Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə131/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   127   128   129   130   131   132   133   134   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9B 

 

Dekabr 2011 



 

9B/4 


Yekun variant

 

Layihə Sahəsinin və Həssas Reseptorların Müəyyənləşdirilməsi 



 

Mövcud Səngəçal Terminalı  ətrafında təxminən 5km radiusluq ərazi üçün DTM əldə 

olunmuşdur. Buraya Səngəçal,  Əzimkənd, 3-cü Massiv və Ümid qəsəbələrindən ibarət yerli 

icmalar daxildir (aşağıdakı Şəkil 1.1-ə baxın). Bu icmaların sakinləri həssas reseptorlar hesab 

edilir. Ona görə  də, bu icmalar ilə bağlı ictimai sahələrdən görünüşə  təsirlər 

qiymətləndirilmişdir. 



 

Qiymətləndirmə Ssenariləri 

 

ƏMSSTQ sənədinin 5-ci Fəslində verilmiş ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri nəzərdən 

keçirilmişdir. Aşağıdakılar müəyyənləşdirilmişdir: 

 

  Əsas fəaliyyətlər  ŞD2  İnfrastruktur sahəsi daxilində  həyata keçiriləcək (Şəkil 1.1-ə 



baxın); 

  İşlər sahədə bütün tikinti müddəti  ərzində davam edəcək və  fəaliyyətlərin  ən böyük 

hissəsinin  ŞD2  İnfrastrukturu sahəsi daxilində  və xüsusən də  ŞD2 Genişlənmə 

Sahəsi ərazisində (burada səviyyənin düzəldilməsi və nivelirləmə işləri planlaşdırılır) 

aparılacağı gözlənilir; 

 Sahədəki fəaliyyətlərdə  əsasən ekskavatorlar, özüboşaldan yük maşınları  və 

buldozerlər kimi texnikadan istifadə daxildir (Fəsil 5, Cədvəl 5.4-ə baxın); 

 Sahədəki fəaliyyətin  əksər hissəsində torpaq işləri aparılacaq və buna görə  də, 

baxmayaraq ki, sahədə kranlardan istifadə ediləcəyi planlaşdırılır, onlardan istifadə 

(məsələn: tikinti düşərgəsindəki konstruksiyaları inşa etmək üçün) qısa müddətlərlə 

məhdudlaşacaq. Ona görə də, kranlar vizual qiymətləndirməyə daxil edilməyib; 

 Tikinti 

düşərgəsindəki və tikinti obyektlərindəki konstruksiyaların (məsələn: anbarlar, 

sexlər, yaşayış blokları) hündürlüyü 10 m-dən artıq olmayacaq (Fəsil 5, Bölmə 5.5.6-

ya baxın); 

 Yeni 


daşqından mühafizə  bəndi (ŞD2  İnfrastruktur sahəsinin qərbində) 3-cü Faza 

ərzində inşa olunacaq; və 

 Daşqından mühafizə  bəndinin hündürlüyü 1 m-dən 3 m-dək dəyişəcək (“Layihənin 

Təsviri” adlı 5-ci Fəsildəki Bölmə 5.5.3-ə baxın). Orta hündürlük 2m ehtimal edilmişdir. 

 

Aşağıdakı ehtimallar nəzərə alınmışdır: 



 

 Sahədəki texnikanın hündürlüyü (kranlar istisna olmaqla) təxminən 3m (nəzərdə 

tutulan texnika növləri üçün qurğuların spesifikasiyalarının nəzərdən keçirilməsinə 

əsasən); və 

  Orta göz səviyyəsi yerdən 1,6m hündürlüyündə götürülmüşdür. 

 

Yuxarıdakıların nəzərdən keçirilməsinə əsasən, gözlənilir ki, ŞD2 İnfrastruktur sahəsinin qərb 



hüdudu boyunca uzanan daşqından mühafizə  bəndi sahədə  fəaliyyət göstərən texnika və 

maşınlar üçün müəyyən qədər vizual ekranlaşdırma təmin edə bilər. Sözügedən bəndin 

hündürlüyünü nəzərə alaraq, onun tikinti düşərgəsindəki və tikinti obyektlərindəki 

konstruksiyalar üçün və yaxud bəndin bilavasitə yaxınlığında fəaliyyət göstərən texnika üçün 

vizual ekranlaşdırma təmin edəcəyi gözlənilmir. 

 

Üç qiymətləndirmə ssenarisi nəzərdən keçirilmişdir: 



 

  Ssenari 1 (Tikinti Texnikası):  ŞD2  İnfrastruktur sahəsinin qərb hüdudundan 

təxminən 200m arxada, yer səviyyəsindən 3m yuxarıda iki məntəqənin 

(Qiymətləndirmə Məntəqəsi 1 və Qiymətləndirmə Məntəqəsi 2 adlandırılıb) görünmə 

dərəcəsini bənd olmaqla və bənd olmadan qiymətləndirmək. 

  Ssenari 2 (Tikinti Texnikası): ŞD2 Genişlənmə Sahəsi daxilində, yer səviyyəsindən 

3m yuxarıda yerləşən bir məntəqənin (Qiymətləndirmə  Məntəqəsi 3 adlandırılıb) 

görünmə dərəcəsini bənd olmaqla və bənd olmadan qiymətləndirmək. 

  Ssenari 3 (Konstruksiyalar): Tikinti düşərgəsinin və tikinti obyektlərinin sahələrinin 

əhatə zonası boyunca 10m hündürlüyədək blokların görünmə  dərəcəsini 




Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9B 

 

Dekabr 2011 



 

9B/5 


Yekun variant

 

qiymətləndirmək. Bloklar güman edilmişdir, çünki, konstruksiyaların konkret yeri təyin 



olunmayıb və ona görə də bu ssenari ən pis halı əks etdirir. 

 

Cədvəl 1.1-də qiymətləndirmə ssenarilərinin xülasəsi təqdim olunub. Şəkil 1.1-də 



qiymətləndirmə məntəqələri və tikinti düşərgəsinin və tikinti obyektlərinin əraziləri göstərilir. 

 

Cədvəl 1.1  Qiymətləndirmə Ssenariləri 



Texnikanın Qiymətləndirilməsi 

Konstruksiyaların 

Qiymətləndirilməsi 

Ssenari 

Qiymətləndirilmiş 

Texnika/ 

Konstruksiyalar 

Bənd 

olmadan 

Bənd 

olma

qla 

Qiymətləndirmə 

Məntəqələri 

Qiymətləndirmə 

Məntəqəsinin 

Hündürlüyü 

Bəndin arxasından 

müəyyənləşdirilmiş 

məsafə  

Konstruksiyaların 

hündürlüyü 

1 Texnika 

 



 

1 və 2 


3m 

200m 


2 Texnika 

 



 

3 3m  600m 

3 Konstruksiyalar 



 



 

- - 


10m 


 

Şəkil 1.1 Qiymətləndirmə  Məntəqələri, Tikinti Düşərgəsinin və Tikinti Obyektlərinin 

Əraziləri və Həssas Reseptorların Yeri  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.4 Görünmə 

dərəcəsinin müəyyənləşdirilməsi (Viewshed) 

təhlilinin nəticələri və əldə edilmiş əsas göstəricilər 

Ssenari 1  

 

Daşqından mühafizə  bəndi yerində olmaqla və yerində olmadan Ssenari 1 üzrə  həyata 



keçirilmiş görünmə  dərəcəsinin müəyyənləşdirilməsi (viewshed) təhlilinin nəticələri 1.2-ci və 

1.3-cü Şəkillərdə göstərilir. 

 

Nəticələrdən görünür ki, daşqından mühafizə bəndinin mövcudluğu əsas reseptorlarda (yəni 



Səngəçal, Ümid, Əzimkənd və 3-cü Massiv) iki Qiymətləndirmə  Məntəqəsinin görünmə 

dərəcəsini əhəmiyyətli dərəcədə dəyişmir. 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə