Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə142/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   138   139   140   141   142   143   144   145   ...   181

 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

17/42 



 

 

və Taylandda təsdiqlənmiş bir modeldir və Kaliforniyanın Səhiyyə Departamenti 



tərəfindən də istifadə edilib. Bu modellər həmçinin  İspaniyada, Portuqaliyada, 

İsveçdə, Kiprdə, Avstriyada, Birləşmiş  Ərəb  Əmirliklərində, Sudanda, Səudiyyə 

Ərəbistanında, Tunisdə, Sloveniyada, Polşada, Yeni Zelandiyada, Koreyada, 

Yaponiyada, Hindistanda, Kanadada və Avstraliyada da istifadə edilir; 

  Bu model nöqtəli mənbələrdən dispersiyanın real qiymətləndirilməsinə imkan 

yaratmaq üçün saatlıq ardıcıl meteoroloji məlumatlardan istifadə edir; və 

  ADMS öz istehsalçıları (CERC) tərəfindən mövcud monitorinq məlumatları  və 

alternativ modellər ilə müqayisədə ciddi şəkildə yoxlanılmışdır. Sadə 

ərazidə/relyefdə (tədqiqat sahəsi üçün ən oxşar hesab olunmuş) sınaq edilmiş 

yoxlayıcı  tədqiqatlarda ADMS həmin digər modelləri üstələmiş  və faktiki 

monitorinq göstəricilərinin ±10%-i daxilində dəqiqlik nümayiş etdirmişdir.  

2.2.2. Sahədənkənar Yollardakı Maşınlar 

Yollardakı maşınların emissiyalarının təsirlərinin qiymətləndirilməsi üçün bir sıra müfəssəl 

və skrininq modelləri mövcuddur. Skrininq vasitələrinə dair nümunələrə Avtomobil Yolları 

və Körpülər üçün Layihələndirmə Təlimatının (DMRB) skrininq vasitəsi, CAR-İnternational 

və CALİNE 4 daxildir. Yerli yol şəbəkəsində nəqliyyat axınlarındakı artımın nisbətən kiçik 

olacağını və mövcud nəqliyyat axınlarına dair məlumatların olmamamasını nəzərə alaraq 

yoldakı  nəqliyyat axınlarının emissiyalarını qiymətləndirmək üçün ADMS-Roads kimi 

müfəssəl dispersiya modelindən istifadə etmək zəruri hesab edilməmişdir. 

Avtomobil Yolları və Körpülər üçün Layihələndirmə Təlimatının (DMRB) Skrininq Metodu, 

versiya 1.03c (istinad 5) qiymətləndirmədə istifadə edilmək üçün seçilmişdir. İngiltərənin 

və Uelsin Avtomagistrallar Agentliyi tərəfindən və sonradan isə  Şotlandiyada və  Şimali 

İrlandiyada nəşr edilmiş bu skrininq vasitəsi yoldakı əlavə nəqliyyat axınının hərəkətinin 

yerli havanın keyfiyyətinə təsirini hesablamaq üçün metod təmin edir. 

DMRB skrininq vasitəsilə Böyük Britaniyanın emissiya həddi göstəricilərinə və avtomobil 

tərkibi adlı  məlumatlarına  əsaslanıb. Azərbaycanda hal-hazırda yeni avtomobillərin 

sadəcə “AVRO 2” emissiya həddi göstəricilərinə (bu hədd göstəriciləri Böyük Britaniyada 

1996-cı ildə qüvvəyə minib (istinad 6)) cavab verməsi tələb olunduğundan, 

qiymətləndirmə ili skrininq vasitəsində 19960cı il təyin edilmişdir. 



2.3 Modelə Daxil Edilən Parametrlər 

2.3.1. Qrunt 

Daşıma İşləri və Tikinti Fəaliyyətləri 

Qrunta mexaniki təsirlər nəricəsində atmosferdə əhəmiyyətli dərəcədə toz meydana çıxa 

bilər. Açıq mənbələrdən yaranan toz üçün “qeyri-mütəşəkkil” terminindən istifadə olunur, 

çünki, o, qapalı axınla (məsələn qazan bacasından atılan emissiyalar) atmosferə atılmır. 

Havadakı hissəciklərin potensial yerdəyişmə (hərəkət) məsafəsi hissəciyin ilkin inyeksiya 

(püskürmə) hündürlüyü, terminalda çökmə sürəti və atmosferdəki burulqanlıq dərəcəsi ilə 

tənzimlənir. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (US EPA) “Qeyri-Mütəşəkkil Toz 

Mənbələri” adlı  sənədinə (istinad 7) uyğun olaraq, diametri 100 mikrondan (µm) böyük 




 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

18/42 



 

 

olan hissəciklərin emissiya mənbəyindən 6 – 9 metr (m) məsafədə, 30-100 µm ölçülü 



hissəciklərin isə 50-100m daxilində çökəcəyi güman edilir. PM

10 


kimi nisbətən daha kiçik 

hissəciklər isə mənbədən yüzlərlə metr məsafəyə, bəzi hallarda isə 1 kilometrədək (km) 

məsafəyə qədər hərəkət edə bilər.  

Qrunt daşıma və tikinti fəaliyyətləri ilə bağlı toz və PM

10

 emissiyalarının dəqiq proqnozunu 



vermək,  əsasən mötəbər emissiya əmsalının hesablanması ilə bağlı qeyri-müəyyənlik 

olması səbəbindən bir qədər çətindir. Toz emissiyaları fəaliyyətin səviyyəsindən, spesifik 

əməliyyatlardan və üstünlük təşkil edən meteoroloji şərtlərdən asılı olaraq günbəgün 

əhəmiyyətli dərəcədə dəyişə bilər. 

Bu məhdudiyyətə baxmayaraq, ABŞ-ın  Ətraf Mühitin Mühafizəsi Agentliyinin (US EPA) 

“Qeyri-Mütəşəkkil Toz Mənbələri” adlı  sənədində (istinad 7) verilmiş parametrlər tətbiq 

olunmaqla ADMS4 (versiya 4.2) dispersiya modelindən istifadə etməklə skrininq tapşırığı 

həyata keçirilmişdir. 

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin təqdim etdiyi ağır tikinti işlərindən meydana 

çıxan ümumi asılı hissəciklər üçün emissiya atqı intensivliyi ayda hər hektara 2.69 ton 

tikinti işi təşkil edir(orta lil miqdarına malik olmaqla yarım-quraq iqlimdə). Bu, təxminən 

saniyədə hər kvadrat metr üzrə 100 mikroqrama (g/m

2

/s) bərabərdir. 



Bundan  əlavə, ABŞ-ın  Ətraf Mühitin Mühafizəsi Agentliyi bildirir ki, torpağın növü və 

torpağın rütubət miqdarı kimi bir sıra amillərdən olan asılılığa baxmayaraq, hissəciklərin 

saatda 19km-dən aşağı sürətə (5.3 m/s) malik burulqan küləyin fəaliyyəti vasitəsilə (təsirə 

məruz qalmamış) qruntdan sovrulması güman edilmir. Hazırkı hesabatın 2.5-ci 

bölməsində verilmiş 2007-ci ilə aid meteoroloji məlumatlara uyğun olaraq sahədəki 

küləklərin sürətinin ilin təxminən 38%-i ərzində yuxarıda qeyd edilmiş  hədd 

göstəricisindən artıq olacağı güman edilir. Ona görə  də, emissiya əmsalı çox güman ki 

tikinti işlərindən meydana çıxan toz emissiyalarının faktiki təsirlərini normadan artıq 

hesablanıb. 

Müəyyənləşdirilmiş reseptor məntəqələrində PM

10

 konsentrasiyalarına təsiri 



müəyyənləşdirmək üçün 20g/m

2

/s (və ya 0.00002g/m



2

/s) emissiya əmsalından istifadə 

edilib. Bu, Şəhərlərdə Havanın Keyfiyyəti üzrə Yoxlama Qrupu tərəfindən aparılmış 

tədqiqatdan (istinad 8) götürülən Böyük Briyaniya metoduna əsaslanır, beləki, burada 

qeyd edilir ki, tikinti fəaliyyətlərindən meydana çıxan havadakı hissəciklərin 20%-nin 

fraksiya ölçüsü PM

10

 qədər yaxud daha kiçik olmağa meyllidir.  



Cədvəl 2-də ADMS4 modelinə daxil edilmiş parametrlər təqdim olunur. Hesab edilir ki, 

tozun hərəkətliliyi sahənin hazırlanması və torpaq işləri ərzində ən yüksək hədd olacaq və 

ona görə də, torpaq qalaqlarından və üzəri açıq torpaq sahələrindən küləyin qaldırdığı toz 

modelləşdirilməmişdir.  ŞD2  İnfrastruktur Layihəsinin  ƏMSSTQ sənədindəki 5-ci Fəsilə 

əsasən, sahənin hazırlanması və torpaq işlərinin ən əhəmiyyətli hissəsi ŞD2 İnfrastruktur 

Sahəsinin mərkəzi hissəsində  həyata keçiriləcək. Bunun təxminən 140 hektar olacağı 

hesablanıb və o, ADMS4 modelinə zonal mənbə kimi daxil edilib. 

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə