Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə132/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   128   129   130   131   132   133   134   135   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9B 

 

Dekabr 2011 



 

9B/6 


Yekun variant

 

Şəkil 1.2   Daşqından Mühafizə  Bəndi olmadan Ssenari 1 üzrə Görünmə  Dərəcəsinin 



Müəyyənləşdirilməsi (Viewshed) Təhlili 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1.3    Daşqından Mühafizə Bəndi olmaqla Ssenari 1 üzrə Görünmə Dərəcəsinin 

Müəyyənləşdirilməsi (Viewshed) Təhlili 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Qeydlər: Qara = görünməyən.  

Ağ = görünən

Qeydlər: Qara = görünməyən  

Ağ = görünən



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9B 

 

Dekabr 2011 



 

9B/7 


Yekun variant

 

Əsas reseptorlardan görünmə dərəcəsi aşağıda nəzərdən keçirilir. 



 

Ümid – 1.2 və 1.3-cü Şəkillərdən görünür ki, 1 və 2 saylı Qiymətləndirmə Məntəqələri Ümid 

qəsəbəsinin cənub qərb və  şimal  şərq sahələri daxilindən görünə bilər (təxminən Ümid 

qəsəbəsinin 25% ərazisi). Lakin, qiymətləndirməyə  Səngəçal Terminalı ilə bağlı 

konstruksiyalar daxildir. Fotoşəkil A2-dən görünür ki (Qoşma A-ya baxın), cənub qərb 

küncdən Qiymətləndirmə  Məntəqələrinin görünməsinə  Səngəçal Terminalının hazırkı 

mövcudluğu mane olacaq. Ümid qəsəbəsinin  şimal-şərq hissəsindən görünmənin çox 

məhdud olacağı ehtimal edilir və buna səbəb isə 1 və 2 saylı Qiymətləndirmə Məntəqələrinə 

uzaq məsafədə (təxminən 6,5 km) yerləşməsidir. Görüntüdə mövcud Səngəçal Terminalı 

üstünlük təşkil etməyə davam edəcək. 

 

Səngəçal qəsəbəsi  – 1.2 və 1.3-cü Şəkillərdən görünür ki, 1 və 2 saylı Qiymətləndirmə 

Məntəqələri Səngəçal Qəsəbəsindən görünməyəcək, lakin şimal qərb kənarında (Səngəçal 

qəsəbəsinin  ərazisinin təxminən 0,5%-i) yerləşən çox kiçik sahə (təxminən 180m

2

) istisna 



təşkil edir. Buna səbəb, Səngəçal qəsəbəsindən ŞD2 İnfrastruktur sahəsinə birbaşa baxdıqda 

görünüş  xəttinin qarşısının  əsasən dağ  qılıcları  tərəfindən kəsilməsidir. Səngəçal qəsəbəsi 

daxilində çəkilmiş Fotoşəkil A1 (baxın: Qoşma A) göstərir ki, qəsəbənin şimal qərb küncündən 

ŞD2 İnfrastruktur sahəsinə baxdıqda, mövcud binaların görünüş sahəsinin qarşısını kəsəcəyi 

güman edilir. 

 

Əzimkənd – 1.2 və 1.3-cü Şəkillərdən görünür ki, Qiymətləndirmə Məntəqələri yalnız icmanın 

şimal hissəsi boyunca yerləşən ərazilərdən (Əzimkənd ərazisinin təxminən 5 %-i) baxıldığında 

görünəcək. Lakin, bu ərazidəki binaların mövcudluğu səbəbindən (Fotoşəkil A4-ə baxın) 

maneəsiz görünüş yalnız Əzimkəndin şimal şərq kənarından baxıldıqda mümkün olacaq. İşlər 

isə bu yerdən 2km məsafədə yerləşəcək və texnika isə terminal istiqamətində baxıldığında 

çox zəif dərəcədə görünəcək. 

 

3-cü Massiv – 1.2 və 1.3-cü Şəkillərdən görünür ki, Qiymətləndirmə  Məntəqələri yalnız 

icmanın cənub sahəsi daxilindəki  ərazilərdən (Əzimkənd  ərazisinin təxminən 35 %-i) 

baxıldıqda görünəcək. 3-cü Massiv daxilindəki binaların və konstruksiyaların mövcudluğu 

göstərir ki, maneəsiz görüntü yalnız icmanın cənub şərq tərəfindən mümkündür. Lakin, 3-cü 

Massivin  şərq kənarı  və Qiymətləndirmə  Məntəqələri arasındakı  məsafənin nisbətən uzaq 

(təxminən 1,4km) olmasını nəzərə alaraq, texnika yalnız cüzi dərəcədə görünəcək və mövcud 

Terminal ilə bağlı konstruksiyalar (təxminən 10 m-dək hündürlükdə) görünüşdə əsas üstünlük 

təşkil etməyə davam edəcək (Fotoşəkil A3-ə baxın). 

 

Ssenari 2  



 

Daşqından mühafizə  bəndi yerində olmaqla və yerində olmadan Ssenari 2 üzrə  həyata 

keçirilmiş görünmə dərəcəsinin müəyyənləşdirilməsi (viewshed) təhlilinin nəticələri 1.4-cü və 

1.5-ci Şəkillərdə göstərilir. 

 

Şəkillərdən görünür ki: 



 

 Daşqından mühafizə bəndinin mövcudluğu əsas reseptorlarda (yəni Səngəçal, Ümid, 

Əzimkənd və 3-cü Massiv) 3 saylı Qiymətləndirmə Məntəqəsinin görünmə dərəcəsini 

əhəmiyyətli dərəcədə dəyişmir; və 

 Ssenari 

üzrə  əldə edilən nəticələr Ssenari 1 üzrə  əldə edilmiş  nəticələrdən 



fərqlənmir. 

 

1-ci və 2-ci Ssenarilərin nəticələri göstərir ki, daşqından mühafizə  bəndi  ŞD2  İnfrastruktur 



Sahəsi daxilində  və ya ŞD2 Genişlənmə Sahəsi daxilində  fəaliyyət göstərən texnikanın və 

maşınların qarşısını  şəkildə  kəsən ekranlaşdırma təmin etmir. Ən böyük ekranlaşdırmanı 

Səngəçal Terminalı  ətrafındakı mövcud relyef (məsələn: Səngəçal qəsəbəsinin arxasında 

yerləşən dağ qılıcları) təmin edir. 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə