaların qərb kənarı boyunca yerləşən ərazilərdən tikinti düşərgəsinin və tikinti
Qeydlər: Qara = görünməyən Ağ = görünən
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9B
Dekabr 2011
9B/10
Yekun variant
obyektlərinin sahələrinə doğru birbaşa və maneəsiz görüntü olacaq. Lakin, vizual təsir
məhdud olacaq, çünki bu görüntülərdə Səngəçal Terminalı ilə bağlı mövcud konstruksiyalar
artıq üstünlük təşkil edir, belə ki, bu nəzərdə tutulan tikinti düşərgəsindəki və tikinti
obyektlərindəki konstruksiyaların hündürlüyünə bərabərdir.
Əldə Edilmiş Əsas Göstəricilərin Xülasəsi
Cədvəl 1.2-də görünmə dərəcəsinin müəyyənləşdirilməsi (viewshed) təhlilinə əsasən hər bir
icmada qiymətləndirmə məntəqələrinin yaxud konstruksiyalarının göründüyü ərazi barədə
xülasə təqdim olunub. Bu təhlildə yalnız yerli relyef (topoqrafik göstəricilər) nəzərə alınır və
görüntüyə maneə ola bilən mövcud konstruksiyalar nəzərə alınmır.
Cədvəl 1.2 Hər bir icma daxilində qiymətləndirmə məntəqələrinin yaxud
konstruksiyaların görünə biləcəyi ərazilər (görünmə dərəcəsinin
müəyyənləşdirilməsi təhlilinə əsasən)
İcmada Qiymətləndirmə Məntəqələrinin /Konstruksiyaların Görünə Biləcəyi Təxmini Ərazilər
Ssenari 1
Ssenari 2
Əsas
Reseptor
Daşqından
mühafizə bəndi
olmadan
Daşqından mühafizə
bəndinin olması ilə
dəyişiklik?
Daşqından mühafizə
bəndi olmadan
Daşqından
mühafizə bəndinin
olması ilə
dəyişiklik?
Ssenari 3
Əzimkənd
5%
Yoxdur
5% None 75%
3-cü
Massiv
35%
Yoxdur
35%
None 99%
Ümid
25%
Yoxdur
25% None 80%
Səngəçal
qəsəbəsi
0,5%
Yoxdur
0,5% None 7%
Bütün reseptorlardan daşqından mühafizə bəndinin mövcudluğunun ŞD2 İnfrastruktur
Layihəsi ilə bağlı qiymətləndirmə məntəqələrinin və konstruksiyaların görünmə dərəcəsinə
təsir göstərmədiyi müşahidə edilib.
Səngəçal qəsəbəsindən qiymətləndirmə göstərdi ki, qəsəbənin arxa tərəfində yerləşən dağ
qılıcı ŞD2 İnfrastruktur sahəsi istiqamətindəki görüntülərin qarşısını əhəmiyyətli dərəcədə
kəsib. Ona görə də, belə bir qənaətə gəlindi ki, görüntü yalnız çox məhdud ərazilərdən
mümkün olacaq.
Baxmayaraq ki, Ümid qəsəbəsindən aparılmış qiymətləndirmə göstərdi ki, tikinti texnikasının
və maşınlarının (Ssenari 1 və 2) çox məhdud görüntüsü ola bilər və tikinti düşərgəsindəki və
tikinti obyektlərindəki konstruksiyaların (Ssenari 3) görünməsi ehtimalı daha böyükdür,
mövcud Terminal konstruksiyalarının mövcudluğu və icma ilə işlər arasındakı məsafə onu
göstərir ki, görüntünün qarşı əhəmiyyətli dərəcədə kəsiləcək və görüntülər çox uzaq
məsafədə olacaq.
Eyni qaydada, Əzimkənddən və 3-cü Massivdən aparılmış qiymətləndirmə də tikinti
texnikasının və maşınlarının (Ssenari 1 və 2) məhdud dərəcədə görünə biləcəyini
və tikinti
düşərgəsindəki və tikinti obyektlərindəki konstruksiyaların (Ssenari 3) isə görünmə
potensialının nisbətən daha böyük olduğu göstərdi. Bu icmalardakı mövcud konstruksiyaların
mövcudluğu ŞD2 İnfrastruktur sahəsi daxilindəki işlərin mümkün görünmə dərəcəsini kiçik