Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə140/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   136   137   138   139   140   141   142   143   ...   181

 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

10/42 



 

 

PM Bərk hissəciklər 



SD 

Şahdəniz 

SO

2

 Kükürd 



dioksid 

BB Böyük 

Britaniya 

ABŞ Amerika 

Birləşmiş Ştatları 

US EPA 


ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi 

UV Ultrabənövşəyi 

ÜST Ümumdünya 

Səhiyyə Təşkilatı 

 

 

 




 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

11/42 



 

 

1. GİRİŞ 

Bu hesabatda Şahdəniz 2 (ŞD2)  İnfrastruktur Layihəsinin tikintisi ilə bağlı atsmoferə 

atılması proqnozlaşdırılan emissiyaların skrininq qiymətləndirməsinin nəticələri verilir. 

ŞD2  İnfrastruktur Layihəsinə  Səngəçal Terminalında  ŞD2 Genişlənmə Sahəsi daxilində 

yerləşən sahildəki ŞD2 qurğularının tikinti, quraşdırma, istismaravermə sınağı və istismar 

əməliyyatlarından əvvəl tələb olunan işlər daxildir. 

ŞD2 İnfrastruktur Layihəsinin əsas komponentləri (baxın: Şəkil 1) aşağıdakılardır: 

 Terminalda 

İlkin Neft Layihəsi sahəsinin giriş yolunun müvəqqəti bərpası; 

 Bakı-Ələt şosesindən Terminala yeni giriş yolu (və əlaqədar obyektlər); 

 Mövcud Terminal sahəsinin bilavasitə  qərbində yerləşən  ŞD2 Layihəsinin 

Genişlərnmə sahəsinin təmizlənməsi; 

 Sahədə yamaclarda terrasların formalaşdırılması; 

 Tikinti 

düşərgəsinin və tikinti obyektlərinin tikintisi və avadanlıqla təchizatı; 

 Çirkab 

su 


təmizləmə qurğusunun quraşdırılması və istismarı; 

 Yağıntı suları drenajının və  səth sularından/daşqından mühafizə  bəndlərinin 

quraşdırılması; 

 Boru kəmərinin sahilə dartılması / sahilə  çıxması sahəsinin səviyyəsinin 

düzəldilməsi. 

1.1 

Əhatə Dairəsi  

Bu hesabat aşağıdakılar nəticəsində  həssas reseptorlarda əsas çirkləndirici 

konsentrasiyalarının artımının qiymətləndirilməsindən ibarətdir: 

 Torpaq 

daşıma və tikinti fəaliyyətləri nəticəsində formalaşan toz; 

 Sahədəki tikinti texnikasının havaya atdığı işlənmiş qaz emissiyaları; və 

  ŞD2  İnfrastruktur Layihəsi ilə bağlı sahədənkənar yollardakı  nəqliyyat axınının 

hərəkəti nəticəsində havaya atılan işlənmiş qaz emissiyaları. 

Modelləşdirilmiş çirkləndirici növləri və ortalama müddətləri hazırkı hesabatın 2.1-ci 

bölməsində verildiyi kimi insan sağlamlığının mühafizəsi üçün təyin olunmuş havanın 

keyfiyyəti üzrə müvafiq hədd göstəricilərinə  və tozun mənfi təsiri üzrə normativə 

əsaslanmışdır. 




 

ŞD2 İnfrastruktur Layihəsi 

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi 

 

 

12/42 



 

 

Şəkil 1: ŞD2 İnfrastruktur Layihəsinin Yeri 

 



 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

13/42 



 

 

2. METODOLOGİYA 

Qiymətləndirməni həyata keçirmək üçün aşağıdakı mərhələlər həyata keçirilmişdir: 

1. Havanın keyfiyyəti üzrə müvafiq hədd göstəricilərini, tozun mənfi təsiri üzrə 

normativ göstəriciləri və əlaqədar ortalama müddətləri müəyyənləşdirmək; 

2. Müvafiq 

atmosferdə dispersiya modelini yaxud skrininq vasitəsini seçmək; 

3. Modelə daxil edilən parametrləri müəyyənləşdirmək, bu, parametrlər  ərazidəki 

mənbələr üçün aşağıdakılardan ibarətdir: 

o

  Mənbənin atqı hündürlüyü, 



o

  İşlənmiş qazın sürəti, 

o

  İşlənmiş qazın temperaturu, 



o

 Emissiyanın atqı intensivliyi; və 

o

 Meteoroloji 



şərtlər.  

Və yoldakı mənbələr üçün isə bu parametrlərə aşağıdakılar daxildir: 

o

 Gündəlik orta nəqliyyat axını (yalnız  ŞD2  İnfrastruktur Layihəsinin 



nəqliyyat axını); 

o

  Avtomobil yolunun növü; və 



o

  Avtomobilin orta sürəti. 

4. Həssas reseptorların yerini və/ və ya modelləşdirmə  şəbəkəsinin ölçülərini 

müəyyənləşdirmək; 

5. Reseptorlarda 

çirkləndiricilərin fon konsentrasiyalarını müəyyən etmək; 

6. Modelləşdirmə/skrininq tapşırığı həyata keçirmək; və 

7. Havanın keyfiyyəti üzrə opotensial təsirləri müəyyən etmək üçün modelləşdirilmiş 

çirkləndirici konsentrasiyalarını (o cümlədən fon konsentrasiyalarını) havanın 

keyfiyyəti üzrə müvafiq hədd göstəriciləri ilə müqayisə etmək. 



2.1 Havanın Keyfiyyəti üzrə  Hədd Göstəriciləri və  Tədqiq Olunan Digər 

Çirkləndiricilər 

2.1.1. Havanın Keyfiyyəti üzrə Hədd Göstəriciləri 

Ətraf havanın keyfiyyəti üzrə hədd göstəriciləri insan sağlamlığına və/ və ya bütövlükdə 

ətraf mühitə mənfi təsirlərə yol verməmək, onların qarşısını almaq yaxud onları azaltmaq 

məqsədilə Ümumdünya Səhiyyə  Təşkilatı (ÜST) və Avropa İttifaqı (Aİ) tərəfindən elmli 

biliklərə əsaslanaraq müəyyənləşdirilib. 



 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

14/42 



 

 

İnsan sağlamlığına məlum toksik təsiri barədə elmi biliklərə  əsaslanmaqla verilmiş 



ortalama müddəti üzrə hər bir hədd göstəricisi təqdim olunub.  Bəzi hədd göstəricilərində 

təqvim ili üzrə bir sıra normadan artıq göstəricilərə yol verilir ki, bu da müəyyən 

“persentil”ə uyğundur. 

Bu tədqiqatda qiymətləndirilmiş əsas çirkləndiricilər (toz və yanma qurğularındakı mənbə 

emissiyaları ilə bağlı) aşağıda təsvir olunur

3

:  



  Narın bərk hissəciklər (PM

10

) – PM

10

 aerodinamik diametri 10 mikrondan (µm) 



kiçik olan bərk hissəciklərə deyilir və o, süni və təbii proseslərin (məsələn: mədən 

yanacağının yanması, tikinti işləri y axud qrunt daşıma işləri və uzunmüddətli 

quraq hava şəraitində hökm sürən külək tərəfindən hissəciklərin təbii sovrulması) 

birləşməsinin nəticəsidir. Yarım-quraq və quraq yerlərdə  ətraf mühitdəki PM

10

 

konsentrasiyaları yerli insan fəaliyyətlərinin mövcudluğundan asılı olmadan 



havanın keyfiyyəti üzrə beynəlxalq standart göstəricilərdən artıq ola bilər (bitkisiz 

və üzrəi açıq torpaqların olması  səbəbindən). Artmış PM

10

  səviyyələrinə  məruz 



qalma müvafiq qaydada respirator və ürək-damar xəstəliklər və ölüm halları ilə 

əlaqəlidir. 

  Azot dioksidi (NO

2

): Azot oksidləri (NO

X

) mədən yanacaqlarının (məsələn: təbii 



qaz) yüksək temperaturda yanması  nəticəsində azotun havada oksiləşməsi ilə 

yan məhsul kimi meydana çıxır. NO

X

 əsasən azot oksidindən (NO) ibarətdir, lakin 



onun tərkibində  həmçinin NO

2

  də mövcuddur; o, atmosferə atıldığında birincisi, 



yəni azot oksidi atmosferdə oksidləşərək sonradan NO

2

 yarada bilir. Sağlamlığa 



təsir göstərən də məhz NO

2

 –dir və o, yüksək konsentrasiyalarda olduğunda ağ 



ciyərin funksiyasına və  tənəffüs yollarının reaksiya vermə qabiliyyətinə  təsir 

göstərə bilir və asma və ölüm riskini artırır. Atmosferdə NO

X

-in NO


2

 –yə çevrilmə 

norması hazırkı hesabatın 2.4-cü bölməsində nəzərdən keçirilir. 

Kükürd dioksid (SO

2

) üçün də layihənin hədd göstəriciləri mövcuddur, lakin 



Azərbaycandakı avtomobil yanacaqlarının tərkibindəki kükürdün miqdarının nisbətən az 

olması səbəbindən bu çirkləndirici növləri sahədəki texnika və ya sahədənkənar nəqliyyat 

axını üzrə qiymətləndirilməmişdir. Hal-hazırda Azərbaycandakı yanacaq “QOST 305-82” 

standartına uyğun olmalıdır ki, bu standart da öz növbəsində maksimum kükürd 

miqdarının 0.2% olmasını (2015-ci ilə  qədər 0.1%-ə enməklə) tələb edir (İstinad 1). 

Kükürdün bu səviyyəsinə əsasən və Beynəlxalaq Neft və Qaz Hasilatçıları Assosiasiyası 

(OGP) tərəfindən verilmiş emissiya əmsallarına uyğun olaraq (İstinad 2), tikinti 

maşınlarının və sahədənkənar yollardakı avtomobillərin səbəb olduğu NO

X

 

emissiyalarının SO



2

-yə nisbətən 9.5 dəfə yüksək olacağı gözlənilir. Nəzərə alaraq ki

(NO

X

 bir hissəsini təşkil edən) SO



2

 və NO


2

 üzrə layihədəki havanın keyfiyyəti üzrə hədd 

göstəriciləri oxşardır

4

, SO



2

 emissiyalarını qiymətləndirmək zəruri hesab edilməmişdir. 

                                                      

3

 Baxmayaraq ki, CO üçün havanın keyfiyyəti üzrə  hədd göstəriciləri mövcuddur,  bu növlər qiymətləndirmədən çıxarılmışdır. 



Çünki, havanın keyfiyyəti üzrə hədd göstəricisi NO

X

 -ə nisbətən 50 dəfədən çoxdur, lakin tikinti fəaliyyətlərindən meydana çıxan 



bu çirkləndiricilərin emissiyaları oxşar miqyasa malikdir  

4

 



NO

2

 və  SO



2

 üçün illik orta hədd göstəriciləri müvafiq qaydada 40 µg/m

3

 və 50 µg/m



3

 təşkil edir. NO

2

 və SO


2

 üçün 1 saatlqı 

hədd göstəriciləri müvafiq qaydada 200 µg/m

3

 və 350 µg/m



3

 təşkil edir. Həmçinin SO

2

 günlük və 10 dəqiqəlik hədd göstəricisinə 



malikdir.   


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə